Çox yaraşıqlı bir gənc olan Narcissus, ona aşiq olanlara yuxarıdan baxmağı və təkəbbür göstərməyi vərdiş halına gətirir. Bu vəziyyəti görən tanrılar onu cəzalandırmaq qərarına gəlir və onu gölün kənarında olarkən öz əksinə aşiq edirlər. Əslində bir müddətdn sonra öz sudakı əksinə aşiq olduğunu və sevgisinə heç bir şəkildə cavab ala bilməyəcəyini anlayan Narcissus, nəhayət bu vəziyyətə dözməyərək intihar edir.
Başqa bir mifoloji baxımdan Narcissusun, gözəl pəri qızı Echonun sevgisinə qarşılıq vermədiyi üçün cəzalandırıldığı, dağ gölündəki əksinə qarşı sonsuz sevgisi ilə lənətləndiyi, yerində əriməsi və nəticədə gözəl bir çiçəyə (Nərgiz) çevrildiyi təsvir edilmişdir.
Hər iki yanaşma düzgün ola bilər, amma Yunan mifologiyasının bu məşhur hekayəsindəki bənzərsiz şəxsiyyətin nəhayət varlığına son verdiyi aydındır. Əslində, bu kədərli hekayə, "mükəmməllik" anlayışının özünü məhv etməsi ilə nə qədər boş və mənasız olduğunu sübut edən bir mifoloji faciədir. İnsan mükəmməl deyildir və bunu gözləmək qüsurlu bir yanaşma və seçimdir.
Bəs mükəmməllik nə deməkdir? Türk Dili Birliyi lüğətinə görə, "qüsursuz, tam, yetkin olmaq" deməkdir. Halbuki, bununla birlikdə, əksər filosoflara görə qüsursuzluq, kamillik, dolğun və səriştəli olmaq fəlsəfi cəhətdən mümkünsüzdür. Əlbətdə ki, bu ifadələr kobud şəkildə zehində xitab olaraq istifadə edilə bilər, amma praktikada heç vaxt əldə edilə bilinməyən simvolik qiymətləndirmələrdir. Psixoloji baxımdan bir çox məşhur şəxsiyyət nəzəriyyəçilərinin fikrincə, bu hadisələrin canlı orqanizmdə təzahürün heç bir konkret cavabı yoxdur. Bir sözlə, mükəmməllik, təbiətən sonlu və insan tərəfindən tez-tez istifadə olunan təhrif edilmiş bir şərh nümunəsidir. Bu baxımdan mükəmməl və mükəmməllik anlayışı tamamilə səhvdir.
Mükəmməllik qəlibi, psixoloji baxımdan əsasən subyektin ən yüksək standartları təyin etmək vərdişi ilə formalaşmışdır. Bir şəxs özünün və onun ətrafının istehsal və performans baxımından çətin və hətta mümkün olmayan meyarlara cavab verməsini gözləyə bilər. Ağ və qara rənglər fərdin həyatı qiymətləndirdiyi, və şərh etdiyi rəng miqyasında üstünlük təşkil edir. Ya həmişə ya da heç vaxt hissi həlledicidir. Məsələn; İş həyatında 80% çox müsbət bir məqsədə nail olmaq performans qiymətləndirməsində 'niyə 100% deyil' olaraq şərh edilə bilər. Bu perspektiv təbii olaraq zamanla mükəmməl bir şərh şəklində mayalanmış şəxs və onun mühitini tükəndirir. Ya həmişə ya da heç vaxt hissi 'mükəmməl, əksiksiz, qüsursuz və tam' meyarlarına söykəndiyindən, qarşılamaq mümkün olmayan başqa bir paradoks kimi narazılığa və bədbəxtliyə səbəb olur.
Mükəmməllik şər qəlibinin perspektiv xüsusiyyəti ilə bərabər inkişaf etdiyi təfsir nümunəsinin başqa bir fundamental səbəbi, özünü həddindən artıq çox sevməsi ola bilər. İctimai mənada cəmiyyətin hər bir təbəqəsində yer alan fərdlərdə zaman zaman, təhsil səviyyəsindən asılı olmayaraq görülür. Şüurlarının harada və hansı səviyyədə olduğunu, vəziyyətlərini, hərəkətlərinin və münasibətlərinin fərqində olmayan və ya olmaq istəməyən "Nosce te ipsum" yəni "özlərini bilmək" kimi inkişaf problemləri olmayan şəxslərdə görülə bilinəcək bir davranış nümunəsidir. Bu nümunə bəzi şəxsiyyət pozğunluqları şəklində inkişaf edə bilər. Məqalənin əvvəlində qeyd etdiyim kimi, mifologiyadakı mühüm və və simvolik mövqeyindən bəslənərək psixoloji elmi ədəbiyyata "Narsissist Şəxsiyyət pozğunluğu" və ya "Narisistik Tendensiya" kontekstində daxil olmuşdur.
