Etika və Əxlaq arasındakı fərq - Limenya



Tərcümə: Kamran Əliyev
Mənbə: Limenya



    İnsanlar bəzən etika və əxlaq arasındakı fərqləri unudurlar. Etik və əxlaq fərqli şeylərdir. Bir şey həm etik həm də qanuni ola bilər,ancaq bu şey əxlaqa qarşı ola bilər.İkisini bir-birindən ayıran incə bir xətt var.

Etika

   Etika cəmiyyət və ya mədəniyyət qrupları tərəfindən irəli sürülən standartlara işarə edən bir koddur. Etika cəmiyyət tərəfindən təklif olunan davranış qaydalarıdır. Bunlara şirkət etikası, milli etika, sosial etika, peşə və ya ailə etikası misal ola bilər.
   İş etikasının ciddi qaydaları var.İş yerində etik bir davranış, cəmiyyətin ən son qaydalara riayət etməsinə və özünü formalaşdırmasına kömək edən davamlı təhsil tələb edir. Dünyada etikaya peşəkar şəkildə nəzarət çox vacibdir. Etika profesoyanllara riayət edəcəyi qaydaları və bunlara qarşı gəlsə üzləşəcəyi nəticələri öyrədir.


Əxlaq

   Əxlaq daha xüsusi bir şeydir. Bir insanın daxili və qəribə xüsusiyyətidir. Birinin səhv olaraq düşündüyü hərəkət başqası üçün doğru ola bilər. Əxlaq riayət ediləcək qaydalardan çox insanın inancıdır. Etik və hüquqi məsələlərin cəmiyyətdəki əqidə və əxlaqa zidd olduğunu qeyd etmək lazımdır.
   Məsələn,həkim tibbi etikaya riayət etməlidir. Bir həkimin terrorçu və ya qarşı ordudan əsgəri müalicə etməsi etikdir. Bir həkimin tibb dünyasının iş etikasının quruluşunu tənzimləyən Hippokrat andı ilə peşəsinə bağlıdır.
   Eynilə əxlaq üçün abort nümunəsi verilə bilər. Abort tamamilə qanunidir və tibbi etikada da icazə verilir.Ancaq fərdlərin əxlaqı ilə ziddiyət təşkil edə bilər.Başqa bir misalda verə bilərik-cinayət müdafiəçisi vəkil məhkəmədə cinayətkarın müdafiəsini edərkən əxlaqını kənara qoymalıdır.Başqasının öldürülməsini əxlaqi qanunlarına zidd saysada,iş etikasına görə təqsirləndirilən şəxsi müdafiə etməlidir. Burada vəkil müvəkkilinin günahkar olduğunu və ittihamlarıa sərbəst buraxılsa günahını təkrarlaya biləcəyini bilir. Onun əxlaqı hüquqi etika ilə müqayisədə arxada durmuş olur.


Etika və Əxlaq arasındakı fərq.

Etika və əxlaq arasındakı fərqləri ümumiləşdirilərsə;
Əxlaq kodeksi şəxsən kodlaşdırılsa da, etik qaydalar qrup və ya mədəniyyət tərəfindən izlənir.
Zamanla etik dəyərlər dəyişsə də, əxlaq isə zamanla dəyişmir.
Əxlaq insandan insana dəyişsə də, etik qaydalar hər kəs üçün eynidir.
Əxlaq qaydaları dinə,etika isə fəlsəfəyə əsaslanır.




Bizimlə əlaqə üçün yuxarı klikləyin...

Yorumlar