"Emil Cioran: Həyatın və Ölümün ziddiyyətli filosofu" - Karl White

Fəlsəfə ölüm qarşısında çarəsizmi qalır? Karl White rumın filosof Emil Cioranın doğum, var olmaq və yox olmaq haqqında həyat boyu çəkən meditasiyasına daxil olub, fəlsəfənin bizi son saatlarımızın ümidsizliyin-dən qurtarıb qurtara bilməyəcəyini, onun sərhədlərinin də öz ölümlülüyümüz təməlində yatıb yatmadığını soruşur.
Başlanğıcından bu yana fəlsəfi
araşdırmanın fokus nöqtəsi ölüm oldu. Fəlsəfə bizə necə ölünəcəyini öyrədir, dedi Sokrat. Ona görə, ölümdən qorxduğumuz zaman müdrik kimi davranırıq. Çünki bu barədə heçnə bilmirik. Biləbilsəydik, bütün instinklərimizə rəğmən bu bir lütf ola bilərdi. Fəlsəfə eyni zamanda ölümlülüyümüzlə əlaqəli bilgini dayanmadan təkrarlayaraq qorxularımızı azaltmağa çalışdı. Bu [bilgi] bizi ölümümüzü müstəsna bir şey olaraq görməməyimiz üçün gündəliyin üstünə çıxarmağa çalışır; bizi ölümə məhkum olduğumuzu xatırlamağımız gərəkən bir növ təvazökarlığa, daimi memento mori-yə (tam olaraq “öləcəyini xatırla” deyə tərcümə olunan bir deyim) yönləndirir. Bəs bu məqsədlərindən hər hansı birində uğurlu oldumu? Rumın filosof E.M.Ciorana görə bunun cavabı qulaqları kar edən bir “yox”dur, çünki onun fikrinə görə "təbiət ölümü düşünməkdən yayınanlardan başqa heç kimə səxavətli deyil" .Yox olmağımızın gerçəkliyi ilə üzləşdiyində həqiqi fəlakət ilə qarşı-qarşıya qalan fəlsəfə ancaq öz uğursuzluğu və acizliyi haqqında bir meditasiya ola bilər.
Cioran fəlsəfənin anti-filosofudur. Peşəkar filosofların təcrübənin çəkiciliyini və həyatın çıxmazlarını kateqoriyalarla təyin etmək, əxlaqi buyruqlarla sərhədləmək və basdırmaq cəhdlərini qınayır və alçaldır. Cioran bunun yerinə təkrarolunmaz üslubu, ironiyası və qara yumoru ilə hisslərinin, qəzəblərinin və məyusluqlarının bir sağa bir sola hərəkət etməsini və ağılın, fəlsəfənin ölümün gözə görünməz və sonsuz gücünün öhdəsindən gələ bilməməsini qeyd edir. İnsan onun gözündə taleyin və öz kontrolundan kənardaki güclərin bir kuklası ikən, ağlın məntiqli  istifadəsi  ilə varlığın mahiyyətini təzyiq altına almaq üçün cəhd edən bir nizam olaraq fəlsəfə insan təkəbbürünün istehzalı və gülməli bir örnəyindən ibarətdir.
"Əgər fəlsəfə həyatın mənasını vermək üçün mübarizə apararsa, ölümlə bağlı nə təklif edə bilər?"

Cioran fəlsəfi həyatına Nitsşeçi ənənə içində həvəsli vitalist kimi başlayıb, forma və məntiqi mübahisəyə az əhəmiyyət verərək həyatı təsdiqləyən etikanı dəstəkləmişdir. Yenə də zehnini məşğul edən şeylər aşağı gördüyü ənənəvi filosoflar ilə eyni idi-ən azından  ölümə olan marağı.Lakin Sokrat fəlsəfəni sona doğru bir hazırlıq forması və ölüm ilə sükunətli və nəzakətli bir qarşılaşma yolu kimi tərif edərkən, Cioran ağlın və müdrikliyin 19-cu əsrin təməlcilik əleyhdarı fəlsəfələrinin çoxunu yönləndirənlərlə eyni səbəblərə görə, yox olma qarşısında aciz olduğu qənaətinə gəldi: biologiyanın prioriteti, dilin qeyri-sabitliyi və bütün əxlaqi sistemlərin tarixiliyi.




