"Tanrının varlığı haqqında teoloji arqumentlər" - Fərid Məmmədov

"Apollonun cazibəsi" - Benjamin West (1807)
Tanrı fikri ilk mədəniyyətlərdən bəri insanların ağlında olmuşdur. Digər növlərdən öz ağlı ilə fərqlənən Homo Sapiens atalarımız təbiətdə gördüklərinə məna qatmaq ehtiyacı duymuşlar. Təbiət hadisələrini idarə edən üstün varlıqların olduğunu düşünmüş, beləliklə ilk paqan inancları formalaşmışdır. Gecələr parlaq səmanı seyr edərkən ulduz qruplarına ad vermiş, Tanrıların məkanını səmada axtarmışlar.
Özlərini kainatın mərkəzinə yerləşdirib varlıqlarına İlahi mənalar vermiş insanlar Tanrı fikri vasitəsilə açıqlamalar gətirməyə çalışmışlar.
Tarix boyu böyük fəlsəfəçilər heç bir şəkildə təmasda ola bilmədiyimiz Tanrının varlığına dəlil gətirməyə çalışmışlar. Bu gün Teistik arqumentlərin içində ən çox bilinən üç dəlili dəyərləndirməyə çalışacağıq.

I.    İlk olaraq, Ontoloji Dəlil....
İslam Fəlsəfəsində də izlərinə rastlanılan bu dəlilin ilk güclü nümayəndəsi St. Anselm-dir. Anselmin arqumenti ən bəsit şəkildə belə ifadə edilə bilər :
1-   Tərifi etibarilə Tanrı gerçək ya da xəyali şeylerin ən mükəmməlidir.
2-  Mən həqiqətən də möhtəşəm bir Tanrı xəyal edə bilirəm.
3-  Gerçəkdə var olan bir şey, xəyali olan bir şeyden daha üstündür.
4-  Əgər mənim xəyal ettiyim möhtəşəm Tanrı sadəcə xəyalımın məhsuludursa,  sadəcə var olaraq belə xəyalımdan daha üstün bir Tanrı olması mümkün olardı.
5-  Ancaq 1. maddədəki tərif səbəbiylə 4. maddə mümkün deyildir.
6-  Buna görə Tanrı xəyali deyil gerçəktir. [1]

Dekarta görə Tanrının varlığı
Buna bənzər şəkildə Rene Dekart da öz şüphəci metodu ilə əvvəl öz varlığını sonra isə ağlındakı mükəmməl Tanrının varlığını dəlilləndirmiştir :
Məndə həndəsi fiqur və cəbri ədəd anlayışı var olduğu kimi, Tanrı anlayışı, üstün və mükəmməl varlıq anlayışı da vardır. Başqa bir deyişlə, Tanrı anlayışı,  riyazi bir anlayış qədər insan ağlında aydın şəkildədir. O halda insanın, Tanrının mahiyyətinin nə olduğunu kəşf etmesi üçün, riyazi anlayışlarda olduğu kimi, sadəcə Tanrı anlayışının ehtiva etdiyi şeyi kəşf etməsi gərəklidir. Necə bir fiqur və ya ədəd haqqında isbatlaya biləcəyim bütün şeyler, bu fiqur ve ədədin mahiyyətinə (zat) aid isə, feili ve əzəli varlığın Tanrı anlayışının mahiyyətinə aid olduğu da eyni dərəcədə açıqdır. Çünki, varlıq Tanrının mahiyyətindən və ya tərifindən ayrıla bilməz. Eynən üçbucağın üç daxili bucağının cəminin iki düz bucağın cəminə bərabər olmasının üçbucağın mahiyyətindən və ya dağ anlayışının yamac (ya da vadi) anlayışından ayrıla bilməyəcəyi kimi. Bizim varlıqdan yoxsun bir Tanrını qavramağımız, ən azından yamacı (ya da vadisi) olmayan bir dağı təsəvvür etməyimiz qədər qəbul edilməsi mümkün olmayan bir məsələdir.[1]

