Elmi biliyin inkişafı: Paradigmanın tənqidi - Fulya Coşan





Tərcümə etdi: Kamran Əliyev

   Aydınlanma dövründən etibarən biliyin elmi olması,dəlillərə əsaslanması və elmi biliyin cəmiyyətin bütün sahələrinə təsir etməsinə cəhd edilmişdir. Bu məzmunda elmi biliklərin obyektiv, təsdiqlənmiş olması, biliklərin toplanması və elmin tərəqqisi vaciblik qazanır.

   Məntiqi pozivitizm-20-ci əsrin əvvəllərində ortaya çıxan,Vyana Çevrəsi mütəfəkkirləri tərəfindən maarifçilik fəlsəfəsinin davamı və “Britaniya empirisizmi” kimi təbliğ olunan elm fəlsəfəsinin bir cərəyanıdır.


Verifikasiya prinsipi (Verifikasiya - doğrulama, bir şeyin doğruluğunu sübut etməyə çalışbaq)

   Məntiqi pozivitizmə görə,məntiqi əsaslandırma və elmi təcrübə əsas bilik mənbəyidir. Elmi nəzəriyyənin təcrübə ilə sübut olunması elmi olaraq qəbul edilməsinin yeganə meyarıdır. Məntiqi pozitivistlərin müdafiə etdiyi ən önəmli fikir “doğrulanma (red. verifikasiya) prinsipi”dir, təkliflərin mənasını doğrulama üsulu ilə müəyyənləşdirə biləcəyəni müdafiə edir.




   Bu görüşə görə bir təklif yalnız təcrübə və müşahidə yolu ilə təsdiqlənə bilərsə,mənalı və düzgün hesab edilməlidir. Bu münasibət məntiqi pozitivistlərin tanrı və metafizika məslələrini fəlsəfi olaraq rədd etməsinin əsasını təşkil edir.


Falsifikasiya prinsipi (bir şeyin yalan olduğunu sübut etməyə yönəlmək)

   Məntiqi pozivitizmin materialist konsepsiyasına qarşı əsas tənqid Karl Popperin “yanlışlana bilən” elm anlayışıdır. Popper induksiya (Tərcüməçi: İndukksiya dedikdə müşahidə və ya təcrübə yolu ilə tək-tək hadisələrdən ortaya çıxarılmış nəticələrin bütün həmin növ hadisələrə müncər edilməsi nəzərdə tutulur. Məsələn, 1000 ədəd hədiyyəli günəbaxan tumu alıb heç birində hədiyyə görməyib, hamısında "bəxtinizi bir daha sınayın" ilə qarşılaşan biri, bunu bütün digər hədiyyəli şeylərə, və ya ən azından günəbaxan tumlarına aid edir, bunun əksi deduksiya metodudur, orada isə, siz həmin günəbaxan tumlarını istehsal edən firmanın sahibi olursunuz, və bilirsiniz ki, heç birində hədiyyə yoxdur. Daha sonra, siz hər bir tək günəbaxan tumu qabını görəndə artıq onda hədiyyə olmadığını bilirsiniz)   və doğrulanma prinsipini rədd edir, deduksiya və “yanlışlanma prinsipi”ni (red. falsification) müdafiə etdi. Popper elmdə və yaxud bilikdə universal bir qanun olmadığını müdafiə edirdi. Onun sözlərinə görə, elmin meyarı bir nəzəriyyənin “yanlışlana bilmə”prinsipindən asılıdır.

  Məntiqi pozitivistlər elmi biliyin sürətlə arttıdığını və biliklərin toplanması ilə elmin fasiləsiz irəlilədiyini iddia edirlər.

  Ümumiyyətlə, bu istiqamətdə Tomas Kunun 1962-ci ildə yazdığı “Elmi İnqilabların quruluşu” (red. Thomas Kuhn The Structure of Scientific Revolutions) adlı əsərində paradiqma anlayışını irəli sürür və bu əsər elmi dairələrə çox böyük təsir edir. Kuna görə elm fasiləsiz olraq inkişaf etmir, əksinə sıçrayışlarla davam edir bu prosses. Elmin stabil dövründə tədqiqatlar, metodlar və elmi dairələr eyni paradiqma ilə elmi araşdırmalar aparsalarda, mövcud paradiqma ilə izah edilə bilməyən çatışmazlıqlar toplanaraq böhran dövrünə yol açır və bu böhran dövründə yeni bir paradiqmanın ortaya çıxması, qəbulu və üstünlük təşkil edilməsi ilə aradan qaldırılır və sabit dövrə daxil olur. Buna paradiqma dəyişməsi deyilir.


Popperin tənqidi

   Tomas Kunun hipotezi müasirləri tərəfindən dəstəkləndiyi qədər də tənqid olunur. Xüsusilə Karl Popper tərəfindən irəli sürülən epistemoloji nəzəriyyə Kunun paradiqma anlayışı elmin eyni zamanda sosioloji proses olduğunu, o dövrün elmi güclərinin  həm metodoloji, həm də psixoloji cəhətdən təsirlənəcəyini, paradiqmanın dəyişməsi ilə bəzi doğru bilinən məlumatların dəyişə bilicəyini və nəticədə elmin əslində heç vaxt tam obyektiv ola bilməyəcəyini iddia etmişdir.

  Popper biliyi epistemolji cəhətdən qiymətləndirsə də, Kun biliyi daha çox sosioloji hadisə kimi tədqiq etmiş və müəyyən etmişdir.


