"Rövşən Nəzərovdan etik tələb" - Cumar Yusifov


1.  Rövşən Nəzərov Qaraqanın (Elxan Zeynallı) "capy paste" etdiyi mənbələrin uğurlu sənət nümunələri olmadığını deyir, belə olan halda Rövşən bəy niyə həmin kitabları oxusun? Bəlkə, öz həyatını mənasız kitablara həsr edib? Və ya, Qaraqan uğursuz biri olmağa çalışır, məntiqə sığışırmı uğursuz bir şeyi öz adına yenidən nəşr etmək?

2.  Cənab Rövşən Elxan Zeynallının (Qaraqan) plagiat etdiyi kitabların adını verib, amma bu argument nə qədər əsaslıdır? Hər il milyonlarla kitab yazılır və burada oxşarlıqlar ola bilər. Bir halda ki, həmin kitablar çox da yaxşı sənət nümunələri deyil, o zaman E. Zeynallının həmin kitablarla tanış olmamağ ehtimalı daha çoxdur. Bundan əlavə Rövşən Nəzərova bir tövsiyyəm var: 

3. Cənab Rövşəndən məhz istinad kimi verdiyi kitablardan dəqiq materialı göstərməyini və eyni şeyi E. Zeynallıda da göstərməyini və bunun oxşarlıq deyil də, köçürmə olduğunu sübut edə bilərmi? Əlbəttə bu bir istək deyil, tələbdir. Əksi təqdirdə, onun etdiyi qarayaxma, özü isə buna uyğun biri hesab olunacaq.

4. Cənab Nəzərov Fərqli insanların eyni nəticələrə gəlməsi və ya eyni danışması onların bir birini kopya etdiyini sübut edə bilərmi?

5. Cənab Nəzərov göstərə bilərmi ki, hər iki yazar da (E. Zeynallı və əsərindən plagiat etdiyi müəllif) eyni hadisələrdən təsirlənə bilməz?

6. Cənab Nəzərov Elxan Zeynallının film zövqünün olmadığını iddia edir, bu məlumatı təsdiq edən hər hansı argumenti varmı?



Yazdı: Cumar Yüsifov

Qeyd: Bu yazı Rövşən Nəzərovun "Plagiat yazarlar" başlıqı yazısındakı iddialara yönəldilmiş suallardır. Beləki, həmin yazının  iddialarını yetərincə dəsdəkləmədiyini iddia edir müəllif.


Qeyd: Yazı müəllifin şəxsi fikirlərini ifadə edir. Redaksiyamız istənilən əks fikri yayımlamağa hazırdır.


Yorumlar

  1. 1. Mən öz həyatımı mənalı və mənasız olan bütün kitablara və məndən sonra gələnlərin ancaq mənalı kitab oxumasına, kritik düşünməsinə və ancaq mənalı kitab yazmasına həsr etmişəm. Hər dövrün özünün belə şəxsləri olur, bu dövrdə də yaxşı və ya pis bu şəxs mənəm. Sonuncu sualı da elə mən bütün yazım boyu vermişəm.
    2. Tövsiyənizə görə təşəkkür edirəm və bu videoya baxmışam və bu effektlə çoxdan tanışam. Sizə də bir tövsiyəm var ki, arqumentlər verərkən onun üzərində işləyib sonra verin. Mən orada bir plagiat kitab misalı versəydim sizinlə tam razı idim. Amma orada 7 kitab haqda danışmışam, fərqi görürsünüz? Üstəgəl başqa bir şey də deyim ki, oradakı kitabların orijinalları yetərincə məşhurdur.
    3. Ümumiyyətlə, bu cür ardıcıllıqla arqument qurmaq düzgün deyil, sanki affekt halda olan birinin tələsik yazdığı yazılara bənzətdim. O ki qaldı dəqiq material göstərməyə, mən orada hansı kitabın haradan plagiat olduğunu göstərmişəm, bir-bir hamısını geniş olaraq açsam bir kitab alınar, mən isə həm oxucunun marağı itməsin, həm də yazım çox uzun alınmasın deyə mümkün qədər qısa yazmağa çalışmışam. Əgər istəyirsinizsə özünüz geniş araşdırma edin və bu mövzuda yeni məqalə yazın.
    4. Mənim bu suala sualla cavab verəcəm: Əgər bir insanın 7 kitabı plagiat kimi verilə bilərsə (hələ qalanlarını oxumamışam bilmirəm) sizcə bu təsadüfdür?
    5. Allahın varlığını sübut etməyə bənzəyir bu: mən yoxluğunu sübut edə bilmədiyim kimi siz də varlığını sübut edə bilmərsiniz.
    6. Film zövqünün olmadığını plagiat etdiyi filmlərə görə təxmin etmişəm.

    YanıtlaSil
  2. Siz daha bir iddia edirsiz ki, o kitablar mənasızdı. Belə olan halda onun geniş oxucu kütləsinə hörmətsizlik etmish olursuz, chunki o insanlar onun kitablarını sevə sevə oxuyur və onlar uchun mənalıdırlar. Əksini iddia etdiyi biz uchun siz onlara hörmətsizlik etmish olursuz. Sizin kritik düşündüyünüzü hansı meyarla olche bilərik ki, kiməsə də kritik məsləhəti verdiyinizi qəbul edək? Sizin IQ nuz obyektiv bir etalondurmu ki, kiməsə bu kitablarin 100% xeyirsiz oldughunu iddia edirsiz? Plagiat olması uchun hansı şərtlərə cavab verməlidir kitab? Əgər mövzu və ya ideya baxımından bunu demisizse bu əksər kitablarda belə ola bilər, bu o demek deyil ki biri plagiat digəri orijinaldi. Siz bir sheyi tam iddia etmək uchun achiq aydın mənbə, sübut, dəlil göstərməlisiz. O ki qaldı zövq məsələsinə, mənə deyə bilərsinizmi ki, obyektiv bir yüksək zövq göstəricisi etalonu kimi öz zövqünüzu kritik olaraq gələcək nəslə oturmeyiniz özü bir yanlış addım deyilmi?

