![]() |
Thomas Cole (1801-1848) "Arkadiya və ya çoban dövləti" |
Hörmətli Herodotusum, təbiət
haqqındakı bütün yazılarımı diqqətlə araşdırmayan və daha geniş əsərlərim
haqqında ümumi baxış əldə edə bilməyənlər üçün burada bütün fəlsəfəmin xülasəsini
çıxarıram. Onlar beləliklə, əsas təlimləri ağıllarında tuta bilər və təbiət
haqqındakı araşdırmalarla məşğul olsalar, ən önəmli nöqtələrdə hər zaman
bunlara müraciət edə bilərlər. Kainat haqqındakı araşdırmalarında yetəri qədər irəliləmiş
olanlar
belə, bütün təlimin əsas fikirlərini ağıllarında tutmalıdırlar. Çünki bizə lazım olan, çox vaxt xırdalıqlar deyil, aydın ümumi baxışa sahib olmaqdır. Bunun üçün bir yandan bütün kainatı araşdırmaq işində irəliləməklə yanaşı, digər tərəfdən, ancaq təbiətdə olan önəmli hadisələri araşdırmağa və - əsas istiqamətləri dərk etmiş, yaxşıca mənimsəmiş olmaq şərti ilə - xırdalıqlar haqqında da araşdırma aparmağa imkan verəcək qədərini əldə hazır saxlamaq lazımdır. Çünki bütün məlumatlara sahib olan şəxsə daha dərin anlayışa çatmaq üçün, hər şeydən əvvəl müşahidələri, əsas anlayışları və sadə ifadələri əlaqələndirərək tam şəkildə dəyərləndirmək lazımdır. Sıx şəkildə bir-biri ilə birləşmiş hadisələrin davamlı müşahidəsinə əsaslanan Kainat araşdırmalarını ancaq yaxından araşdırılması lazım olan hər hadisəni əvvəlcə qısa ifadə ilə ağlında canlandıra bilənlər uğurla bacara bilər. Bu metod təbiət haqqında araşdırma aparan hər kəs üçün faydalı olduğundan, biliklərimin bu xülasəsini və əsas istiqamətlərini sənin üçün hazırladım. Bunu edərkən məni daim təbiəti öyrənməyə və bu fəaliyyət sayəsində tam daxili sükunət halına çatmağa yönəldən böyük istəyimə də uydum.
belə, bütün təlimin əsas fikirlərini ağıllarında tutmalıdırlar. Çünki bizə lazım olan, çox vaxt xırdalıqlar deyil, aydın ümumi baxışa sahib olmaqdır. Bunun üçün bir yandan bütün kainatı araşdırmaq işində irəliləməklə yanaşı, digər tərəfdən, ancaq təbiətdə olan önəmli hadisələri araşdırmağa və - əsas istiqamətləri dərk etmiş, yaxşıca mənimsəmiş olmaq şərti ilə - xırdalıqlar haqqında da araşdırma aparmağa imkan verəcək qədərini əldə hazır saxlamaq lazımdır. Çünki bütün məlumatlara sahib olan şəxsə daha dərin anlayışa çatmaq üçün, hər şeydən əvvəl müşahidələri, əsas anlayışları və sadə ifadələri əlaqələndirərək tam şəkildə dəyərləndirmək lazımdır. Sıx şəkildə bir-biri ilə birləşmiş hadisələrin davamlı müşahidəsinə əsaslanan Kainat araşdırmalarını ancaq yaxından araşdırılması lazım olan hər hadisəni əvvəlcə qısa ifadə ilə ağlında canlandıra bilənlər uğurla bacara bilər. Bu metod təbiət haqqında araşdırma aparan hər kəs üçün faydalı olduğundan, biliklərimin bu xülasəsini və əsas istiqamətlərini sənin üçün hazırladım. Bunu edərkən məni daim təbiəti öyrənməyə və bu fəaliyyət sayəsində tam daxili sükunət halına çatmağa yönəldən böyük istəyimə də uydum.
