"Sartr ilə Kamyu arasındakı fərq" - Məlahət Mehdiyeva

Sartr və Kamyu arasındakı münasibətlər müharibədən sonrakı Fransız fəlsəfəsini formalaşdırmışdı.
 1943-cü ildən sonra Sartr və Kamyu hər yerdə birlikdə gəzən iki gözəl dost olurlar. İctimaiyyətin gözü qarşısında "Ürəkbulanma"nın müəl-lifi və "Yad"ın müəllifi ekzis-tensializm etiketi altında bir araya gəlmişdilər. Azadlıqdan sonra ekzistensializm dəbli bir fəlsəfədən,
bir həyat tərzi və bir məkan olmuşdu: Saint-Germain-des-Pres (Paris bölgəsi). "Ekzistensializm humanizmdir" bu fəlsəfəni müvafiq şəkildə ümumiləşdirirdi.
 İctimaiyyət üçün tək bir ifadə ilə yekunlaşdırmaq olar: existence precedes essence, yəni varlıq mahiyyətdən əvvəl gəlir.
 Sartrın ekzistensializmi əvvəlcə azadlıq və məsuliyyət fəlsəfəsi kimi təsəvvür olunurdu: Biz taleyi əvvəlcədən təyin olunan insanlar deyilik. Biz nə ediriksə, oyuq. Açar sözümüz "məsuliyyət" dir.
 Kamyu heç vaxt məsuliyyəti rədd etmir, ancaq "ekzistensialist" və hətta, "filosof" etiketini rədd edirdi. 1947-ci ildən bəri Kamyunun Stalin düşərgələrini qınaması ilə yaranan Sartr və Kamyu arasındakı siyasi mübahisələr, münasibətlərdəki ziddiyəti daha da dərinləşdirmişdi.
 1952-ci ildə Jeanson (Sartrın dostu) Sartrın "Modern Times" jurnalında Kamyunun "The Rebel” (dilimizə “Üsyançı insan kimi tərcümə edilir) adlı əsərini tənqid edən məqalə dərc etdi. Məqalədə Kamyunun bu son kitabı mürtəce və səhv fikirlərlə dolu kimi xarakterizə edilirdi. Kamyu tənqid yazan Jeansona məhəl qoymadan birbaşa Sartrın özünə cavab verir. Modern Times-ın növbəti sayında Kamyunun Sartra sərt reaksiyası dərc olunur:
Qərarsızlıq və müdafiəsizliyin qarışığndan meydana gələn qaranlıq qarışıq həqiqəti söyləmə cəsarətini qırdı. Bu, sənin yoxsul olduğuna görə ola bilər, amma artıq deyilsən. Sən bir vətəndaşsan və mənim kimi Jeanson’lar.. Əxlaqınız əvvəlcə əxlaqçılığa çevrildi, bu gün ədəbiyyatdan daha çoxu, sabah əxlaqsızlıq ola bilər.”
 Kamyu və Sartr bir daha bir araya gəlmədilər. Dörd il sonra, Qırmızı Ordu Budapeştdəki üsyanı yatırdıqda, Sartre (və bir çox ziyalı) Kommunist Partiyası ilə yollarını ayırdı.

Kamyu və Ekzistensializm
1957-ci ildə Nobel mükafatını qazanan Albert Kamyu (1913-1960) Jan-Pol Sartrın ilk öncə dostu, daha sonra rəqibi idi. Burjua cəmiyyətinin insanı olan Sartrdan fərqli olaraq, Kamyu yoxsul mühitin adamı idi. Kamyu Aralıq dənizi düşüncəsini, yəni açıqlığı təmsil edir (Yunan, Latın, klassik). Absurd və absurd insanın dizaynındakı vasitəçilik arasındakı boşluq həyat haqqında aydın olan hər şeydən üstündür. Ərəb mədəniyyəti və ya ispanlarla ünsiyyətdə olmasına baxmayaraq, Kamyu heç vaxt İslamdan təsirlənməmişdir və bu "Ellin" və ya "Ellinist" mövqeyi daha aydın görünür.

Kamyunun ekzistensializmi çıxılmaz ekzistensializmdir.
Absurd adam, Kamyu düşüncəsinin mərkəzindədir. Digər ekzistensialist filosoflarda olduğu kimi, cəfəngiyyat hissi də insan varlığının əsassız təbiətinin nəticəsidir. Ancaq Kamyunun göstərdiyi kimi, cəfəngiyyat nə insanlarda, nə də kainatda yoxdur: bu paradoksal reallığın nəticəsidir. Bəzi mövqelər mümkündür. Məsələn, intihar, Kamyu, bir qaçış və şüurun basdırılması olaraq gördüyü intiharı rədd edir. Eyni zamanda həqiqətlərdən və ümidlərdən kənarda yatan; həyatın mənası, dini inanclar, düşüncənin fəlsəfi intiharı kimi bu dünya təlimlərini rədd edir. Bu cəfəng adam, çətinliyi qəbul edən adamdır. Bu, onun həm azadlığını, həm də ehtiras ilə yaşamağa qərar verərək və öz ziddiyyətlərini yalnız bildiyi ilə götürməyə qərar verən üsyanının əsasını təşkil edir.
Sartr və Kamyu onları məşhur edən əsərləri bilmədən yazdılar. Sartr “Yad”ı təqdir edərkən, Kamyu Ürəkbulanma və Divarla məşğul idi. Sartrdakı təbiətin dərin dəhşətlərini oxuyarkən, Kamyuda günəşli Aralıq dənizi sevgisini tapırıq. Azadlıqdan başlayan dostluq münasibətləri və 1952-ci ildə böyük qarışıqlığa səbəb olan ayrılmaları çox güman ki, siyasət seçimlərinin fərqliləşməsinə işarə edir. Sartr gündən-günə daha çox rəğbət bəsləyərkən, Kamyu Sovet kommunizminin dəhşətlərindən narahat idi. Humanizm, xoşbəxtliyi sevmə, üsyan Kamyu ədəbiyyatını bəzədiyi bir vaxtda, Sartr siyasi məsuliyyət, inqilab və günahkarlıq vəsvəsəsi ilə maraqlanırdı. Bütün bu fərqlərin xaricində, öz əsərləri arasında müəyyən bir ümumi istiqamət hiss oluna bilər. Demək olar ki, ekzistensializm bir nəslin əhatə dairəsindən kənarda və iyirmi il əvvəl sürrealizmi göstərmiş məhsuldar ədəbiyyata sahib olmadığı deyilə bilər. Bu şagirdlərin müəllimi var idi, amma gələcək nəsillərin yoxdur.


Tərcümə edən: Məlahət Mehdiyeva
Mənbə: Limenya

Yorumlar