Heyvanların yaşamaq hüququ varmı? - Tom Regan




Müəllif: Tom Regan
Tərcümə: Ramilə Heydərova

Bu yazıdakı arqumentim sadəcə biz insanların sahib olduğu və hamımızın bərabər dərəcədə daşıdığı deyilən doğuşdan gələn “yaşamaq haqqı” ilə əlaqəli dəyərləndirmələrə fokuslanmaqdadır. Bu yazıda izlədiyim strategiya, əvvəlcədən izlədiyim strategiyaya oxşar olacaqdır. Hər nə qədər heyvanların yaşamaq haqqına sahib olmadığını göstərmək məqsədi ilə istifadə edilə biləcək arqumentlər hər insanın da bu haqqa sahib olmadığını göstərmək üçün istifadə edilsə də, mən hər insanın bu təbii haqqa bərabər dərəcədə sahib olduğu iddiasını müdafiə məqsədi ilə istifadə edilə biləcək arqumentlərin eyni zamanda heyvanların da bu haqqa sahib olduğunu göstərdiyini izah etməyə çalışacam. Əvvəlcədən olduğu kimi burada da iddiaları çürütmək metodunu davam etdirəcəm. Bu mövzuda irəli sürülə biləcək hər arqument deyil, bu arqumentlər arasında ən əhəmiyyətli hesab etdiklərimi nəzərdən keçirəcəm.
Bu halda hər insanın doğuşdan gələn bərabər yaşamaq haqqına sahib olduğu fikri ilə başlayaq. Burada, özümüz ala bilməyəcəyimiz ya da bizə verilməyəcək olan doğuşdan gələn bərabər haqdan bəhs etdiyimizin bir daha altından xətt çəkirəm, bu haqqa sadəcə insan olduğumuz üçün sahibik. Bu zaman, sadəcə bütün insanların bərabər dərəcədə bu haqqa sahib olduğu hansı təməldə irəli sürülə bilər? Həmin dəqiqə bir çox seçim ağlınıza gələ bilər. Sadəcə insanların (a) fikir yürütmək bacarığı olduğundan, (b) azad seçim edə bilmə bacarığı olduğundan, (c) “mənlik/özünü” anlayışı olduğundan ya da (d) bu bəhs edilən bacarıqlardan bəzisini ya da hamısını daşıdığına görə bərabər yaşamaq haqqına sahib olduğu irəli sürülə bilər. Təbii olaraq, heyvanlar bu bacarıqlardan hər hansı birinə sahib olmadığı üçün onların yaşamaq haqqına, xüsusilə də insanlarla eyni yaşamaq haqqına, sahib olmadığını müdafiə etmək asan olacaqdır.
Bu kimi yanaşmaların qaçınılmaz olaraq  qarşımıza çıxardığı bəzi çətinliklərə əvvəlcədən toxunmuşdum. Qısaca yekunlaşdırmaq lazımdırsa, ilk olaraq, insan olmayan canlıların heç birinin bu imkanlardan hər hansı birini (ya da hamısını) daşımadığını konkret bir formada deyə bilmərik. Bunun əksinə ikinci olaraq, hər insanın bu imkanları daşımadığını məntiqi olaraq rahatlıqla deyə bilərik. Məsələn ağır dərəcəli zehni əngəlli fərdlər bu imkanları daşıya bilməz. Bu fərdlərin də yaşamaq haqqı olduğunu təbii olaraq müdafiə edirik, bu halda bu fərdlərin yuxarıda bəhs edilən imkanların birini ya da bir neçəsini daşıdıqları üçün yaşamaq haqqına sahib olduğunu deyə bilmərik. Dolayı olaraq bu imkanları daşımaqda qeyri-kafi olduqları halda, ağır dərəcəli zehni əngəllilərin bərabər yaşamaq haqqı olduğu mövzusunda  israr edəcəyiksə, uyğun olaraq heyvanların bu imkanları daşıya bilmədikləri üçün bu haqqa sahib olmadığını da deyə bilmərik.
