"Millət nədir?" - Ernest Renan

Milli hüququ hansı ölçülər üzərində qurmalıyıq? Hansı işarələrdən onu tanıyacağıq? Konkret hansı hadisəyə əsaslandıracağıq?
Bir çoxları özündən əmin bir şəkildə irqə deyəcəkdir. Gerçək saf bir irqin olmadığıdır və siyasəti etnik araşdırmaya əsaslandırmaq onu bir xəyala əsaslandırmaq deməkdir. Ən köklü ölkələr İngiltərə, Fransa və İtaliya qanın ən qarışıq olduğu ölkələrdir. Almaniya
bu məsələdə istisnadırmı? Saf german olan bir ölkədirmi? Necə yanlış! Bütün cənubu Qalliyalıdır, bütün şərqi Elbadan etibarən isə slavdır. Mənşədə əsas olan irq faktı hər zaman önəmini itirərək varlığını davam etdirir. İnsan tarixi zoologiyadan mahiyyət etibarilə fərqlidir. Gəmiricilərdə və ya pişiklərdə olduğu kimi insanda irq hər şey deyildir və insanların onların kəllərini əlləmək və daha sonra “sən bizim qanımızdansan; bizə aidsən” deyərək onları sıxışdırmaq haqqları yoxdur.
İrq haqqında dediyimiz şeyləri dil haqqında da deməliyik. Dil birləşməyə səsləyir; amma buna məcbur etmir. ABŞ və İngiltərə, İspaniya Amerikası və İspaniya eyni dilləri danışırlar və tək bir milləti təşkil etmirlər. Əksinə, İsveçrə fərqli bölgələrin razılığı ilə yarandığı üçün üç və ya dörd dilə sahibdir. İnsanda dilin üzərində də bir şey vardır; bu istəkdir. Dillərinin fərqliliyə rəğmən İsveçrənin birləşmək istəyi, çox zaman alçaltmalar nəticəsindən əldə edilən dil bənzərliyindən çox daha önəmli hadisədir. Dillərə verilən siyasi önəm onlara irqlərin özünəməxsus simptomları olaraq baxılmasından qaynaqlanmaqdadır. Heç bir şey bu qədər yanlış ola bilməz. Dillər onları danışanların qanı haqqında çox az şey deyən və hər vəziyyətdə, həyat və ölüm üçün qurulan ailəni müəyyən etmək əsas məsələ olduğu zaman insan azadlığını susdura bilməyən tarixi formalardır.
Din də modern milliliyin qurulması üçün yetərli bir zəmin təşkil edə bilməz. Din mənşə etibarilə sosial qrupun varlığına bağlıdır. Günümüzdə vəziyyət tamamilə aydındır. Tək formada inanışı olan kütlələr artıq yoxdur. Hər fərd edə bildiyi və istədiyi formada özünə görə inanmaqda və bunu tətbiq etməkdədir. Artıq dövlət dini yoxdur; katolik, prosestant, musəvi, dinsiz olaraq fransız, ingilis və alman olmaq mümkündür. Din şəxsi bir şey halına gəlmişdir; hər kəsin düşüncəsi ilə əlaqədardır.
Coğrafiyanın, təbii sərhədlər olaraq adlandırılan şeyin şübhəsiz ki, millətlərin fərqləndirilməsində önəmli rolu vardır. Coğrafiya tarixin təməl faktorlarından biridir. Bununla birlikdə bəzilərinin inandığı kimi, bir millətin sərhədlərinin xəritəyə işlənildiyini və bu millətin bəzi sərhədləri yuvarlaqlaşdırmaq üçün “a priori”  bir növ sərhədləyici bacarıq verən təbiətə, bir çaya çatmaq üçün zəruri olan şeyi zəbt etmək haqqına sahib olduğunu deyə bilərikmi? Bundan daha özbaşına və pis nəzəriyyə tanımıram. Bununla bütün şiddət fəaliyyətləri legallaşdırılır. Və hər şeydən əvvəl bu saxta təbii sərhədləri yaradan dağlar və ya çaylardırmı? Dağların bölgələri bir-birindən ayırdığı mübahisəsiz bir faktdır, amma çaylar daha çox birləşdirirlər. Və üstəlik də dağların hamısı dövlətləri bir-birindən ayırmır. Xeyr, nə torpaq, nə də irq bir milləti formalaşdırmır. Torpaq işləmək və müharibə sahəsi verir, insan ruhunu verir.
Bir millət bir ruhdur, mənəvi prinsipdir. Əslində tək bir şeyi formalaşdıran iki şey bu ruhu, bu mənəvi prinsipi inşa edir. Biri keçmişdə, digəri isə indiki zamandadır. Biri xatirələrin zəngin mirasının ortaq mülkiyyətidir; digəri indiki təsdiqdir, birlikdə yaşamaq istəyidir, bölünməz bir şəkildə alınmış mirası dəyərləndirməyi davam etdirmək istəyidir. İnsan tez bir zamanda formalaşmır. Millət, fərd kimi, cəhdlərin, fədakarlığın və adamların uzun bir keçmişinin çata bildiyi nöqtədir. Ataların dini hamısından daha legitim idi; atalarımız bizi olduğumuz kimi buraxıblar. Böyük insanların, fədakarlığın qəhrəmanlıq dolu keçmişi, məhz bunlar milli fikirin üzərinə yerləşdiyi ictimai sərmayədir. Keçmişdə ortaq şərəfə, bu gün isə ortaq bir istəyə sahib olmaq; birlikdə böyük işlər etmiş olmaq, daha artığını etməyi istəmək, məhz bir xalq olmaq üçün təməl şərtlərdir. Qəbul edilən fədakarlıqlar və çəkilən əzablar ölçüsündə sevilir. İnşa edilən və sonrakı nəsillərə miras qoyulan ev sevilir. Spartalıların nəğməsindəki: “Sizin daha əvvəl olduğunuz şeyik; indi olduğunuz şey olacağıq” saflığı içində hər vətənin qısa melodiyasıdır.
 Keçmişdə paylaşılmış olan qürur və qayğılar, gələcəkdə gerçəkləşdiriləcək ortaq proqram; birlikdə əzab çəkmiş, əylənmiş, ümid etmiş olmaq, məhz bu strateji düşüncələrə uyğun sərhədlərdən və gömrük qapılarından daha keçərli olan şeylər; məhz din və dil fərqliliklərinə rəğmən başa düşülən şeylər. Bir az əvvəl “birlikdə əzab çəkmiş olmaq” demişdim; bəli, əzab sevincdən daha yaxşı birləşdirir. Əslində milli xatirələr, matəmlər zəfərlərdən daha keçərlidir; çünki vəzifələri diqtə edirlər; birlikdə fəaliyyət göstərilməsini əmr edirlər.
O halda bir millət edilmiş və hələ də edilməyə hazır olan fədakarlıq hissi tərəfindən formalaşdırılmış böyük bir həmrəylikdir. Bir keçmişin varlığını fərz edir, buna rəğmən indidəki konkret bir hadisə ilə yekunlaşır; ortaq həyatı davam etdirmək üçün açıq şəkildə ifadə edilmiş istək, təsdiq. Fərdin mövcudluğunun həyatın davamlı təsdiqi olması kimi, bir millətin mövcudluğu da bütün günlərin bir plebisitidir.

Qu’est-ce qu'une nation? (Millət nədir?), Discours et Conferences, 1887, s. 290, 293-305 ve 306-308, seçilmiş hissələr.


Tərcümə edən: Araz Əliyev

Yorumlar