Kanalizasiya və Aldous Huxley - Jacques Lacan






Mənbə: Jacques Lacan "My theachings" 
(İngiliscə tərcümə David Mersey 2008)


Bu tərcümə, Jacques Lacanın "Mənim öyrətdiklərim" adlı kitabında "Öyrətdiklərim, onun təbiəti və məqsədi" bölməsinin ilk başlığındandır.


     Diqqətinizi , bəlkə də,  üstündə elə də dayanılmamış bir məsələ olan insan ilə heyvanlar aarasındakı ana fərqlərdən birinin üstünə yönləndirmək istəyirəm. Bu fərqliliyi anlamaq əhəmiyyətli ola bilər, çünki unudulub qalır. Təbiət baxımından bir fərqlilikdən bəhs edirəm, yoxsa kulturalizm etmək arzusunda deyiləm. 
Fil və hippo ilə başlayıb meduza ilə bitən heyvan krallığının hər tərəfində olanlardan fərqli olaraq insan təbiət içində  - Ay Allah! Görəsən, ən sadə şəkildə necə adlandırmaq gərəkir? - sıçmağının səbəb olduğu qeyri-adi narahatlıqla özünü biruzə verir. 
 
İnsan, bu məsələnin onun üçün problem yaratdığı yeganə heyvandır, amma bu möhtəşəm problemdir. Siz bunu başa düşmürsünüz, çünki poxu xaric edən kiçik qurğulara sahibsiniz. Bunun sonra hara getdiyini heç fikirləşmirsiniz də. Bunların hamısı kanalizasiya boruları ilə haqqında heç bir fikrinizin olmadığı yerlərə axır və fantastik yerlərdə toplanılır, daha sonra bunlardan insan cəmiyyəti üçün hər növ şey hazırlanmasını təmin edən sənayelər vardır. Və burdan da onlar son dərəcə vasitəli (tərcüməçi, məsələn siz bir CocaCola alanda, onun sizə gələnə qədər N sayıda vasitəçin əlindən keçdiyini bilirsiniz. Burada istifadə olunan söz də o mənadadır) sistemlə fəaliyyət göstərən insan sənayesinə qayıdır. Bildiyimə görə, buna siyasi-iqtisad dərslərində bir-iki saat ayrılmamsı təəccübləndiricidir.  Bu bir repressiya/basdırma fenomenidir, bütün digər basdırma fenomenləri kimi bu da ƏDƏB ehtiyacına bağlıdır. Dərd odur ki, hansı ədəbə əsaslandığını bilmirik. 

Uzun zaman əvvəl tanışdığım və onu daha yaxşı bilmədiyim üçün təəssüfləndiyim ağıllı bir adam var, olduqca da tanınmış: Aldous Huxley. Gözəl bir ailədən gələn xoş bir adam idi və heç də axmaq deyildi, heç deyildi. Hələ də yaşayırmı, bilmirəm. Fransızca tərcüməsi Stock nəşriyyatında nəşr edilən, yaddaşım məni aldatmırsa, “Adonis və Əlifba” əsərini tapın. Əlbəttə, bu başlıq az əvvəl haqqında danışdığım şeyi, böyük kanalizasiya qurğusu haqqında olan bölməni bildirmir. 

Bundan danışmaq həmişə, təəccübləndiricidir, halbuki bu, həmişə, mədəniyyət dediyimiz şeyin bir parçasını təşkil edir. Böyük mədəniyyət, ən başda, kanalizasiya sisteminə sahib mədəniyyətdir. Bu cür şeyləri nəzərə almaqla işə başlamadan biz heç bir ciddi fikir bildirə bilmərik. 

Tamamilə heç bir ibtidai xüsusiyyəti daşımadıqları halda, bilmirəm, niyəsə müəyyən bir müddətdən bəri ibtidai deyə xitab edilən xalqlarda, ya da deyək ki etnologların maraqlandığı cəmiyyətlərdə -- baxmayaraq ki, indi nəzəriyəçilər primitiv, arxaik, məntiqəqədərki və bu kimi başqa poxlar haqqında olana öz burunlarını soxub, buna davam edirlər, heç kim onları başa düşmür -- ən azından kanalizasiya problemləri vardır. Bu problemin mövcudluğunu danmıram. Və bəlkə də, bu problemi daha az yaşadıqları üçün onlara vəhşilər və hətta nəcib vəhşilər deyilmiş, təbiətə daha yaxın insanlar kimi dəyərləndirilmişlər. 

Amma nə vaxt ki böyük mədəniyyət = borular və kanalizasiyalar bərabərliyinə gəlirik, bunun istisnası yoxdur. (tərcüməçi: burada Lacan demək istəyir ki, əgər bu ikisinin, yəni böyük mədəniyyət və kanalizasiya qurğusunun bir biri ilə bərabər və bağlı olduğu məsələsinə gələndə, sitisnasız bu doğrudur) 
Babildə kanalizasiyalar var idi, Roma da təkcə kanalizasiya var idi. Şəhər bununla başlar, Claoca maxima. (tərcüməçi: “Ən böyük kanalizasiya” mənasına gələn Claoca maxima dünyadaki ən qədim kanalizasiya sistemlərindən biridir. Romada yerləşirdi)  Dünyanın idarəsi ona bağlanmışdı. Deməli, onunla fəxr edilməli idi. Fəxr edilməməsinin səbəbi, bu hadisəyə ,  belə demək mümkünsə, əsas dəyəri verilərsə, kanalizasiya ilə kultur arasındakı möcüzəvi oxşarlığın tapılmasıdır. 

Kultur artıq imtiyaz deyildir. Bütün dünya bununla artıqlamasına əhatə edilmişdir. Üstünüzə yapışar kultur. Özündən gəldiyimiz bu böyük tullantı qabığında ona müxtəlif formalar verməyə çalışırıq. Bəs, bunu nə ilə bağlayırıq biz? (tərcüməçi: Lacan yəqin burda bu qabığa şəkil verməyi nəzərdə tutur. Qabıq isə üstündə yaşadığımız və ondan yarandığımız yerdir.) Deyildiyi kimi, böyük ideyalara. Tarix kimi. 


Tərcüməçi: bunu tərcümə edərkən, sözlərin hərfi tərcüməsi deyil, mənanın çatdırılmasına fokuslanmışam, ona görə də bu tərcümə Lacanı başa düşdüyüm qədəridir.


Bəhmənyar Fəlsəfə Klubu...

Qeyd! Bu tərcümə mənbə qeyd edilməklə istifadə edilə bilinər.

Yorumlar