"Qış Fəlsəfə Məktəbi" layihəsi - 16 fevral - 1 mart 2020

Bəhmənyar Klubu 2020-ci ilin ilk təlim sesiyyasını başa vurdu. Bu dəfə Klub öz ənənəsinə sadiq qalaraq hər fəsildə olduğu kimi qış fəslində də fəlsəfə ilə bağlı ardıcıl təlimlər layihəsi təşkil etdi. Bu dəfə nəzərdə tutulan təlim sessiyası əsasən fəlsəfədə ən müasir yanaşmalara həsr olunmuş 3 mövzudan ibarət idi. İlk mühazirə 16 fevral 2020 tarixində “Post-strukturalist fəlsəfə: Diskurs nəzəriyyəsi” adı altında
təşkil olunmuşdu. Mühazirəçi qismində Macarıstan Central European University magistr məzunu və hazırda Praga Charles University doktorantı Bəhruz Səmədov çıxış edirdi. İkinci mühazirə isə 23 fevral 2020 tarixində “Dil və zehin fəlsəfəsi” mövzusunda baş tutdu. Bu dəfə mühazirəçi qismində Bakı Dövlət Universitetinin Fəlsəfə ixtisası məzunu və hazırda Türkiyə Samsun Ondokuz Mayıs Universitesi magistr tələbəsi Qoşqar Abbas çıxış edirdi. Nəhayət sonuncu mühazirə isə Bakı Dövlət Universiteti Hüquq fakültəsi məzunu Araz Bağırovun təqdimatında 1 mart 20120-ci il tarxində baş tutan “Hüquq, din və fəlsəfə” mühazirəsi oldu.
Qış Fəlsəfə Məktəbi AF Mall ticarət mərkəzində yerləşən Academy Group tədris mərkəzində təşkil olunurdu. Xatırladaq ki, Bəhmənyar Klubunun təşkil etdiyi ilk Yay Fəlsəfə Məktəbi də məhz bu tədris mərkəzinin dəstəyi ilə təşkil edilmişdi. Təlimlərdə ümumilikdə 100 dən çox qeydiyyatdan keçmiş tələbə və gənc iştirak edirdi.


Təlimlər haqqında məlumat verən Bəhmənyar Klubunun tələbə sədri Fərhad Seyfullazadə Bəhmənyar Klubunun öz ənənəsinə sadiq qaldığını və bu qışda da fəlsəfə təlimləri ilə tələbə və gənclərin görüşünə gəldiyini qeyd etdi. O, eyni zamanda bu formatdakı layihələrin davamlı olacağını və bayramdan sonra, bu dəfə “Yaz Fəlsəfə Məktəbi” layihəsini reallaşdırmaq istədiklərini, bunun üzərindən artıq işlərə başladıqlarını qeyd etdi. Təlimlərə olan marağı və iştirak səviyyəsini qiymətləndirən Fərhad Seyfullazadə, qış fəlsəfi üçün bu qədər marağın olacağını gözləmədiklərini, lakin xüsusilə tələbə və gənclərin müsbət mənada onları təəccübləndirdiyini qeyd etdi.


Təlim layihəsi eyni zamanda iştirakçılar tərəfindən də yüksək qiymətləndirildi. Fikir bildirən təlim iştirakçılarından Hüseyn Ə. “Vaxtımız maraqlı və səmərləri keçdi, hər şey üçün çox sağ olun”, Afət A. “Ən bəyndiyim 2-cisi oldu Qoşqar müəllimin seminarı. Ümumilikdə isə fəlsəfəyə marağım yaranır sayənizdə. Təşəkkürlər hər birinizə”, Aydan “Maraqlı keçdi, öyrədici seminarlar idi”, Ülviyyə “Hamısında iştirak edə bilməsəm də çox sevindim, çox maraqlı idi”, Fərid K. “Hər şey çox yaxşı oldu, gəldim, gördüm, öyrəndim, təşəkkür edirəm”.


Bəhmənyar Klubu hər fəsildə ardıcıl təlim layihələri ilə yanaşı, həm də Sabunçu Gənclər Evi ilə də qarşılıqlı əməkdaşlığını davam etdirir. Sabunçu Gənclər Evində yaradılmış “Fəlsəfə klubu” ilə birgə hərftə sonları önəmli mövzularda fəlsəfi təlimlər təşkil edir. Fəlsəfənin sadəcə universitet auditoriyalarında müzakirə olunmamasına, ictimai əhəmiyyətli bir amilə çevrilməsinə, gənclər və digər universitetlərinin tələbələri arasında fəlsəfənin təbliği və fəlsəfə qarşı maraın oyadılmasına çalışır və bu sahədə fəaliyyətlərini davam etdirir.






Yorumlar