"Sinergetika" - Sevinc Nəcəfli

Müasir təbiətşünaslığın paradiq-malarından biri sinergetikadır. Sinergetika  on bir elmin inteqra-siyasından yarananmışdır. Bu elm XX əsrin 70 - ci illərində məşhur alman alimi Q.Xaken və ondan asılı olmayaraq belçika alimi İ.R.Priqojin tərəfindən yaradılıb. Sinergetika sözünün hərfi mənası “birgə fəaliyyət”, “kollektiv fəaliyyət”, “kooperativ fəaliyyət” deməkdir.
Bütün elmlər kimi sinergetika da sistemləri öyrənir. Sistemlər sadə və mürəkkəb qruplara bölünür. Mürəkkəb sistemlər isə öz növbəsində özünütənzimləyən və özünütəşkil edən sistemlərə bölünür. Sinergetika yalnız özünütəşkil edən mürəkkəb sistemləri öyrənir. O, təbii, sosial və koqnitiv sistemlərin özünütəşkilinin həmçinin təkamülünün ümumi qanunauyğuunluqlarını öyrənməklə yeni dünya anlamının əsaslarını xarakterizə edir. Sinergetika məzmununa görə fəlsəfəy meyilli olub, özünütəşkil edən sistemlərin təsvirinə nəzəri və metodoloji yanaşma kimi mövcuddur.
Sinergetikanın yaranmasının əsası XIX əsrin 70 - ci illərində qoyulub. Bu illərdə iki fundamental elm belə bir problemi həll etməyə çalışırdı: təbiətin təkamülü hansı istiqamətdə baş verir?  Nizamdan xaosa doğru yoxsa xaosdan nizama doğru?
Bu dövrdə bilologiya elminin görkəmli nümayəndsi Ç. Darvin, fizikanın nümayəndəsi isə L.Bolsman  hesab olunurdu. Beləliklə, fizikaya görə təbiətin təkamülü nizamdan xaosa doğru, biologiyaya görə isə təbiətin təkamülü xaosdan nizama doğru baş verir.
             Xaos – nizam xaos – nizam –xaos – nizam..............
Bu sxemdən aydın şəkildə görünür ki, nizamın içində xaos, xaosun içində isə nizam var. Deməli nizam və xaos bir - birindən kənarda deyil, biri digərinin içərisində mövcuddur.
Sinergetika yeni elm və bilik sahəsi olmaq etibarı ilə bir sıra spesifik xüsusiyyətlərə malikdir:
1) Sinergetika yeni elmlər arasında istiqamətdir. O, on bir elmin (fizika, kimya, biologiya, sosiologiya, fəlsəfə, riyaziyyat və s.) birləşməsindən yaranıb;
2) Sinergetika yeni dünyagörüşüdür. İ. R. Priqojin qeyd edirdi: “Sinergetika insanın təbiətlə yeni dialoqudur”;
3) Sinergetika yeni metodologiyadır;
4) Sinergetika yeni paradiqmadır;
5) Sinergetika yeni elmi nəzəriyyədir;
6) Sinergetika yeni elmi dildir.
Sinergetika – özünütəşkil edən, açıq, qeyri - xətti, dissipativ, tarazlıq vəziyətindən uzaqda yerləşən sistemlərin inkişafının xüsusi və ümumi qanunauyğunluqları haqqında elmdir.
Sinergetikanı aydın şəkildə başa düşmək üçün aşağıdakı əlamətləri nəzərdən keçirək:
1) Sinergetik sistem mürəkkəb sistemdir. Sistemin mürəkkəbliyi iki amillə müəyyən olunur;
a) Sistemi təşkil edən elementlərin say çoxluğu ilə;
b) Elementlər arasında qarşılıqlı təsirlərin say çoxluğu ilə.
2) Sinergetik sistem özünütəşkil edən sistemdir. Sistemlərin təşkili və özünütəşkili hadisələri mövcuddur. Sistemlərin təşkil olunması xarici qüvvələrin, özünütəşkil etməsi isə daxili qüvvələrin təsir ilə baş verir. Özünütəşkilin bütün səviyyələrində qaydanın yəni nizamın mənbəyi “xaosdan qayda (nizam) yaradan”, yeni vəhdətin meydana gələməsini təmin edən geriyədönməzlikdir.