Mənim əziz Heredotusum, hər
şeydən əvvəl istifadə etdiyimiz deyimlərin əsaslarının nələr olduğunu yaxşıca
qavramaq lazımdır ki, bunlarla təxmin olunan,
haqqında razılığa gələ bilmədiyimiz ya da şübhə olunan hər şeyi bunlara
çevirə bilək və bunlarla ifadə edə bilək. Yoxsa bitmək bilməyən izahlarla hər
şey bir-birinə qarışar və sadəcə boş-boş danışmış olarıq. Bu halda
anlayışlarımızı izah edən sözlərin əsas mənalarını tapmalı və yadda
saxlamalıyıq. Beləliklə də, təxmin olunan, haqqında razılığa gələ bilməyimiz ya
da şübhə edilən şeyləri bunlara çevirməliyik və əgər sağlam yanaşma əldə etmək
istəyiriksə, artıq ayrıca izahlara möhtac olmamalıyıq. Bundan başqa haqqında tərəddüd
etdiyimiz görünməz şeyləri ifadə etmək üçün də, istər ağlımızla, istərsə də
başqa kriteriya ilə təmin edilmiş olsun bütün hiss etdiyimiz şeyləri, bütün həqiqi
anlayışları, bunlardan başqa bütün üstün duyğuları tam olaraq müşahidə etməliyik.
Bu nöqtəni də qeyd
etdiyimizdən sonra artıq diqqətimizi görünməz şeylər üzərinə yönəltmək yerində
olar:
Heç bir şey heçdən
doğmaz. Əgər belə olsaydı, toxuma ehtiyac olmadan hər şeydən hər şey doğula bilərdi.
Və əgər itənlər yox olmuş olsalardı, içərisində əriyəcəkləri bir şey olmadığı
üçün indiyə qədər bütün həqiqi varlıqlar yox olub getmişdi. Kainat əzəldən
etibarən indi olduğu kimidir və sonsuza qədər də belə qalacaqdır. Kainatın dəyişilərək
formasını alacağı heç bir şey yoxdur, çünki Kainatdan kənarda, onun içərisinə
girilə biləcək və bu dəyişkliyi təmin edəcək heç bir şey yoxdur.
Kainat cism və yerdən (topos) meydana gəlmişdir. (L.D - Kainat boşluqdan və cismlərdən meydana
gəlmişdir) Cismin var olduğuna duyğular hər fürsətdə şahidlik etməkdədir,
buna əsaslanaraq və yuxarıda da qeyd etdiyim kimi düşünmə vasitəsilə görünməyənlər
haqqında təxminlər edə bilərik. Digər tərəfdən, əgər boşluq (kenon), fəza
(khoran), ya da toxunmaqla hiss edə bilmədiyimiz təbiət (anape physin)
dediyimiz şey olmasaydı, cimslərin dayandıqları və hərəkət etdikləri yer
olmazdı, halbuki bunu çox yaxşı edə bildikləri görünməkdədir. Bunlardan başqa
cismin və boşluğun bir xassə, ya da keçici bir vəziyyət olaraq deyil də,
özlüyündə bir varlıq olaraq qəbul ediləcək, ağlabatan, ya da heç olmasa ağılın
qəbul edəcəyi şeylərlə müqayisə olunacaq heç bir şeyi yoxdur.
Cimslərin bəziləri birləşmədir
(molekul), bəziləri də bu birləşməni meydana gətirənlərdir. Bu axırıncılar bölünməz
və dəyişməzdir, yoxsa heç bir şey var olmazdı. Bunlar birləşmələrin əriməsindən
sonra da qala biləcək dərəcədə sağlamdır, saf və bütövdürlər, heç bir şəkildə ərimələri
mümkün deyildir. Bu halda deyə bilərik ki, cimslərin əsası bölünməz
hissəciklərdir. (L.D - Dolayısı ilə cismli varlıqlar - atomlardır)
Kainat sonsuzdur. Çünki
sonlu olanın ən kənarı vardır, amma ən kənar sadəcə olaraq özündən kənarda olan
başqa bir şeyə görə bu cür hesab edilə bilər. Ən kənarı olmayanın sərhəddi də
yoxdur. Kainatın ən kənarı olmadığına
görə sərhəddi də yoxdur, sərhəddi olmadığına görə sonlu deyil, sonsuzdur. Çünki
əgər boşluq sonsuz, cismlərin sayı sonlu olsaydı, o zaman cismlər heç yerdə
dura bilməzdi və sonsuz boşluğa dağılaraq uçuşacaqdılar, çünki dayanacaqları və
çarpışaraq duracaqları bir yer tapmayacaqdılar. Digər tərfədən əgər boşluq sərhədli
olsaydı, sonsuz saydakı cismləri öz içərisinə ala biləcək yer olmazdı.
Birləşmələrin meydana gəldikləri
və yenə dağıldıqları saf və bölünməz cismlərin formaları qeyri-müəyyən
saydadır. Çünki bu qədər çox dəyişikliyi eyni saydakı formaların meydana gətirməsi
mümkün deyil. Hər formada sonsuz sayda atom vardır. Formaların növlərinə gəldikdə
isə, bunların sayı mütləq olaraq sonsuz deyildir, sadəcə olaraq sonu qeyri-müəyyəndir.
