İntellektual azadlıq:
Bildiyin hər şeyi unut;
Sabah çiçək açarmış kimi yenidən başla...
Ötən əsrin önəmli fikir adamlarından olan hind əsilli
filosof Jiddi Krişnamurtinin "Mənəvi" (psixoloji) inqilab"
kitabı, onun müxtəlif mövzulardan ibarət fəlsəfi mühazirələrinə əsaslanaraq
hazırlan-mışdır. Müəllifin əsas ideyasını,
kitabın başlığındakı "Yaşadığımız dünyada əsaslı dəyişikliklər yaratmaq" fikrindən də rahatlıqla sezmək mümkündür. Krişnamurti, ilk baxışdan ənənəvi Yaxın Şərq fəlsəfəsi, zehni ətraf aləmdən təcrid edərək özlüyündə ruhi sakitliyə, hüzura (rahatlığa) qovuşan insan modeli verirmiş kimi görünsə də, əslində, günümüzdə də davam edən bir çox ciddi mənəvi və praktiki problemlərə fərqli baxış və çözüm yolları təklif edir. Bunun üçün isə, Krişnamurti, bizə, özümüzü kəşf etməyi, ideologiyaların əsiri olmamağı, yəni, həyatımızdakı idarəetmənin öz əlimizdə olmasının vacibliyini vurğulayır.
kitabın başlığındakı "Yaşadığımız dünyada əsaslı dəyişikliklər yaratmaq" fikrindən də rahatlıqla sezmək mümkündür. Krişnamurti, ilk baxışdan ənənəvi Yaxın Şərq fəlsəfəsi, zehni ətraf aləmdən təcrid edərək özlüyündə ruhi sakitliyə, hüzura (rahatlığa) qovuşan insan modeli verirmiş kimi görünsə də, əslində, günümüzdə də davam edən bir çox ciddi mənəvi və praktiki problemlərə fərqli baxış və çözüm yolları təklif edir. Bunun üçün isə, Krişnamurti, bizə, özümüzü kəşf etməyi, ideologiyaların əsiri olmamağı, yəni, həyatımızdakı idarəetmənin öz əlimizdə olmasının vacibliyini vurğulayır.
"Uşaqlarınızı sevsəydiniz, müharibələr
olmazdı"
Krişnamurti, keçmişi kənara buraxmağı, bizim
genimizi daşıyacaq davamçılarımızın xoş yaşaya biləcəyi gələcəyə fokuslanmağın
faydalı olacağını düşünür. Onun fikrincə, əsl meditasiya, bütün bizə öyrədilənləri
unutmaq, özünüdərkə çatmaq və reallıqla soyuqqanlı şəkildə üz-üzə, göz-gözə gəlməkdir.
O, bunu "intellektual azadlıq" adlandırır və fikrini bir neçə
fəlsəfi təkliflə əsaslandırır:
Bildiyin, öyrəndiyin hər şeyə ölü kimi reaksiya
ver; *
Növbəti gün, yenidən çiçək açarmış kimi başla (kəşf
etməyə yönəl); *
Həyatda qalıcı nəsə varmı? Həyata yenidən necə
baxılacağını öyrənmək, həyatın ən möhtəşəm proseslərindən biridir.
Krişnamurtiyə görə, reallıq həyatın özündə, çəkdiyimiz
qəm-kədər, iztirablardadır. "Kədər bizi başa gələn şeylərə baxmağa,
onları nəzərdən keçirməyə vadar edər. Kədərdən, iztirabdan qaçmaqdansa, onunla
birlikdə qalaraq kədərə son qoymaq olar". Bu, sanki, Nitsşenin
"Ecce Homo" (Özə qayıdış) əsərindəki "Ağrı - həyata qarşı etiraz sayılmamalıdır" fikri
kimi, həyat qarşısında dirəniş, mübarizə motivini xatırladır.
Krişnamurti, ölümsüzlük düşüncəsini kənara buraxıb,
sonlu olacağımızı dərk etməyi, bundan öncə isə, içimizdəki neqativləri öldürməyi
önərir. Bunun qarşılığı olaraq, "Sevgi hər an bütünlüklə yenilənən
şeydir" - deyə, qeyd edir. Ənənələr, xatirələr düşüncəyə bağlıdır,
düşüncə isə, keçmişə. Keçmişdən qurtulmaq və hazırki anı yaşamaq, zehnin rahat
buraxılması üçün ən gözəl üsuldur. "Qəzəbli adam qəzəbin özüdür" deyərək,
hadisələrə neqativ yanaşmağın şəxsi psixologiyamıza da ziyanlı ola biləcəyi
mesajını verir.