Spinozaya görə Tanrının varlığı
Spinozaya görə isə, bir anlayışın varlıq olmasına və ya var olmamasına səbəb ya onun mahiyyətində olmalı, ya da ondan kənarda bir səbəb olmalıdır. Məsələn, dördbucaqlı bir dairənin yoxluğunun səbəbi onun mahiyyətindədir. Çünki tərifdə bir ziddiyət vardır. Üçbucağın varlığının səbəbi isə ondan kənarda bir xüsusiyyət olub, məkan anlayışındandır.
Buna görə Tanrının var olmamasına səbəb ya onun mahiyyətində, ya da ondan kənarda olmalıdır. Onun mahiyyətində olması məntiqsiz olduğundan, ondan kənarda onun varlığına mane olan bir varlığın olması isə yanlış olduğundan, Tanrı zəruri olaraq vardır.[1]

Görüldüyü kimi, Ontoloji Dəlilin təməlində a priori olaraq insan zehnində Tanrı anlayışının varlığı durur.
İndi gələk etirazlara.
İlk olaraq burda mükəmməl bir Tanrının sübutu onun teistlərin iddiasındakı Tanrı olduğu anlamına gəlmir. Ancaq Deistlər məsələn, bu dəlilə sığına bilər.
D.Hume rasional olaraq bir varlığa dəlil gətirə bilməyəcəyimizi, təcrübəmizdən kənarda bir varlığın a priori dəlili ola bilməyəcəyini iddia edir.[2]
Bu argumentə fəlsəfə tarixindəki ən ciddi etirazlardan biri İ.Kantdan gəlmişdir. Arqumenti diqqətlə incələsək, var olan bir Tanrının yalnız xəyali Tanrıdan üstün olduğu deyilir. Ancaq Kanta görə, varlıq mükəmməllik qatıcı bir əlamət deyil. Belə ki, xəyalımda bir stol düşündükdə və onu uzunluq əlavə etdikdə ona yeni bir şey qatılmış olur. Ancaq xəyalımdakı stolun eynisinin var olması onun mükəmməlliyinə heç bir şey qatmır. Sadəcə varlıqlar dünyasında da var olduğu hal nəzərə çarpmış olur.[3]

Kantın bu arqumenti nə qədər Klassik Ontoloji arqumentlərə qarşı işə yaramış kimi görünsə də, müasir arqumentdə görəcəyik ki fərqli yanaşmalar bu etirazı işlək vəziyyətdən kənarlaşdırır.
 
"Apollo" - Charles Meynier (1798)
Plantinganın Ontoloji Arqumenti
Xatırlayırsınızsa, bir müddət əvvəl klassik ontoloji arqument və tənqidlərindən bəhs etmişdik. Bu səfər isə müasir OA-lardan biri (Ontoloji Aqrumentlər) və ən bilinənlərindən Platinqanın Ontoloji Arqumentindən (POA) dan bəhs etmək istəyirəm. Plantinga özü bu argumentin Tanrının varlığına dəlil gətirdiyini yox, Teistik düşüncənin rasyonel olduğunu göstərdiyini iddia edir.
Arqumenti anlamaq üçün əvvəlcə Mümkün Dünyalar Semantikasından (MDS) bəhs etmək lazımdır. MDS kainatın bir bütün olaraq ala biləcəyi bir halı ifadə edir. Məsələn, mənim Fransa baş naziri olmağım mümkündürsə, belə bir mümkün dünya var.
Varlıqlar MDS-də 3 halda ola bilir :
1-      Mümkün  Varlıq - Ən az bir mümkün dünyada varlığı və yoxluğu mümkün olan varlıq. Məsələn, L.Beethoven
2-  İmkansız Varlıq - Heç bir mümkün dünyada varlığı mümkün olmayan varlıq - Məsələn, Dördbucaqlı Çevrə
3-      Zəruri Varlıq - Bütün Mümkün Dünyalarda var olan varlıq

Bundan sonra isə Müasir Modal Məntiq və S5 aksiyomunun da köməyi ilə arqumenti qabaca belə ifadə edə bilərik :
Mütləq (Maksimum) mükəmməl varlıq - Tanrının varlığı mümkündür. Beləcə Mümkün Dünyalardan (MD)  birində Tanrı vardır. Tanrı daha mükəmməli olmayan mütləq mükəmməl varlıqdırsa, onun bütün Mümkün Dünyalarda larda varlığı zorunludur (Zəruri Varlıq zəruri olmayan varlıqdan üstündür). Beləcə Tanrı bütün Mümkün Dünyalarda, həmçinin Alternativ dünyamızda da vardır. Beləcə Tanrı vardır.[4]

Bu argümana müəyyən tənqidələr yönəldilə bilər.
İlk olaraq Tərs Ontoloji Arqumentdən bəhs edək :
1-      Tanrının var olmaması mümkündür
2-      Tanrı MD-lardan birində yoxdur.
3-      Buna görə bütün Mümkün dünyalarda yoxdur.
4-      Tanrı yoxdur.