Yoxsa atomların böyüklüklərinin də sonsuzluğa qədər çata biləcəyini qəbul etmək
lazım olardı.
Atomlar başlanğıcı və
sonu olmadan (L.D - sonsuz zamanda) heç durmadan hərəkət
edirlər. Bəziləri bir-biri ilə toqquşaraq ayrılıb gedirlər, bəziləri də bir-biri
ilə hörülərək bağlanır ya da bir-biri ilə hörülə bilən atomlarla sarıldıqları
zaman rəqsi hərəkət edirlər. Boşluğun təbiətində atomları bir-birindən ayrımaq
vardır, çünki onlar üçün dayana biləcəkləri yer təmin edə bilmir. Atomların
ayrılmaz keyfiyyəti olan sıxlıq səbəbi ilə bunlar toqquşduqları vaxt birləşdikləri
yerdən təkrar öz yerlərinə dönə biləcəkləri qədər kənara çıxırlar. Bunun balanğıcı
yoxdur, çünki atomlar da boşluq da başlanğıcsız olaraq vardır.
İndiyə qədər deyilənlər, əgər
yadda saxlanıla bilərsə, burada bütün var olanların təbiəti haqqında düşünə
bilmək üçün yetərli əsas vardır.
Dünyalar da (kosmoi)
bizimkinə bənzəyən olsun ya da olmasın say etibarilə sonsuzdur. Çünki atomlar
dediyimiz kimi sayca sonsuzdur və ən uzaqlara qədər gedə bilirlər. Bir dünyanın
doğulduğu ya da onu meydana gətirən atomlar nə tək bir dünya, nə də sonlu sayda
dünyalar, nə bir-birinə bənzəyənlər, nə də bir-birindən fərqli olanların
meydana gəlməsi ilə tükənmiş deyillər. Bunun nəticəsi olaraq da (L.D – Dolayısı ilə) sonsuz sayda
dünyaların mövcud olması üçün heç bir əngəl yoxdur.
Bundan başqa həqiqi
obyektlərlə eyni formada olan özləri səbəbi ilə hiss edilə bilən bu obyektlərdən
sadəcə son dərəcə incə olmaları ilə ayrılan qəliblər (typoi) vardır. (L.D – formaları qatı cismlərə bənzəyən qəliblər
vardır) Bu cür emanasiyaların (L.D –
qopmaların) ətrafımızı əhatə edən havada meydana gəlməsi üçün uyğun şərtlərin
tapılması, nə də ki, bu cismlərdən çıxan formaların həqiqi obyekt içərisindəki
atomların toplanmış vəziyyətini və nizamlarını mühafizə etmələri mümkünsüz
deyildir. Bu qəliblərə biz “obrazlar” deyəcəyik (Eidola). Bunlar boşluq içərisində uçuşları sırasında əgər
atomların toqquşmasından irəli gələn hər hansı bir əngəllə rastlaşmasalar,
düşünə biləcəyimiz ən böyük məsafələri hiss edilməyəcək dərəcədə qısa zamanda
gedə bilərlər. Çünki yavaşlıq və sürətlilik deyə görülən şeylər əslində əngəllə
qarşılaşmaq və qarşılaşmamaqdan başqa bir şey deyil. Bununla bərabər uçan bir
cism də ağılın qəbul edə biləcəyi müddət ərzində və eyni zamanda bir neçə yerə
çata bilməz – belə bir şeyi düşünmək mümkün deyil – beləcə, bu cism əgər müəyyən
zaman ərzində sonsuzluğun hər hansı bir yerindən gələrək bir nöqtəyə çatarsa, o
uçuşunu gördüyümüz nöqtə ilə eyni uzaqlıqda ola bilməz. Çünki onun uçuşunu ən
kiçik toqquşmasız olaraq düşünsək belə, sadəcə onun uçması gerçəyi belə atom
toqquşmasını ifadə edir. Bu əsas prinsipi də yadda saxlamağa ehtiyac var.
Bu obrazların daha üstün
bir şeyin olmadığı incəlikdə olduqları düşüncəsinə heç bir fenomen qarşı
çıxmayacaqdır. Bunların, onlardan daha üstünü olmayacaq sürətlə hərəkət etmələri,
hər birinin özlərinə görə keçid tapmaları və içlərindən sonsuz saydakıların heç
bir əngəllə qarşılamamaları səbəbindəndir. Buna rəğmən atomlardan sonsuz
saydakılar demək olar ki, bir əngəllə qarşılaşırlar.
