![]() |
Lui Mişel Dümesnil "Dekart İsveç kraliçası Kristina və Bavariya şahzadəsi Elizabetin hüzurunda" |
Elizabet
16 may 1643-cü il tarixli məktubunda Dekartdan “insan ruhunun iradə hərəkətlərini
meydana gətirmək üçün bədən ruhlarını necə hərəkətə gətirdiyini” soruşurdu:
“çünki, deyirdi ruh düşünən bir substansiyadır, dolayısı ilə də madəsizdir. Bədən
isə bir maddədir. Halbuki, bir maddə ancaq başqa bir maddənin toxunması və itələməsi
isə hərəkətə keçə bilər. O halda düşüncə olan ruhun, maddə olan bədəni necə hərəkət
etdirdiyi aydın şəkildə başa düşülmür. Onun üçün sizdən ruhun
Metafizikanızda verdiyiniz tərifindən daha xüsusi tərif verməyinizi istəyirəm”. Beləliklə, Dekartın izah etməkdə çətinlik çəkdiyi bir məsələyə diqqət çəkilirdi.
Metafizikanızda verdiyiniz tərifindən daha xüsusi tərif verməyinizi istəyirəm”. Beləliklə, Dekartın izah etməkdə çətinlik çəkdiyi bir məsələyə diqqət çəkilirdi.
Şəhzadə
Elizabetə
Madam, əlahəzrətlərinizin
öz əmrlərini yazılı olaraq almaq şərəfini mənə bəxş edən lütfkarlığı heç bir
zaman ümid edə bilməyəcəyim dərəcədə böyükdür və qüsurlarımı şiddətlə arzu
etdiyim lütfkarlıqdan daha yaxşı örtüb azaltmaqdadır; çünki diləyim La Heydə
olduğum son günlərdə qarşınızda hörmətlə baş əymək və dəyərsiz xidmətlərimi əmrinizə
təqdim etmək şərəfinə nail olduğum təqdirdə, əmrlərinizi ağzınızdan eşitməkdir.
Bu da mənə eyni zamanda çoxsaylı möhtəşəmlikləri seyr etmək imkanı verəcəkdir.
Beləliklə, rəssamların çəkdiyi mələk vücudlarına bənzəyən vücuddan fövqəlbəşər
sözlərin çıxdığını görərək, yer üzündən gəlib də cənnətə yenicə daxil olanların
eşitməsi lazım olan heyranlığı duyacaqdım. Bu da məni, heç şübhəsiz ki, əlahəzrətlərinizlə
daha çox danışmaq şərəfinə nail olduğum zaman gördükləri qüsurlarım səbəbiylə
özlərinə cavab verməkdə qalibiyyətsiz edəcəkdi; bunun üçündür ki, yüksək mərhəmətiniz,
düşüncələrinizin izlərini kağız parçası üzərinə rəsm etməklə bu qüsurumu bir az
da olsun azaltmaq istəmişdir, həqiqətən mən də onları təkrar təkrar oxuyub
araşdırmaqla daha az çaşqınlıq yaşayıram, lakin ilk öncə çox incə görünmələrinə,
araşdırdıqca daha doğru və daha sağlam görünmələrinə də baxaraq heyranlığımı
daha da artırmaqdadır.
Həqiqətən deyə bilərəm
ki, Əlahəzrətinizin ortaya atdığı məsələ yayımladığım yazılardan sonra çox
haqlı olaraq mənə soruşulacaq məsələdir. Çünki insan ruhunda iki şey vardır ki,
təbiəti haqqında əldə edəcəyimiz bütün məlumatlar onlara bağlıdır: bunlardan
biri düşünməsi, digəri də bədənlə birləşmiş olduğuna görə bədənə təsir etməsi və
bədəndən təsirlənmiş olmasıdır; ikincisi haqqında demək olar ki, bir şey demədim,
yalnız birincisini izah etməyə çalışdım, çünki mənim əsas məqsədim ruh ilə bədən
arasındakı ayrılığı isbat etmək idi; bunun üçün də ancaq birincisi yararlı ola
bilərdi, digəri isə zərərli olardı. Lakin Əlahəzrətiniz özlərindən heç bir şeyi
gizlətməyə imkan olmayacaq dərəcədə hər şeyi açıqca gördükləri üçün, burada ruh
ilə bədənin birləşməsini necə qavradığımı və ruhun bədəni necə hərəkət etdirmək
gücündə olduğunu açıqlamağa çalışacağam.
Məncə, ilkin olaraq bizdə
bəzi ilk anlayışlar vardır; bunlar bir sıra orjinallardır ki, başqa bütün
biliklərimizi onların nümunələri üzərinə yerləşdiririk. Ancaq bu cür anlayışlar
çox azdır; çünki qavradığımız hər şeyə uyğun olan, o ən ümumi varlıq, say
anlayışlarından sonra, ayrıca cismlər üçün uzunuq anlayışı vardır, ondan da şəkil
və hərəkət anlayışları çıxır: yalnız ruh üçün də ancaq düşüncə anlayışı vardır,
o da ancaq anlayışın idrakı ilə iradənin təmayüllərini ehtiva edir; son olaraq
isə ruhun və bədənin hər iksinə birdən aid olan, ruh ilə bədənin biləşməsi
anlayışı vardır, ruhun bədəni hərəkət etdirməsi anlayışı ilə bədənin də
duyğular və passionlar meydana gətirmək xüsusiyyəti ilə ruha təsir etmək
gücünün anlayışı bu birləşmə anlayışına bağlıdır.