Bundan başqa Ontoloji Arqumentin parodiyaları da bu dəlilə qarşı ciddi etirazlardandır. Bunlara
- Metafizik Naturalizm
- Gərəksiz Pislik
- Pis Şeytan
- Zəruri Təbii Varlıq
iddiaları aiddir.
·  Metafizik Naturalizmin var olması mümkündür. Metafizik natiralizm ən az bir Mümkün Dünyada vardır, beləcə, ən az bir Mümkün Dünyada Tanrı yoxdur. Bir Mümkün Dünyada Tanrı yoxdursa, heç bir mümkün dünyada yoxdur. Nəticədə, Tanrı yoxdur.
·  Gərəksiz Pisliyin var olduğu bir Mümkün Dünya vardır. Belə bir Mümkün Dünya varsa, ən az bir Mümkün Dünyada Tanrı yoxdur. Bu halda heç bir Mümkün Dünyada Tanrı yoxdur. Deməli Tanrı yoxdur.
·  Pis Şeytan olmak, mütləq qüdrətli, mütləq bilgili və mütləq pis olmaqdır. Pis Şeytanın varlığı mümkündür. O halda, bütün Mümkün Dünyalarda pis şeytan vardır. Deməli, Pis Şeytan və ya mütləq pislik vardır.
·  Eyni zamanda mütləq yaxşı və mütləq pis var ola bilməz. Zəruri təbii varlıq/vəziyət varlığı mümkündür. Ən az bir ümkün dünyada Zəruri təbii varlıq vardır. Deməli, bütün Mümkün dünyada Zəruri təbii varlıq vardır.
Bu əks-arqumentlər (parodiyalar) müxtəlif formada tənqid edilə bilər.

II.   Növbəti, Kozmoloji Dəlil....
Daha müasir və bilinən forması olan Kəlam Kozmoloji Dəlil, və ya ''İlk Səbəb'' dəlili Tanrının varlığına aid gətirilmiş ən güclü Teistik dəlillərdən biridir. Dəlil təməldə iki ön şərt  və nəticədən ibarət bir dəlildir :
1-      Var olmaya başlayan hər şeyin bir səbəbi vardır.
2-      Kainat var olmaya başlamışdır.
Nəticə : Kainatın bir səbəbi olmalıdır.

İndi bu tezislərimizin lehinə arqumentlərə baxaq.
1) Əvvəla ilk tezisə aid dəlillərə baxaq :
Burada Argumentin iddiacısı Craigə görə, təməl dəstək səbəb-nəticə qanunundan gəlir. Heç bir vaxt bu qanunun əksini görmürük. Sağduyu və təcrübələrimiz bu tezisin doğruluğunu göstərir. Digər tərəfdən ''Heçlikdən heçlik gələr'' ifadəsi də bizə varlığa gəlmənin səbəbi olmasının gərəkliliyini göstərir.[5]
2) İkinci tezisimiz haqqında dəlillər :
İkinci tezisin dəlilləri də fəlsəfi və elmi dəlillər olmaqla iki hissəyə ayrıla bilər.

-Fəlsəfi dəlillər :
İlk olaraq sonsuzun var ola bilməyəcəyi haqqında dəlil :
1-      Həqiqi Sonsuz var ola bilməz.
2-  Zaman baxışımdan başlanğıcsız bir şəkildə geriyə doğru gedən hadisələr, həqiqi sonsuz olmalıdır.