Bunu da qeyd etmək
lazımdır ki, obrazların doğuşu da düşüncə sürəti ilə olur. (L.D – düşüncə qədər sürətlidir) Cismlərin
səthlərindəki emanasiya davamlıdır (L.D –
cismlərin səthlərindən davamlı olaraq kiçik hissəciklər axır) və bunda heç
bir azalma müşahidə olunmur, çünki ayrılanların yeri tez bir zamanda dolur. Obrazlar
atomların obyektlər içərisindəki yerlərini və nizamlarını, bəzən bulanıq
olsalar belə, uzun müddət mühafizə edirlər və içərilərinin dolmasının lazım
olmadığı üçün ətrafımızdakı havada tez bir zamanda bu cür formalar meydana gəlir.
Bu cür fenomenlər başqa yollarla da ola bilər. Əgər gözümüzü sadəcə xarici aləmdən
aldığımız hiss və duyğulara diksək, bütün bu dediklərimiz duyğularımızın
şahidliyi ilə heç vaxt ziddiyyət təşkil etməz.
Bunu qəbul etmək lazımdır
ki, biz yalnız xarici obyektlərdən bizim daxilimizə hər hansı bir şeyin keçməsi
ilə şəkilləri görə bilir və düşünə bilirik. Çünki xarici obyektlər nə özləri ilə
aramızda yerləşən hava vasitəsilə, nə də bizdə onlara gedən işıq şüaları, ya da
başqa emanasiyalarla rəng və şəkillərini bu cür damğa basılmış kimi bizdə görünən
edə bilməzlər. Bu ancaq onlardan ayrılan və onlara şəkil və rəng baxımından
eynilə bənzəyən, görmə hissimizə ya da xəyal gücümüzə uyğun böyüklükdə hissəciklərin
içimizə girməsi ilə ola bilər. Bunlar çox sürətli hərəkət edirlər, bunun üçün də
bir bütöv halında düzgün xəyal meydana gətirirlər. Qatı cimslərin daxilindəki
atomların hərəkətindən yaranan nizamlı təzyiq səbəbindən də onunla təbii
bağlantını qoruyub mühafizə edirlər. İstər birbaşa xəyal gücümüzlə, istər
duyğularımızla bir forma ya da müəyyən xüsusiyyətlərə malik görüntü olaraq
aldıqlarımız həqiqi obyektlərdən fasiləsiz olaraq axan obrazların, ya da
onların xatirələrinin meydan gətirdiyi şəkillərdir. Yanlış hökm və yanılma isə
sadəcə olaraq zənnlərimizin onlara qatdığı şeylərdə olur. Aynada gördüyümüz,
yuxumuza girən, xəyal gücümüz ya da başqa düşüncə funksiyalarımızdan meydana gələn
xəyalların, əgər həqiqətən var və həqiqi olan obyektlər onları yaymamış
olsalardı, bu obyektlərlə bənzərlikləri olmazdı. Görülənlə əlaqəli, amma onunla
bir əlaqəsi olmayan hər hansı başqa hərəkəti eyni zamanda özümüzə almamış
olsaydıq, yanılma heç vaxt olmazdı. Əgər bu görüntünün yolunda bir təsdiqedici
olmaz, ya da hətta pozulma olarsa, o vaxt yanılma meydana gəlir. Yox əgər bir təsdiqedici,
ya da heç olmasa pozulmama vəziyyəti olarsa, o zaman gerçəklik doğulmuş olur.
Əgər nəzarət vasitələrimizin həqiqət qarşısında fəaliyyətsiz vəziyyətə gələmələrini
və bu səbəblə də yanlış nəticələrin gerçək kimi qəbul edilərək hər şeyi alt-üst
etmələrini istəmirsək, bu prinsipi də yaddan çıxarmamalıyıq.
Eşitmə də, bir səs, bir
cingilti, bir gurultu çıxaran, ya da başqa bir yoldan eşitmə hissi meydana gətirən
hər hansı bir obyektdən gələn axım səbəbindən olur. Bu axım, bir-birinə bənzəyən
parçalar halında yayılır və bu parçalar aralarında özlərini buxarlandıran
obyektə qədər çatan bir növ bağlantı və xarakterik bütövlüyü mühafizə edirlər.
