İnancın psixologiyaya təsiri təsiri - Tuğçe Çifçi




Müəllif: Tuğçe Çifçi
Tərcümə: Məlahət Mehtiyeva


   Din; qavranılması və dərk edilməsi çətin və mücərrəd bir anlayışdır. Cəmiyyətdə inanc sözü keçəndə insanların düşündüyü ilk şey dindir. Çünki inanc anlayışı dindən daha mücərrəddir. Bu baxımdan inam dinin əvəzsiz anlayışlarından biridir. Çünki din insanlar vasitəsilə cəmiyyətdə qorxu yaradıb. İnsanlar öz hərəkətləri və etdikləri nəticəsində dini və hətta Allahı günahlandırdılar. Buna görə bəzi insanların dinə münasibət və davranışları dəyişdi. Bir çox dinlərdə inteqrativ / birləşdirici olmaq əsas ikən yer üzünə baxdığımızda bunun əksi ilə qarşılaşırıq. Ağlına gələ biləcək bir sual budur: bir insan yalnız Allaha xatir və ya savab üçün yaxşı bir iş görürsə, o yaxşı bir insandır? Burada Kantın tapşırıq etikası ağla gəlir. Onun sözlərinə görə, insan yalnız yaxşılıq etmək üçün yaxşı işlər görməlidir. Məsələn, bir avtomobil sürücüsü qırmızı işıqda cəzalanmamaq və ya yanındakı insan tərəfindən danlanmamaq üçün yox, sadəcə bunun düzgün davranış olduğunu düşündüyü üçün orda dayansa bu yaxşı bir hərəkətdir. (Akarsu, 1982, s. 207-211). İnsan bunu məcbur olduğu üçün etməlidir? Yoxsa bu lütf daxilindən gəlməlidir? Dini psixologiyanın açar sözünü “dinin fərdi şərhi və həyatı” kimi ifadə etmək olar.




   Dini həyat daha fərqli anlayışları əhatə edir. İnam anlayışı da bu anlayışların başındadır. Beləliklə, inam din psixologiyasında araşdırılacaq və müzakirə ediləcək bir ölçüdədir. Ümumiyyətlə, inam fərdi bir axtarış, mövcud bir sorğu və bu axtarış və sorğu nəticəsində ortaya çıxan əməli hərəkətlərdir. Fərdlər əvvəlki qərarlarını, davranışlarını yaşadıqları dünyaya görə təyin edirlər. İnsanlar öz sosial həyatlarında forma alırlar və dünyaya baxdıqları bucaq və görmə tərzi öz qrup və sinfi ilə ortaq olaraq təyin olunur. Əlbəttə istisnalar ola bilər. Bunu ənənəvi bir dildə desək, inam: müəyyən bir dinə və ya onun düşüncə sistemlərinə bağlılıqdır. Bu bağlılıq bir insanın öz işindən və inanmaq üçün güclü bir iradəsindən ibarətdir. Onu bu qədər mücərrəd və xüsusi edən də məhz budur.

   Sonlu varlıqlar olan insanlar bu sonsuzluq hissinə necə yüksəlirlər? Dini hisslərin mənşəyi nədir? İnsan həmişə həyatının asılı olduğu transsendental reallığı başa düşməyə və müəyyən etməyə çalışmışdır. Din həmişə ruha və duyğulara çatmışdır. Ağıl dini və ürək dini burada meydana gəldi. Ağıl dini, insana içinde yerləşdiyi kainat haqqında doğru və ya yanlış məlumat verir. Dünyanı hiss etməyə, ehtiyaclarını təyin etməyə, özünü müdafiə etməyə kömək edir. Daha çox fizioloji hissələr olaraq adlandırılır. Bir sözlə, "qoruma instinkti" dir. Ölüm anlayışı bu instinktdə asanlıqla yerləşdirilə bilər. İnsan ölümə üsyan edir. Bunu yox olmaq düşüncəsi ilə rədd edir. Buna görə bu həyatda bir məqsəd qazanmaq və ya digər dünyanı xəyal etməklə bu narahatlıqlar sakitləşir. Ürək dininə gəldikdə isə onun əsas anlayışı sevgidir. Bu müqəddəs varlıqlara, Tanrıya/ tanrılara, ruhlara, totemik əşyalara olan sevgidir. Buraya simpatiya anlayışı ilə qarşı-qarşıya gəlirik. İnsan sevdiyi kimi sevildiyini də hiss etmək istər. Bütün bu düşüncə sisteminin məqsədlərindən biri də budur.

İstifadə olunmuş materiallar:

AKARSU, B. Ahlak Öğretileri.CEVİZCİ, A. (2016). İlkçağ Felsefesi. Say Yayınları.
LEIBNIZ, W. (2011). Monadoloji. (D. Ç. Kasap, Çev.) Pinhan Yayıncılık.

Yorumlar

  1. Research Paper Topics need to make just one examination paper toward the finish of the term, you can inhale out on the grounds that you are honored. Assuming more – a proper arrangement exists. Go to the expert internet composing organization. Reach them by means of email and get any school task settled inside the set timeframe! In this guide, we will address a few inquiries

    YanıtlaSil
  2. Your site and content worthy my time spent reading your write-up. Its quite an educative updates. Kudos to your hard work. The account helped me a acceptable deal. Many thanks for sharing. visit cn-hill university cut off mark

    YanıtlaSil
  3. It’s really a cool and useful piece of info. I’m satisfied that you shared this helpful info with us. Thanks for sharing. Click on university of mkar cut off mark for chemical engineering

    YanıtlaSil

Yorum Gönder