Bir digər mümkün əsas isə  həzz və ağrını təcrübə etmək potensialı olaraq təqdim etdiyim həssas olmaq bacarığıdır. Lakin bu mövzuda da tanış olduğumuz bir çətinliklə qarşılaşırıq – bu bacarıq yaşamaq haqqını sadəcə insanlarla çərçivəli olduğunu əsaslandıra bilməz. 



Sadəcə insanların doğuşdan gələn bərabər yaşamaq haqqına sahib olduğu fikrinə məqbul bir arqument tapacağıqsa, sadəcə insanları əhatə edən dəyişməz və bərabər olan bu haqqa bir əsas tapmaq lazımdır. Bu halda, zənnimcə, sonrakı cümlədə açıqlayacağım yanaşma ortaya çıxacaqdır.1 Kant-ın dediyi kimi ifadə etməli olsaq, bu yanaşmaya görə hər birimizin “özündə bir məqsədi” vardır yəni hər insan həyatı “daxili bir dəyər” ehtiva edir. Sadəcə insanlara aid olan bu daxili dəyər, hər insanda bərabər dərəcədə vardır. “Dolayı olaraq, bütün insanların bərabər daxili dəyəri olduğu üçün, hamımızın bərabər yaşamaq haqqına sahib olduğu” deyilə bilər.
Mənə görə bu yanaşma, yuxarıda müzakirə edilən yanaşmalarda əksik olan məqbulluğu bir az da olsa ödəyir. Sadəcə insan olaraq bir subyektlə əlaqələndirmək lazım olan dəyərin daxili olduğunu deyərək və bu səbəbdən hamımızın bərabər yaşamaq haqqı olduğu nəticəsini çıxararaq bu yanaşma, bir insanın birisinə bu haqqı verdiyi və ya birisindən bu haqqı əsirgədiyi ehtimalını gərəksiz etməkdədir. Bu səbəblə bu yanaşma, müzakirə etdiyimiz haqqın iddia edildiyi kimi doğuşdan gəldiyi mövzusunda məntiqli əsaslar verə bilər. Bundan əlavə bərabər yaşamaq haqqını insanların bərabər daxili dəyəri olduğu fikrinə əsaslandıraraq bu yanaşma, yuxarıda bəhs edilən digər yanaşmaların əksinə yaşamaq haqqının da iddia edildiyi kimi bərabər olduğu mənasını verə bilər.
Ancaq nəzərdən keçirdiyimiz bu yanaşmada da ortaya çıxan bəzi çətinlikləri həll etmək lazımdır. Hər insanın həyatının “daxili dəyəri” olduğunu deyərək nəyi nəzərdə tutduğumuzu konkret olaraq müəyyən etməyə çalışmaq qarşılaşdığımız ilk çətinlikdir.2 Bu hal, “hər insanın doğuşdan gələn yaşamaq haqqı vardır” mənasına gələ bilməz. Çünki əvvəldə, hər insanın həyatının daxili bir dəyəri olduğu fikri, hər insanın bərabər yaşamaq haqqı olduğunu deyə bilməyə əsas yarada bilmək üçün təklif edilmişdi. Yəni “Jones-un həyatının daxili olaraq dəyərli olduğunu” demək “Jones-un bərabər yaşamaq haqqına sahib olduğu” mənasına gəlirsə, hər fərdin həyatının eyni dərəcədə daxili dəyərə sahib olduğu iddiası hər insanın eyni yaşamaq haqqına sahib olduğuna əsas yaratdığı şəkildə şərh edilə bilməz. Bu vəziyyətdə iki iddia da eyni mənaya gələcəkdir, ikisi də eyni mənaya gəlirsə əsla bir iddianın digərinə əsas yaratdığını deyə bilmərik.
İnsanların yaşamaq haqqını müzakirəyə açıq hesab etməyib heyvanların yaşamaq hakkını görməzdən gəlməyimizə tam olaraq nə səbəb olur?
