![]() |
Nathan Wirth "Zen dreams" |
“Kontinental Avropa fəlsəfəsi”
terminini əhatə edən qarışıqlıq və ixtilafların ən azından bəzilərini nəzərdən
keçirmədən əvvəl, terminin birbaşa və saf tərifini verməkdə fayda var.
Kontinental Avropa fəlsəfi XX əsrin böyük bir hissəsində İngilis dilində
danışan dünyadakı akademik fəlsəfəyə hakim olan “analitik fəlsəfə”nin tam
qarşısında yer alan bir sıra fikir adamları və fəlsəfi yanaşmaları ifadə edir.
Bu mənada Kontinental Avropa fəlsəfəsi
Hegel, Marks, Kierkegoor Nitsşe, Husserl, Haydegger, Sartr, Qadamer, Habermas, Derrida, Fuko, Lyotard və Bodriyar kimi düşüncə sahiblərini əhatə edir. O, Hegelçi idealizm, Marksizm, Frankfurt məktəbinin “tənqidi nəzəriyyəsi”, ekzistensializm, fenomenologiya, hermenevtika, strukturalizm, post-strukturalizm və post-modernizm kimi düşüncə istiqamətlərini öz içərisinə alır. Bu təsvirdən tək bir homogen Kontinental Avropa ənənəsi olmadığını, bu ilk mərhələdəcə aydın hala gətirmək lazımdır. Burada daha çox, bir-biri ilə daha az və ya daha çox əlaqəli olan düşüncə istiqamətlərinin müxtəlifliyi nəzərdə tutulur. Bu və ya digər şəkildə, müəyyən edilməsi mümkün olan Kontinental Avropa tərzində fəaliyyət göstərən düşüncə xadimləri vardır.
Hegel, Marks, Kierkegoor Nitsşe, Husserl, Haydegger, Sartr, Qadamer, Habermas, Derrida, Fuko, Lyotard və Bodriyar kimi düşüncə sahiblərini əhatə edir. O, Hegelçi idealizm, Marksizm, Frankfurt məktəbinin “tənqidi nəzəriyyəsi”, ekzistensializm, fenomenologiya, hermenevtika, strukturalizm, post-strukturalizm və post-modernizm kimi düşüncə istiqamətlərini öz içərisinə alır. Bu təsvirdən tək bir homogen Kontinental Avropa ənənəsi olmadığını, bu ilk mərhələdəcə aydın hala gətirmək lazımdır. Burada daha çox, bir-biri ilə daha az və ya daha çox əlaqəli olan düşüncə istiqamətlərinin müxtəlifliyi nəzərdə tutulur. Bu və ya digər şəkildə, müəyyən edilməsi mümkün olan Kontinental Avropa tərzində fəaliyyət göstərən düşüncə xadimləri vardır.
Fəlsəfə, ayrıca bir
formada Kontinental Avropaya məxsus yanaşmaların sıra və nizamı bu kitabın məqsədləri
baxımından, əvvəlcə tarixi terminlərlə müəyyən olunacaqdır. Sadəcə düşüncə
xadimləri qrupunun bir-biri ilə müəyyən ailə bənzərlikləri içərisində olan üzvlərini
tanmaq deyil, lakin daha müəyyən soy ağaclarının bəzilərini izləmək,
intellektual soy ağacı formalaşdırmaq da faydalı olacaqdır. Bu halda həm məzmun,
həm də üslub baxımından nəzərdən keçirilən bir sıra qarışıqlıq Qitə Avropasına
məxsus düşüncə istiqamətlərinin, modern Avropa fəlsəfəsi və Maarifçilik tərəfindən
seçilən ana istiqamətə reaksiya olaraq zühuruna qədər geri aparacaqdır. Nəzərdən
keçirdiyimiz intellektual qarışıqlığın hakim meyli, ənənəvi metafizika, din və əxlaqın
iddiaları ilə əlaqədar şübhəçiliyi təbiət elmlərinin metodlarına duyulan dərin
(və bəzilərinin fikrincə də, ölçüsüz) heyranlıqla əlaqələndirmişdir. Elm, əgər
yenə də şübhəçilik və ya şübhəyə məruz qalarsa, bu təqdirdə ona, insan
biliyinin ən inandırıcı nümunəsi olaraq meydan oxunmaqdadır[1].