Nəticə : Zaman içində geriyə doğru başlanğıcsız bir şəkildə gedən hadisələr silsiləsi var ola bilməz.[5]
"Adəmin yaradılması" - Mikelangelo (1512)
Həqiqi sonsuzun var ola bilməyəcəyinə aid təməl arqumentlərdən biri Craigin kitabxanası iddiasıdır. Buna görə, sonsuz sayıda kitabı olan bir kitabxanadan sonlu sayda kitab götürdükdə və ya əlavə etdikdə kitab sayısı və ya rəflərdəki yerlərin sayı dəyişmir. Buna görə də riyazi olaraq var olsa da, fiziki olaraq təbiətdə təbii sonsuz yoxdur.
İkinci tezis nə qədər doğru görünsə də, dövri olaraq varlığın mümkünlük halı bunu müəmmalı hala çevirir. Bundan başqa sonsuz sayıda varlıq var olsa belə, zaman etibarilə həqiqi sonsuzun var olmadığı kimi bir arqument də irəli sürülmüşdür.

-Elmi dəlillər :
1.Böyük Partlama Nəzəriyyəsi :
Eynşteinin ümumi nisbilik nəzəriyyəsinin tənliklərindən A.Friedmann tərəfindən nəzəri olaraq isbatlanan və daha sonra E.Hubblenin 1929-dakı təcrübələri ilə dəlilləndirilən, Kosmik mikrodalğa fon radyasiyası, H/He nisbəti və s. kimi kəşflərlə dəstəklənən Nəzəriyyə, kainatın 13,7 milyard il əvvəl bir partlama ilə var olduğunu göstərir.[6]

2.Hawking-Penrose Tekillik Teoremləri :
S.Hawking və R.Penrose tərəfindən iddia olunan, Kainatın başlanğıcda bir tekillik nöqtəsindən başladığını iddia edən teorem.[7]

3.BGV Nəzəriyyəsi :
Genişləyən bir məkan-zaman modelinin başlanğıcta bir 0 nöqtəsindən yayıldığını göstərən nəzəriyyə.[8]

4.Termodinamikanın II Qanunu :
Bu qanun qapalı bir sistemdə nizamsızlığın hər zaman artmağı meyilli olduğunu söyləyir. Əgər kainat əzəli olsaydı, sistem bütün enerjisini bitirib maksimum nizamsızlıq səviyyəsinə çatmalı idi.[9]

Kozmoloji Dəlilə gətirilən təməl etirazlar :
Əvvəla səbəb-nəticə əlaqəsinin zamandan asılı olduğu və zamanın kainatımızın varlığı ilə başladığı, bundan başqa bu qanunun bizim empirik təcrübələrimizlə və induktiv metodla müəyyən edilib, yanlışlana bilir olduğunu söyləmək mümkündür. Həmçinin, XX əsrdə formalaşan Kvant fizikası bu əlaqələrin atomaltı dünyada çox da keçərli olmadığını göstərərək bu dəlilə böyük zərbə endirdi.
Bundan başqa, bu ilkin səbəbin metafizik bir Tanrı mı yoxsa, aktivləşən, form dəyişdirən maddə mi olduğu hələ də böyük müəmmadır.

III.    Və sonuncu, Teleoloji Dəlil....
Digər bir adıyla Ağıllı Dizayn dəlili. Kozmoloji Dəlil kimi bu arqument də, a posteriori biliklərimizə istinadən, təbiətdə və canlılardakı mükəmməlliyi diqqətə alaraq ağıllı bir dizaynerin - Tanrının varlığına dəlil gətirməyə çalışır.
W.Paleyin saat və saatçı bənzətməsi bu dəlili ən yaxşı şəkildə izah edən analogiyalardan biridir :
1.      Bir saatın içindəki mürəkkəb dizayn bir dizayneri tələb edir.
2.      Saatda olduğu kimi mürəkkəb quruluşda olan bir X ( kainat, canlılar və s. ) belə bir dizayneri tələb edir.[10]
Həqiqətən də canlılar və təbiətdəki mürəkkəblik bir ağıllı dizaynerə işarətdir kimi görünür.