Qarşımıza daha böyük bir maneə çıxaran ikinci çətinlik isə budur: Hansı əsasa görə sadəcə insanların daxili olaraq dəyərli olduğu deyilə bilər? Başqa cür desək, insanlara bənzərsiz dəyər mənası yüklənərək insanları ayıran şey nədir? Bu dəyərin altında “heç bir şeyin” olmadığını demək buna bir mümkün cavab olacaqdır. Bəhs edilən bu dəyər, sadəcə insanlara aiddir. Bu, “insan” olmağı hər dəfə düşünəndə ağlımıza gələn fikirlər qarışıqlığının diqqətlə analizni apardığımızda bəsitcə fərqinə vardığımız ya da hiss etdiyimiz bir dəyərdir. Ancaq bu yanaşma bizi müdafiəsi olduqca çətin olan bir dəyər ontologiyasına apardığından və edə biləcəyimiz ən ciddi araşdırmadan sonra mən belə bəhsi keçən bənzərsiz dəyəri hiss edə bilmədiyimə görə bu yanaşmanı qeyri-kafi hesab edirəm. Bir digər tərəfdən, bəhs etdiyimiz bu dəyərin səhv olduğunu bir neçə cəhdlə necə sübut edə biləcəyimi də bilmirəm. Tək edə biləcəyim, insani olanlar arasında sadəcə öz qrupuna aid olan xüsusi dəyəri “hiss etdiyini” iddia edən bir sıra insan qruplarına diqqət çəkməkdədir. Bu qrup bizə şeyləri xüsusi və hissi bir formada “bilməyi” nəzərdə tutmağın sadəcə məntiqdən məhrum ön mühakimələrə intellektual bir öhdəlik vermək məqsədinə xidmət etdiyini göstərir. Bu vəziyyətdə sadəcə bunun doğruluğu mövzusunda şübhəmi dilə gətirə bilərəm. Çünki “insan olmağın bənzərsiz daxili dəyəri hissi” haqqında danışmaq, insanların bənzərsiz daxili bir dəyəri olduğuna inanacaq yaxşı bir səbəb tamayan və buna rəğmən bunun varlığına inanmağa davam edən insanların ən son müraciət etməsi lazım olan işdir.
İntiusiyaya müraciət etmədiyimizə görə bu halda insanların bənzərsiz olaraq daxili dəyəri daşıdığına inananlardan bizə bu dəyərə sahib olmaqla insan olmaqdakı imtiyazı izah etməklərini gözləyə bilərik. Ancaq burdakı çətinlik isə, təxmin edilə biləcəyi kimi, bu şəxslərin çox çalışan ağıllarında bəzi tanış olduğumuz sıxıntıların ortaya çıxmasıdır. Yenə burada da insanların danışa bilməsi, fikir yürüdə bilməsi, azad seçim edə bilməsi ya da öz mənliklərini yarada bilməsinə görə bu dəyərin yarandığını deyə biləcəkmiyik? Bu mülahizələr əvvəlki vəziyyətin əksinə burada işə yaramayacaqdır. Çünki bu işləri görməyən və insan olan canlılar vardır və çoxda yaxşı bu işləri edə bilən və insan olmayan canlılar da ola bilər. Dolayı olaraq bu bacarıqların heç biri sadəcə insanların sahib olduğu hesab edilən bu dəyərə əsas ola bilməz.
