John Rawls / Savadsızlıq vasitəsilə Ədalət - Nigel Warburton





Mənbə: Niger Warburton, 
A little histori of Philosophy,
(38/Fairness through Ignorance, John Rawls)

Tərcümə etdi: Kamran Əliyev


   Bəlkə çox varlısınız. Bəlkə də Qarun qədər varlısınız. Amma bir çoxumuz belə deyil, hətta bəzilərimiz çox kasıbdır. Hətta qısa həyatlarının çox hissəsini ac və xəstə olaraq yaşayırlar. Bu o qədərdə ədalətli və ya doğru görünmür.Sözsüz ki, doğru deyil. Əgər dünyada həqiqi ədalət olsaydı, bir tərəfdə ac uşaqlar, bir tərəfdə isə pulunun çoxluğundan xərcləmə istiqamətini bilməyən insanlar olmazdı. Ədalət olsaydı xəstə olan hər kəsin müalicə almaq imkanı olardı. Ədalət olsaydı Afrikadakı yoxsulların vəziyyəti, Abş və İngiltərədəki yoxsulların vəziyyətindən daha pis olmazdı. Qərbin var-dövləti anadan olduğu yer mövzusunda xətası olmayanlardan çox olmazdı. Ədalət insanlara adil münasibət göstərməkdən ibarətdir. Ətrafımızda həyatı yaxşı şeylərdən ibarət olan insanlar və öz səhvləri olmasa da yaşamaq üçün az seçimi az olan insanlar var: nə edəcəklərini və ya yaşayacaqları həyata seçə bilmirlər. Bu bərabərsizliyi düşünən bəziləri dərhal “bəli, amma həyat onsuz da ədalətli deyil” deyirlər. Ümumiyyətlə belə şəxslər xüsusilə şanslı olanlardır; digərləri isə zamanlarını cəmiyyətin daha yaxşı tənzimlənməsi barədə düşünərək keçirir və bəlkə də daha ədalətli olması üçün çalışır.

   Təvazökar Harvard akademiki John Rawls (1921-2002) insanların bu şeylər barədə düşünmələrini dəyişdirən bir kitab yazdı. Təxminən iyirmi illik səyli düşüncənin nəticəsi “Ədalət nəzəriyyəsi” ( "A Theory of Justice" oldu (1971). Əslində bir professorun digər professorlara xitabən yazdığı çox quru akademik bir kitabdır. Ancaq bu tip kitablardan fərqli olaraq, kitabxananın rəflərində qalmaq əvəzinə bestseller oldu. Bu qədər çox insanın onu oxumuş olması bir baxımdan inanılmazdır. Lakin kitabın əsas məqamlarını meydana gətirən fikirlər o qədər maraqlı idi ki, qısa müddətdə filosoflar, hüquqşünaslar, siyasətçilər və digərləri tərəfindən oxunan, 20-ci əsrin ən təsir edici kitablarından biri olaraq elan edildi. Hətta Rawls bunun mümkün olacağını xəyal edə bilmirdi.



   Rawls İkinci Dünya Müharibəsində döyüşdü və 1945-ci il avqustun 6-sında Yaponiyanın Hirosima şəhərinə atom bombası atılanda Sakit okeanda idi. Müharibə illərində yaşadığı hadisələr onu dərindən sarsdı və nüvə silahının istifadəsinin yanlış olduğuna inandı. O dövrdə yaşayan bir çox insan kimi daha yaxşı bir dünya, daha yaxşı cəmiyyət yaratmaq istəyirdi. Ancaq bir siyasi məsələyə qarışmaq və ya mitinqlərdə iştirak etmək əvəzinə bu dəyişikliyi gətirmək üçün düşünməyi və yazmağı üstün tutdu. “Ədalət Nəzəriyyəsi”nin yazıldığı dövrdə Vyetnamda müharibə şiddətlənmiş və Abş-da geniş müharibə əleyhinə nümayişlər başlamışdı. Rawls cari qaynar məsələlərlə məşğul olmaq əvəzinə, mücərrəd ümumi ədalət mövzularında yazdı. Tədqiqatının mərkəzində birlikdə necə yaşadığımız və dövlətin həyatımıza müdaxilə üsulları haqqında hərtərəfli düşünməli olduğumuz ideyası dururdu. Bu dünyadakı varlığımıza dözə bilmək üçün birlikdə çalışmağımız gərəkirdi. Bəs necə?