Bu da çox zaman özlərinin qarşılığı olan hissi meydana gətirir, ya da sadəcə
xarici obyektlərin varlığını ortaya qoyur. Çünki bu obyektlərlə hər hansı bağlantı
olmadan bu növ bir hissin meydana gəlməsi
mümkünsüzdür. Bu halda havanın özünün səs və ya gurultu səbəbi ilə şəkil
aldığını hesab etməyin – bu cür bir təsir altında qala bilməsi üçün bir çox səbəb
vardır. İşin əsli bir səs çıxardığımız anda bizdə meydana gələn vuruşun dərhal
bəzi cismləri itələməsi və bunların nəfəsimiz kimi axım meydana gətirmələridir,
bu da eşitmə hissini yaradır.
Bunu da qeyd edək ki,
eynilə səs çıxaran obyektlər kimi qoxulu obyektlər də əgər özlərindən qoxu alma
orqanına təsir etməyə uyğun cismlər ayrılmasa, bu hissi heç bir zaman meydana gətirə
bilməzdilər. Bunlardan bir qismi nizamsızdır və pis qoxurlar, bir qismi də
nizamlıdır və yaxşı qoxurlar.
(Bu hissə Laerli Diogenin “Görkəmli Filosofların həyatı” kitabının “Epikür”
haqqındakı X kitabında yer alır. Məktubun ilk iki mənbədə yer almayan əlavə
hissələridir) Bundan başqa
atomların forma, ağırlıq, böyüklük və zəruri olaraq formaya bağlı olan keyfiyyətlərdən
başqa görünən obyektlərdə olan heç bir keyfiyyəti daşımadığını nəzərə
almalıyıq. Çünki hər keyfiyyət dəyişir, amma birləşmiş cismlər (molekul)
dağılarkən sağlam və dağılmaz əsasın geri qalmasına ehtiyac olduğu üçün atomlar
heç vaxt dəyişmirlər. Dəyişməni yoxluqda və yoxluqdan deyil, əksərən atomların
yer dəyişdirməsi ilə, bəzən də əlavə olunması və çıxarılması ilə mümkün edən də
bu sağlam və dağılmayan ünsürdür. Buna görə də yeri dəyiş(mə)ən ünsürlər zəruri
olaraq pozulmazlar, bunlarda dəyişən obyektlərin quruluşu yoxdur, hər birinin
öz kütləsi və forması vardır. Necə ki, bunların qalması da zəruridir.
Necə ki, gözümüzün qarşısında
baş verən forma dəyişikliyində digər keyfiyyətlər obyektdən ayrılıb gedərkən,
forma substansiyaya bağlı olan keyfiyyət kimi nəzərdən keçirilir. Digər keyfiyyətlər
isə geriyə qalan substansiya kimi, dəyişən obyektə daxilən bağlı deyildir, əskinə
bütövlüklə cismdən ayrılıb yox olurlar. Beləliklə, geri qalan bu şeylər birləşmiş
obyektlərdəki fərqlilikləri yaratmağa qadirdir, çünki bir substansiyanın geridə
qalması və yoxluqda yox olmaması zəruridir.
Yenə atomların hər
böyüklükdə olduğunu da düşünməməliyik ki, görünən faktların əsk arqumentləri ilə
səhv çıxarıla bilməsin. Əksinə atomlarda böyüklük fərqlilikləri olduğu düşünülməlidir.
Bunun qəbul edilməsi ilə duyğular və hislərlə əlaqədar hadisələr daha yaxşı izah
edilə biləcəkdir.
Atomların hər böyüklükdə
olması keyfiyyət fərqliliklərini izah etməyə kömək etmir, ayrıca da yalnız
görüləcək dərəcədə böyük olan atomların bizə çatması lazımdır. Bunun
yaranmasını müşahidə etmək olmur, görülə biləcək dərəcədə böyük atomun necə ola
bilməsini də qavramaq mümkünsüzdür.
Bundan başqa sonlu bir
cismdə sonsuz sayda və hər böyüklükdə hissəcik olduğunu düşünməməliyik.
Dolayısı ilə, sonsuz qədər bölünərək get-gedə kiçilən hissələrə bölünməyi rədd
etməklə qalmayıb, - ki, hər şeyi zəyiflətməyək və birləşmiş obyektlər
anlayışında varlıqları (yəni atomları) toz halına gətirərək yoxluq içərisində
tükəndirmək məcburiyyətində qalmayaq deyə, eyni zamanda sonlu cismlərdə
azalaraq sonsuza keçidi də düşünməməliyik.
Bir şeyin içərisində
sonsuz sayda və fərqli böyüklüklərdə hissəciklər olduğu bir dəfə deyilmişdisə,
artıq bir şeyin böyüklük etibarilə necə sonlu olacağı anlayışı mümkünsüz olur.