Təbiət elmlərinin iddiaları ilə müqayisə olunduğunda, digər bilik iddiaları,
incəsənət, əxlaqi və hətta dini doğruları çox düzgün olaraq, daha rasional formada müdafiə edə bilər, bu mövqe,
doğruları daha elmi və dolayısı ilə də daha sağlam təməllər üzərinə yerləşdirməyə
çalışan Maarifliçik filosoflarına çox da sağlam görünmür.
Bununla birlikdə
Maarifçiliyə Qitə Avropası ənənəsi içərisindən yönəldilən tənqidlərin bir
bölümünə görə, bu düşüncə xadimlərinin cəhdləri ilk başlanğıcdan etibarən
uğursuzluğa məhkumdur. Onların insan biliyinin əxlaqi, dini və incəsənət
sferaları üçün güvənilən, rasional təməllər təmin etmək cəhdlərində
qarşılaşdıqları uğursuzluq və çətinliklər tamamlanmamış bir proyektin göstəriciləri
olmaqdan əlavə, əzik-üzük və tək yönlü proyektin qaçınılmaz nəticələri idi.
Maarifçiliyi tənqid edənlər, nə elmi metodun, nə də Maarifçilik fəlsəfəsinin
cavablamaq üçün lazım olan imkana sahib göründüyü suallar üçün, olduqca fərqli
bir cavab növünə olan ehtiyacın fərqində olmamışdılar. Nəticə, bizim burada
Kontinental Avropa fəlsəfəsi adını verdiyimiz fəlsəfəni meydana gətirən, bir
sıra yeni intellektual yanaşmalar oldu. Kontinental Avropada ortaya çıxan bu tənqidin
ana xətləri Herder və Russonun əsərlərinə qədər geriyə aparıla bilər, lakin o ən
sistemli və ehtiraslı bir şəkildə Hegelin fəlsəfəsində dilə gətirilir.
Kontinental Avropa fəlsəfəsinə daha sonra təsir
edənlər Hegelin düşüncəsini inkişaf etdirmələri ya da tənqid etmələri,
lakin onu çox az görməzdən gəlmək mənasında post-Hegelçilər idi. Onların düşüncələri,
Hegelçi sistemə çox iddialı şəkildə qarşı çıxdıqları və ya onu qəbul etmədikləri
zaman belə, bu sistemin izlərini daşıyırdı. Məhz, irəlidəki səhifələrdə də bu
düşüncələrdən ən önəmlilərindən bəzilərini incələyəcəyik.
Bununla birlikdə, bu işə
cəhd göstərmədən əvvəl təşəbbüsümüzə yönəlik hər hansı bir tənqidi sovuşdurmaq
məcburiyyəti hər halda vardır. Geniş bir məsələni nisbətən az saydakı sözlə
ifadə etmək və ya başa düşülməsi çətin olan düşüncələri daha anlaşılan hala gətirmək
cəhdinə, adət edildiyi üzrə istiqamətləndirilən tənqidləri tez kənara atsaq belə,
çox daha əhəmiyyətli sıxıntı ilə qarşı qarşıya qalırıq. Bu da, ayrıca Kontinental
Avropa fəlsəfəsi ənənəsini təcrid etməyin ziddiyyətli və ya hətta əxlaqsızca
olması sıxıntısıdır. Proyekt, Kontinental Avropanın özündən – yəni, əsas
etibarilə Qərb ucundakı İngiliscə danışan adalardan ayrı düşünülən Avropadan –
olan oxucularımıza xüsusilə qəribə gələ bilər. Hər şey bir yana, Qərb fəlsəfəsinin
müxtəlif istiqamətləri Sokrata qədərki filosoflarla, Platon və Aristoteldən
başlayaraq, Xristianlıq, Musəvilik və İslam alimlərinin önəmli təsirləri ilə,
modern Avropa fəlsəfəsinin Dekart, Lokk, Hyum, Leibniz, Spinoza və Kant kimi önəmli
şəxsiyətlərinə qədər uzanan ortaq tarixi paylaşır. “Kontinental Avropa fəlsəfəsi”
termininin, termindən də aydın olduğu kimi yalnız Avropa qitəsi izah edilmək
istəndiyi üçün, irqmərkəzçi düşüncə ilə günahlandırılmasında az da olsa
doğruluq payı vardır. Kontinental Avropa fəlsəfəsi ən nəhayətində Qərb fəlsəfəsinin
bir variantıdır.