Yenə də məncə bütün insan
elmi bu anlayışları yaxşı ayırd edə bilmək və hər birini aid olduğu şeyə yükləyə
bilməkdən ibarətdir. Çünki bu çətinliyi aid olmadığı anlayışla açıqlamaq istədiyimiz
zaman özümüzü aldanmaqdan qorumalıyıq; bu anlayışları başqa bir anlayışla
açıqlamaq istədiyimiz zaman da bu belədir; çünki bu anlayışlar ilk
olduqlarından hər biri ancaq özü vasitəsilə başa düşülə bilər. Duyğularımızdan
istifadə etmək bizə uzunluq, görüntü, hərəkət
anlayışlarını digərlərindən daha yaxın etdiyi üçün yanlışlarımızın
başlıca səbəbləri, ümumiyyətlə bu anlayışları aid olmadıqları şeyləri açıqlamaq
üçün istifadə etmək istəməyimizdir, məsələn, ruhun təbiətini anlamaq üçün xəyaldan
istifadə etmək dediyimizdə, yaxud da ruhun bədəni hərəkət etdirmə tərzini, bir
cimsin başqa bir cismi hərəkət etdirmə tərzi ilə anlamaq istədiyimizdə olduğu
kimi.
Bunun üçündür ki, Əlahəzrətlərinin
oxumaq tənəzzülü göstərməsini xahiş etdiyim Düşüncələr
də yalnız ruha aid olan anlayışları yalnız bədənə aid olanlardan ayıraraq izah
etməyə çalışdıqdan sonra, indi də, ilk olaraq yalnız ruha və yalnız bədənə aid
olanları bir yana qoyaraq, ruh ilə bədənin birləşməsinə aid olan anlayışları
izah etməyə çalışacağam. Bunda da Altıncı
etiraza verdiyim cavabın son hissəsinin yararlı olacağını hesab edirəm;
çünki bu sadə anlayışları ancaq ruhumuzda ayıra bilərik, hamısı təbiəti
etibarilə ruhda yer almaqdadır. Lakin ruh onları hər zaman yetəri qədər
bir-birindən ayırmamaqda, yaxud da yükləməsi lazım olan şeylərə yükləməməkdədir.
Beləliklə, zənn edirəm
ki, bundan əvvəl ruhun bədən üzərinə təsiri anlayışı ilə bir cismin başqa bir
cismin üzərinə təsiri anlayışını qarışdırdıq; və hər iki anlayışı ruha deyil,
çünki onu yetəri qədər bilmirik, lakin
cimslərin ağırlıq, istilik kimi bir sıra xüsusiyyətlərinə yüklədik, bunların da
gerçək olduğunu, yəni cismin varlığından ayrı varlığa malik olduğunu, dolayısı
ilə də aksidensiya adı verməyimizə baxmayaraq, substansiya olduqlarının təsəvvür
etmişdik. Onları başa düşmək üçün onlara
yüklədiyimiz şeyin maddəli və ya maddəsiz olduğuna görə, bəzən bizdə cismi
tanımaq üçün lazım olan anlayışları, bəzən də ruhu tanımaq üçün lazım olan
anlayışları istifadə etdik. Məsələn, ağırlıq haqqında tək bildiyimiz şey onun
yer aldığı cismi Yerin mərkəzinə doğru hərəkət etdirmək qüvvətinə sahib
olmasıdır, buradan da onun gerçək bir aksidensiya olduğunu fərz edərək, bu
cismi necə hərəkətə gətirdiyini və ona necə qatıldığını anlamaqda çətinlik çəkmirik;
bunun da bir səthin başqa bir səthə toxunması ilə olacağını hesab etmirik;
çünki bunu anlamaq üçün xüsusi bir anlayışımızın olduğunu özümüzdə təcrübə
edirik və bu anlayışı fizikada da göstərməyi ümid etdiyim kimi cimsdən gerçək
olaraq ayrı bir şey olmayan, ağırlığa tətbiq edilməklə pis istifadə etdiyimizi
hesab edirəm, çünki bu anlayış bizə ruhun maddəni hərəkət etdirməsini anlamaq
üçün verilmişdi.
Fikrimi izah etmək üçün
daha artıq söz sərf edərək əlahəzrətlərinin bənzərsiz zəkasını yetərincə
tanımadığımı göstərmiş olacağım kimi, cavabımın özlərini tamamilə razı
salacağınını hesab etmək cəhdi göstərməklə də özümü çox bəyənmiş olardım. Beləliklə,
burada sözlərimə daha artıq bir şey əlavə etməməklə bunların hər ikisindən də
qaçmağa çalışacağam. Lakin sadəcə olaraq əlahəzərlərinin bəyənəcəyi şeyi yazmaq
və ya demək gücündəysəm, bu iş üçün qələmi əlimə almağı və ya La Heyə qədər
getməyi böyük lütf olaraq qəbul edəcəyəm, çünki mənim üçün dünyada əlahəzrətlərinin
əmrlərini yerinə yetirməkdən daha əziz bir şey ola bilməz.
21 may 1643
Tərcümə edən: Araz Əliyev
Yorumlar
Yorum Gönder