"Jürgen Habermasın həyatı və düşüncələri" - Michael Geyer

Jürgen Habermas-ın həyatına aid bu bioqrafiya yazılı və şifahi mətnlərdən hazırlanmışdır. XX əsrin sonlarında “məktublar”dan təşkil olunmuş bir həyatın ola bilməsi isə vəziyyətin ən maraqlı tərəfidir. Hebermas kosmopolit filosof, sosioloq, siyasət nəzəriyyəçisi, “hüquqşünas olmayan hüquq insanı” və xalq ziyalısıdır. O,  II Dünya Müharibəsindən sonra nümunə olaraq göstərilən Alman ziyalısıdır 
dünyanın ən təsirli filosofları sırasında yer tutur.
Habermas 1929-cu ildə Düsseldorf-da burjua ailəsində dünyaya gəlmişdir. Sadiq bir Protestant olaraq böyüdülməsi və kiçik səviyyəli fiziki əngəli onu Volksgemeinschaft-dan müəyyən ölçüdə uzaq olmasına və hələ gənc ikən onu Nasist rejiminin günahkarlığını idrak etməyə meylli etmişdir. Schelling haqqında doktorluq dissertasiyasını, fəlsəfi antropologiyanın qabaqcıllarından biri olan Erich Rothacker-in rəhbərliyi altında tamamlamışdır. Yalnız postdoktoral illərdəki fikir dünyası daha geniş əhatəli idi, bunlar içərisində ən görkəmli nümayəndələr tənqidi nəzəriyyəçi və filosof  Teodor Adorno, Marksist siyasi nəzəriyyəçi və hüquqşünas Wolfgang Abendroth, filosof və şərhçi Hans-Georg Gadamer idi. Onun araşdırmalarının əksəriyyəti linqvistik fəlsəfə və nitq nəzəriyyəsini, inkişaf psixologiyasını və Amerikan praqmatist ənənəsini əhatə edirdi. Lakin araşdırmalarının mərkəzini təşkil edən başqa bir şey idi. O, İmmanuel Kant ilə davam edən dialoq içərisində idi və öz araşdırmalarını “başa çatmamış bir layihə” olan Aydınlanma-nı inkişaf etdirmək istiqamətində Kant ilə və nəticədə Kantı keçən bir cəhd ilə formalaşdırılmışdı.
Habermas həm akademik mənada, həm siyasi mədəniyyət baxımından Almanyada ciddi təsir gücünə sahib idi. Akademik nəşrlər və qəzet nəşriyyatları qədər mütəfəkkirləri də öz fikirlərinin istiqamətinə çəkmək mövzusunda inanılmaz bir potensialı var idi, hələ də vardır. Lakin bununla yanaşı, qərəzli və qərəzsiz, xüsusilə də düşünmədən hərəkət etdiyi anlarda, düşmən qazanmaq potensialı da var idi. Eyni zamanda Habermas müxtəlif disiplinlərə malik, sahələrində bir nömrə olan doktorantura tələbələri yetişdirirdi. Bu baxımdan özünü işinə həsr etmiş pedaqoq və mübariz, lakin eyni zamanda qonaqpərvər rabitəçi olaraq qarşımızda dayanır.
Jürgen Habermasın haqqında, Stefan Müller-Doohm tərəfindən təqdim olunan bu tablo bir az dramatiklik də əks etdirir. Eyni zamanda da Habermas-la əlaqəli dolayı müzakirəyə yol açır, çünki sonrakı bioqrafiyalar professorun akademik (və xüsusən fəlsəfi) işi ilə intellektual ictimai-siyasi “müdaxilələri” arasındakı fərqlilikdə israr edirlər. Lakin Habermas-ın bioqrafiyasının yazarı bu nöqtədə onu göz ardı etməkdə haqlıdır, çünki növləri ayırmaq, daha əhəmiyyətsiz bir Habermas-ın yaradılmasına səbəb olardı. Onun kapitalı tamamilə, bu modern filosofların həyatının fərqli mərhələlərini bir arada görməsi ilə yaranmışdır.