Həqiqətən də, Kontinental
Avropa fəlsəfəsi həyata, bir kənarlaşdırıcı kateqoriyası kimi addım atmışdır.
ABŞ, Biritaniya, Avstraliya, Kanada və Yeni Zellandiya daxil olmaqla Qərbin
ingilis dilində danışan ölkələrinə hakim olan analitik fəlsəfə, Avropa qitəsində
Kantdan etibarən yaradılmış olan fəlsəfi düşüncəni – ya da başqa ifadə ilə
Kontinetal Avropa fəlsəfəsini – yaxın zamanlara qədər demək olar ki, heç diqqətə
almamışdı. 1970-ci illər kimi çox yaxın bir tarixdə, fəlsəfədə Hegel ya da
Nitsşe, Husserl, Haydegger ya da Sartrdan danışılmayan dərs, əskik bir dərs
olaraq görülməzdi. Önəmi və dəyəri həm analitik ənənə, həm də Kontinantal Avropa
ənənəsi tərəfindən verilən Kant bu baxımdan konkret keçid ya da qopma nöqtəsini
göstərir. Onun fəlsəfəsi qismən Şotland maarifçiliyin ən önəmli şəxsiyyətlərindən
biri olan, analitik fəlsəfə üzərində önəmli təsirlərə malik olan Devid Hyumun
radikal şübhəçiliyinə qarşı reaksiyadır. Kantın reaksiyası hələ də Analitik
filosoflar tərəfindən olduqca ciddiyə qəbul edilir. Lakin, ən önəmli düşüncələri
birbaşa Kantın tənqidindən meydana gələn Hegelin əsəri çox böyük ölçüdə nəzərdən
kənar qalmışdır. Bu halda yalnız Avropa və ya Qərb fəlsəfi əvəzinə Kontinental
Avropa fəlsəfəsindən və Analitik fəlsəfədən bəhs etmək Hegellə birlikdə və
Hegeldən sonra mənalı olmağa başlayır. XIX və XX əsrlərin ard-arda gələn və çox
vaxt Hegel və ya Hegelçi düşüncələr tərəfindən birbaşa təsirlənmiş, ya da Hegel
və Hegelçi düşüncələrə qarşı çıxan Kontinental Avropa düşüncə xadimlərinin
bütöv ardıcıllığı, ya analitik filosoflar tərəfindən heç ciddiyə alınmamış, ya da
onlara Sartr və Kamyu nümunələrində olduğu kimi böyük ölçüdə ədəbi əsərlərinə
görə dəyər verilmişdir.
Əgər belədirsə, Qitə
Avropası fəlsəfəsinin soyağacı, Kanta qarşı Hegelçi və Hegellə əlaqələndirilən
tənqidlərə qədər geriyə aparıla bilər. Bununla birlikdə bir kənarlaşdırıcı
kateqoriyası kimi Kontinental Avopa fəlsəfəsi əvvəlcə yeni ortaya çıxan
analitik fəlsəfənin baxış bucağından müstəqil bir ənənə olaraq müəyyən edilmişdi.
