Dəliklər real varlıqlardırmı, yoxsa varlığın olmadığı bir yerdir? – Suki Finn

Bu bir doughnutdur


Müəllif: Suki Finn
Tərcümə: Ramilə Heydərova

DƏLİKLƏR REAL VARLIQLARDIRMI, YOXSA VARLIĞIN OLMADIĞI YERDİRLƏR?


Dəliklərin varlığı müzakirə edilə bilməz kimi görünür. Məsələn açar dəlikləri, qara dəliklər, əlüzyuyan dəlikləri kimi dəlik olaraq adlandırdığımız şeylər və doughnut, özündə dəliklər ehtiva edən qolf sahələri və ya ələklər kimi şeylər var. Dünyaya dəliklər vasitəsi ilə gəlirik və öldüyümüz zamanda bizi xüsusi qazılmış dəliklərin içinə qoyurlar. Bəs yaxşı bu dəliklər tam olaraq nədir və nədən meydana gəlirlər? Dəliklərlə əlaqəli ən əhəmiyyətli fəlsəfi suallardan biri də, Alman yazar Kurt Tucholsky-nin “Dəliklərin Sosial Psixologiyası” (1931) adlı kitabında da qeyd etdiyi kimi, onların öz başına bir varlıqdanmı yoxsa bir yerdə varlığın olmamağındanmı meydana gəlməkləridir. Bu sualı araşdırmadan əvvəl, dəliklərin anatomiyası ilə tanış olaq.
Bir doughnut xəyal edin – içi cem ilə dolu olanları deyil, klassik, ortasında bir boşluq olanlardan. Doughnut-un hazırlandığı xəmir, dəliyin “evi” deyilən şeydir, yəni dəliyin ətrafını əhatə edən maddə. İndi doughnut-un boşluğuna barmağınızı keçirdiyinizi və onu üzük kimi taxdığınızı xəyal edin. Bu nümunədə barmağınız bu dəliyin “qonağı” deyilən şeydir – yəni dəliyin içindəki maddə. İndi də doughnut-un fabrikdə istehsal edilərkən ilk mərhələlərini düşünün, xəmirin üstündə bir dəliyin açılacağı zamanı. Dəlik yaratmaq üçün doughnut –un ortasından çıxarılan bu xəmirə nə deyirik? Məskunlaşdığı yerdən çıxarılmaqda olan qonaqmı? Xəmirin bu parçaları yemək satıcıları tərəfindən “Timbits” və “Munchkins” olaraq adlandırılır və doughnut-un əsil dəliklərinin bu hissə olduğu deyilir. Ancaq elə deyil, çünki dəlik “Timbits” və “Munchkins”-in çıxarılması ilə yaranır, çıxarılan parçanın özünə görə deyil.

İndi, əgər dəliyin yaranması üçün çıxarılan xəmiri dəlik olaraq hesab etmiriksə, nəyi hesab etməliyik? Dəliklər material şeylərdirmi (masa, stul kimi) yoxsa mənəvi, yəni maddi olmayan (mücərrəd varlıqlar kimi) şeylər?
Bu sual, Amerikan fəlsəfəçiləri Stephanie və David Lewis tərəfindən yazılan, içində Argle və Bargle adlı iki şəxsin dialoqunun keçdiyi “Holes” dissertasiyasında müzakirə edilir. Argel materialistdir, mücərrəd olan hər hansı bir şeyin varlığını rədd edir. Materializm, maddi olandan kənardakı potensialı qəribə varlıqların varlığına əsaslanmadığı, başqa cür desək ontoloji olaraq xəsis olduğu üçün Argle ağlabatan bir pozisiya olaraq görünür. Pop ulduzları kimi Argle də var olan hər şeyin maddi olduğu maddi dünyada yaşayan maddi bir qızdır.
Bu doughnut deyildir...

Digər tərəfdən Bargle, fərqli iki ağlabatan pozisya qeyd edərək, dəliklərin var olduqlarını və mücərrəd bir nəsnə olduqlarını irəli sürərək Argle-ın materializminə meydan oxuyur. Dəliklər varlıqları ola biləcək bir şeydir: dəlikləri müşahidə edirik kimi görünür, onlara dilimizlə eyham vurur və başqa şeylərin olmaları üçün lazımlı görürük. Dəliklərin konkret nəsnələrdən kənar bir boşluq olduqları, yəni Tucholsky-nin də dediyi kimi öz başına maddi bir varlıqdan kənar maddi varlığın tapılmadığı vəziyyətdə yarandıqları üçün onların mücərrəd varlıqlar olduğu fikri də ağla batandır. Elə isə Angle və Bargle-in apardığı müzakirə, bir bütün olaraq əsassız olan bu mübahisə ayrı-ayrı məqbul olan aşağıdakılardan hansılarının rədd ediləcəyi haqqındadır:



(1) Mücərrəd nəsnələr yoxdur.
(2) Dəliklər vardır.
(3) Dəliklər mücərrəd nəsnələrdir.
Bunlar uyğunsuzdur çünki, (1) mücərrəd nəsnələrin olmadığını deyir lakin (2) və (3) birlikdə mücərrəd dəliklərin var olduğunu zəruri edir: əgər dəliklər varsa və onlar mücərrəddirsə, mücərrəd dəliklər vardır. Yəni bunlardan hansını rədd etməliyik? Mücərrəd varlıqların olmadığını deyən (1)-i rədd edə bilər və onun yerinə dəliklər də daxil olmaq üzrə mücərrəd şeylərin var olduqlarını deyə bilərik. Bu variant Argle üçün istifadə edilə bilən deyildir çünki öz fikirlərinə bağlı bir materialistdir və mücərrəd heç bir şeyin var olduğunu demək istəmir.
Bəs yaxşı dəliklərin olduğunu deyən (2)-ni rədd etmək necə? Bununla bağlı problem isə gündəlik həyatda “cibimdə bir dəlik var” kimi şeylər deyərək dəliklərə istinad etməyimizdir. Belə bir cümləni qurduğumuzda  sözlərimiz cibimizdəki bir dəliyin varlığına işarə edir. Əgər dəliklər yoxdursa və sözlərlə ya da barmaqlarımızla göstərə biləcək bir dəlik tapıla bilmirsə, cümlələrimizi dəliklərə vurğu vuracaq sözlər istifadə etmədən yenidən mənalandırmaq lazımdır. Məsələn nəsnələrin üstündə dəliklər olduğunu deməyin əksinə nəsnələrin dəliklərini deyən cümlələr istifadə edə bilərik. Məsələn “cibim deşildi” kimi. İki cümlə tamamilə eyni olmasa da mənası gözlənilmiş kimi görünür. İkinci cümlədə bir dəlikdən daha çox cibin parçasına vurğu vururuq və cibin deşilmiş bir şəkilə sahib olduğunu deyirik. Deşilmiş bir şəklə sahib olan şey cibin özüdür, öz başına bir varlıq olaraq dəlik deyil. Amma dəliklərlə əlaqəli hər həqiqət, deşilmiş qonaq nəsnələr haqqında yenidən mənalandırılıb sistematik olaraq düzəldilə bilərmi? Dəlik kəliməsinin dilimizdən çıxarılması bizə həqiqətən o şeyin əsil varlığının yox olduğunu sübut edəcək bir dəlildirmi? Əsasən, bir şey haqqında danışmamaq bizə,  o şeyin varlığını sonlandıracaq kimi düşündürə bilməz.

Dəliklərin mücərrəd olduğunu deyən (3) üçün isə: bu rədd edilə bilərmi? Dəliklər maddi varlıqlar ola bilərmi? Bu onsuzda bizim fokuslandığımız nöqtədir. Əgər dəliklər maddi varlıqlardırsa, hansı maddi varlıqlar? Dəlik, qonağın özü ola bilərmi? Xeyir, Timbit və Munchkins-lərin dəliyin özü olmadıqlarına aid səbəblərə görə bu ola bilməz. Qonağın bir parçası, bəlkə dəliyin örtülməsi, dəliyin özü ola bilərmi? Bəlkə də. Lakin dəliyin örtülməsi nə qalınlıqdadır?  Doughnut-ın içindəki, dəliyin tam çölündə dayanan bir millimetirlik sahənimi dəliyin hazırlandığı maddədən hesab etməliyik yoxsa  doughnut-ın bütün qalınlığını, yəni qonağın hamısınımı? Yoxsa bu qalınlıqların arasındakı hər hansı başqa bir nöqtənimi? Dəliyin tutumunun hara olduğu ilə əlaqəli çox namizəd var və dəliyi hansı təyin edən və şəkilləndirən tutum olaraq seçdiyimizə görə bu seçim də təsadüfi olur, yəni bir qalınlığı digərlərinə nəzərən seçməyimiz üçün heç bir səbəb yoxdur. Və əgər bunlardan birini seçməyib çoxlu seçim buraxsaq, hər biri doughnut-ın içində olmaq üzrə hər bir qalınlıq üçün birdən çox dəliyimiz olar. Bu bir doughnut üçün həddindən çox dəlik kimi görünür. Bundan əlavə bu fərqli qəribəliklərə də yol açır. Məsələn, doughnut-ın xəmirini yeyərkən doughnut-ın dəliyini də yediyimizi düşünmürük, elə deyil?

Bəs yaxşı bunlar niyə bu qədər önəmlidir? Kolumbiya Universitetinin fəlsəfə professoru Achille Varzi-nin də dediyi kimi, 2000-ci ildəki ABŞ prezident seçkiləri zamanı bülletenlərdəki dəliklərin təkrarlanması ilə əlaqədardır. Varzi-nin sözləri ilə: “Bir anda fərqinə vardıq ki, bütün dünyanın olmasa da ABŞ-ın taleyi dəlik saymaq meyarlarımızdan asılıdır.” Və dəlikləri saya bilməyimiz üçün onları necə təyin və ayırd edəcəyimizi başa düşməyimiz, yəni onları bilməyimiz lazımdır. Təbii olaraq bunlar vərdiş etmədiyimiz düşüncə tərzləridir, ancaq dəliklərin maddi və ya mücərrəd, varlıq ya da yoxluq olaraq təyin edilməsi həqiqət biliklərimizdəki bir boşluğu doldurmağımızı təmin edə bilər.


bizimlə əlaqə üçün yuxarını klikləyin...

Yorumlar