Daxili dəyər anlayışını daha fərqli bir şəkildə nəzərdən keçirdiyimizi fərz edək.3 Təcrübələrin daxili dəyəri olduğu məzmununda, sadəcə insanların özündə məqsədi olduğunu deyə bilmək üçün əvvəlcə hər insanın arzular, əməllər, ümüdlər, seçimlər, sevgi, məmnun olmaq ya da fərqində olmaq kimi həyatına daxili dəyəri qatan müsbət xüsusiyyətdə əlaqələri olduğunu deyək. İkinci olaraq da bir insanın  arzularından məmnun olaraq ya da əməllərinin fərqində olaraq ortaya çıxardığı daxili dəyərin, öz içində dəyərləndirdikdə, başqa bir insanın sahib olduğu müqayisə edilə bilən arzularının ya da əməllərinin məmnunluğu ilə ya da fərqindəliyi ilə ortaya çıxardığı daxili dəyərlə eyni şəkildə yaxşı olduğunu deyək. Bu məzmunda hər insan bərabərdir. Bu bərabərliyə görə, hər insanın arzularını və əməllərini başqalarının haqlarını pozmayacaq şəkildə təmin etməsi  üçün digər insanlar qədər haqqa sahib olduğu deyilə bilər. Bu arqument “hər insanın arzularını təmin etməsi və əməllərinin fərqində olması üçün digər insanlar qədər haqqa sahib olduğunu da düşünməli olsaq, ölü ikən heç kimsə arzularını ya da əməllərini təmin edə bilməyəcəyi üçün ilk baxışda bir insanın həyatını əlindən almaq, hər zaman digər insanlarla bərabər sahib olduğu haqqın yəni yaşamaq haqqının pozulması olacaqdır” şəkilində davam edir.
Bu arqument bizə nə ifadə edir? Şəxsən mən, bu arqumentin detallı və ciddi araşdırmadan keçə biləcəyinə əmin deyiləm. Onsuzda keçib keçməyəcəyinə qərar verməli olan şəxs də mən deyiləm. Burada dəyərləndirdiyimiz arqumentlər arasında əsas diqqət çəkmək istədiyim məqam, bu arqument daha əvvəl də qeyd etdiyim kimi iddia edildiyi üzrə bəhs edilən haqqın həm doğuşdan həm də bərabər olması ilə əlaqələndiyi üçün və insan olmaqda tələb olunan şərt olaraq dəyərləndirdiyim, bir canlının əlaqələrinin olması lazım olduğu fikrinə əsaslandığı üçün digər arqumentlərin verə bilmədiyi məqbulluğu bir az da olsa təmin edir. Bu səbəblərə görə bu arqumenti,bütün insanların doğuşdan bərabər yaşamaq haqqına sahib olduğu fikri lehinə irəli sürülə biləcək digər mümükn arqumentlər arasında ən məqbulu olaraq seçərək “əks arqumenti çürüdə biləcək şəkilə salmaq” metodları ilə ittiham edilməyəcəyimi düşünürəm. Ancaq digər tərəfdən də təxmin ediləcəyi kimi,hər nə qədər bu arqument bu məzmunda məqbul ola bilsə də mən, bəhsi keçən arqumentin heyvanların da doğuşdan gələn bərabər yaşamaq haqqına sahib olduğu iddiası ilə əlaqədə olduğunu da düşünürəm.
Çünki doğuşdan gələn yaşamaq haqqını bütün insanlara bərabər bir şəkildə yükləməyimiz üçüm bu arqumentin bizə kafi əsasları təmin etdiyi doğru olsa belə bu haqqın sadəcə insan olan canlılara aid olduğunu göstərəcək heç bir əsas yoxdur. Əksinə bəhsi keçən arqument, hər canlının müsbət əlaqələri qarşılığında bərabər yaşamaq haqqına sahib olan digər fərdlərin müqayisə edilə bilən əlaqələrinin məmnunluğu qədər daxili olaraq dəyərli təcrübələri yaratdığı iddiasını əsaslı və yaxşı bir şəkildə dəstəkləyir. Xüsusilə də heyvanların bəhs edilən şərtləri ödəməsi təqdirində, bərabər yaşamaq haqqına sahib olduğu yanaşmasını dəstəkləməkdədir. Belə ki, heyvanların da bu şərtləri ödədiyi deyilə bilər.  Öz daxilində dəyərləndirildiyinə, heyvanların da insanların müqayisə edilə bilən hər hansı bir əlaqənin məmnunluğu ya da fərqindəliyi kimi daxili olaraq dəyərli məmnunluq ya da fərqindəliyi yəni müsbət əlaqələri daşıdıqları açıqca görünür. Şübhəsiz Aristotelin fəzilətli insanının bağlılıqları kimi daha dərin bağlılıqlarla müqayisə etdikdə heyvanların bağlılıqlarının nisbətən aşağı bir səviyyədə qala bilməsi mümkündür. Lakin eyni vəziyyət bir çox insan üçün də keçərlidir: bir çox insanın bağlılıqları böyük ölçüdə yemək yemək və içmək kimi fəaliyyətlərə fokuslanmış olaraq çərçivələnmiş ola bilər, çox nadir hallarda digər sahələrə maraq göstərirlər. Yenə də bu insanların yaşamaq haqlarının digərlərinə nəzərən daha az olduğunu deyə bilmərik çünki hər kəs eyni yaşamaq haqqına sahibdir. Bu halda insanlara görə daha “aşağı” bağlılıqlara sahib olduqlarına görə heyvanların yaşamaq haqlarının da daha az olduğunu deyə bilmərik.