Analitik fəlsəfənin daha sonrakı inkişafına böyük təkan XX əsrin əvvəllərində həm Britaniyada, həm də ingilis dilində
danışan dünyanın geri qalanında olduqca güclü idealist və Hegelçi nüfuza
(Kontinental Avropa fəlsəfəsinin nüfuzu) qarşı açılmış uzun müddətli müharibəyə
qatılmış Gottlob Frege, Bertrand Rassel və G. E. Moor kimi şəxsiyyətlər tərəfindən qazandırıldı.
Analitik fəlsəfənin yüksəlişi də məhz bu dövrə düşür. Rassel və Vaytheadın Prinsipia matematicası önəmli dönüm nöqtəsidir.
Avropa qitəsinə o zamanlarda hər ikisi də ruhən Kontinental Avropa fəlsəfəsindən
daha çox Analitik fəlsəfəyə yaxın olan Pozitivizm və Yeni Kantçı fəlsəfi
istiqamətlərin hakim olması ironikdir.
Həqiqətən də, analitik fəlsəfə
məntiq və riyaziyyatdakı texniki inkişafın da köməkliyi ilə Maarifçiliyin şübhəçi, elmi ruhunu
canlandırdı. Bu inkişafın nəticəsi olan prinsiplər və texnikalar başlanğıcda, “müəyyən
şübhəlilərə”, ya da ən azından birbaşa onların soyundan olanlara Kontinental Avropanın metafizik idealizminin,
ənənəvi dinin və doqmatik əxlaqın iddialarına böyük bir həyəcanla tətbiq
edildi. Ən konkert ifadə ilə (ya da ən qatı görünüşü ilə) analitik fəlsəfə bəzən
Hyum çəngəli deyilən şeyə baş vurur. Hyum “insan ağlının ya da araşdırmanın
bütün obyektlərinin təbii olaraq iki növə, yəni ideya münasibətləri ilə fakt
problemlərinə ayrıla biləcəyini” irəli sürür. Bunlardan birincisi, prinsip
olaraq riyaziyyat və məntiqin “kainatın hər hansı yerində var olan bir şeyə
bağlı olmadan, sırf düşüncənin fəaliyyəti ilə kəşf edilə bilən” doğrulardır.
İkincilər isə, dünya haqındakı “səbəb nəticə əlaqələrinə əsaslanan kimi görünən”
ehtimali doğrulardır. Heç şübhə yoxdur ki, Hyumun ağlında öz zamanının təbiət
elmlərində ən sistemli şəkildə ifadə edilmiş doğrular vardı. Sxolastik fələsəfə
ya da “metafizik” və din daxil bu iki kateqoriyadan biri ya da digərinə daxil
olmayan şeyin ağılın ya da həqiqi biliyin baxış bucağından ipso facto dəyərsiz
olduğu ortaya çıxmaqda idi. Analitik filosoflar bu prinsipi praktikada, bir şəkildə
- sırf özü aydın şəkildə hər iki kateqoriyaya da daxil olmayan fəaliyyətlərini
mənalandırmaq üçün belə olsa – yumşaltsalar belə, prinsipin ruhuna uyğun şəkildə
davranmağa davam etdilər. Fəlsəfə, nə məntiq və ya riyaziyyatın bir sahəsi, nə
də fizika ya da biologiya ilə müqayisə oluna bilən təbiət elmi olmadığı üçün
özünü sıx şəkildə anlayışların diqqətli analizi ilə sərhədləməlidir. Elmi olara
hörmətə laiq tək fəlsəfə bundan belə analitik fəlsəfədir. Daha ümumi olaraq, XX
əsr filosofları tərəfindən gerçəkləşdirilən “linqvistik dönüş”ə görə, bu vəzifə
o zaman hər şeydən öncə və çox böyük ölçüdə dilin analizini əhatə edən iş
olaraq şərh olunurdu. Maykl Dummetin cümləsi bu məsələ haqqında tipik nümunə təşkil
edir: “Fəlsəfənin məqsədi düşüncənin strukturunun analizidir” və “düşüncəni
analiz etməyin tək uyğun metodu, dil analizindən meydana gəlir”.