Çünki sonlu saydakı hissəciklərin müəyyən böyüklükdə olduğu aydındır və bunlar
hansı böyüklükdə olurlarsa olsunlar, böyüklükləri də sonsuz olardı. Sonlu
cismin özündən izlənə bilməsə də müəyyən
bir kənarı olduğuna görə, bunun ardınca bu cür bir kənar daha tapıldığını və bu
şəkildə sıra ilə birindən digərinə doğru irəliləyək, bu cür gedişlə düşüncədə
sonsuzluğa çatmaq fikri mümkünsüzdür.
Digər tərəfdən, bunu nəzərə
almalıyıq ki, hislərimizlə qəbul etdiyimiz ən kiçik vahid nə keçidli bir şey
kimidir, nə də bundan tamamilə fərqlidir, amma keçidi olan şeylərlə ortaq tərəfləri
vardır. bunun əvəzində bölüm ayrılıqları yoxdur. Amma bu ortaqlığın təmin
etdiyi bənzərlikdən ötrü bu vahidin bir tərəfini ayırd etdiyimizi düşündüyümüzdə
əvvəlkinə bərabər bir vahidin duyğularımıza təsir etmiş olması lazımdır. Bu
vahidləri birincisindən başlayaraq bir-birinin ardı ilə sırayla görürük. Bunlar
eyni yerdə deyildir və parçaları biri digərinin parçalarına dəymir. Amma öz
xüsusiliyi içərisində (yəni bölünməz birlik içərisində) bütövlüklərə ölçü gətirirlər.
Böyük və ya kiçik olmasına görə çox ya da daha az sayda ölçü.
Bu bənzətmənin atomdakı ən
kiçik vahid üçün də keçərli olduğunu düşünməliyik.
Çünki duyğularla müşahidə
olunan şeydən kiçiklik məsələsində fərqli olduğu, amma eyni bənzətməni izlədiyi
aydındır. Burdakı bənzərliyə görə atomun bir böyüklüyə malik olduğunu, təkcə
kiçik olanı böyük nümunəyə yerləşdirərək izah etdik. Atomun ən kiçik və heç bir
şeylə qarşılaşmamış olan parçalarını gözlə görülə bilməyən şeylər sahəsində məntiq
yolu ilə uzunluğun sonu hesab etməliyik. Böyük ya da kiçik olsun uzunluq
ölçüsünü öz birliklərindən təmin edən son. Necə ki, bunlarla onların dəyişməz
parçaları arasındakı ortaqlıq buraya qədər əldə etdiyimiz nəticəni doğrulayır.
Amma atomun içərisindəki ən kiçik vahidlərin hərəkət edərək bir araya gəlmələri
mümkünsüzdür.
Ayrıca da, sonsuzluğun aşağısını və yuxarısını
ən alt və ən üst nöqtə olaraq irəli sürməməliyik. Başımızın üstündəki sahəni
olduğumuz nöqtədən sonsuzluğa qədər uzatmaq mümkün olsa, bunu qətiyyən görə
bilmərik, ya da nəzərdə tutduğumuz nöqtənin altındakı sahəni sonsuza qədər
uzatsaq, bu nöqtəyə görə sonsuzluq eyni anda həm yuxarıda, həm də aşağıda ola
bilməz. Çünki bunu başa düşümək mümkün deyil. Dolayısı ilə, bizdən çıxaraq
başımızın üstündəki sahələrə gedən cizgi yuxarıdakıların ayaqlarına və bizdən
daha aşağıdakı sahələrə gedən cizgi isə ordakıların başlarına min dəfələrlə
çatsa belə, yuxarıdan və eyni şəkildə aşağıdan sonsuzluğa doğru uzandığını
düşündüyümüz tək bir hərəkət istiqaməti ola bilər. Çünki hərəkətin hamısı
bir-birinə əks istiqamətlərdə sonsuz olaraq düşünülür.
Atomların sürətləri
boşluqda hər hansı əngəllə qarşılaşmadıqları zaman zəruri olaraq bərabərdir.
Çünki ağır olanlar qarşılarına heç bir şey çıxmadığı zaman kiçik və yüngül
olanlardan daha sürəli hərəkət etməyəcəklər. Yenə qarşılarında əngəl olmadığı
zaman kiçik olanlar öz ölçülərinə uyğun keçid tapdıqları müddətcə böyük
olanlardan daha sürətli hərəkət etməyəcəklər. Yuxarı doğru, toqquşmalardan
dolayı yana doğru və öz ağırlıqlarından dolayı aşağı doğru hərəkətlər də bu
cürdür. Necə ki, bu iki hərəkətdən biri digəri davam etdiyi müddətcə kənardan ya
da toqquşmanın gücünə qarşı öz ağırlığında bir əngəllə qarşılaşmadıqca, düşüncə
qədər sürətli hərəkət içərisində olacaqdır.
