"Sintaksis olaraq məntiq" - Rudolf Carnap

Bertrand Rassel və Rudolf Carnap
Paris konfransı, 1936-37
Elmin məntiqinin mülahizələri (statement) dilin məntiqi sintaksisinin mülahizələridir. Hər hansı bir dilin məntiqi sintaksisindən anladığımız şey bu dilin mülahizələrinin və digər lingvistik yaradıcılıqlarının forma-larının nəzəriyyəsidir (theory). Burada haqqında danışılan şey formalardır, digər bir izahla mülahizənin mənasını olduğu kimi bu mülahizəni yaradan sözlərin də mənasını bir tərəfə buraxırıq:
buna əks olaraq dildəki sözlər sintaktik sözlü tiplər halında səpələnmişdir və verilmiş bir mülahizənin araşdırılmasında sadəcə istifadə edilmiş sözlərin tipini və ard-arda yerləşmə formalarını araşdırırıq. Məntiqi sintaksis nəzərdən keçirilən dilin sintaktik qaydalarından çıxan analitik nəticələrin inkişafından başqa bir şey deyil. Bu qaydalar iki cürdür. Yaranma qaydaları mülahizələri sözlərlə və ya bütün digər linqvistik simvollarla necə yaradıla biləcəyini ifadə edirlər. Grammatika yaranma qaydalarını əvvəlcədən vermişdir: amma məntiqi sintaksisin yaranma qaydaları qarmmatika qaydalarından tamamilə müəyyən formaya malik olmaq xüsusiyyətinə görə ayrılarkən, qrammatika qaydaları çox zaman sözlərin mənalarını nəzərə alır (məsələn, bu tip təyin etmələrə önəm verirlər: “bir ad bir qadınımı, bir ölkənimi yoxsa, bir gəmini mi ifadə edir”). İkinci növ sintaktik qaydalar dildəki çevrilmə qaydalarıdır. Bu qaydalarla dildəki bir mülahizənin başqa bir və ya bir neçə mülahizədən çıxarılıb çıxarılmayacağı, bu qaydaların sadəcə mülahizələrin forması ilə əlaqəli müəyyən şərtləri təmin edib etmədiyi ortaya qoyulur. Bu şəkildə çevrilmə (transformation) qaydaları demək olar ki, məntiqdə əqli-nəticə (ratiocinate) qaydaları deyilən şeyin qarşılığıdır: fərq burdan qaynaqlanmaqdır: məntiqi sintaksisdə qaydalar şüurun fəaliyyətləri və ya bu cinsdən olan fəaliyyətlərin məzmunu kimi qəbul edilən mühakimələrə (psixoloji məntiqçilərin doktrinası) müraciət etməyib, lingvistik formalar kimi qəbul edilən mülahizələrə müraciət etməkdədir. Çevrilmə qaydaları qəti olaraq formaya malik olmaq məcburiyyətindədir: ənənəvi məntiqdə  bu ehtiyac heç vaxt ödənməmişdir: bununla birlikdə tarixi təkamülü hər zaman daha açıq bir formada bu qəti formaya malik olmaq xüsusiyyətinə olan meyli, yəni mənadan istənilən dəstək nöqtəsinin ödənilməsinə olan meyli ortaya çıxarmışdı. Yeni məntiq riyaziyyatın simvolik metodunu təqlid edərək qaydalarını saf bir formaya malik olmağa görə ifadə edə bilmişdir...
Çevrilmə qaydalarının ehtiyacına görə yenilənən praktika vasitəsilə yaranan digər mülahizələrə əsaslanılaraq əldə edilən mülahizə digərlərinin nəticəsi olaraq adlandırılır. “Nəticə” anlayışı tamamilə formaldır, çünki çevrilmə qaydalarının məna ilə heç bir əlaqəsi yoxdur. Bu anlayış yeni sintaksis ifadələrin ortaya qoyulmasını təmin edir. Budur, məntiqi araşdırmanın tətbiqindən elmin mülahizələrindən çıxarılmış örnəklər. Bir mülahizə hər mülahizənin nəticəsi olduğu zaman əgər mənası nə olursa olsun duğrudursa, onu analitik adlandırırıq (və ya təkrarçı, taftoloji). Bir mülahizə əgər dilin hər mülahizəsi onun nəticəsidirsə, ona zidd mülahizə deyirik. Nə analitik, nə də zidd olmayan bir mülahizə sintetik mülahizə olaraq adlandırılır.  Məsələn, “Atlar Atlardır”, “Bir at ya xəstədir, ya da sağlamdır”, “2+2=4” analitik mülahizələrdir: “At olmayan atlar vardır”, “Həm xəstə, həm də sağlam olan bir at vardır”, “2+2=5” zidd mülahizələrdir: “Bu at xəstədir”, “Dörd ədəd qələmim var” isə sintetik mülahizələrdir. Sintetik mülahizələr gündəlik dildə “gerçək haqqında olan mülahizlər” olaraq adlandırılan şeydir, ayrı-ayrı olan şeylər və ya xüsusi hadisələr haqqında olan istər konkret mülahizələr olsun, istərsə də ümumi qanunlar olsun gerçəyin elmlərinin mülahizələri sintetikdir, bu sintetik mülahizələr bir formada elmin nüvəsini təşkil edir. Məntiqin və riyaziyyatın mülahizələri analitikdir. Elmdə xüsusi olaraq izlənilən baxış bucağından yanaşıldıqlarında bunlar sintetik mülahizələr vasitəsilə işləri daha asan hala gətirməyə yarayırlar. Sadəcə sintetik mülahizələrdən təşkil olunan formal bir dil yaradıla bilər: bu cür bir dildə nə məntiqi mülahizələrə, nə də riyazi bir mülahizəyə rast gəlinməz: gerçəyin bütün elmi ön fikirsiz bu sintetik mülahizələrin içərisində ifadə edilə bilər. Sadəcə bu mülahizələr praktiki sadələşdirmənin səbəblərini fərqli bir formaya çevirə bilər:  onlar səbəbi ilə analitik mülahizələr gətirilmişdir... Bu münasibət içərisində riyaziyyat məntiqin bir bölümü içərisində rəqəm simvollarının, rəqəm əsaslı dəyişənlərin və ya 2+2=4 nümunəsində olduğu kimi bənzər cinsdən ifadələrin yer aldığı məntiqi mülahizələr bölümü halına gəlir. Riyaziyyat və məntiqin digər bölümləri arasında müəyyən bir sərhəd yoxdur. Əgər analitik mülahizələrin sintetik mülahizələrdən fərqli bir sintaktik xüsusiyyəti varsa, onlar məhz bu səbəbdən başqa bir müstəvidə deyillər. İki kategoriyanın mülahizələri birlikdə istifadə edilirlər, “və”, “və ya”, “əgər” və s. vasitəsilə bu mülahizələr birləşmiş mülahizələr içərisində birləşdirilirlər, bu birləşmiş mülahizələr də oxşar çevrilmələrə dözürlər.

Lc Probleme de la I.ogique dc la Science. Science formelle el Science du rel
 (Elmin məntiqi probemi. Formal elm və Gerçəkliyin elmi)

Tərcümə edən: Araz Əliyev

Yorumlar