Gələcək ehtimallar olduqca açıq görünür, bəs elədirmi? – Alison Fernandes



Mənbə: AEON
Müəllif: Alison Fernandes
Tərcümə: Ramilə Heydərova


  Gələcəyi düşündükdə, bu an etdiyimiz seçimləri gözləyən durğun olmayan ehtimallar sahəsi, təbii olaraq “açıq” kimi görünür. Lakin gələcəyi bu formada  düşünməkdə haqlıyıqmı?

  Bəzi filosoflar, keçmişə və gələcəyə baxış bucağımızdakı fərqlilikləri  açıqlamağın tək yolunun zamanın müəyyən “metafizik” bir rəsmini istifadə etmək olduğunu müdafiə edirlər. Bu yanaşma, zamanın özünün inkişaf etdiyini və gələcəyin, keçmişdən çox fərqli təməl xüsusiyyətlərə sahib olduğunu qəbul edir. Məsələn, “böyüyən blok” (growing-block theory) zaman nəzəriyyəsinə görə, keçmişdə və indiki hadisələr vardır ancaq gələcəkdəki hadisələr yoxdur yəni gələcək hələ var olmamışdır. Elə isə gələcəyi “açıq” olaraq düşünməyimizin səbəbi, hələ mövcud olmamasıdır. Ancaq bu metafizik yanaşma ilə əlaqəli bir sıra problemlər ortaya çıxır. İlk olaraq, elmlə çox da uyğun deyil. Fundamental fizika, zamanın böyüyən blok şəkli kimi və ya zamanın özünün dəyişdiyi hər hansı bir şeyin olmadığını göstərmir. Fizikanın yanaşmasına görə gələcəkdəki hadisələr keçmişdə və indikilər qədər realdır – onlarla əlaqə qura bilməsək belə.

   Gələcəyin niyə açıq göründüyünü izah etmək üçün metafizik şəkil istifadə etməklə başqa bir problem də ortaya çıxır. İnsan şüurları, fundamental gerçəkliyin nəyə oxşadığını hiss etməyə istiqamətlənmiş təchizata sahib deyildir. Əsasən, hadisələrin necə olduğunu anlamaq üçün çoxlu empirik cəhdlər tələb olunur. Bir vaxtlar havanı çəkisiz, bərk cisimləri maddə ilə doldurduğunu düşünmək çox təbii idi. Ancaq havanın çəkisi olduğunu və bərk şeylərin əsasən boşluq olduğunu öyrəndik ki, bu şeylərin niyə başqa cür göründüyünü yaxşı başa düşə bilmirdik. Bu təcrübələrimizi nəzərə alsaq, zamanın əsas mahiyyəti barədə birbaşa düşüncəyimiz çox təəccüblü olardı.

   Bəs gələcəyin açıq görünməsinin səbəbini başqa nə izah edə bilər? Öz yanaşmam bir qədər qeyri-adidir. Xüsusilə kiminsə öz zamanından ayrılmadan əvvəlcədən onsuz da olmuş olan hadisələrlə əlaqədə olmaq üçün  zamanda geriyə doğru səyahət etdiyini göstərən,  fərzi zaman səyahəti haqqında düşünürəm. Geniş konsensus budur ki, belə bir zaman səyahətinin dünyamızda olmayacağı, ən azı yaxın zamanda olmayacağıdır. Lakin filosoflar, xüsusilə On the Plurality of Worlds-ün (1986) yazarı olan Amerikalı David Lewis-dən bu yana,  bu cür hadisələrin ancaq məntiqi olaraq mümkün olduğunu müdafiə edirlər, anlayış olaraq əsaslı hesab edirlər. Yalnız tək bir zaman qrafiki istifadə edərək, zaman səyahəti ilə əlaqəli ardıcıl hekayələr söyləyə bilərik. Bu yanaşmaya əsasən, zamanda səyahət edənlər geri qayıtmırlar və hadisələri bir yoldan digərinə keçmək üçün dəyişdirirlər, məsələn Gələcəyə Qayıtmaq (1985) filmində olduğu kimi. Bunun əvəzinə, zamanda səyahət etmək daha çox 12 Meymunda (1995) gördüyünüz kimidir: gələcəyi olduğu kimi edən hadisələrə təsir edən  zamanda səyahət edənləri keçmişdə olduğu hal həmişə olmuş olandır.

   Zaman səyahətləri bizə açıq gələcək haqqında nə öyrədə bilər? Birincisi, zamanda səyahət etmək, gələcəyin aydın açıqlığının “perspektivli” bir iş olduğunu göstərir - bu sizin hansı yanaşmanı qəbul etdiyinizdən asılıdır. Deyirsiniz ki, 2020-ci ildə Yeni il günü zaman maşınında itən Doktor Who-nu izləmisiniz. Sizin yanaşmanıza görə, Yeni il günündən sonrakı hadisələr dəyişkəndir, Yeni il günündən əvvəlki hadisələr isə belə deyildir - yalnız gələcək “açıq” görünür. Ancaq Doktor Who-nun yanaşmasına baxın. Keçmişdəki hadisələrə təsir edə bilər. Hara gediləcəyinə, kimi görəcəyinizə və nə edəcəyinizə qərar verə bilər. Beləliklə, keçmişin tərəfləri onun üçün “açıq” görünəcəkdir. Zamanda səyahət edənlər və qalanlarımız zaman vasitəsi ilə fərqli formalarda səyahət etdikləri üçün, zamanın müxtəlif hissələri açıq görünəcəkdir. Əgər belədirsə, açıq görünənləri izah edən zamanın metafizik xüsusiyyəti deyil. Bunun əvəzinə zamanla necə hərəkət etdiyimizi və hansı hadisələrə təsir edə biləcəyimizdir.