Bu dəlilə də müəyyən qədər tənqidlər gətirilə bilər :
İlk olaraq, bu iddianı irəli sürmək üçün mürəkkəb quruluşdakı hər bir varlığın bir dizaynerə ehtiyacı olduğu dəlilləndirilməlidir. Belə mürəkkəb görünən quruluşlar alternativ izahlarla açıqlana bilər. Məsələn, canlılardakı bu mürəkkəb quruluşu Varyasiya və Seleksiya Mexanizmləri vasitəsilə Biyoloji Təkamül izah edə bildiyindən, ağıllı bir dizaynerin varlığı öz vacib və zorunluluğunu itirir. Biyoloji Təkamül dəlillərə istinad edərək açıqlama gətirdiyindən, dizayner alternativindən daha tutarlı bir nəzəriyyədir.[11]

Bir digər tənqid kimi, yanlış (xətalı) dizayn arqumentini də irəli sürə bilərik :
1-      Sonsuz bilgiyə, sonsuz gücə və sonsuz yaxşılığa sahib bir Tanrının yaratdığı şeylərin dizaynının optimal olması lazımdır.
2-      Canlılarda optimal olmayan xüsusiyyətlər vardır.
3-      Buna görə, ya canlılar dizayn məhsulu deyildir, və ya dizayner sonsuz gücə, sonsuz bilgiyə və yaxşılığa sahib deyildir – yəni Tanrı deyildir.
Bundan başqa təbiətdə dizayn məhsulu bir varlıq tapılsa da, bunun Teistlərin Tanrısı olduğu iddia edilə bilməz.
Kainat ilk baxışda həssas bir şəkildə tənzimlənmiş və nizamlı görünsə də, həm kozmik səviyyədə, həm də mikro səviyyədə bir dəyişikliyin olması, qurulma və dağılmanın davamlı olaraq baş verməsi sabit bir şəkildə tənzimlənmənin olmadığını göstərir. Kvant dünyasındakı xaotik, qeyri-müəyyən prosseslər, təbiətdə var olan canlı növlərin 99%-nin yox olması də nizam dəlilini yalanlayan bir başqa arqumentdir.

D.Adamsın ifadəsiylə :
Bir çuxurda, bir gölməçədə yerləşən su, bir səhər oyanıb belə düşündüyünü fərz edək : Bu çuxur tam olaraq mənim üçün yaradılıb, mənim yaşamağım üçün idealdır.Ancaq həqiqətdə, o çuxur suya uyğun yaradılmayıb, su çuxurun formasını alıb. Fərqli bir perspektivliklə baxdıqda, kainat da bizim yaşamağımız üçün yaradılmayıb, biz təbiətdə yaşamağa uyğunlaşmışıq.[10] Kainatdakı, fizika qanunlarındakı sabitlənmiş dəyərlər də daha sadə qanunauyğunluqlarla izah edilə bilər. Belə ki, təbiətdəki hər bir fiziki hadisə 4 təməl qüvvənin təsiri ilə baş verir. Bu 4 qüvvə isə başlanğıcda birlikdə idi. Yəni tək bir sabit dəyər kainatımızı formalaşdıran qüvvələri müəyyənləşdirir. Fərqli dəyərlər isə, alternativ bir kainatın yaranmasına səbəb ola bilər.

Qısacası nizamlı və mürəkkəb görünən bu kainata istinadən bir Tanrının varlığını dəlilləndirməyə çalışan Teleoloji Arqument də etiraza açıqdır.

 Müəllif: Fərid Məmmədov
Ədəbiyyat siyahısı:
1-      https://mantiksalteizm.com/ontolojik-arguman-ve-elestirileri/
2-      Təbii Din Dialoqları - D.Hume
3-      Xariqə Ağlın Tənqidi - İ.Kant
4-      Alvin Plantinganın Ontolojik Kanıt Savunması - Abdulkadir Tanış
https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://medium.com/felsefi-ateizm/kelam-kozmolojik-arg%25C3%25BCman%25C4%25B1-giri%25C5%259F-61375af4b8d3&ved=2ahUKEwjw7Obd77XoAhUJ7aYKHWyrD4MQjjgwEnoECAUQAQ&usg=AOvVaw36rhL38znSvVtl7HQVeHQB
5-      https://en.wikipedia.org/wiki/Big_Bang?wprov=sfla1
6- https://en.wikipedia.org/wiki/Penrose%E2%80%93Hawking_singularity_theorems?wprov=sfla1
7-      https://en.wikipedia.org/wiki/Borde%E2%80%93Guth%E2%80%93Vilenkin_theorem?wprov=sfla1
8-      Clausis, R. (1850-67)
9-      https://suphecimelekblog.wordpress.com/2009/07/05/tasarim-argumani-teleolojik-arguman/
10-  Evolution - D.Futuyma

Yorumlar