"DSM-5 Diaqnostik meyarlar" (1) kitabında Narsissist Şəxsiyyət pozğunluğu aşağıdakı təriflərlə ifadə olunur: böyüklük xəyalları, hədsiz müvəffəqiyyət, güc, zəka, gözəllik və ya yüksək sevgi, "xüsusi" və bənzərsiz bir insan olmaq və ancaq özəl və ya üstün olan digər insanlar (və ya qurumlar) tərəfindən başa düşülə biləcəyinə inanaraq, çox bəyənilmək, layiq olduqları şeylər haqqında mənasız gözləntilərə sahib olmaq və istədikləri hər şeyi etmək, başqalarını öz xeyrinə istifadə etmək, başqalarının hisslərini və ehtiyaclarını anlamaq. istəməmək, tez-tez başqalarını qısqanmaq və ya başqalarının qısqanc olduğuna inanmaq, başqalarına hörmətsizliklə davranmaq, gülünc davranış və ya münasibət göstərmək...
Əlbəttə ki, diaqnoz və bununla bağlı digər aydınlaşdırma prosesini öz sahələrinin mütəxəssisi olan psixiatr və klinik psixoloqlar qiymətləndirə bilər və buna görə də bunu qeyri-peşəkar etiketləmək elmi cəhətdən düzgün deyil. Digər tərəfdən, dünyada yaşayan xalqların əksəriyyəti getdikcə artan bir tendensiya ilə mükəmməllik arxasındadır və bu, fərd üçün həyatı dözülməz hala gətirir.
Bir çox elmi nəzəriyyələrdə, narsisizmin kök səbəbləri arasında şəxsiyyətlərin uşaqlıqdakı təcrübələri önə çəkilir. Məsələn: Ərköyünləşdirilərək hər istədiyi edilən,özünün üstün olduğu fikrin yarandığı ... Yaxud hər cür ehtiyacı valideynləri tərəfindən qarşılanaraq asılı hala gətirilib və bacarıq duyğusu məhv edilib... Yaxud ana ata sevgisi və nəvazişinin yüksək gözləntilərlə yaradılan məqsədlərə aid edilir və bu yalnız sevgi və şəfqət əldə edildikdə göstərilir. Buna görə, yalnız sevgi və şəfqətdən məhrum olan uşağın yaşaya biləcəyi bilinir. Bu başlıca səbəblər tək bir nümumədə və ya qarışıq nümunələrdə özünü göstərə bilər. Özünə meyl edən şəxslərin uşaqlıq təcrübələri yetkin yaşlarda davranış və əlaqəli şərh qəlibləri baxımından böyük əhəmiyyət kəsb edir.
Digər tərəfdən, valideynlərə aid olan 'dolğunluq, əksiksizlik, mükəmməllik' və s. təbiətdəki axtarışların və gözləntilərin əlçatmaz olması, şəxsin daxili əlillik qavrayışının təfsiri ilə də əlaqəli ola bilər. Məsələn, belə bir kamillik anlayışında böyüyən şəxs, valideynlərinin təsvir etdiyi 'uğursuz' vəziyyətlə qarşılaşdıqda, valideynlərinin onu lağa qoyub təhqir etdiyi bir mühitdə ola bilər. Belə bir ailədaxili iqlimə məruz qala bilər. Bu vəziyyətdə, yetkinlik yaşına çatan və onu əlçatmaz hala gətirən inkişaf prosesində performans anlayışını və mükəmməlliyin tərifindən başqa imkanları qəbul etməyən sonsuzluq kompleksi inkişaf etdirilə bilər. Müvafiq olaraq, daxili tolerantlıqdan məhrum olaraq özünü dəyərsiz hesab edən və bunun kifayət etmədiyini düşünən alçaqlıq kompleksini örtmək üçün də üstünlük kompleksi inkişaf edə bilər.
Mükəmməllik axtaran davranış meylləri gözləntilər və nəticələrin qiymətləndirilməsi kontekstində asanlıqla məmnuniyyət əldə edə bilməzlər. Bu davranış qəlibi insanın həm özünə, həm də başqalarına dözümlülükdən uzaq empatiya çatışmazlığı ilə görünə bilər. Ancaq hər cür hadisədə ehtimal anlayışı var. Həyatın hər sahəsində yalnız müsbət deyil, həm də mənfi seçim və imkanlar var. İmkanlar istənilən nəticənin mümkün olduğunu göstərir. Digər tərəfdən, narsisistik meylli və mükəmməllik hissi olan şəxslərin yaratdığı məqsəd və planlarda yalnız bir ehtimal var. Xaricindəki ehtimallar 'qəbuledilməz' olduğuqlarından variant olmaları mümkün deyildir . Buna görə də, variantın olmaması yeganə variant və yeganə imkana çevrilmişdir və bu meylin məzmunu həm insana, həm də ətrafına böyük psixoloji əziyyət bahasına başa gələcəkdir.