   Təsəvvür edin ki, yeni və daha yaxşı bir cəmiyyət tərtib etməlisiniz. Veriləcək suallardan biri “kim nə alacaq?” ola bilər. Əgər daxilində hovuz və xidmətçiləri olduğu gözəl bir malikanədə yaşayır və sizi tropik adaya aparmağı gözləyən xüsusi jetiniz varsa, əlbəttə siz bəzilərini çox varlı, bəzilərinin çox kasıb olduğu dünyayı təsəvvürünüzə gətirmiş ola bilərsiniz. İndi yoxsulluq içində yaşayırsınızsa, çox güman ki, heç kimin həddən artıq zəngin olmasına icazə verilmədiyi, hər şeyin bərabər olduğu cəmiyyət hazırlayacaqsınız: şəxsi təyyarələrə icazə verilməyən, uğursuz insanlara daha çox fürsət verilən cəmiyyət. İnsan təbiəti də eynən belədir: insanlar daha yaxşı bir dünyanı təyin edərkən, fərqinə varmasalarda özlərinin buradakı mövqeyini düşünməyə meyilli olurlar. Bu ön mühakimələr (tərcüməçi: necə də qəribə səslənir, amma bir şey hələ gerçəkləşmədən onun haqqındakı fikirlər və mühakimələr nəzərdə tutulur) və stereotiplər siyasi düşüncə bacarığını pozur.

   Rawlsın dahiyanə ideyası, hamımızın sahib olduğu eqoistlikləei əhəmiyyətsizləşdirən bir yol (buna "Birinci mövqe" deyir) tapmaqdı. Təməl düşüncəsi çox sadədir: daha yaxşı cəmiyyət dizayn edin; ancaq bunu cəmiyyətdə hansı mövqedə olacağınızı bilmədən edin. Varlı, kasıb, əlil, gözəl, kişi, qadın, çirkin, ağıllı və ya ağılsız, istedadlı və ya bacarıqsız, gey, biseksual və ya heteroseksual olmasına qərar vermədən dizayn edin. Rawls xəyali “cəhalət örtüyü” altında daha ədalətli prinsiplər seçəcəyinizi düşünür. Çünki özünüzü harada tapacağınıza və sonda necə olacağını bilmirsiz. Bu sadə üsula əsaslanan ədalət nəzəriyyəsi öz yerinizi bilmədən seçim etməyinizə əsaslanır. Onun nəzəriyyəsi bütün məntiqli insanların qəbul edəcəyi iki prinsipə əsaslanır: Azadlıq və bərabərlik.

   İlk prinsip Azadlıq prinsipidir. Bu, hər kəsin əlindən alınmaması lazım olan bir sıra əsas azadlıqlara sahib olması deməkdir; məsələn, etiqad azadlığı, liderlərinə səs vermək azadlığı və geniş ifadə azadlığı. Azadlıqların bir hissəsinin məhdudlaşdırılması insanların böyük əksəriyyətinin həyatını yaxşılaşdıra bilsə də, Rawls bu azadlıqların vacib olduğunu və hər şeydən əvvəl qorunmalı olduqlarını düşünürdü. Bütün liberallar kimi Rawls, hər kəsin azadlıq haqqı olduğunu və azadlığın insanlardan alınmamasına inanırdı.
Rawlsın ikinci prinsipi olan “fərqlilik prinsipi” tamamilə bərabərliyə aiddir. Cəmiyyət əzilən qruplara sərvət bərabərliyi və imkanlar verəcək şəkildə təşkil edilməlidir. İnsanlar fərqli miqdarlarda pul qazanırlarsa,bu bərabərsizlik yalnız ən pis vəziyyətdə birbaşa kömək olarsa mümkündür. Bir bankir minumum əmək haqqı alan işçidən yalnız o halda 10.000 dəfə daha çox ala bilər ki, onun bu qədər çox maaş almasından minumum əmək haqqı alan işçidən birbaşa faydalansın. Əgər Rawlsın sistemində yaşasaydıq, ən kasıb olan pul qazanmadığı müddətcə heç kim mükafat almayacaqdı. Rawls fikirləşirdi ki, varlı yaxud kasıb olacağınızı bilmədən qurulacaq dünya məntiqli insanların seçimi nəticəsində yaranmış olacaq.