Anarxist bilik nəzəriyyəsi

   Kun və Popper arasında orta yolu seçən Pol Feyerabend “anarxist bilik nəzəriyyəsi”ndə elmin daima əks fikirlərə ehtiyac duyduğunu və əks fikirlərin yayılması biliyin inkişafı üçün zəruri olduğunu irəli sürmüşdür.

   Feyerabendə görə, təbiətin qeyri-məhdud sərvətində hər hansı bir elmi tezis və ya yanlışlayan məlumatları asanlıqla tapmaq olar. Başqa sözlə, həm təsdiqedici yanaşma, həm də inkar edici yanaşma təbiətə qarşı kifayət deyil. Feyerabend deyir ki, hər hansı bir nəzəriyyə qəti surətdə təsdiqlənə bilməz, çünki induksiya bir nəzəriyyəni təsdiqləmək imkanı vermir.

   Digər tərəfdən, Popperin alimlərin daim özlərini “yanlışlamağa” çalışdıqları barədə verdiyi fərziyyənin həqiqətə uyğun olmadığını düşünürdü. Elmin daim tənqid və yanlışlama məqsədi içində edildiyini və ya daim bir inqilab dövrünün olduğunu demək olmaz. Əksinə elmi biliklərin böyük əksəriyyəti, Kunun dediyi kimi, mövcud elmi rəhbərliyin metodu və ya düşüncə sisteminin tənqidi və ya inqilab ilə əlaqəsi olmayan, əksinə mövcud paradiqmanı dəstəkləyən və müdafiə edən normal elm sahəsindəki araşdırmaları müdafiə edir. Bu şəkildə Feyerabend elmi biliklərin inkişafına fərqli bir perspektiv gətirdi.



Elimdə qəti metod ola bilərmi?


  Pozivitizmi tənqid edən filosoflardan olan İmre Lakatosun fikrincə,elmdə verifikasiya və falsifikasiya yoxdur. Elm yanıla bilər. Elmdə mütləq həqiqətlər və mütləq səhvlər ola bilməz. Elmdə dəyişdirilə bilinməyən, ümumi, və universal qanunlar ola bilməz. Bu səbəbdən elmdə dəqiq və dəyişməz metod da ola bilməz. Lakatos elmin rasional olaraq inkişaf etdiyinə inanır. O, bir növ Popper və Kun arasında sintez edir. Popperin tələbəsi olsa da, Popperin “yanlışlamaq”prinsipini tənqid etmişdir. Digər tərəfdən də Kunun paradiqma anlayışına etiraz edir.

İmre Lakatos





  Tomas Kunun elmə verdiyi yenilik,elmin sosioloji bir fenomen olduğu və elmi inqilabların bir paradiqma dəyişikliyi ilə baş verdiyi barədə nəzəriyyədir. Kunun paradiqma dəyişməsinin səbəblərinin müəyyyənləşdirilmisinə daxil olan dövrün elmi rəhbərliyi tərəfindən irəli sürülmüş metodologiya, sosial məhdudiyyət elmin tamamilə obyektiv ola bilməyəcəyinə dair bir dəlil təmin edəcəyi iddiası, bəzi elmi məlumatların dəqiq olmadığını iddia edən anti-elm müdafiəçilərinin öz tezislərini daha çox və geniş ifadə etmələrinə təkan vermişdir.

  Paradiqma anlayışı bir çox ictimai elm sahəsinin daxili bölmələrinin formalaşmasına başçılıqetmişdir. Elm tarixçisi İan Hokinqə görə “Elmi inqilabların quruluşu” kitabı epistemologiyada müzakiər olunan bir çox anlayışa son qoyur.


Müzakirə nəticələri.

   Elmin sadəcə real dünyanı araşdırıdığı; İnsanların düşüncəsindən asılı olmayaraq dünya ilə bağlı gerçəklərin doğru olduğu fikri, yəni realizm, Kunun elmin sosioloji və subyektiv xüsusiyyətə malik olması haqqında fikri ilə yanlışlanmışdır.

  Yenə də elm ilə digər inanc sistemləri arasında kəskin fərqin qəbul edilməsi baxışı, elm adamlarının insani xüsusiyyətlərindən, inanclarından və sosial quruluşlarından təsirləndiyi üçün rədd edilmişdir. Elmin ardıcıl, daimi inkişafda olan proses olduğuna dair fərziyyə əvəzinə, elmi biliklərin paradiqmalar əsasında sıçrayış şəklində yüksəldiyi ortaya çıxır.


Bəzi əsas məsələlər

  Elm fəlsəfəsinin necə irəliləməsi,nəyin “elmi bilik” olaraq qəbul edilməsi,elmi biliklərin necə “doğrulanması” və “yanlışlanması” elm fəlsəfəsinin fundamental problemlərini yaradır. Bu sualların cavabları sosial, texnolji və elmi inkişafın da təsiri ilə müxtəlif sahələrdə müzakirə mövzusuna çevrilib. 


  Bütün sahələrdə məlumatların sürətlə artdığı, texnologiyanın istənilən vaxt sərhədsiz bilik əldə edə biləcəyi bir zamanda biliklərin sorğulanması, doğrulanması və bu biliklərin işığında inkişaf edəcək modellərin və bu insan həyatına tətbiqlərin optimallaşdırılması baxımından fəlsəfi mübahisələr gələcəyə işıq saçacaqdır.






Bizimlə əlaqə üçün yuxarı klikləyin...

Yorumlar