İnkişaf  prosesində sistemin mürəkkəbləşməsi qabiliyyəti nizamlı strukturların yaranmasına, sistemin özünütəşkilinə  gətirib çıxarır. Bu proses zamanı  bir - birinə əks olan iki mexanizm təsir edir: əgər bir tərəfdən sistemi təşkil edən elementlərin birləşməsi, əlaqələnməsi baş verirsə, digər tərəfdən isə sistemi parçalanır – fraksiyalara ayrılır. Bu hal mürəkkəblik və nizamlılıq səviyyəsindən asılı olmayaraq materiyanın bütün struktur səviyyəlrində baş verir.
3) Sinergetik sistemlər açıq sistemlərdir. Açıq sistemlər elə sistemlərdir ki, onlar aktiv ətraf mühitdən fasiləsiz olaraq maddə, enerji və informasiya qəbul edirlər.
İnkişafın mahiyyətini nəzəri təfəkkürdə ifadə etmək üçün yeni anlayışlar yaradılırdı. Bu anlayışlardan  biri “açıq sistem” anlayışı idi. “Açıq sistem” anlayışını 1929 - cu ildə Brüssel məktəbinin təmsilçisi, fizik R.Dafeam irəli sürmüşdür. 1932 - ci ildə isə L.Fon Bertalanfinin bu anlayışını bioloji sistemlərə tətbiq etməklə onun sərhəddini bir qədər genişləndirmişdir. L. Bertalanfinin apardığı araşdırmalar sinergetikanın əsasında duran “açıq sistem” lərin daxili təsvirini verməyə imkan yaratdı. Beləliklə dünyanın elmi mənzərəsi çərçivəsində aparılan  müzakirələr gerçəkliyə sinergetik yanaşmanı  gətirib çıxardı.[1,s.531]


Sinergetik yanaşmanın əsasında duran özünütəşkiletmə prinsipinə görə, özünütənzimləmə baqxımından canlı və cansız sistemlər arasında elə də kəskin bir fərq yoxdur. Dünyanın təbii - elmi mənzərəsi çərçivəsində sinergetik yanaşma özünütəşkiletmə prinsipinin üzə çıxmasına imkan verdi. Bu imkan isə materiyanın heç bir forması ilə bağlı deyildi.
4) Sinergetik sistemlər qeyri - xətti sistemdir. Sinergetik sistemlərin qeyri -xəttiliyi o deməkdir ki, digər sistemlərdən fərqli olaraq onlar sadə riyazi tənliklərlə deyil, mürəkkəb riyazi tənliklər vasitəsilə təsvir olunur.
5) Sinergetik sistemlər dissipativ sistemlərdir. Mürəkkəb sistemin xarici aləmlə qarşılıqlı təsiri, onun tarasız şəraitinə daxil olması yeni dinamik halların dissipativ strukturların təşəkkül tapmasına səbəb olur. Dissipativ struktur dedikdə açıq tarasız sistemlərdə spontan (öz - özünə) surətdə yaranan strukturlar başa düşülür.[3,s.429,] Dissipatiya latın sözü olub, hərfi mənası səpələnmək deməkdir. Bu o deməkdir ki, sistem o zaman özünütəşkil edə bilər ki, onun xaricdən aldığı maddə və enerji sistemin bütün elementləri arasında bərabər paylanmış olsun. Yalnız dissipatiya nəticəsində sistemin bütün elementləri onun təşkil olunmasında fəal iştirak edir.