Mənşəyinin narisizm olub-olmamasından asılı olmayaraq müasir həyatdakı mükəmməlliyin həm fərdi, həm də sosial səviyyədəki şərhləri, sosial vəziyyətindən asılı olmayaraq bir-birindən elə də fərqlənməyən bir hisslə, 'qələbə və ya məğlubiyyət' kimi bir variantsızlıq spiralına baxaraq edilir. Onların gözləntiləri lazımi, zəruri, -məli, -malı, gerçək və ya yalan kimi statik qiymətləndirmələrlə müşayiət olunur. Məsələn; Hadisələri bu cür qavrayışla şərh edən bir icraçı, onun yanında işləyən həmkarlarını ona uyğun istiqamətdə işləməyə yönəltməlidir. Çünki gerçək unikal olduğundan, perspektiv və fərdi fərqlərin qəbul edilməsi asan olmur. Arzulanan nəticəni əldə etmək üçün təqdim edilən fərdi şərh fərqlilikləri yaxşı məqsədlə olmasına baxmayaraq, yox deyə cavablandırılır. 'Məcbursan, bunu etmək olmaz, edə bilməzsən' və mənim dediklərim həqiqətdir, çünki illərdir belə olub və mənim vəzifəm artıq 'sənə doğru yolu göstərmək kimi anlayışlarla taclanır. Bu sadə nümunədə göstərilən səbəblərə görə insanlıq ehtimallılıqdan, bəlkə də öləri və sonlu bir həyata sahib olmanın ən vacib dinamikası olan şeydən ayrılır.
Mükəmməllik hissi və eqoist meylləri səbəbindən özünün rahatlıq sahəsini yeganə doğru olaraq qəbul edən və təzyiqlə tətbiq edən: səhv etməkdən qorxan, başqalarının bacarıqlarının onu ötməsindən qorxan, özləri ilə barışa bilməyən,daha fərqli yanaşmalara qapalı, məhdudlaşdırıcı və dəyişikliyə qapalı fərdi baxışların hem institutlara, hem cəmiyyətlərə, hem də dövlətlərə və xalqlara nə qədər ziyan vurduğunu açıq-aşkar görmək mümkündür. Daha da ağrılı bir cəhət odur ki, bu davranış meylləri olan idarəçilər qısa müddətdə daha yaxşı nəticələr əldə etdikləri üçün qurumlar tərəfindən seçilən olmalarıdır. Ancaq bu tendensiyaya sahib insanların idarəetmə mənasında dəyişən nəsillərlə ünsiyyət qurmağı getdikcə çətinləşir və nəticədə uzunmüddətli perspektivdə qurumlara ziyan vurur, insanların daha çox itkisinə və boş qalmalarına səbəb olur.
Bu səbəblərə görə, dünyanın bir çox yerində, xüsusən də az inkişaf etmiş və ya şablon ifadə ilə "inkişaf etməkdə olan" bir çox bölgəsində məzmun dövrlərinin, xüsusən keyfiyyət baxımından, əmtəə tərəfindən humanizmin tədricən məhv edildiyini və plüralizmdən çox say, kobud güc baxımından isə daha güclü olanların şahidi oluruq.
Makro mənada 'texnoloji mürəkkəbliyə' baxmayaraq, bəşəriyyət hələ də özündən başqa digər canlıların gələcəyini təyin etmək hüququna sahibdir və həyat hüququnun təkcə öz növünə aid olduğu kimi bir qərib təfəkkürün içində "irəliləyir".
Buna görə də, bir hissəsi olduğumuz təbiətin dialektikasının, inkişafının davamlılığı naminə, açıq-aydın dünyanın gerçəkliyinə zidd olub ağlabatan olmayan, özünə və ətraf mühitə zərərli olan mükəmməllik qəlibləri və özünüsevmə meyllərinin öhdəsindən gəlmək üçün, fədakarlıq etmək, fərdi, institusional və ictimai səy göstərmək tələb olunur.
Unutmaq olmaz ki, 'inkişaf etmişlik' anlayışına tək ölçülü, gündəlik maraqlara yönəlmiş, palliativ metodlar daxil deyildir. Çünki insanlıq elm, ağıl və müdrikliyi yalnız dözümlülük və sevgi ilə fərdilikdən yarana biləcək uyğunsuzluqları və subyektiv fərqlilikrin öhdəsindən gələrək əldə edə bilər.
İstifadə olunmuş materiallar:
(1) DSM-5 Tanı Ölçütleri Başvuru Kitabı
(2) Sapere Aude; Yazar: Emrah Yolaç
(2) Sapere Aude; Yazar: Emrah Yolaç
Müəllif: Emrah Yolaç
Tərcümə: Məlaəht Mehdiyeva
Mənbə: Düşünbil Portal
Yorumlar
Yorum Gönder