    YanıtlaSil
    Yanıtlar
    1. Bəy, əvvəlki yazınızdakı gözümdən yayınmayıbsa, bütün suallara cavab verdim və bir sual verdim sadəcə. Nə mən məhkum deyiləm, nə siz müstəntiq, zəhmət olmasa sualımı cavablandırın. Etikaya tələbi məndən edirsinizsə, özünüz pozmağınız düzgün olmazdı.
      Keçək sizin yeni suallara: Mən oxucuya etdiyim hörmətə görə onun gözünü açmaq istəyirəm hörmət etməsəm, axmaq gözü ilə baxar, ələ salar və heç bütün bunları deməzdim. Bəs plagiat yazar öz oxucusuna hörmət edir görəsən?
      Kritik düşüncənin meyarları var və onlarla bağlı maraqlana bilərsiniz. Elə kritik düşünən insan özü gərək bir mövzunu yaxşıca araşdırıb sonra polemikaya girişsin.
      Ümumiyyətlə 3-cü cümlənin quruluşu səhvdi, amma sizin sualınızı anladığım üçün cavab verirəm. Hərə mövzu barədə öz fikrini ortaya qoyur, onlardan hamısı yanlış da ola bilər, elə buna görə də kritik düşüncə sahibi olmalısız ki, sadəcə affekt halda olan fanatik biri yox, real arqumentlər verəsiniz. Sadəcə suallar yox mənim dediklərimi araşdırıb boşluqları tapıb yeni bir yazı ilə gələsiniz.
      Plagiatı müəyyən eləmək elə də aydın anlayış deyil. Ümumilikdə ayrı- ayrı ideyaların ortaq olması plagiat hesab olunmadığı təqdirdə, əsas ideyanın, sujet xəttinin eyni olması plagiat hesab olunur (bu sualı da niyə verdiniz anlamıram) Plagiat olması üçün yuxarıda dediklərimin 50%nin eyni olması da bəs edir ABŞda. Onlarda intelektual sahibkarlıq anlayışı var və ümumiyyətlə patentləşdirmə olsun y başqa bir şey, belə məsələlərdə çox həssasdırlar.
      Sizi bilmirəm, mənim oxuduğum əksər kitabda bu dərəcədə oxşarlıq olmur. Əgər sizdə belə olursa o zaman oxuduğunuz kitabların əksəri plagiatdır. Mənbə göstərmişəm, eyni cavabı niyə hər dəfə verdirirsiz mənə. Gedin hər kitabı filmi izləyin, oxşarlıq tapmasanız onda gəlin davam edək söhbətimizi.
      Düzü sonuncu sualınızı bəyəndim. Obyektiv bir yüksək zövq, yəqin ki, insanlığın can atdığı bir şeydir və ümumi götürəndə, müəyyən qruplar arasında bu yaxşı və pis kitablar anlayışı formalaşıb deyə obyektiv bir zövq anlayışı yavaş yavaş formalaşır. O ki, qaldı məhz mənim zövqümün kritik hesab olunub gələcək nəslə ötürülməsinə, bunu isə zaman göstərəcək.

      Sil
  3. Görünür siz mənim buradakı cümlə quruluşu səhvlərimi tutmaqla mənim yazimdaki boşluqları mənə deyirsiz. Size dedim ki, tutarlı bir nümunə göstərin bircə bundan bashqa nə gəldi yazibsiz. Mənim fanatik olmağım nə dərəcədə realdisa sizin də bir yazichini sırf mənbəyi mənə məlum olmayan nifretdenmi deyim,ya bashqa bir səbəbdənmi pislemeyiniz o dərəcə realdır. Sizin yazinizda achiq aşkar bu sezilirdi hətta yanmish bir cümlə də ishletmisiz ki, bu artıq sizə inamamagha dəlalət edir. Həmin o zövq məsələsində. Dekart deyir ki, əgər hisslərim məni bir dəfə də olsa aldadırsa demək onlara tam güvənmək axmaqlıq olar. Siz sizden bir kritik kimi faydalanacaq oxucunu sapdirmisiz, fikrinizin düz olduğu şübhə altına dushur. Plagiati müəyyən eləmək elə də aydın anlayış deyilsə niyə plagiat olduqlarını iddia etdiz də anlamrimam. Obyektiv bir zövq anlayışının formalaşması da əcəb fikirdi. Siz affekt halın nə oldughunu bilib bura yazsaz və ya mənim hansı halda oldughumu müəyyən etsez daha yaxshi olar, elə özünüz də dediyiniz kimi arqumentlərlə. Məsələ uzanmasın, sizin verdiyiniz cavablarla qane olmadığım uchun dushunurem ki, oxucunu səhf istiqamətə yonlendirirsiz.

    YanıtlaSil

Yorum Gönder