Akademik mövqeyi səbəbindən ortaya çıxa biləcək proqnozların əksinə Habermas-ın həyatı  ciddi həyacan və gərginlik içində idi, bitmək bilməyən amansız müzakirələrlə bəzədilmiş idi. Əsas mövzusu kompromis mərkəzli rasional diskurs olan bir filosofdan gözləniləni düşünsək, bu bir şey deyildi. İlk nəşri Martin Heidegger-in müharibə sonrası tündxasiyyətliliyi ilə əlaqədar hövsələdən çıxmış tənqid idi. Bu gün belə demokratik Avropa haqqında müzakirə aparmaqdadır, hətta bir nümunəsi yaxın zamanlarda sosioloq Wolfgang Streeck ilə həyata keçirdiyi dialoqudur. Alçaltma və təhrik səviyyələrindəki sərt dialoqlar 1970 və 80-ci illərdə zirvəyə çatmışdı, bu dövrdə Almaniyadakı demokratiyanın gələcəyi, kəsişən bir çox ictimai müzakirələrin nəticəsinə bağlı idi: Universitetlərin gələcəyi, Sol və terrorizm, texnokratiya və inzibati vəziyyətlər, Almaniyanın Qərb meyli ilə ikinci Soyuq Müharibə və hər şeydən əvvəl, Nasist keçmişinin danılmaz mövcudluğu. Və Habermas bütün bunların tam ortasında idi.
Berlin Respublikası dövründə və post-Maastricht Avropa dövründə ixtilafın sonu gəlməz ikən, Habermas-a yönələn mənfi reaksiyalar yaxın zamanda yerini rəğbət dolu sözlərə verdi. Əgər Müller-Doohm-un medallar, mükafatlar, dərslər və qürur verici dərəcələr haqqında dediklərinə qulaq versək, Habermas İngiltərə istisna olmaqla günəşin doğub batdığı demək olar ki, hər yerdən fəxri mükafatlar almışdır. Lakin bu qədər möhtəşəm rasionallığa sahib olan və belə bir akademik düşüncəni mənimsəyən filosofun həyatı nəfəs nəfəsə qaçaqaçla keçmişdir. Bu səbəbdən, Almanyanın müharibə sonrası tarixini daha yaxşı və mükəmməl olduğunu hesab edən şəxslər bu bioqrafiyanı oxuduqdan sonra əminəm ki, fikirlərini dəyişəcəkdirlər.
Bir bioqrafiya yazarının niyyəti qətiyyən qarışıqlıq yaratmaq deyildir. Müller-Doohm Habermas-ın həyat hekayəsini yeri gəldikcə didaktik şərhlərlə yavaşlatmışdır. Araşdırdığı mövzuya heyranlıq və hörmət hissi bəsləyir. Həyacanı onu mühasirəyə almışkən, Martin Heidegger-i taxtından düşürməyə kömək etmiş və beləliklə, “Heidegger ilə və ona qarşı” post-metafizik düşüncə üçün yenidən potensial imkan yaratmış olan bir Alman mütəfəkkiri haqqında yazdığının fərqinə varmışdır. Theodor Adorno, Herbert Marcuse və digərlərinin orjinal Frankfurt Məktəbinin pessimistliyinə qalib gələrək Habermas, “tənqidi nəzəriyyənin” Marksist irsini və onun müasirlik anlayışını yenidən uzlaşdırdı. Max Weber-in avtoritar dövlətçiliyi ilə üzləşdi və Alman fəlsəfəsi, sosiologiya və hüquq ənənələrini daha da qarışıq hüquq və demokratiya nəzəriyyəsinə sövq etdi.
Habermas-ın anlayışının mərkəzində, müharibə sonrasında Qərbi Almaniyanı narahat edən sonu gəlməyən müzakirələr silsiləsi vardı. Habermas başa düşülməz bir şəkildə Nasizm haqqında hər hansı bir kimsəni pis yola yönəlməyə təhrik edir ya da (Jacques Derrida kimi) pis yola yönəlmiş hesab edir. Nasist Almaniyasının oyanışında Alman ənənəvi düşüncəsini test etmək və yenidən konfiqurasiya etmək üçün işə girişdi, bu işinin uğurlu ya da uğursuzluğu etibarının həqiqi ölçüsüdür.