Digər tərəfdən Kontinental
Avropa filosoflarına Hyum tərəfindən ən azından bu mövcudluq tərzlərinin təlqin
etdiyi maraq və qavrayışlardan əl çəkməyi istəməmək mənasında, qınayıcı sözlərlə
bayıra atılan metafizik, əxlaqi və möminlərin uzaq qohumları olaraq
baxılmalıdır. Onlar, eyni şəkildə, ortalama sağlam düşüncənin, filosofun işinin
ən önəmli tərkib hissələri olaraq görməkdən bir an belə əl çəkmədiyi sualları
araşdırmağı davam etdirirlər. Bunlar hər şeydən əvvəl, ekzistensial, əxlaqi və
estetik suallardır. Mövcudluğun mahiyyəti, həyatın mənası, nəyin doğru və nəyin
yanlış olduğu, incəsənətin və gözəlliyin mənası ilə bağlı suallar. Amma Analitik
fəlsəfənin baxış bucağından Kontinental Avropa filosofları, özlərinin daha dəqiq,
konkret və daha elmi anlayış analizi vasitələrinin yerini almış şübhəli
metafizik metodları istifadə etməyə davam edirlər. Kontinental Avropanın
yanaşması “metafizikanın” “mənasız” sözlərinə qarşı “məntiqi pozitivistlərin”
alçaldıcı tənqidlərindən başlayaraq, “elmi” “mənasız olandan” ayırmağa istiqamətlənmiş,
son zamanlarda azalsa belə, bu günə qədər gəlməkdə olan maraq cizgisi boyunca,
məhz bu terminlərlə sıx-sıx tənqid olunmuşdur. A.J.Ayer Hyumun metafizikanın nə
təsdiq oluna bilən faktiki hökmləri, nə də analitik və ya da məntiqi doğruları əhatə
ediyi və dolayısıyla, mənalı olmadığı üçün atılması gərəkdiyi şəklindəki şikayətini
təkrarladığı zaman, özünə hədəf olaraq Kontinental Avropa fəlsəfəsinin önəmli şəxsiyyətlərindən
olan Haydeggeri alırdı. Haydegger də görəcəyimiz kimi, olduqca fərqli mənada da
olsa, metafizikanı aşmaq ehtiyacı ilə dolu olduğundan burada da daha bir
ironiya mövcuddur.
Başqa bir ifadə ilə,
“Kontinental Avropa fəlsəfəsi” heç bir şəkildə günahsız deyildir və bundan
dolayı həyata yalnız sıxıcı, sinifləndirici etiket olaraq deyil, lakin müxtəlif
cür istifadəyə əlverişli termin kimi addım atır. Kontinental Avropa fəlsəfəsi və
Analitik fəlsəfə arasındakı əkslik, bu səbəblə, başqa bir əksliyi Şərq və Qərb
arasındakı daha dünyəvi və bu günlərdə moddan düşmüş olan əksliyi xatırladır.
Siyasi müşahidəçi “Şərq” və “Qərb”in coğrafi terminlərdən çox ideoloji terminlər
olduğunu dərhal başa düşür. Qərb azad, kapitalist və rifah cəmiyyəti olub,
insan haqları ilə Amerikan həyat tərzini müqəddəsləşdirir. Şərq isə totalitar, tənbəl
və despot olmuşdur. Coğrafi mövqelərinə baxmayaraq Yaponiya, Avstraliya,
Kubanın Şərqə mənsub olduğu halda, ölçülərinin çoxusu baxımından Qərbə mənsub
olan ölkələr olaraq görülür. Oxşar istisnalar Analitik fəlsəfə ilə Kontinental
Avropa fəlsəfəsi arasındakı birbaşa coğrafi şərhi də əhatə edir.