Bu nəticədən qaçmağın bir yolu heyvanların əlaqələri olduğunu inkar etməkdir.4 Ancaq hansı təmələ əsaslanaraq bunu rədd edə bilərik? Bilinən bir əsas olaraq heyvanların danışmaması nümunə verilə bilər, heyvanlar bir şeyi izah etmək ya da ifadə etmək üçün söz istifadə etmədiklərindən heç bir şeylə əlaqə qura bilmir. Bu etiraz sadəcə bir şeyi başa düşmək  ya da ifadə etmək üçün söz istifadə edə bilən canlıların əlaqələri ola biləcəyi mənasını açıqca göstərir və bəzi heyvanların bunu edə biləcəyi ehtimalını belə göz ardı etdiyindən məqbul görünmür. Məsələn yeni doğulan körpələrin hələ hər hansı bir asılılığı yox ikən dil öyrənməklərinin lazım olduğunu deyə biləmərik. Qaldı ki, heyvanların davranışları şübhəsiz bizə sadəcə əlaqələri ola biləcəyini deyil əlaqələrinin olduğunu da göstərməkdədir.  Heyvanların davranışları bizə iradəyə bağlı seçimləri ilə məqsəd hədəfli fəaliyyətlərinin varlığını göstərən çox sayda vəziyyəti göstərməkdədir. Bu səbəblə və əksini göstərməyə çalışan məntiqli bir arqument də olmadığına görə heyvanların əlaqələrinin olmadığını demək həm həzzi həm də ön mühakiməli bir yanaşma olacaqdır.
Bəlkə də İngilis filosofları haqlı idi, mövzu heyvanların fikir yürüdüb yürüdə bilmədikləri deyil ağrı çəkib çəkmədikləridir.



Dolayı olaraq insanların doğuşdan bərabər yaşamaq haqqına sahib olduğu yanaşmasına ən məqbul arqument heyvanların da bu haqqa sahib olduğu yanaşmasını eyni məqbulluğda əsaslandırır. Lakin eyni ilə insanların və heyvanların haqsız yerə ağrı çəkməmələri mövzusunda bərabər haqqa sahib olduğunu deməkdə olduğu kimi burada da haqqında danışılan haqqın əsla göz ardı edilə bilməyəcəyinə eyham vura bilmərik. Çünki daha çox əxlaqi tələblər yaradaraq bir fərdin yaşamaq haqqının digər bir fərddən daha üstün olduğu vəziyyətlər ortaya çıxa bilər. Bu vəziyyətlərdə nəzərdə tutulan fərdin həyatına son verməyi əsaslandıra bilərik. Ancaq nə olursa olsun sırf digərlərinə müyyən bir ölçüdə həzz ya da böyüklüyünə baxmadan daxili yaxşı təcrübələr qazandıracaq deyə insanların davamlı olaraq öldürülməsini ehtiva edən bir fəaliyyətə də göz yuma bilmərik. Bu səbəbə görə fərdlərin həyatına son vermək üçün onların digər insanlar qədər yaşamaq haqqına sahib olmadığını və ya  həyatlarının digər insanlar qədər dəyərli olmadığını bariz bir şəkildə qəbul etmək lazımdır. Hər iki halda da həyatlarına son veriləcək şəxslərin çəkəcəkləri ağrının nəzərə alınmasına ehtiyac yoxdur. Biz bu şəxslərin ağrı çəkmədən öldürüləcəklərini fərz edək, bu yenə də şəxslərə yanlış davranıldığının və fəaliyyətin əxlaqdan kənar