6) Sinergetik sistemlər tarazlıq vəziyyətindən uzaqda yerləşən sistemlərdir. Təbiətin bütün sistemlərində fülüktasiya adlanan kiçik amplitudlu rəqslər baş verir. Sinergetik sistemlərin təkamülü adi halda bifurkasiya (iki qat şaxələnmə) nöqtəsinə doğru gedir. “Bifurksiya” nöqtəsi elə bir nöqtədir ki, bu nöqtədə cismin təkamül yolları şaxələnir. “Bifurksiya” nöqtəsi yaxınlığında sistemdə əhəmiyyətli flüktasiyalar müşahidə olunur. Kiçik bir flüktasiya sisteminin təkamülündə tamamilə yeni bir istiqamətin başlanmasına səbəb ola bilər. [7,s.140,]
“Bifurksiya” nöqtəsində sistemin təkamül yolu şaxələnir və inkişafın hansı istiqamət üzrə davam etməsi xalis təsadüfi xarakterə malikdir. Sistem öz istiqamətini seçdikdən sonra onun geriyə yolu qalmır: proses geriyədönməz olur. Beləliklə, həmin sistemlərin inkişafının əvvəlcədən söylənilməsi ehtimallı səciyyə daşıyır. [1,s536,]
Müasir təbiətşünaslıqda sinergetikanın meydana gəlməsi təbii - elmi bilik sahələrinin bütün növlərinin qlobal təkamülü ilə bağlı olmuşdur. XIX əsrdə belə bir fikir hökmranlıq edirdi ki, materiyaya nizam - intizamın pozulması, başlanğıc tarazlıq halına meyl yəni xaos, nizam - intizamsızlıq xasdır. Burdan belə bir nəticə çıxır ki, materiya tarazlıq termodinamikasının təsiri altında formalaşır. Tarazlıq termodinamikası enerjinin müxtəlif növlərinin qarşılıqlı çevrilməsi proseslərini öyrənir.
Materiya termodinamik tarazlığın əksinə də iş görməyə, yəni özünütəşkil etməyə, özünü mürəkkəbləşdirməyə qabildir.
Materiyanın  öz  - özünü inkişaf etdirə bilməsi məsələsi elmə çoxdan məlum olsa da, bu postulatın fundamental təbiət elmləri üçün əhəmiyyəti yalnız XX əsrin ikinci yarısıda dərk edilmişdir. Sinergetika özünütəşkiletmə nəzəriyyəsi kimi  məhz bu dövrdə yaranmağa başlamışdır. Bu nəzəriyyə hazırda bir neçə istiqamətdə  - sinergetika (Q.Xaken), tarazlıq termodinamikası (İ.R.Priqojin) və b. istiqamətlərdə inkişaf etdirilir. Bu istiqamətləri inkişaf etdirən sinergetik ideyaların ümumi mənası aşağıdakılardan ibarətdir:[6,s.424,]
1) Kainatda dağılma və yaranma, deqradasiya və təkamül prosesləri eyni hüquqludur;
2) Daxilində baş verdikləri sistemlərin təbiətindən asılı olmayaraq yaranma proseslərinin (sistemin mürəkkəbliyinin və nizamlılığının artması) vahid alqoritmi vardır.
Sinergetika klassik fizikadan fərqli olaraq materiyanın müşahidə oluna bilən, makroskopik struktur səviyyəsində baş verən dəyşikliklərə sistemin böyük sayda elementlərinin, hissəciklərinin müşahidə oluna bilməyən mikrosəviyyədə baş verən qarşılıqlı təsirlərin nəticəsi kimi baxır.
Açıq sistemləri ( fiziki - kimyəvi, sosial, bioloji və s.) təşkil edən elementlər arasında xarici mühitlə qeyri - taraz şəraitdə baş verən intensiv enerji və maddələr mübadiləsi nəticəsində açıq sistemin elementləri arasında qarşılıqlı əlaqələr yaranır, sistem strukturlaşır. Sinergetika sistemin elementləri arasında yaranan bu əlaqələri, strukturlaşmanı öyrənir.[5,s.191]
Sinergetika elə bir universal mexanizm yaratmağa çalışır ki, onun vasitəsilə həm canlı, həmçinin cansız təbiətin özünütəşkili həyata keçirilə bilsin. Özünütəşkiletmə dedikdə açıq qeyri  - tarazlıq sisteminin özünü təşkiletməsinin daha sadə və az nizamlı formasından daha mürəkkəb və daha çox nizamlı formasına  spontan yəni öz - özünə keçməsi başa düşülür.  
Sinergetik araşdırmanın obyekti(təbiətdən asılı olmayaraq) üç şərtə əməl etməlidir:
1)Sistem mütləq şəkildə açıq olmalıdır;
2) Sistem qeyri - taraz olmalıdır;
3) Böhran durumundan sıçrayışla çıxa bilməlidir.