1962-ci ildən nəşr edilən İctimai Sahənin Struktur Çevrilməsi, Habermas-ın ilk şah əsəri idi və çox böyük əsər idi. Lakin bu bioqrafiya, onun bu əsərini, 20 illik intellektual təkamülü nəticəsində necə də təsirli bir şəkildə rədd etdiyini göstərir. Habermas səhv bir epistemoloji yanaşma mənimsəmiş olduğu, saxta tarixi mühakimələrin özünü yanıltdığını və bir ictimai sahə məhfumunun altından xətt çəkən fəlsəfi problemin dərinliyini kiçik hesab etmiş olduğu nəticəsinə gəlmişdi. İşin maraqlı tərəfi, Habermas, dünyanı hədəfindən qaçırdığı üçün ictimai sahə fikrinə şübhə edirdi. Əməkdaşı və dostu olan Oskar Negt və Alexander Kluge ilə birlikdə bu fikirdən imtina etdilər.
Daha da təəccüb doğuran şey, Habermas bu fikrə şübhə içində ikən belə, Qərbi Almaniyada xalq ziyalısı olaraq filosoflar platforması yaradan, intellektual-siyasi-mədəni ixtilafın olduğu konkret ictimai sahə ortaya çıxdı. Bu çox da mümkün hesab edilməyən hadisə idi (hələ də elədir). 1960-cı illərdə çox coşğulu universitet mühitindən başlayan və Nasist keçmişinin varlığı, bir demokratiyada etiraz və vətəndaş itaətsizliyin yeri, post-milli kimliyə qarşı milli kimlik və son olaraq da Avropada demokratiya haqqında 10 illik milli bir müzakirə içində aydınlanan, üstün Alman dəyərləri və kimlikləri haqqında bir sıra, uzun yazılı meydan müharibəsi idi. Ədəbi dərgilərdə, universitet auditoriyalarında, məktəblərdə, barlarda, kafelərdə və hətta televizorlarda aparılan bir müharibə idi. Jürgen Habermas-ın iştirakı xalq müzakirələrinin gücünə aid canlı bir sübut idi, qaldı ki, Aydınlanma-nın sosial-mədəni çərçivəsinin çökməsindən uzun müddət sonra idi.
İctimai həyatı bir tərəfə, bir insan olaraq Habermas, hörmət göstəriləcək, intensiv bir şəkildə özünütənqid edən, amma eyni zamanda özünə inamlı da olan bir mütəfəkkir olaraq təsvir edilir.  İntellektual həyatında aldığı risklər və verdiyi qərarların məsuliyyətinin fərqindədir, fəda etdiyi dostluqlar da buna nümunədir. Hər akademik və xalqa açıq müzakirədə, səhnədə olan şəxslər dəyişirdi, Franfurt Məktəbindən Max Horkheimer-in nifrətindən və Habermas-ın bunu bilərək etdiyi qucaqlamasından, Martin Walser ilə münaqişəsinə qədər. Habermas, bəzən onunla həmfikir olan bəzən isə ona qarşı çıxan, onunla vuruşan bir qrup akademik, jurnalist, yazıçı və şairlərdən ibarət müxtəlif qrupları cəzb edirdi. Müharibə sonrası Almaniya düşüncəsi və mədəniyyəti son dərəcə həssas, emosional olan mövzulardan biridir.
Onun irəliləməsini təmin edən motivasiya qaynaqlarının çoxu bizlər üçün sirrini hələ də saxlayır. Mütamadi olaraq hərəkət halındadır lakin gərgin tondakı bir həyat ya intelektual marağın ya da müdrik bir zehnin narahatlığının məhsulu ola bilər. Lakin əlbəttə, 1945-ci ildən sonrakı yenidən formalaşdırma və yenidən qurma bütün nəslin möhürüdür  (dəri dəyişdirmə, soğan soymaq, yeni bir şüurun və hətta yeni bir kimliyin ən bərbad şəkildə istehsal edilməsi). Habermas üçün, bu keçid dövrü məsələn Günter Grass-inki ilə müqayisədə daha az dramatikdi və o nifrət etmədən inkişaf etməyə davam etdi. Dəyişməkdən həzz alırdı ya da bu dəyişikliyi bir filosofun səyahəti olaraq düşünürdü.
Habermas-ın akademik mənşəyindəki mühafizəkarlıq, sonrakı gəldiyi mövqeyə baxdıqda olduqca təəccüb doğurur. Amlaniyada müharibə sonrası dövürdə yaşanan akademik və intellektual yoxsulluq elə idi ki, daha sərbəst baxışları olan mütəfəkkirlər belə işlərini və disiplinlərini, Nasist keçmişlərində topladıqlarının işığında gələcəyə əks etdirməkdə idi. Habermas mühafizəkar bir fəlsəfə təhsili ilə yola çıxmış ola bilər, lakin əksəriyyəti 1930-cu illərdə doğulmuş olan və bu gizli aparılan mühafizəkar yanaşmanı dəyişmək istəyən olduqca qəzəbli insanlar qrupuna mənsub idi.