Buna görə, Vyana çevrəsinin
Avstraliyalı olan məntiqi pozitivistləri və Ludviq Vittgenştayın etdiyi kimi,
Frege də alman olmağına baxmayaraq, Analitik fəlsəfənin inkişafında önəmli rola
malik olmuşdu. Digər tərəfdən XIX və XX əsr fəlsəfəsinin T.H.Green, Bredli,
Kolliqvud və Oakşot kimi ingilis idealistləri ilə onların kanalın qarşı
sahilindəki idealist çağdaşları arasında müəyyən yaxınlıqlar vardır. Hətta analitik
ənənə içərisində ciddi yerə malik Con Stüart Mill belə, Höte və Şillerin dostu
olan Vilhelm Humboltun düşüncələri ilə Alman romantizmindən yüksək dərəcədə təsirlənmişdi.
Analitik fəlsəfənin klassiklərindən olan The
Consept of Mind (Zehin anlayışı) müəllifi Gilbert Rayl uzun müddət Husserllə
birlikdə işləmişdi. Əsasən Şimali Amerikada fəaliyyət göstərən Riçard Rotri,
Alasdair Makintayr və Çarlz Teylor kimi ingilis dilində danışan çağdaş
filosoflar şüurlu olaraq Kontinental Avropa fəlsəfəsinin mövzularını Analitik fəlsəfənin dili ilə də olsa, inkişaf
etdirirlər. Yenə təməl iddiaları baxımından çox böyük fərqliliklər göstərməyən
Yeni Kantçılığın keçmişdə periodik olaraq canlanmasına şahid olan Fransa və
Almaniyada bu gün analitik fəlsəfənin güclü məktəbləri yer almaqdadır. Fəlsəfi
problemlərə istiqamətlənmiş məntiqi və analitik yanaşmaların, nəhayət digər Şərqi
Avropa ölkələrində olduğu kimi Polşada da (Lvov-Varşava məktəbi) uzun ənənəsi
vardır.
Əgər belədirsə, Qərb fəlsəfəsində
bir-birlərini qarşılıqlı olaraq kənarlaşdıran iki ənənəsinin ayırd edilməsi
üçün sadə və birbaşa təməl qəti şəkildə tapıla bilməz və tapılsa da, onun fəlsəfi
baxımdan maraqlı olması hər ehtimalda çox da mümkün deyildir. Derridanın doğru
və münasib ifadəsinin mənimsəyəcək olsaq: Kontinental Avropa fəlsəfəsi “bir hərəkətin
empirik olmayan binasıdır”. Digər tərəfdən, Analitik fəlsəfə ilə Kontinental fəlsəfə
arasındakı fərqliliyin bir baxıma ayrı fəlsəfə düşərgləri arasındakı əksliyin məhsulu
olduğunu ortaya qoyan məlumatlar olmaqla birlikdə, sarih və təməl təlim fərqliliklərini
müəyyən etmək ya da iki yanaşmanı güvənilən şəkildə, fərqli mövzular, üslublar
ya da məcazlar vasitəsilə ifadə etmək asan deyil. Dolayısı ilə sağlam fərqləndirmə
etməyə cəhd göstərmək, bu mərhələ üçün uyğunsuz vaxt olacaqdır. İdeologiyaya
boyanmış bütün fərqliliklərdə olduğu kimi, Kontinental Avropa fəlsəfəsi və Analitik
fəlsəfə arasındakı fərq də həqiqi fərqlilikləri müəyyən etmək qədər, ciddi
intellektual yekdilliyi önləməyə imkan verir. İntellektual ənənələr, ictimai və
tarixi bağlılıqlar qədər, dəqiq intellektual mülahizələri də əks etdirir.
[1] Buna görə, XVIII əsr
şotland filosofu Devid Hyum fakt problemləri ilə əlaqədar bütöv elmi biliyə təməl
təşkil edən səbəb nəticə əlaqələri ilə
bağlı biliklərimizi belə şübhəli hala gətirmişdirsə, o eyni zamanda bütün bu
proyektini təbiət elmilərin metodlarını
“insan elmlərinə” tətbiq etmək istiqamətində təşəbbüs olaraq ifadə edir.
Tərcümə edən: Araz Əliyev
Mənbə: David
West , An Introduction to Continental Philosophy,1995, Canberra, p.11-18.
Yorumlar
Yorum Gönder