Sistemin açıqlığı  - onun aktiv ətraf mühitdən fasiləsiz olaraq maddə, enerji, informasiya qəbul etməsidir.
Sistemin qeyri - tarazlığı - onun böhran halına gəldiyini və davamlılığını itirdiyini göstərir. Sistem böhran halında olarkən güclü flüktasiyalar yaranır və onlardan biri konkret davamlı hala sıçrayış edir. Sıçrayış dönməz xarakter daşıyır. Yeni hala sıçrayış edəcəyi ehtimal olunan böhran nöqtəsi bifurkasiaya nöqtəsi adlandırılır.
Hər hansı bir açıq sistemin inkişafı prosesində onun özünütəşkili həm qanunauyğun, həm də təsadüfi şəkildə baş verir. Yəni, sistemin özünütəşkili təkamülün qanunauyğun baş verən və onun inkişafının sonrakı qanunauyğun mərhələsini müəyyən edən bifurkasiya nöqtəsində təsadüfi şəkildə gerçəkləşə bilir.
Sistemin böhran halından sıçrayışla çıxması – sistem yeni, daha nizamlı hal alır.
Sinergetika haqqında ideyaların formalaşdırılmasında Şellinqin, Marksın, Hegelin dialektikalarının böyük təsiri olmuşdur. Sinergetikanın banilərindən olan İ.Priqojin yazırdı: Hegelin təbiət fəlsəfəsi “ hər bir səviyyə özündən əvvəlki səviyyəni tələb edən iyerarxiyanın varlığını  təsdiq edir”[7,s427,]. Bununla yanaşı İ.Priqojin qeyd edirdi: “Materializmin tərkib hissəsi kimi təbiətin tarixi ideyası K.Marksa məxsus olub, F.Engel tərəfindən ardıcıl inkişaf etdirilmişdir”[7,s.428].
Müasir alimlərin bir qismi dialektika ilə sinergetika arasındakı əlaqəni inkar edirlər. Onlara görə diaektika sinergetika ilə əvəz olunmuşdur. Lakin bu fikir yalnışdır. İnkiçafın ümümi nəzəriyyəsi və universal metod olmaqla dialektika dünya fəlsəfi fikrinin ən böyük nəaliyyətlərindən biridir. Sinergetika isə fizikadan, xüsusi halda termodinamikadan törəmiş yeni bir elmi istiqamətdir. 
                                           
 Sevinc Nəcəfli
Bakı Dövlət Universiteti, magistr
Gəncə Dövlət Universiteti, fəlsəfə müəllimi
                                             
 Ədəbiyyat:

1. Qəhrəmanov N.F., Məmmədov Ə.B., İsmayılov V.İ. Təbii - elmi biliyin fəlsəfi əsasları: Bakı; Elm, 2014, 584s
2. Qəşəmoğlu Ə. Ahəngyol elminə giriş. Bakı,“Səda”,2008.
3. Николис Г, Пригожин И.Самоор ганизация в неравновесных системах: От диссипативных структура к упорядоченности через флюктации. Москва;1979.
4. Məmmədov Ə. B., İsmayılov V. İ., Məmmədov F. Ə. Rasionallıq və qeyri rasionallıq: fəlsəfi - metodoloji kontekst. Bakı; Elm, 2010, 880s.
5. Tağıyev A. Müasir təbiətşünaslığın konseosiyaları. Bakı;2001, 479s.
6. Хакен Г. Синергетика. Москва;1980.
7. Пригожин И. Порядок из хаоса: Новый диалог человека с природой; Москва; 1993.
8. H. Haken. “Synergetics, an Introduction: Nonequilibrium Phase Transitions and Self-Organization in Physics, Chemistry, and Biology”, 3rd rev. enl. ed. New York, Springer-Verlag, 1983.
9. H. Haken. Advanced Synergetics: Instability Hierarchies of Self-Organizing Systems and Devices. New York, Springer-Verlag, 1993.
10. H. Haken. Synergetik. Springer-Verlag Berlin Heidelberg New York ,1982.

Yorumlar