Bətmən və ekzistensializm - Diverting Tales




Müəllif: Diverting Tales
Tərcümə: Kamran Əliyev



   Hər kəs “Batman”in mənşəyini bilir.Bruse Wayne və ailəsi qaranlıq bir xiyabanda gəzərkən Marta və Tomas Vaynenin ölümü ilə nəticələnən soyğunun qurbanı olur.Bu hadisə Bruse və onun altereqosu olan “Batman”ı formalaşdırır,bəs “Batman” hansı fəlsəfəni davam etdirir? Niyə görə “Joker” və digər cinayətkarları öldürməmək mövzusunda bu qədər sərtdir? Bəzilərinizi bu təəccübləndirə bilər,ancaq “Batman”ın inancları eksiztensializmlə əlaqələndirilə bilər.”Batman” və ekzistensializm ilə əlaqəli məqamları izah etməzdən əvvəl,ekzistensializmin nə olduğunu açıqlamalıyıq.


Ekzistensializm nədir?

   Ekzistensializm 19-cu və 20-ci əsr yazıçıları və filosofları tərəfindən formalaşdı və 19-cu əsr maariflənməsinə cavab oldu.Fridrix Nitsşe,Jan Pol Sartr,Alber Kamyu kimi filosoflar,müəlliflər ekzistensializm ideyasını formalaşdırdılar.
   Ekzistensialistlər həyatın konkret bir məna daşımadığına inanırlar;lakin,bu ünsür bizə öz hərəkətlərimizdə və seçimlərimizdə məsuliyyətli olmaq vəzifəsini verir.Həyatın müəyyən bir məna daşımaması bizə həyatımızın mənasını və məqsədini seçmək imkanı verir;hər həyatın yaşamaq potensialı var və öz xeyirinə yaşamağa dəyər-əxlaq və inancda quruluşdur.
“İnsan özündən nə yaradırsa, ondan ibarətdir”-Jan Pol Sartr.
Xülasə etdikdə: Həyatınıza,seçdiyiniz yola və ona aid etdiyiniz mənaya görə məsuliyyət daşıyırsız. Sizə rəhbərlik etmək üçün yüksək iradə və ya hədəflərinizə çatmağınıza mane olacaq tale yoxdur.

Bəs bu fəlsəfə “Batman”ın davranışına necə nüfuz etdi? 


“Batman”ın “öldürmək olmaz” prinsipinin arxasındakı fəlsəfə 

“Batman”ın öldürməmək prinsipi,hər bir həyatın böyük işlər görmə potensialına sahib olduğuna dair inanmağın nəticəsidir.”Batman” bilir ki, öldürmək həmin həyatın sahib olduğu bütün potensialı almaq deməkdir.Onları öldürmək günahlarının əvəzini ödəmək və yaxşılıq etmək fürsətini əlindən alır.Bu eyni zamanda “Joker”i öldürməməsinin səbəbidir-Əgər “Joker”i öldürərsə pis insanların olduğunu və bu insanların dəyişdirilməsinin mümkün olmadığını qəbul etməkdir.
   Bu həm də “Joker”in nihilist dünyagörüşü ilə əlaqəlidir.Nə qədər qaranlıq görünürsə görünsün insanların daxilindəki yaxşılığa inanır və hətta “Joker” kimi insanların dəyişəcəyinə,bəlkə də yaxşılıq edə biləciyənə də inanır.Bu inam eyni zamanda Qothamın başqa bir qulduru olan Justin Toddu da yanına almasının səbəbidir.Jason “Batman”ın ümid etdiyi biri olmaya da bilər,ancaq yenə də öz metodları ilə yaxşılıq edir və bu Qothamdakı digər cinayətkarlardan daha çox şey edə bilərdi.
“Öldürmək olmaz” qaydası “Batman”in Qotham və hətta “Joker” kimi cinayətkarlarının ümid simvoludur.Bu, hamımızın öz seçimimizi edə biləcəyimizə və ən başlıcası həyatımı dəyişdirə biləcəyimizə olan inamdır.