   Gələcəyin aydın açıqlığı, təsir edə biləcəyiniz şey olduğu mənasına gəlirmi? Həmişə səbəblərin (dünyamızda) onların təsirindən əvvəl gəlməsi, gələcəkdəki hadisələrə necə baxacağımızı izah etməyə çox kömək edir. Ancaq bunun hekayənin hamısı olduğunu düşünmürəm. Yenidən zamanda səyahət edə biləcəyiniz bir dünyada olduğunuzu düşünün və Saraybosna-da Archduke Franz Ferdinand-a edilən sui-qəsd hadisəsinə pis olduğunuzu xəyal edin. Beləliklə, zaman maşınınıza minirsiniz, 1914-cü ilə geri gedirsiniz və sui-qəsdin qarşısını almağa çalışırsınız. Lewis-in standart arqumenti, həqiqətən bunun qarşısını ala biləcəyinizdir. Niyə? Çünki zamanda səyahət edərək geri qayıtdığımızda, sui-qəsd təsir edə biləcəyiniz bir şeydir. Doğrudur, bunun qarşısını ala bilməyəcəksiniz (sui-qəsdin baş verdiyini bildiyimiz halda), bu sizin edə bilməyəcəyinizi ifadə etmir - amma sonda biz uğur qazana bilmədiyimiz işləri  edə bilərik. Əgər Lewis haqlıdırsa və səbəb yalnız zamanla bağlı hisslərimizi izah edirsə, zamanda səyahət edənlər bütün gələcəyini açıq şəkildə təcrübə edəcəklər. Ancaq, fikrimcə, bu, düzgün deyil. Nə baş verəcəyini mükəmməl bilən bir zaman səyahətçisi gələcək hadisələrin hamısını qavramaq üçün məqbul şəkildə düşünə bilməz. 1914-cü ildə Ferdinandın sui-qəsdinin nəticələrini yaşamış və hadisələrin indiki seçimlərindən asılı olmayaraq baş verməsini qeyd edərək, ağlabatan bir zaman səyahətçisi sui-qəsdin baş verdiyinə əmin olacaq - nə etməsindən və etməməsindən asılı olmayaraq. Beləliklə, bütün gələcək açıq sual kimi görünmür.

   Bu arqument düzgündürsə, gələcəyin bizə açıq görünməsinin səbəbi sadəcə ona təsir göstərə biləcəyimiz üçün deyil. Ayrıca dünyamızdakı gələcəklə bağlı xatirələrimiz və qeydlərimizin olmamasıdır. Gələcəyin açıq olmasına dair düşüncəmizi şərtləndirən şeylərin bir hissəsi, bizim cəhalətimiz kimi görünür.

   Ancaq bəlkə də bunların hamısı ilə yanaşı, zamanda səyahət hazırda praktik bir ehtimal deyil, buna görə gələcəyə dair mövcud təcrübəmiz barədə bizə məlumat vermək üçün çox da bir şey ifadə etmir. Ancaq gələcəyə dair etibarlı məlumata sahib olmağımızın başqa yolları da var. Süni intellekt ilə öyrənmə alqoritmləri son dərəcə inkişaf etmiş olsalar, xərcləmə vərdişlərimiz kimi nə edəcəyimizlə bağlı ümumi meylləri deyil, eyni zamanda hansı avtomobili alacağımızı, uşaqlarımızı hansı məktəbə göndərəcəyimiz və hara tətilə gedəcəyimiz kimi müəyyən seçimləri də etibarlı bir şəkildə proqnozlaşdıra bilərlər. 

   Növbəti alacağınız böyük şeyin nə olacağını sizə dediyini xəyal edin. Bunun görünən azadlığınıza heç bir təsiri olmadığını düşünə bilərsiniz. Şübhəsiz ki, fikrinizi dəyişdirə və başqa bir şəkildə qərar verə bilərsiniz - xüsusən də proqnoz sizə bildirildiyi üçün. Ancaq düşünün, proqnoz dəqiq bir şəkildə hazırlanır və yalnız bir seçim deyil, qarşınızda uzanan həyatınızın gələcək tarixini də ortaya qoyur. Təsəvvür edin ki, proqnozçu sizin proqnozlaşdırma barədə biliyinizin qərar verməyə necə təsir edəcəyini nəzərə almağı bilir. Fərziyəm budur ki, bu cür proqnozlarla qarşılaşmaq təcrübəmizə dərin təsir göstərəcək - və gələcəyin dəyişdirilə biləcəyi haqqındakı hissimizi  aşındırmağa  başlayacaq.

   Bu izahı həqiqətən inandırıcı etmək üçün çox şey söyləmək lazımdır. Göstərməyi ümid etdiyim şey, əsl dünyada zaman təcrübəmizi izah etmək üçün vacib  intellektual bir layihədir. Zamanda səyahət hadisələri burada çox vacibdir, çünki bizə zamanın təcrübəmizdəki asimmetriyalarının bir-biri ilə necə əlaqəli olduğunu düşünməyə imkan verir. Zamanda səyahət sadəcə elmi fantastika olsa da, burada və indi elmi işlərə dəstək olur.


Yorumlar