Cioran üçün ağıl həyatın irrasional qüvvəsi üzərində qurulmuş zəif bir quruluş kimi görünürdü və bu bilinməyəni taclandırmaq ölümün və var olmamanın qaçılmaz bir yanaşması idi. Fəlsəfə əgər həyatı anlamlandırmaq üçün çalışsaydı, ölümə dair nə təklif edə bilərdi? Bu cür Maarifçilik əleyhdarı güclər Cioranı yox olma qaçınılmazlığı mövzusundaki fərqindəliyi səbəbiylə özünü ortaq insanlıqdan ayrılmış hissetməyə sürüklədi: "Şüur həyatdan müstəqil hala gəldiyində, ölüm elə güclü bir şəkildə açığa çıxar ki, mövcudiyyəti bütün saflığı, bütün nəşəli coşğunu və bütün təbii şəhvətliliyi yox edər...İnsanların nəticəyə bağladıqları layihələri və onun teoloji illüziyaları da bərabər dərəcədə boşdur". Bir gün nə yaşam, nə zehin, nə də düşüncələr olacağına dair bütün bilgidə, həyatın özünün çiy təcrübəsindən və zehnin bunu mənalandırmaya yönəlik zəif və bacarıqsız cəhdlərindən başqa bir şey yoxdur.
Ciorana görə, ölümə qarşı ləyaqətli münasibət göstərməyə nə qədər çalışsaq da, ölümümüzün həqiqi və rəngsiz görünüşü bizi motivasiya və mənadan məhrum edir.Yunan Naturalizmində də,Roma Stoaçılığında da cəzb edici bir şey yox idi. Müharibədən sonra Cioran özünü insani məsələlər üstündə sardonik biraforizm yazarı və kinik şərhçi olaraq yenidən təzahür etdirdi. Bir çox tərəfdən Sartre əleyhdarı oldu. Sartre azadlığı və qurtuluşu təbliğ edərkən, Cioran sabit bir şəkildə insan məhbusluğuna, tələyə düşməsinə və məhdudluğuna dair ciltlərlə kitab yazdı. Bütün ideologiyalar iflas etmişdi, azadlıq bir yalan idi, şiddət və nifrət insan təbiətində mövcud idi və də bütün bunlara son vermək ölümün mənası olmayan çıxmaz yolu idi.Cioran daha əvvəl yox olmağımızla bağlı həqiqəti basdırmaq və qısırlaşdırmaq istəyən bütün cəhdləri xeyli şübhəli olduğu nəticəsinə gəlmişdi. Lakin düşüncənin yox oluş ilə qarşı qarşıya gəldiyindəki acizliyini dayanmadan təkrarlayacaqdı.
Heç bir stoik düşüncə hamının bir gün ölməli olduğu həqiqətinin öhdəsindən gələ bilməz
Ancaq nadir hallarda Epikürün ölüm düşüncəsi ilə mübarizə yolunun şərhlərindən biri Cioran'ın qanına girir. O da belə deyirdi: "Artıq var olmayan insanları düşünür və onlara yazığım gəlir. Düzdü, o qədər də acınası bir vəziyyətdə deyillər. Belə ki, ölüm problemi başda olmaqla bütün problemləri həll etdilər".Yenə də bunun kimi uydurmalar keçici idi. Cioran nə qədər çalışır çalışsın ümidsiz gerçəkliyə dəstək çıxa bilməz, onu yalnız qəbul edə bilərdi. Fəlsəfə ümumiləşdirmələrlə məşğul olaraq təcrübənin gücünü qısıtlaşdırmağa çalışır. Lakin hər fərdin bir bələdçi olmadan öz başına ölməsi gərəkdiyi gerçəyini inkar etməsi, onu bir məsxərə mövzusuna çevirir.

"O mənə heç bir məna ifadə etməmişdi. Bu il sonra, birdənbirə nə olur olsun onu bir daha əsla görə bilməyəcəyimin fərqinə vardığımda demək olar ki, çökdüm. Ölümün nə olduğunu ancaq, zamanında laqeydliyimin obyekti olmuş birinin üzünü xatırlayaraq anlaya bilərik".Heç bir stoaçı təfəkkür hər kəsin bir gün ölməsi gərəkdiyi gerçəyinin üstəsindən gələ bilməz".
Fəlsəfənin ölüm qarşısındaki acizliyi Cioranın digər mətkəzi inancı ilə yaxından əlaqəli idi:ölüm qorxunc bir fəlakət olsa da, qarşısı alınmaz bir faciə hər şeydən əvvəl doğulmuş olmaq idi. Həyatın özü keçici, təxmin olunmaz və xəyal qırıqlıqları ilə doludur. Nə etdiyimizi, nə də niyə etdiyimizi bilərik. Ölüm çox az sayıdaki qətilikdən biridir.”Ölümə doğru qaçmırıq, doğum fəlakətindən qaçırıq. Fəlakət qurbanları olaraq onu unutmaq üçün çalışırıq. Ölüm qorxusu həyatımızın ilk anına qədər gedən bir qorxunun gələcəyə yansıtılmasından ibarətdir”. Ölmənin tək səbəbi doğulmuş olmaqdır.
Məzarlıqların davamlı bir ziyarətçisi olan Cioran, doğum və ölümün bu dəmirdən zincirini tutan bir aydınlanma anı yaşamışdı: "Hamilə bir qadın içəri girdiyində, kəndə yuxarıdan baxan bu məzarlıqda yalnız idim. Dərhal tərk etdim oranı. Çünki bu cəsət daşıyıcısını yaxın məsafədən görmək istəmirdim, nə də təcavüzkar bir bətn ilə köhnəlmiş məzarlar arasındaki-yanlış bir vəd ilə bütün vədlərin sona çatması arasındaki qarşıtlıq üstünə düşüncəyə dalmaq istəyirdim". Doğum, həyat və ölüm silsiləsi qaçması mümkün olmayan sarsılmaz bir birlikdir. Cioran Sofoklçu "bütün şeylərin içində ən yaxşısı heç doğmamış olmaqdır" anlayışına geri dönər.