olduğunu dəyişdirmir. Dolayı olaraq bu anda müdafiə edilən arqument məntiqli görünür bundan əlavə insanların bərabər yaşamaq haqqına sahib olub heyvanların sahib olmadığını müdafiə edən heç bir əsasın da irəli sürülə bilməyəcəyini deyiriksə eyni əsas heyvanların öldürüldüyü bir fəaliyyət üçün də irəli sürülə bilməz. Beləcə bu yazının axırında ortaya atılan iki etiraz üçün əsaslarımız yaranır. Bu etirazlar, heyvanların böyüdüldüyü və öldürüldüyü müddətdə məruz qaldıqları rəftardakı tək səhvin haqsız yerə ağrı çəkməkləri olduğunu deyərək, heyvanlar ağrı çəkməsin deyə narkoz verilərək öldürülə biləcəyini irəli sürür. Lakin burada da heyvanların haqsız yerə ağrı çəkməklərinin tək əxlaqi dəyərləndirmə olmadığını artıq görə bilərsiniz, heyvanların öldürülməsi də nəzərə alınmalıdır.
Eyni şəkildə, ikinci etirazın təməlini yaradan şiddətə müraciət etmədən heyvandarlıq təsərrüfatlarından ət almaq ya da ovlayaraq insanın özünün heyvanları öldürməsi kimi – I. Bölmənin sonundakı ikinci etirazım təməlini yaradan – üsullarla ət istehlak edilə biləcəyini müdafiə edən şərti vegeterianlıqda da arqumentim haqlı olacaqdır çünki ova çıxmaqla və mümkün ən sakit təsərrüfatda böyümüş heyvanların öldürülməsi ilə, ən pis şərtlər altında böyüyən heyvanların öldürülməsi arasında hər necə olsa sonunda ölüm olduğundan bir fərq yoxdur. Dolayı olaraq şərti vegeterianlıqdakı bu üsulları vegeterianlar ət yeyənlərə arqument olaraq təqdim edə bilməzlər.
Sadəcə insanların bərabər yaşamaq haqqına sahib olduğunu göstərən məntiqi hökmü olan bir arqument çıxmadıqca və ya çıxana qədər, bütün insanların bu haqqa sahib olduğu yanaşmasını dəstəkləmək məqsədli irəli sürülə biləcək hər məqbul arqument eyni şəkildə heyvanların da bu haqqa sahib olduğu yanaşmasını dəstəklədiyi müddətdə və bu haqqı insanlara yükləyərək sırf müəyyən sayda insanlara müəyyən bir ölçüdə yaxşılıq olacaq deyə müəyyən sayda inan öldürülə biləcəyinin səhv olduğu fikrimizi əsaslandırma zamanı yenə bu haqqa müraciət etməkdə məntiqi doğru olduğumuza inandığımız müddətcə, bütün bu vəziyyətləri dəyərləndirdiyimizdə, ölümləri bizə daxili yaxşılıq gətirəcək deyə bir ya da birdən çox heyvanı öldürməyin əsaslandırıla bilməyəcəyi yanaşmasını müdafiə etməkdə həmfikir olduğumuzu düşünürəm. Burada, heyvanları heç bir halda və şərtdə əsla öldürə bilməyəcəyimizi demirəm. Deməyə çalışdığım əsas mövzu öldürməyin digər insanlara daxili olaraq dəyərli təcrübələr qazandırdığını müdafiə edərək insanların öldürülməsini necə əsaslandıra bilmiriksə heyvanları da öldürməyi əsaslandıra bilmərik.