Tənqidi nəzəriyyəçi Adorno-nun bu baxımdan uzun müddət təsirini qoruyan bir gücü oldu. Habermas başı qarışıq bir tənqidi nəzəriyyəçi olsa da, Adorno Habermas-ı özünütənqid düşünə bilməsi və ictimai və siyasi həyatın təməl problemlərinə bir filosof olaraq yanaşması mövzusunda təsir etdi. Habermas ilk araşdırmalarının “yaxşılaşdırıcı” tərəfini təkrarlayaraq dilə gətirdi. Marksist düşüncənin daha incə nöqtələri və siyasi və hüquqi Alman nəzəriyyəsi (Staatsrechtslehre) haqqındakı müzakirələrin intensivliyi ya da pozitivizm haqqındakı iynələyici müzakirələrin məcburi təkrarı bu bioqrafiyada köhnə formatını mühafizə edir. Yaxşılaşdırıcı öyrənməyin bu dövrü, Nasist Almaniyasının yandırıb yıxan təsirindən sonra ortaya çıxan Almaniya və Soyuq Müharibənin ilk 20 ilindəki keçmək bilməyən artımları, həqiqi “aranı bağlayan inqilab”dır. Oxşar yaxşılaşdırıcı hərəkətlər bütün intelektual düşüncə spektrində özünü göstərdi. Bu da akademik, intelektual və əxlaqi hakimiyyətlərdəki intensiv çəkişməni və Almaniyadakı ictimai qavrayışı izah edir.
Bu yaxşılaşmanın tam ortasında biliyin daha çox yavaş bir formada yenidən təşkil edilməsini görmək çox çətindir. Bioqrafiyanın irəli sürdüyü fikrə görə, yeni bilik üçün itici güc əsasən informasiya əlaqəsi nəticəsində aşkara çıxır, lakin elmi danışıqlar, konfranslar akademik və xalqa açıq dərslər, kitab tənqidləri, intellektual əsərlər və redaktora məktublar belə bu informasiya əlaqəsinə daxildir. Bunun ən bilinən nümunəsini vermək lazımdırsa, 1971-ci ildə Christian Gauss-un Princeton-da verdiyi dərslər Habermas-ın kommunikativ bacarıq nəzəriyyəsini aydınlığa çıxardı. 1974-cü ildə San Diego-da Heidegger-ə aid təşkil edilməsi imkansız olan  kollokvyum sadəcə qəzəbli bir daşqına səbəb olmaqla qalmayıb, eyni zamanda Richard Rorty ilə “maarifləndirici” bir dostluğa səbəb oldu. Bax bu yeni biliyi meydana gətirən- dostcasına, düşməncə və sadəcə akademik olan- kommunikativ bir vəziyyətdir.
Daha köhnə Alman çevrəsini (fəlsəfə, dövlət nəzəriyyəsi və Marksist sosial nəzəriyyə) yenidən araşdırmaqdan, “Qərb düşüncəsi olaraq təqdim etdiyi açıqca desək yeni bir düşüncənin yaradıcı formalaşdırılmasına keçən Habermas-ın konkret dövrü ilə əlaqədar, akademiklər arasında hörmət edilən bir müzakirə var idi. Müller-Doohm bunun 1960-cı illərin sonlarındakı Frankfurt-a dək aparıla biləcəyini dedi. Dediyinə görə, Elmi və Texniki Dünyadakı Cari Vəziyyətlər Araşdırması üçün Max Planck Institute-un Carl Friedrich von Weizsäcker-ın köməkçi məsləhətçisi olaraq Habermas-ı çoxda xoşbəxt olmayan bir səlahiyyətli etdi. Bunu nəticəsində bir fəlsəfəçi və siyasət nəzəriyyəçisi olaraq Habermas-ın təməl əsəri ortaya çıxdı, Kommunikativ Fəaliyyət Nəzəriyyəsi (1981), bundan sonra isə Between Facts and Norms: Contributions to a Discourse Theory of Law (1992) yazdı.
