"Dövrümüzə Hegelçi bir baxış" - Judith Butler

Hegelin bizim həyatlarımıza dair bir şeylər söyləmiş olduğunu düşünmək yəqin ki, qəribədir. Bəs bir-birimizə və planetimizə yönəltdiyimiz ən təməl etirazlarımız yazılarını 1800-cü əsrin əvvələrində yazan bu mütəfəkkir tərəfindən işıqlandırıla bilərsə? Hegel zaman-zaman özümüzü necə də hərkəsdən qopmuş və yalnız hiss etdiyimizi də, çox yaxşı bilməkdə və "Phenemonology of Spirit"
(Ruhun fenomenologiyası) əsərində əslində sadəcə bəsit, yalnız, bir birindən qopmuş varlıqlar olmadığımızı göstəməkdədir. Ona görə öz-şüura sahib olan subyektlər bir növ əsla yalnız deyildirlər. Çünki bir başqasına bağlıdırlar və bir başqası olmadan qala bilməzlər. Lakin bir addım daha irəli gedib belə deməkdədir: "Ancaq sosial bir varlıq olaraq özüm haqqında dərin düşünə bilərəm". Digər bir deyiş ilə öz-şüur sahibi olma şansını yaxalaya bilməyim bir başqası ilə qarşılaşma vəziyyətində mümkündür.
"Özümüzü öyrənməyə başladığımızda başqalarına bağlı olduğumuzu anlayırıq"
Hegel bir insan subyektinin bir digərini məhv etmək istədiyi drammatik bir səhnəyi və sonrasında da bir insan subyektinin bir digərinə hökm etdiyi daha genişlədilmiş başqa bir səhnəyi dəyərləndirir. Bu dəyərləndirmədən hərəkətlə məhv və hökmranlığın çox işə yaramadığı nəticəsinə gəlir. Bu uğursuzluqların bir nədəni bu davranış tərzlərinin yəni məhv və hökmranlığın sosial tərəfdən bir birinə bağlılığı və qarşılıqlı əxlaqi öhdəlikləri inkar etməsidir. Əgər birini məhv etmək mümkündürsə bu hal digəri üçündə keçərlidir. Bu mənada aqibətləri bir birinə bağlıdır və məhv strategiyası qaçınılmaz bir şəkildə hər ikisini də təhlükəyə atmaqdadır. Lakin burada da mənliyin bilinməsi ilə əlaqəli bir problem vardır: Fərd digərləri tərəfindən fərq edilmədikcə özünə dair dəqiq bir bilgiyə çata bilməz. Bu səbəblə sosial dünyadan uzaqda içimizə dönərək özümüzü biləcəyimizi düşünsək səhv etmiş olarıq. Çünki ancaq sosial dünya ilə birlikdə özümüzə dair dəqiq bilgiyə qovuşmaq mümkündür. Ancaq canlı və sosial olsaq özümüzü bilmə şansına sahib ola bilərik və özümüzü öyrənməyə başladığımızda, əsasən başqalarına və mövcudluğumuzun həssas şərtlərinə bağlı olduğumuzu anlayırıq; çünki  yer canlı proseslər şəbəkəsidir.
Bu qarşılaşma vəsiləsi ilə öyrənilən əxlaqi bir dərs də vardır: Həyatım əsla sadəcə mənim həyatım deyildir. Çünki məni əhatə edən canlı proseslərə və digər həyatlara, bütün digər canlı və şüurlu formlara aiddir. Və bu da mənim də bir parçası olduğum canlı proseslərə hücum etmədən bir başqasının həyatını məhv edə bilməyəcəyim mənasına gəlməkdədir. Digər bir sözlə bir başqasının həyatını məhv etməklə qaçınılmaz bir şəkildə öz həyatımı da məhv edərəm. Burada söylənən hər kəsə təsir edən tək günahkar olduğum deyildir. Yaşayan bir canlı olaraq özümü digər canlı varlıqlardan ayırıb fərdiləşdirməmin mümkün olmadığıdır. Mənim də Hegel'in mətnindən hərəkətlə söyləmək istədiyim şey, bu yaşayan bir socius düşüncəsinin şiddətsizlik üçün məqbul bir iddia olduğu yönündədir.
"Hər ikimizi də ideal olaraq təyin edən sosial bərabərliyin izini itirmədən,bir başqasına hökm etməyim mümkün olmaz".
Ancaq şiddətdən uzaqlaşdığımda, həyatlarımızı təyin edən sosial əlaqələr tutarlı bir alternativ olaraq açığa çıxır. Şiddət aşkar bir ehtimal olaraq açığa çıxmaqdadır. Lakin şiddətin işə yaramayacağı qəbulu aramızdaki qarşıdurmaya fikir vermədən özümüzü və digərini həyatda tutmaq üçün bir yol tapmaq əxlaqi bir məcburiyyət hissinə yol açmaqdadır. Hegel sosial təzyiqin ölümcül hiyləsi qədər qəzəbli və yıxıcı əlaqələri də göz önündə saxlayır. Kimsənin özü ilə bərabər olmasını istəməyən bir fərdin qəzəbini anlamaqdadır. Lakin digər tərəfdən, öz canıma qıymadan başqasınınkinə qıyamayacağım, hər ikimizi də ideal olaraq təyin edən sosial bərabərliyin izini itirmədən bir başqasına hökm edə bilməyəcəyim yönündəki anlayışa gəlib çıxmaqdadır. Digərini məhv etmək və ona hökm etmək ehtimal olaraq rədd edildiyi an mənə bağlı olan bu digərinə bağlı olduğumu və həyatımın digərinki ilə bağlı olduğunu anlayıram.
Hegel oxumalarıma söykənərək bu qəbula varıram: Mənə bağlı olan bir digərinə bağlıyam və hər ikimiz də canlı bir dünyaya bağlıyıq. Bu qəbulum da yaşayan canlılar olaraq mövqemizə, fiziki bağlılığımıza və qarşılıqlı əxlaqi öhdəliklər anlayışına yəni həyatlarımızı məqbul və yaşana bilən edən bir dünyanı qorumaq üçün məsuliyyət hissinə işıq tutmaqdadır.


Tərcümə edən: Əhməd Əhmədov
Mənbə:  İaİ

Yorumlar