Bir daha vurğulamaq lazımdırsa, heyvanların da yaşamaq haqqı olub olmadığını əsaslandırmaq vegeterianlar qədər vegeterian olmayanların da vəzifəsidir. Əgər bu məqalədə irəli sürülən arqument məntiqli gəlirsə, heyvanların öldürülməsi lazım olduğunu bilə bilə vegeterian olmayanların ət yeməyi necə əsaslandırdıqlarını göstərməyi lazımdır. Burada dəyərləndirilən ən məntiqli arqument təməlində insanların yaşamaq haqqı olduğunu dedikdə, vegeterian olmayanların həyat tərzlərinin heyvanların sahib olduğu yaşamaq haqqını sistematik olaraq göz ardı edən fəaliyyətlərə necə  təsir etmədiyini göstərməyi lazımdır. Son olaraq heyvanların öldürülməsi nəticəsində əldə etdiyi ətdən aldığı ləziz dad kimi daxili xoşbəxtliklərlə bu həyat tərzini müdafiə etməyəcəyinin çox yaxşı fərqində ikən bütün bəhs edilən əsaslandırmaları etməsi lazım olan da yenə vegeterian olmayanlardır.



Bu, heyvanların canını almağı ehtiva edən fəaliyyətlər əsla əsaslandırıla bilməz mənasına gəlmir. Bəlkə bəzi hallarda bu cür fəaliyyətlər əsaslandırıla bilər və mənə görə bu əsas, yuxarıda daha əvvəl bəhs edilən heyvanlara hardasa heç ağrı vermədən öldürülməklərini təsdiq etməyin nə zaman əxlaqi əsaslandırıla biləcəyi müzakirəsi ilə əlaqəli olaraq yaradılmalıdır. Bu vəziyyətdə də bu fəaliyyətləri həqiqətən qəbul edə bilmək üçün (1) belə bir fəaliyyətin digər canlılarla doğuşdan gələn bərabər haqqı olduğu düşünülən öldürüləcək canlıya gələcək zərər də daxil olmaqla ola biləcəyindən daha böyük ölçüdə zərəri yox edə bilməsi, azaltması ya da qarşısını alması lazım olduğunu, (2) real düşündükdə belə bir nəticənin əldə edilə bilməyəcəyini, (3) lakin bu nəticənin əslində reallaşdırıla biləcəyinə inanmağımız üçün yaxşı bir səbəbimiz olduğunu göstərməyimiz lazımdır. Əlbəttə bu şərtlərin ödəndiyi hallar ola bilər. Məsələn bir Eskimos-un heyvanları öldürməsi ya da maral kimi heyvanları qorumaq məqsədi ilə çərçivələnmiş ov sezonunun olması kimi vəziyyətlərdə bu şərtlər ödənə bilər. Ancaq heyvanların öldürülməsini ehtiva edən fəaliyyətlərin bəzi hallarda doğru olması ya da ola bilməsi hər zaman olacağı mənasına gəlmir. Burada, həyat tərzləri ilə bu fəaliyyətləri müdafiə etdiklərini göstərən vegeterian olmayanların vəzifəsi heyvanların öldürüldüyü hər cür fəaliyyətin necə doğru olduğunu göstərmək olmalıdır.

İstifadə edilmiş materiallar: 

1Bu arqumentə bir nümunə olaraq Richard B. Brandt-in Gregory Vlastos-nun “Ədalət və bərabərlik” (Justice and Equality) məqaləsini hazırladığı Sosial Ədalət (Social Justice) kitabına baxa bilər. (Englewood Cliffs, N.J.: Prentince-Hall, Inc., 1962).
2Bu fikri ilk olaraq Donald VanDeVeer ilə müzakirə etdikdən sonra ağlımda dəqiqləşdi.
3İstinad edilmiş əsər, Vlastos.

4Bxn. H. J. McCloskey’s “Rights,” Philosophical Quarterly (1965). McCloskey heyvanların bağlılıqları olduğunu inkar edir lakin görə bildiyim qədəri ilə bunun doğruluğuna inanmamaq üçün hər hansı bir  əsas verməməkdədir.




Bizimlə əlaqə üçün yuxarı klikləyin...

Yorumlar