Kommunikativ Fəaliyyət-dəki təməl sual, bütün insanların sahib olduğu xüsusilə onların öz mənfəətlərinin arxasınca getmək istiqamətindəki “vasitəçi” ya da “strategiyalı” ağla müxalif olaraq, qarşılıqlı anlayışı hədəf alan “kommunikativ” fikirləşmək istiqamətindəki rasionallıq haqqındakı mövcud iddiaları yenidən necə düşündüyümüzdür. Bu cəhdində hədəflənən ümumibəşərilik, kommunikativ fəaliyyətindəki praqmatiklər qədər təəccüblüdür. Bu da rasionallığı, ünsiyyətin qaçınılmaz olduğu insanlığa yerləşdirməyi, ən sonunda da gündəlik həyatın olduqca dərin üslub qazandığı vəziyyətlərdəki meyl üçün ortaq zəmin yaratmaq istiqamətində olduqca mümükün bir mənfəət yerləşdirməyə çalışır. Between Facts and Norms isə rasionallıq üçün insanın  doğuşdan sahib olduğu potensialın necə siyasi və hüquqi bir layihə olaraq təşkilatlandığını kəşf edir. İkisinidə nəzərdən keçirsək, təməl sual, anlayışa necə çata biləcəyi və “keçərlilik iddialarının” necə təsdiqlənə biləcəyidir. Faktlar, faktlar olaraq necə keçərli hesab edilir və cəmiyyətlər ilə onları bir arada tutan bir həqiqəti necə inkişaf etdirir-və bunu niyə istəyirlər?


Müller-Doohm bu böyük cəhdlərin səbəbkarlarını təqdim edir. Ümumi reaksiyalar haqqında yazsa da, mühakimə etməməyə və ya hər hansı bir dəyər ölçüsü qeyd etməməyə diqqət edir. Kommunikativ Fəaliyyət Nəzəriyyəsi “bir şüurluluq fəlsəfəsindən bir dil praqmatikinə” tərəf, bir sürüşmənin məhsulu idi, ustalıqla təsvir edildikdə hər şey və heç bir şey bərabərdir deyirdi. Bundan əlavə bu araşdırmasına xalqın münasibətinin yaxşı olmadığını da bilirik. İki cildi də müəyyən edilmiş və olduqca kiçik azlıqların Alman dili ilə yazan bütün qəzetlər və dərgilərdə nəzərdən keçrildi (məsələn: Der Spiegel). Lakin Müller-Doohm-un ifadə etdiyi kimi, Habermas bu böyük araşdırmasına aid ciddi müzakirələrin əksikliyinə görə xəyal qırıqlığına məruz qaldı və tənqidlərə qarşı özünü şiddətlə müdafiə edərək danışarkən insanlara məsləhətlər verən, himayədarlıq edən can sıxıcı birinə çevrildi. Dilin praqmatik ünsürü haqqındakı ilk təsirlərinin açıq bir iqrarı olaraq necə də geniş ölçülü araşdırıldığı həqiqətini başa düşmədi. İqtisadi və inzibati rasionallığa qarşı və üstün gələ biləcək və gündəlik ünsiyyətdən başa düşülə bilən bir dünya yaradacaq sosial bir güc mənbəyi olaraq düşünmək (və yazmaq) fikrini göz ardı edən əsasən bu araşdırmanı aparan jurnalistlər idi. Bu ünsiyyətlərin çoxunu bir arada düşündükdə məntiqli fərdi və kollektiv fəaliyyətlər yarada biləcəyi, normaları təsdiq edə biləcəyi və bütün xalqı bir araya gətirə biləcək fikrini göz ardı edirdilər. Bundan əlavə, sadəcə Alman jurnalistlərinin edəcəyi formada, ölüm haqqında düşünməyin ziddi olaraq, kommunikativ fəaliyyət haqqında düşünməyin yetəri qədər fəlsəfi olmadığı mövzusunda etirazlar edirdilər.
Əhəmiyyətinin tədricən gec də olsa başa düşülməsi, Habermas-ın görmə qabiliyyətinin əhəmiyyətini aşkara çıxardı. Habermas Austin və Searle-in söz nəzəriyyəsini xatırladaraq yenidən nəzərdən keçirdi. Kantçı subyektivliyi qarşılıqlı  və subyektlər arası bir çərçivədə yenidən əsalandırdı. Kommunikativ fəaliyyətin yaxşı düşünülmüş kommunikativ uzlaşmaya niyə və necə səbəb olduğunu və beləliklə sadəcə norma və dəyərlərin deyil eyni zamanda dünyanın uyğunlaşmasına da niyə və necə səbəb olduğunu da izah etdi. Sözün yenilənə bilən bir mənbə olduğu mövzusunda israr etdi və yeni bir başlanğıcın potensialını aşkar etdi. Lakin ən çətin hissə, bu subyektlər-aralığın, “ağıl” adlı etibarlı bir başlığa ehtiyacı olduğunun fərqinə varması idi. Bu sadəcə əzəmətli bir ad deyildi, bundan əlavə sosial bir feil idi, “idrak etmək”.
