Film analizi: "2001: A Space Odissey" (1968)


2001: A Space Odyssey, sinema sənətinin zirvələrində bir əsər, insan zəkası və xəyal gücünün mükəmməl məhsulu.
Bugün haqqında fikirlərimi paylaşmaq istədiyim əsər 1968 istehsalı bir Stanley Kubrick filmi olan 2001: A Space Odyssey-dir. Zamanının çox irəlisində olan filmin ssenarisi Arthur Clarke'nin qısa bir hekayəsindən istifadə edilərək Stanley ilə birlikdə yazılmışdır.

Kubrick ona rədd edə bilməyəcəyi bir  təkliflə gəldiyində Clarke razılaşmış və biz sinemasevərlər belə böyük bir sənət nümunəsini izləyə bilmişik.
Film öz altmətini ilə tarixin ən müəmmalı filmlərindən biri bəlkə də ilkidir. Çox az dialogların olmasına, filmin çox hissəsinin yavaşca axmasına baxmayaraq, mükəmmək sinematografiyası ilə biz izləyiciləri təsiri altına almıştır.
Mətnin bundan sonrasında filmin anlaşılması üçün ciddi spoiler ola biləcək yazılar olacaq. Buna görə əvvəl filmi izləməniz şiddətlə tövsiyə edilir)
Filmimiz bir-biri ilə əlaqəsiz kimi görünün hekayələrdən ibarət görünsə də, usta rejissor burda növümüzün psixolojik, zehni, sosial və biyolojik inkişafını gözlər önünə sərmişdir. İndi gəlin qısaca filmin bölümlərindən danışıb bir nəticəyə gəlməyə çalışaq.
İlk olaraq film bir qaranlığın ardından (zamanın və məkanın başlanğıcı) sistemimizin bizim üçün mərkəzi olan üç cism -  Günəş, Ay və Dünyanın astronomik vəziyyətlərinin təsvir ilə başlayır.
Ardından hekayəmiz bizi bir anda çöldə bir qrup inkişaf etmiş primat dəstəsi - Australopiteklər ilə qarşılayır. Burada növümüzün inkişafında ilk zamanlardan rəqabət, hakimiyyət kimi anlayışlar ifadə edilir. Bir anda sürünün olduğu yerə Mükəmməl bir həndəsi formaya sahib düzbucaq daş enir. Kubrick bu daş ilə insan zehni və onun inkişafını - təkamülünü ifadə edir. Bunun vasitəsilə ilk əmək aləti  yaranır. İnkişafın ilk dövründə olan Primatlar bunu cinayət üçün istifadə edir. Bu belə gələcəyimizdən xəbər verir. Hekayə meymun sürüsündə baş verən dava, sürünün tapdığı müəmmalı daş və ardından göyə atılan sümük parçası - soyuq silahın göyə atılması ilə sonlanır. 200-ci ilə gəlirik.
Və sümük - ilk alət kosmik gəmiyə çevrilir. Ancaq insanlar yenə də bu ixtiraları iqtidarı ələ almaq eçen istifadə edir (Soyuq savaş illəri). İsimdən göründüyü kimi ana məkan olan Kosmosda - Dr. Floyd-un aya səyahəti hekayəsində ilk dəfə dialoglarla qarşılaşan tamaşaçı özünü böyük bir sirrin içində tapır. Clavius kraterindən əlaqənin kəsilməsi, epidemiya xəbərləri həqiqəti gizləməyə çalışır.
Ardından karantinanın əsl səbəbi olan, ay səthinə 4 milyon il əvvəl (İnsan növünün biyolojik təkamülünün qırılma anlarından biri) ''yerləştirilən'' nəhəng daşla qarşılaşırıq. Eynən primat sürüsünün tapdığı daş...
Və sirlərin ardı kəsilmir, hər zamaki Stanley...
18 ay sonra 3 nəfərlik bir heyətin Yupiterə səyahəti ilə qarşı qarşıyayıq. Bunlar astronotlar - Dave və Frank və Super (Ümumi) Süni intellekt - Hal 9000. Halı da heyətdə saymağımın səbəbi onun hekayədə azımsanmayacaq dərəcədə rolu və  düşüncələri ilə bizim gələcəyimizə işarə verməsindədir. Hal artıq insan məhsulu ən üstün alətdir. Ancaq biz öz yaratdığımıza məğlub oluruq, ona baş əyirik.
Burda diqqətlərdən yayınan bir nöqtəyə toxunmağı istəyirəm. Filmdə Hal və Frankın şahmat oynamasını xatırlayaq. Orda Kubrick bizə oyunun son həmlələrini dinlətdirir.Bir çoxumuz diqqət etmədən Halın qələbəsini qəbul etsək də, əslində uyğun gedişlər nəticəsində oyun bitməməlidir. Kubrick kimi bir şahmat ustasının belə bir xətaya yol verməsində bir göndərmə olduğu düşünülə bilər. Kubrickin burada bizə bir daha Süni İntellektin insanlığa qalib gəlməsi, insanların sorğulamadan onlara təslim olmasını  göstərir.
Hekayəmizin ardında Halın bəzi narahatçılıqlarını görürük. O verilən tapşırığın vacibliyindən, aydakı sirli daş mövzusundan söz açır. İki astronot Halın xəta etdiyini düşünür və onun programını dayandırmağa çalışır. Hal Frankın ölümünə və boş kosmosa doğru getməsinə səbəb olur. Və beləcə öz yaratdığımız alət, bizə savaş elan etmişdir.
Artıq məsələ Yupiterə gedib bir sonraki zehni təkamülünü keçirmək, bir baxıma savaşı qazanmaqdır. Amma insanoğlu inatçılığını göstərir və Halın yalan və yalvarışlarına baxmayaraq Dave programı dayandırır.
 Filmin son hissəsi film tarixinin ən sirli, müəmmalı 30 dəqiqəsi ola bilər. Dave Yupiterə (Zeusun evi və gücün simvolu) çatdıqda bir anda uzay boşluğunda qəribə planetlər, fərqli kozmolojik hadisələrlə qarşılaşır. İnsan öz təkamülünü bitirir...
Özünü bir otaqda tapan Dave, burda orta yaşlı, qoca və yataqda çox qoca halını görür.
Ən sonunda insan növünün sonu ilə qarşılaşır. Artıq bu böyük kainatda onun zamanı dolmuş, son yarpaq düşmüşdür.
Ən yaşlı adam, insanın heyvani əlamətlərinin son həddi əlini daşa - mütləq şüura uzadır.
Michelangelo'nun Adəmin Yaradılmasına göndərmə olan bu an ilə artıq insan saf şüur halına, Nietzschenin deyimi ilə Üst İnsana çevrilir. Və kosmosdan dünyanı izləyən ulduz olaraq təsvir edilir. Carl Sagan'ın dediyi kimi :
 Bizlər öz mənşəyimizi tapmağa maraq saldıq. Ulduz Tozu olan bizlər, milyardlarca atomun şüurla nəticələnən təkamülünün nəticəsi olan bizlər ulduz işığını toplayan ulduz tozlarıyıq.
Təşəkkürlər Kubrick usta, yaşama səbəbimizi axtarma yolunda bizə işıq tutduğun üçün.İşıqlar içində yat...


Müəllif: Fərid Məmmədov

Yorumlar