Baş etmə cəhdlərindən birində Cioran həm yaşamın travmasını, həm də ölümün dəhşətini qəbullanmanın bir yolu olaraq "mən" anlayışını fəda etməyə girişdiyini gördüyündə on illər boyunca Budizm ilə maraqlandı. Lakin bunun kimi bir mənlik silinməsi hər nə qədər ölüm və var olmayış ilə əlaqəli olsa da daim canlı olan xüsusiyyətinə yad idi. Bundan əlavə qaçınılmaz olaraq fəlsəfi egonu hər şeyin mərkəzinə oturdan Faustçu bir fərdiyyətçiliyin dəstəkçisi Qərb fəlsəfi ənənəsinin bir parşası olduğunu bilirdi. Buddizm köklərindən qopardılmış bir qərbli üçün çox yad bir qaçış fantaziyası idi.
Cioran bu hissi daha başqa bir tərzdə ifadə etdi ki, bu eyni zamanda Epikürçü  təsəllini sona çatdırmaq üçün hazırlanmışdı: "Bizdən əvvək gəlmiş heçlikdən bir fərqi yoxkən,bizi gözləyən heçtən niyə qorxursanki: Antiklərin ölüm qorxusuna qarşı bu argument bir təsəlli olaraq qəbul edilə bilməzdir. Daha əvvəl var olmama şansına sahib idik;indiysə var oluruq və bu varoluş zərrəsidir ki, ölümdən qorxuruq. Düzdü,hər birimiz özümüzü kainatdan üstün tutduğumuz, ən azından ona bərabər gördüyümüz üçün zərrə uyğun bir söz deyil". Heç doğulmamış olmaqla, həyat və ölümü izləyən mövcud olmayış eyni şey deyildir. Bu ikisi heçlikdəki kəmiyyət eyniliklərinə rəğmən, keyfiyyət olaraq fərqlidir. Bizlər nə qədər hüsran və xəyal qırıqlıqlarıyla qarşı qarşıya qala biləcəyimizə baxmadan mənliklərimizə və can sıxıcı həyatlarımıza bağlıyıq. Son nəfəsini vermək fəlsəfənin bizə yardım edə biləcəyi bir mövzu deyildir. Ölüm heç bir zaman xoş qarşılanmayacaqdır
Antiklər işə yaramazdır. Ölüm haqqında düşünmək onu təcrübə etmək deyildir-fərdin ondan qorxmadığına inanması onun hələ ki, ölümlə tanış olmadığını göstərir: "İnsan ölümü qəbul edər, amma öz ölüm saatı gəldiyində deyil. Hər zaman ölmək, Ölmək məcburiyyətində olduğun an xaric!". Filosofların,mistiklərin və müdriklərin əsərləri vasitəsi ilə etdiyi araştırmalardan sonra Cioran kədərli bir şəkildə ancaq bu nəticəyə gələ bilərdi: "metafizika cəsədə heç yer buraxmır". Fəlsəfə zəifliyi və acizliyi içində heçbir məna daşımamasına rəğmən yaşamağa yönəlmiş bir təqliddir. Ölülər nə fəlsəfə edə bilər, nə də hələ ölməmiş olan filosofların bayağı sözlərini eşidə bilərlər.
Ciorana görə təsəlli yoxdur. Yalnızca eyni mövzu üzərinə sonu gəlməyən bir meditasiya vardır: "Ölümü düşünmədiyim zamanlarda içimdəki birini aldadıram hissinə qapılıram". Düşünmək ilə,kürt yatma və yazmaq ilə keçən on illərin ardından Cioran məğlubiyyəti qəbul etməyə məcbur olmuşdu. Fəlsəfi səyahətinin başında düşüncənin ölüm qarşısındaki acizliyindən şübhələnirdi. Ömür boyu davam edən təfəkkürü şübhəsini doğrulamışdı: "İllərlə, əslində bir həyat boyu,yalnız son anlar üzərinə düşünmək; həm də sadəcə, sonunda o an gəlib çatdığında, heç bir işə yaramadığını, ölüm düşüncəsinin ölməkdən başqa hər mövzuda köməkçi olduğunu kəşf etmək üçün!".

Tərcümə edən: Əhməd Əhmədov





Yorumlar