Epikürçülükdən həyata qısa baxış - Kamran Kərimli



Müəllif: Kamran Kərimli

  Helenistik dövrün önəmli fəlsəfələrindən bir olan Epikürçülüyün sualları və yeritdiyi fikirləri hələ də insanların dərin düşüncələrində öz varlığını davam etdirməkdədir. Bu yazı Epikürçülərin insanı və dünyanı anlama cəhdlərinin məhsulu olaraq ortaya qoyduğu sualların və fikirlərin qısa təkrarını təqdim etmək üçün qələmə alınmışdır.

MƏQSƏD: Epikürçülük tək bir filosof tərəfindən yaradılmışdır. Epikürün (E.Ə 341-270) fəlsəfəsinin məqsədi insanı "ölüm" və "həyat" qorxularından xilas etməkdir. 

QORXU: Epikür Demokritos'un atom haqqında fikirlərini mənimsəmişdi. Buna görə maddi dünyada var olan hər şey atom və boşluqdan ibarətdir. Nəsnə atomların birləşməsi ilə əmələ gəlir və atomların nə vaxtsa ayrılması ilə ayrılır. Dünyada meydana gələn bu dəyişiklik ya sonsuzca yenilənən bu müddətdən, ya da nəsnələrin boşluq içində bu yolla əmələ gəlməsindən ortaya çıxır. İnsan da bu sistemin bir parçası olduğundan birləşmə və dağılma dövrünə tabedir. Nəticə olaraq, Epikür ölümdən qorxmamağımızı deyir. Çünki, biz varkən ölüm yoxdur, ölüm varkən biz yoxuq.

PİSLİK HARADAN GƏLİR: Tanrı pisliyin qarşısını almağı istəmirmi, yoxsa buna gücü çatmırmı, əgər gücü çatmırsa, acizdir. Gücü olub qarşı çıxmırsa da, pisdir deməli. Əgər həm gücü çatırsa, həm də yaxşıdırsa, pislik haradan gəlir?

TANRI: Epikürə görə Tanrı insanlardan çox uzaqda, insanların problemlərinə qarışmayacaq bir yerdədir. Yəni Epikür Tanrının varlığını rədd etmədən onu rəsmin xaricinə çıxarmışdır. Tanrı insanların işlərinə qarışmadığına görə insanların Tanrıdan nəsə istəməsi və ya qorxması gərəksiz və mənasızdır.

HƏYATIN MƏNASI: Yox olmaq qaçılmaz olduğuna görə, əlimizdə olan tək şeydən - bu həyatdan ən çoxunu almalıyıq. Məqsədimiz, bu dünyada xoşbəxt olmaqdır. Bunu əldə etməyin yolu şiddətlə və qeyri-müəyyənliklə dolu cəmiyyət həyatından keçmir, eyni düşüncələri paylaşan insanların yaratdığı xüsusi qrupa çəkilməkdən keçir. Üstəlik sağlamlığımız və insanlarla münasibətimiz bunu gərəkdirdiyindən həzz verən və zərərli olmayan şeylər qadağan olunmamalıdır. Amma bu dünyadan müəyyən qədər həzz almağımız da önəmli bir düsturdur. Epikürçülərin bu məqsədlə bağlı yaratdıqları topluluqlar hər kəsə (qadınlara və kölələrə də) açıq idi.

XRİSTİANLAR TƏRƏFİNDƏN LƏNƏTLƏNMİŞLƏR: Epikürçülərin görüşləri və təqdim etdikləri həyat tərzi son dərəcə sərsəm görülmüş, xüsusilə də xristianlıq tarixinin səhnəsinə çıxanda. Epikürçülər xristianlar tərəfindən lənətlənmişdilər. Bunun səbəbi də təbii olaraq xristianların Tanrısını tanımamaları və daha pisi bu dünyanın dəyərini yeganə dəyər olaraq görmələri idi. 

HUMANİZMƏ TƏSİRLƏRİ: Epikürçülük dövrümüzdə geniş yayılmış bir həyat tərzinin incədən incəyə düşünülmüş ilk şərhidir. XX əsrin elmi və azad düşüncəli humanizmi ilə hərfi mənada eynidir. Məqsədi Epikürçülüyü Roma mədəniyyətinə tanıtmaq olan Lucretius (E.Ə 95-52) Epikürçülüyü izah etməyə  çalışdığı latınca şeiri "De Rerum Natura" günümüzə gəlib çatmış nadir əsərlərdən biridir.

Epikürçülük təlimi çox uzun tarixi boyunca dəyişmədən qala bilmişdir, bəlkə də bir şəxsin düşüncəsinin məhsulu olduğuna görə. Orta çağda "İsa düşməni" olaraq adlanaraq günahlandırılmış və unudulmuşdur. XVI-XVII əsrlərdə isə yenidən ortaya çıxmış və humanizmin başlamasında böyük rolu olmuşdur.

Yorumlar