Bundan başqa birləşmiş cismlərlə
əlaqədar olaraq atomların sürəti bərabər olduqları halda, bunlardan biri digərindən
daha sürətli hərəkət edəcəkdir. Çünki birləşmiş cismlərdəki atomlar ancaq
zehinlə müşahidə edilə biləcək qədər qısa vaxt ərzində fərqli istiqamətlərə
getdikləri halda ən qısa davamlı zaman müddəti ərzində bir nöqtəyə doğru qayıdırlar.
Hərəkətin davamlılığı hisslərlə qəbul
ediliyi üçün sıx sıx əngəllərlə qarşılaşırlar. Çünki gözlə görülə bilməyən şeylər
haqqında formalaşdırılan düşüncə, yəni zehinlə müşhidə oluna bilən zaman fasilələrinin
də davamlı hərəkət içərisində olacaqları düşüncəsi bu vəziyyətdə doğru
deyildir. Çünki tək doğru hisslərlə qəbul edilən və zehinlə qavranılan şeylərdir.
-----
Bundan sonra hisslər və
duyğulara dönəcək olsaq, - çünki bu yolla sarsılmaz mütləqliyə çatmaq olar –
bunu qəbul etməliyik ki, ruh çox incə hissəciklərin birləşməsindən yaranmış
cismdir. Vücudumuzu meydana gətirən çoxluğun hər tərəfinə yayılmışdır və daha
çox, istiliklə qarışmış bir nəfəsə bənzəyir, bəzi yönlərdən bunlardan birinə, bəzi
yönlərdən də digərinə yaxındır. Amma bunlardan başqa bir qismi də hissəciklərinin
çox incə olması ilə digərlərindən fərqlənir və vücudun taleyi ilə sıx şəkildə
ortaqdır. Bütün bunlar ruhumuzun qüvvətini, hissiyyatını, hərəkət asanlığını,
düşünmə bacarığını və itirdiyimiz zaman öləcəyimiz qismlərini açıq şəkildə göstərir.
Bundan başqa bunu da
unutmamaq lazımdır ki, ruh hissiyyatın əsas səbəbidir. Amma əgər geri qalan
atom yığını (vücudumuz) ilə hər hansı şəkildə qorunmamış olsaydı, belə olmazdı.
Vücud ruha, hissiyyatı meydana gətirməsi imkanını təmin edərkən özü də hissəsini
alır, amma onun sahib olduğu hissələrin hamısını almır. Məhz bunun üçün də ruh
çəkilincə vücud bütün hissiyatını itirir. Çünki vücud özü özlüyündə bu bacarığı
qazanmamış, onunla birlikdə doğulan ruh bunu onun üçün təmin etmişdi. Ruh
reflekslər sayəsinə gücünü tamamilə inkişaf etdirincə hissiyyat qazanır və
vücudla bitişmiş olması və uyğunluğu nəticəsində, əvvəldə dediyim kimi bunu
vücuda da ötürür.
Məhz bundan ötrü ruh
vücudda olduğu müddətcə, istər vücudun bir qismi ayrılmış olsun, hissiyyatını
itirməz. Vücud istər başdan aşağı, istər bəzi qismlərində yerindən oynayacaq
olarsa, ruh burdakı itki nə olursa olsun, vüdudda qaldığı müddətcə hissiyyatı təmin
edir. Buna qarşılıq olaraq yerdə qalan orqanizm istər bütöv, istərsə də parça
olsun ruh təbiətində olan atomları itirərsə artıq hissiyyatını da itirər.
Amma vücudun atom kütləsi
tamamilə əriyəndə ruh da dağılır, əvvəki qabiliyyətləri qalmaz, artıq təsirə məruz
qalmaz, bunun nəticəsi olaraq da hissiyyatdan məhrum olar. Çünki canın öz özünə
yəni birləşmiş bütövlüyün xaricində və özünü örtən və saran qoruyucu təbəqə
indikindən başqa cür olduğu halda yenə onun içərisində olduğu kimi təsirlərə məruz
qalması mümkün deyil.