Fəlsəfi müzakirələrin detallandırılması və həqiqi həyata tətbiq edilməsi arasındakı əlaqələndirmə işi Habermas-a qalmışdı. İkinci layihə indiyə kimi ilk olanı sonlandırmış görünür, ən azından ictimai dərk etmədə belədir. Bu bioqrafiyada nəticə bir az təəccüblüdür, çünki Bonn-dan Berlin Cumhuriyyəti-nə keçiddə irili xırdalı ixtilaf nişanlarını  təkrarlayır.  Bir baxıma, Habermas-ı xilasetmə rəisi olaraq  görmək gözəldir, çünki burada belə kimsələr, onun irəliləmə əldə etdiyinə razı olmaya bilər.  Bu özünü adamışlıq, tez-tez ön mühakimə  ilə qarşılansa belə səhv etmək ehtimalı olmayan və Almaniyadan gəlməkdə olan demokratiya üçün əsla asan susdurula bilməyən səsə sahib olmaq yenidən güvən verən ən böyük ünsürdür. Lakin bu tablo, izaha ehtiyacı olan bu müdaxilələri dəstəkləyən qarmaşıq fəlsəfi və siyasi nəzəriyyədən imtina edir.
Habermas-ın demokratiya nəzəriyyəsinin yer aldığı, hüququn ifadə nəzəriyyəsini araşdırdığı ən maraq cəlb edici əsəri olan detallı araşdırması Between Facts and Norms-dur. Müasir demokratiya vəziyyətləri ilə əlaqədar bu araşdırmasının məhəkdaşı ətraflı bir şəkildə etdiyi Max Weber tənqididir və əsas marağını yönəltdiyi nöqtə qarmaşıq cəmiyyətlərin bütünləşməsi üçün bir mexanizima olaraq hüququn yeri və mövqeyidir. Kritik müəmma, hüquq və qanuniliyin necə uzlaşdırılacağıdır və bununla əlaqədar ən bilinən iddia bitməmiş və dəyişdirilə bilən layihələr olaraq konstitusiyaları dəstəkləməkdədir. Bir-birindən ayrı lakin bir-birinə alışmış olan hüquq və əxlaq sahələrini həm xalqlar içində həm də xalqlar üstündə yerləşdirməsi ən mülayim nöqtəsidir. Xalqların içində, hakimiyyətin təbiətinə aid nəticələri çox olan bir rezerv təmin edir. Xalqların üzərində isə insan haqlarına aid çəkişməli bir müzakirə təqdim edir. İnsan haqları məhvumuna hər mümkün və imkan xarici vəziyyətdə müraciət edilən bir dövürdə, insan haqları danışıqlarının hadisələrə işıq olan əxlaqi gücünü, ədalətsizliyi diaqnoz qoymağa aid insanların potensialını vurğulamış hətta təqdir etmişdir. Konstitusiya ilə əlaqədar insan haqları hüququnu görmüşdür və konstitusiyanın çökməsinə mane olacaq vəziyyətləri (məsələn: kommunikativ fəaliyyətin azadlığını) sığortaya almaq haqda insan haqları sərhədlərini  genişləndirmişdir.
Nə Habermas nə də onun bioqrafiyasını yazan şəxs, Habermas-ın Alman Staatsrechtslehre-yə aid sərt tənqidinin və sonradan ortaya çıxan inzibati-texnokratik dövlət dəyərləndirmələrinin günümüzdə belə aktual olacağı halı proqnozlaşdıra bilərdi. Between Facts and Norms çətin və zaman zaman çox yaxşı Alman mehi verən bir mətndir, lakin Almaniyadakı ən sözünü əsirgəməyən, demokratik səsdən bu suala məqbul bir cavab  verir: 20-ci əsr inzibati dövlətinin ardından nə gəlir?


Tərcümə edən: Ramilə Heydərova
Mənbə: Tls və Düşünbil   

Yorumlar