   Kimin nə qədər qazanacağı haqqında Rawlsdan əvvəlki filosoflar və siyasətçilər ən yüksək ortalama sərvət gətirəcək vəziyyətə üstünlük verməyə alışmışdılar. Bu bəzi insanların ifrat dərəcədə varlı ola biləcəyini, bir çox insanın isə orta dərəcədə həyat yaşayacağını və az adamın çox kasıb ola biləcəyini ifadə edə bilər. Ancaq Rawls üçün belə bir vəziyyət heç kimin çox  varlı adamın olmadığı, amma oratalama gəlir daha aşağı olsa da, hamının daha bərabər olduğu vəziyyətdən daha pisdir.

  Dünyanın hazırki vəziyyətində yüksək maaş alanlar üçün meydan oxuyucu fikirdir. Amerikanın başqa bir mühüm siyasət fəlsəfəçisi və Rawlsdan siyasi baxımdan sağ cinahda yer alan Robert Nozick (1938-2002) bu məsələni şübhə altına alır. Mükəmməl basketbolçunu izləməyə gələn pərəstişkarlar özlərinin bilet pullarından az bir hissəsni oyunçuya verməkdə, şübhəsiz ki, azad olmalıdırlar. Pullarını bu şəkildə xərcləmək hüquqları var.



   Əgər milyonlarla insan onu izləməyə gələrsə, idmançı, Nozickə görə milyonlarla dollar qazanacaq. Rawls bu baxışa tamamilə qarşı idi. Rawlsa görə, basketbolçunun qazancının  daha kasıb adamların vəziyyətini yaxşılaşdırmadığı müddətdəcə bu qədər yüksək səviyyəyə qalxmasına imkan verilməməlidir. Rawls hesab edir ki, mübahisələrə səbəb olacaq, bacarıqlı bir idmançı və ya istedadlı bir şəxs olmaq avtomatik olaraq daha yüksək qazanc əldə etmək hüququ vermir. Bunun bir səbəbi atletik istedadın və yaxud zəka kimi şeylərin şansa bağlı olmasına inanmasıdır. Güclü atletik və yaxud mükəmməl basketbolçu olmaq daha çox qazanmaq hüququna sahib olmaq mənasına gəlmir. Atletik olaraq bacarıqlı olmaq yaxud üstün zəkaya sahib olmaq “təbii lotereya”nı qazanmağın nəticəsidir. Bir çox insan Rawlsa qarşı çıxır və mükəmməlliyin mükafatlandırılmalı olduğunu düşünür. Ancaq Rawls bir şeydə yaxşı olmaq və daha çox şeyə layiq olmaq arasında avtomatik əlaqə olmadığını düşünür.

   Bəzi insanlar cəhalət pərdəsi arxasında qumar oynamağı üstün tutursa? Həyatı bir lotereya olaraq düşünür və cəmiyyətdə sahib olacaqları çox cazibədar attraksionlar olduğundan əmin olmaq istəyirlərsə? Yəqin ki, qumarbazlar həddindən zəngin olmaq variantını düşündüyü kimi kasıb olmağı da düşünürlər. Başqa sözlə, Rawls tərəfindən dizayn olunan dünya olsaydı, iqtisadi imkanları geniş olan dünyaya üstünlük verilərdi. Rolz məntiqli insanların həyatlarının üzərinə qumar oynamamasına inanırdı. Bəlkə də bu barədə yanılırdı.

   20-ci əsrdə filosofların bir çoxu keçmişin böyük mütəfəkkirləri ilə əlaqəni itirdilər. Rawls “Ədalət Nəzəriyyəsi” Aristotel, Hobbs, Lokk, Russo, Hume və Kantın yazmış olduqları ilə birlikdə xatırlanmağa dəyər. Rawls bu mövzuda həmfikir olmayacaq dərəcə də təvazökar olub. Ancaq onun bu  nümunəsi bu gün Michael Sandel, Tomas Pogge, Martha Nussbaum və Will Kymlicka da daxil olmaqla bir filosof-yazar nəslini ilhamlandırdı: Hamısı da fəlsəfənin necə bir yerdə yaşaya biləcəyimizi və yaşamaq məcburiyyətindəyik mövzusunda çətin və dərin suallarla məşğul olmasına inanırlar. Əvvəlki nəslin bəzi filosoflarından fərqli olaraq, bu suallara cavab verməyə və sosial dəyişikliyi təşviq etməkdən çəkinmirlər. Hesab edirlər ki, fəlsəfə nəinki yaşadığımız tərzlə bağlı müzakirələrimizi istiqamətləndirməlidir, əksinə yaşadığımız tərzi dəyişdirməlidir. 



Yorumlar