"Sonsuz fikirlər" - Nikolas Malebranj

Theodore: Həqiqətən, Ariste fikirləriniz sadəcə zehnimizin dəyişiklikləridirsə, minlərlə fikrini-zin birləşməsi heç bir ümumiliyi yaratmayan, qarışıq bir topludan başqa bir şey deyil. İyirmi fərqli rəngi nəzərdən keçirin, içinizdə ümumi bir “rəng”i tətikləməsi üçün  bunları bir-biri ilə qarışdırın: adətən bir duyğunu yaratmaq üçün eyni anda içərisində bir neçə duyğunu formalaşdırın: bunun mümkün olmadığını
tez zamanda görəcəksiniz, çünki fərqli rəngləri qarışdıraraq, yaşılı, sarını, mavini hər zaman xüsusi bir rəng yaratmış olursunuz. Təəccüb beyinin müxtəlif liflərinin və heyvani zehinlərin sonsuz saydakı sarsıntısı ilə yaranır, amma buna rəğmən xüsusi bir duyğudur, çünki zehnimiz kimi xüsusi bir varlığın bütün dəyişikliyi ancaq xüsusi ola bilər. Fikirlərin içərisində yer alan ümumiliyə heç vaxt çata bilməz. Ümumi olaraq əzabları düşünə biləcəyimiz doğrudur: amma ancaq xüsusi bir əzab vasitəsilə dəyişə bilərsiniz. Və ümumi olaraq əzabı düşünə bilərsinizsə, bu hər şeydəki ümumiliyə çata biləcəyiniz mənasına gəlir. Amma hələ də içinizdən bu ümumilik fikrini çəkib çıxara bilməzsiniz. Bu fikir fövqəl bir gerçəkliyə sahib olacaqdır: sonsuzluğun öz bolluğu ilə bu fikiri sizə təqdim etməsi gərəklidir.
Ariste: Qarşı çıxacağım heç bir şey yoxdur. Bütün dedikləriniz mənə doğru görünür. Amma sonsuz bir formada xüsusi fikirlərdən daha çox gerçəkliyi olan ümumi fikirlərin məndə xüsusi fikirlərdən daha az təsirli olması və mənə çox daha az sağlamlığı varmış kimi görünməsi məni təəccübləndirir.
Theodore:  Özlərini daha az hiss etdirməsi və ya daha çox özlərini heç hiss etdirməməsi. Ariste, uşaqların cismlərin gerçəkliyini şərh etdiyi şəkildə fikirlərin gerçəkliyini şərh edə bilmərik. Uşaqlar dünya və göy arasındakı bu sahənin gerçək olmadığına inanırlar, çünki bu sahələr özlərini hiss etdirmirlər. Və bir m3 havada bir m3 qurğuşunda olduğu qədər maddə olduğunu bilən çox az insan vardır, çünki qurğuşun havadan daha sərt, daha ağır və daha hissediləndir. Bu cür insanlara uymayın. Fikirlərin gerçəkliyi haqqında duyğularınızla deyil sizə quruluşunuzu kəşf etdirən qavrayıcı işıqla mühakimə yürüdün.
Ariste, heç bir zaman duyğularınızı fikirləriniz olaraq, ruhumuza təsir edən dəyişiklikləri bütün zehinləri aydınladan fikirlər olaraq görməyin. Budur, təəccübü ortadan qaldıracaq dərslərin ən böyüyü. Heç bir zaman bir gerçəyi kəşf etmədən fikirləri müşahidə edə bilməzsiniz: amma öz dəyişikliklərinizə nə qədər diqqət edərsəniz edin heç bir zaman aydınlanmayacaqsınız...
Ariste, bilirsiniz ki, müqəddəs kəlam universal Ağıl olduğu müddətcə, mahiyyəti daxilində yaradılmış və mümkün bütün varlıqların fikirlərini əhatə edəcəkdir. Bu hakim Ağıla bağlı olan bütün zəkaların bu Ağılda bu fikirlərin bəzilərini kəşf etdiyini bilirsiniz. Bu, Tanrının bizi ağıllı hala gətirmək və özü ilə bizim aramızda bir növ bütövlük (icma) formalaşdırmaq üçün meydana gətirdiyi ümumi fikirlərin nəticəsində gerçəkləşir. Bir gün sizə bütün bu sirrləri açacağam. Məsələn, cimslərin müəyyən fikri və ya arxetipi olan qavranıla bilən genişliyin, bütün zehinlərin və bu ağılla eyni substansiyadan olanı aydınladan universal Ağılın içərisində olduğundan şübhə duymursunuz. Amma bu ağılın əhatə etdiyi qavranıla bilən fikirlər ilə ruhumuzun dəyişiklikləri  və ya duyğularımız arasındakı fərq haqqında bəlkə də çox düşünmədiniz və bəlkə də ona qəti olaraq diqqət yetirmənin faydasız olduğuna inanırsınız.
Sevgili Ariste, fikirlərimizin işığı ilə duyğularımızın qaranlığı arasında, bilmək ilə hiss etmək arasında fərq vardır və bu fərqi zəhmətsiz bir şəkildə ayırd etməyə alışmaq gərəklidir. Ən güclü şəkildə hiss etdiyi şeyi çox açıq şəkildə bildiyini zənn edərək bu fərq üzərində yetəri qədər düşünməmiş şəxs öz dəyişikliklərinin qaranlıqlarında itməkdən başqa bir şey edə bilməz. Bu önəmli gerçəyi yaxşı anlayın. İnsan heç bir halda özü özlüyündə özünün işığı deyildir. Quruluşu özünü aydınlatmaqdan uzaqdır və özü üçün qavranıla bilməyən bir faktdır. Bütün zehinləri aydınladan universal ağılın işığı olmadan, bu ağılın öz işıqlı quruluşunda kəşf etdiyi fikirlər olmadan insan heç bir şeyi bilə bilməz.

Mənbə: Entretiens sur la Metaphysique (Metafizik Uzerine Soyleşiler), 1688, ed. A. Cuvillier, J. Vrin, 1948, tome I, s. 93-94 ve 101-102.

Tərcümə edən: Araz Əliyev

Yorumlar