“Batman” maskasının arxasındakı fəlsəfə

   “Batman” faciəvi bir hadisə ilə qarşılaşan bir uşağın qəzəbindən və bədbəxtliyindən dünyaya gəldi.Bu ekzistensializmin bəlkə də kainatın bizə qayğı göstərə bilməyəcəyinə dair ümidsiz şüurdan doğulduğuna bənzəyir.Ekzistensializm mahiyyətcə böyük şəkildə əhəmiyyət vermədiyimiz nəzarəti yenidən qazanmağa çalışan fəlsəfədir.Daha çox yarım boş bir yanaşma olan nihilistik nüsxənin yanında;vəziyyətə yaxşı baxan və stəkanın yarısının dolduöunu söyləyən metod kimi qəbul etmək olar.
   “Batman” bu təxəyyülün bədən tapmış halıdır.Bruce Vayne ailəsinin ölümünü qəbul edib xeyriyyəçilik üçün pul ödəyən və ağrısını azaltmaq üçün spirt qəbul edən milyonçu ola bilərdi;lakin bu hadisənin həyatını xərcləməməsi üçün siqnal olduğuna qərar verdi.Bu dəhşətli vəziyyətdın çıxmaq və ailəsinin miras buraxdığı puldan istifadə etmək Brusa,başqalarına özünün yaşadığı əzabı çəkməkdən qorumaq üçün və  yeni nəsilə Qotham vətəndaşlarını Qothamı “Batman”dan də çox dəyişdirə biləcəyi ilhamı fürsətini verdi.Kim bilir,bəlkə Qothamın gələcək prezidentini də ruhlandıra bilər. 
   “Batman” günahkarlara görə,onları gecə saatlarında çıxmaq və cinayət törətmək barədə yenidən düşünməyə məcbur edən gecənin qorxunc canavarı ola bilər,amma bu, Qothamın yaxşı vətəndaşları üçün gecənin ümid və qoruma rəmzi olduğuna həmişə göz yumulur.


“Batman”ın cinayətə qarşı mübarizəsi və Batman ailəsi.

Ekzistensializmin əsas prinsiplərindən biri həyat yolunu və məqsədini seçməkdir.Bu seçimlər onun varlığını tamamlamalıdır və mümkünsə başqalarının həyatına xeyir verməlidir.Bruse Vayne həyatını cinayətkarlıqla mübarizəyə həsr etdi.İlk yaşlarında,cinayətkarların ürəyinə qorxu salmaq mövzusunda çox ciddiydi və olduqca da dəhşətli idi.Heç vaxt qazana bilməyəcəyi müharibədə tək başına getməyi üstün tutdu.
    Yaşlandıqca yanına  dostu Dick Qreysonu (ləqəbi ilə ROBİN) götürməklə yanaşmasını dəyişdi.Robin “Batman”ın həyatında və mübarizəsindəki ümidi təmsil edir.
“Uşaqları deyil cinayətkarlı qorxutmaq niyyətindəyəm”-“Batman”
Robin “bu münasibətlə ailəsinin bütün üzvlərini” “Batman”ın mirasını təmsil edir.”Batmanı”ın ətrafını uşaqlar və yeniyetmələrlə doldurması qəribə görünə bilər,amma bunlar Qothamın gələcəyidir;”Batman”ın cinayətlə müharibəsi onlar üçündür və “Batman” bu müharibəni davam etdirməyi öyrədir.Eyni zamanda “Batman”a də ümidli bir perspektiv verir.Qothamı daha yaxşı vəziyyətə gətirmək üçün onları super qəhrəman halına gətirməsi böyük uğurudur.Bir çox cəhətdən “Batman”dan daha yaxşıdılar.
Mübarizədə perspektivli və daha istedadlı olan Dick Hopeson əslində “Batman” və “Superman”ın təklif edə biləcəyi xüsusiyyətlərin ən yaxşı qarışığıdır.Nəticədə, Qreyson “Batman”ın təlimlərini,”Supermen”ə heyranlığını və hətta “Kripton Supermen”in dediyi “Nightwing”adını da özündə birləşdirdi.


Batman-sonuncu ekzistensialist

Ümumiyyətlə,”Batman”ın xarakteri hər gecə kostyumunu geyməkdən köməkçilərinə qədər ekzistensializm təliminə uyğundur.Hətta onun qaydalarına və öldürmə əleyhinə qanuna tabe olmağının çətinliyi də onu son ekzistensialist adlandırmağımıza səbəb olur.Bəzilərinə qaydalara riayət etməkdə israrlı olması cəhalət kimi görünə bilər,ancaq bu,bəşər övladının günahlarının əvəzini ödəyə biləcəyinə və heç kimin geri qaytarıla bilməyəcək dərəcəsində irəliyə getmədiyinə olan inancdır.Əsasən nə fikirləşməsindən asılı olmayaraq “Batman” sabahın daha yaxşı olacağına inanan ümidverici bir xarakterdir və məncə bu səbəbdən “Batman” oxucu və kino izləyiciləri ilə bu qədər yaxşı əlaqə qurmağı bacarır-əldə edə biləcəyimiz yaxşılığı heç vaxt unutmur.
“İnsanlar hələ də yaxşıdırlar.Döyüşürük,öldürürk,bir-birimizə xəyanət edirik,ancaq bunu düzəldə bilərik.Edəcəyik.Bunu etməliyik.” Bruse Wayne.



Bizimlə əlaqə üçün yuxarı klikləyin...

Yorumlar

  1. Batman bir insanı öldürdükdə qatilə çevriləcəyinin fərqindədir. Bu həm onu, həm həyatını, həm də insanların onunla bağlı düşüncələrini dəyişdirib, onu əsas məqsəd və arzusundan uzaqlaşdıra bilərdi.

    YanıtlaSil
  2. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil

Yorum Gönder