Krişnamurti, bizi əhatə edən, özümüzü əsirinə
çevirdiyimiz şeylərdən azad olmağımızın gərəkli olduğunu düşünür:
"Dərk etdiyiniz şeyi tərk etməsəniz, onun əsirinə
çevriləcəksiniz"
Müəllif, yaşadığımız dünyada səssiz, fəaliyyətsiz
qalmağa haqq qazandırmır. Onun fikrincə, sevginin, mübarizənin olmadığı yerdə
zorakılıq baş qaldırar və insan, bu hallara qarşı gəlməlidir.
"Güc - mövcud olanı aradan qaldırmağı dərk etməkdir.
Sevgi olmayan şeyi rədd etdiyimiz zaman, sevgini kəşf
edərik"
Krişnamurti, boşluq hissindən, mənəvi sıxıntılardan
qorxmamağı, əksinə, vəziyyəti öz xeyrimizə çevirə bilməyi təklif edir. Bu vəziyyəti
"boşluq içərisində davamlı olaraq özünüyeniləmə" adlandırır.
Bu fikir, Göte`nin "Faust"undakı "Yaşamaq istərsən, vuruş həmişə"
fikrini də xatırladır.
Digər özünükəşfə yönəlikli düşünərlərdə olduğu
kimi, Krişnamurti də, yöntəmləriylə üzərimizdə düşüncə ağalığı, yolgöstərənlik
etmək istəmir. Əsər boyu, sadəcə, daxilimizdəki qarışıqlığın, zorakı meyillərdən
arınmanın birlikdə kəşf edilməsinə çalışılır. Krişnamurti qeyd edir ki, özünüzdən,
öz daxili səsinizdən savayı, heç kimə inanmayın, hətta Krişnamurtiyə belə.
Qeyd edim ki, əsərdə bəzi razılaşmadığım, mübahisəedici
məqamların da olduğunu düşünürəm. Məs., "Günahsız zehin - yaranı növbəti
günə daşımayan zehindir.
Həqiqət yolsuzluqdur.
Axtarış içində olan zehin həqiqəti tapa bilməz.
Aydınlanmış
zehin - heç bir şey axtarmayan zehindir" kimi. Lakin, ümumi olaraq, gündəlik zehnimizi
azad buraxmaq, həyatla olduğu kimi üzləşməli, onu anlamını kəşf etməli, mövcud
sistemin ardınca getməyin insanı və zehni mexanikiləşdirməsi və s. bu kimi
fikirləri, üzərində düşünüləcək mövzulardır. Və son olaraq, Krişnamurtiyə görə,
dəyişilməsi lazım olan, ideologiyalar, dünya deyil, biz özümüzük!
Kitabdan seçilmiş cümlələr:
İnsan dərk etmədiyi, yaşamadığı bir şeyi necə təkrarlaya
bilər?
Boşluq - öz təkliyimizdən qorxmaqdır
Fövqəladə səssizliyin sözlərə ehtiyacı yoxdur
İç səsini dinlə.
Zehninə güvən və onu rahat burax..
Heç nəyi qorxu və tam harmoniya dərəcəsinə çatdırma.
*
Qorxudan tam qurtulmasaq, xaos bitməyəcək
Düşüncə - ağrını yaşadan həzzi saxlayır
Dəyişmək üçün çevrəyə bel bağlasanız, özünüzü
aldatmış olacaqsınız
Ölüm - bilinən şeylərin sonudur.
Daxilimizdəki konfliktə son vermək üçün boşluğa
ehtiyac var
İtaət etmək nəyinsə ardınca getməkdir, nəyinsə təsirinə
qapılan zehin heç vaxt azad yaşaya bilməz.
Yaradıcı reallıq seçimsiz fərqindəliklə əlaqəlidir.
Reallığı kəşf etmək üçün zehin tam boş olmalıdır
Qeyd: * - bu hissələri orijinal sitata müəyyən dəyişikliklər edilərək (mənası
eyni qalaraq, daha qısa olmaq etibarilə) təqdim etmişik.
P.S. Musiqi:
Film:
"Gedərkən arxasınca baxmamışdı, bəlkə də göz yaşlarını gizləmək üçün... Bir şeyi öyrənmiş oldu bizim dünyamızdan: yalan söyləməyi; eyni zamanda mənə bir şeyi öyrətdi: əsl sevgini - məni tərk edə biləcək qədər çox sevmişdi...
O, bu dünyaya uşaqlar kimi çılpaq gəlmişdi, uşaqlar kimi düşünürdü, çoxlu suallar verirdi..."
O, bu dünyaya uşaqlar kimi çılpaq gəlmişdi, uşaqlar kimi düşünürdü, çoxlu suallar verirdi..."
Müəllif: Eyvaz Usubov
Yorumlar
Yorum Gönder