Bunu da əlavə edim ki, mən
cismsizlik terminini (asomaton) bunun ən çox istifadə edildiyi, sırf varlıq
olaraq düşünülə bilən mənasında işlədirəm. Amma boşluğu bir tərəfə qoysaq, sırf
cismsizi düşünə bilmək mümkün deyil. Boşluq isə nə özü bir şey edə bilir, nə də
ona bir şey edilə bilir, sadəcə cismlər onun içərisində hərəkət edə bilir. Bu
halda ruh cismsizdir, deyənlər axmaqca bir şey deməkdirlər. Çünki əgər elə
olmuş olsaydı, o nə bir şey edə bilərdi, nə də ona bir şey edilə bilərdi, halbuki
onda məhz bu iki növ hadisəni görürük. Ruh haqqındakı bütün bu fikir yürütmələri
duyğular və hisslərlə əlaqələndirsək və ən əvvəldə deyilmiş olanları
xatırlayacaq olsaq, bunların, xırdalıqları əmin şəkildə araşdırmaq üçün yetəri
qədər formulları əhatə etdiyini asanca
görə bilərik.
Bunu demək uyğun olar ki,
insan təbiətini çox və çeşidli biliklərə yiyələnməyə aparan birbaşa şeylərin
özləri və zəruri olmalarıdır. Ağıl sonradan, təbiətin verdiklərini araşdırır və
onlara yeni kəşfləri əlavə edir. Bu bəzi sahələrdə daha tez, bəzilərində isə
daha yavaş olur. İrəliləyişləri bəzi dövlərdə və zamanlarda daha böyük, bəzilərində
də daha kiçikdir.. Məhz bu səbəbədən adlar ən əvvəldən razılaşma ilə
qoyulmamışdır. Hər millətin insanları, təbiətlərinin gərəkdirdiyinə görə
duyğular formalaşdırmış və obyektlərdən özlərinə görə xəyallar qurmuş,
duyğularının və obrazlarının şəkilləndirdiyi hava axımını, yaşadıqları yerlərin
müxtəlifliyi səbəbindən hər millətdə ayrı tərzdə, ağızlarından vermişlər.
Bundan sonra hər millət üzvlərini
daha az ziddiyyətli və daha qısa sözlərlə bir-birini başa düşə bilmələri üçün onların istifadə edəcəkləri öz
terminlərini yaratmışlar. Nəticədə özlərinin tam şəkildə bildikləri, amma özlərindən
əvvəl bilinməyən şeyləri gətirən insanlar da, bunları anlamaq üçün yeni terminlər
yaratmaq məcburiyyətində qalmışlar. Başqaları da fikir yürütmək yolu ilə, bu
terminləri mənimsəmiş və onlara ən müəyyən keyfiyyətlərinə görə məna vermişlər.
Beləliklə, sevimli
Heredotusum, kainatın təbiəti haqqındakı əsas fikrilərin qısa xülasəsini vermiş
oldum. Təlimimiz ancaq bu cür tam şəkildə başa düşülə bilər. Buna əminəm ki,
bunları mənimsəyən hər şeyin bütün xırdalıqlarına girməzsə, başqa adamlara
qarşı müqayisə olunmayacaq dərəcədə üstünlük qazanmış olacaq. Çünki əsərlərimizdə
incədən incəyə nəzərdən keçirdiyimiz bir çox məsələləri özü izah edə biləcək və
bu fikirlər bir dəfə ağlına yerləşsə, ona hər zaman köməklik göstərəcəkdir.
Bunları o şəkildə nizamladım ki, xırdalıqlar haqqında yetəri qədər, hətta tam
biliyə sahib olanlar belə, əgər bu əsas anlayışlara nəzər salacaq olsalar,
bütöv Kainat haqqındakı araşdırmalarına bunlara əsaslanaraq davam edə bilərlər.
Amma hələ tam şəkildə tədqiqatçılar arasında öz yerini tutmamış olanlar da bu
xülasənin köməkliyi ilə və başqalarının ağzından öyrənməyə ehtiyac qalmadan
qısa zamanda daxili sükunətə çatmaq üçün lazım olan yolu sadəcə düşüncələri ilə
tapa biləcəklər.
Epikür, “Maksimler ve
mektuplar”, (tr. Hayrullah Örs), Remzi yay. İstanbul, 1993
Epikür, “Özdeyişler, aforizmalar
və mektuplar”, Arya yay.
Diogen Laertius, “Ünlü
filozofların yaşamları və öğrütileri”, (tr. Candan Şentuna), Yapı Kredi yay.
İstanbul, 2003
Tərcümə edən: Araz Əliyev
Yorumlar
Yorum Gönder