"Ekzistensializm, Nihilizm və Absurdizm arasındakı fərq" - Kamran Əliyev

Əsrlərdir ki, bir çox filosof düşünür ki, kainatda heç bir daxili məna yoxdur. Burada bu inanca verilən əsas 3 cavabı ümumiləşdirəcəyəm.
1) Ekzistensializm, fərqindəlik, azad iradə və şəxsi məsuliyyətin birləşməsi, öz təbiəti ilə bunlardan heç birinə sahib olmayan bir dünyada öz mənalarını qura bilmək inancıdır.
2) Nihilizm, kainatda daxili mənanın olmadığı inancıdır, eyni zamanda bunun yerinə qoymağa çalışmağında
mənasız olmasına dair inancdır.
3) Absurdizm, məna axtarışının mənasızlığın olmaması ilə daxili ziddiyət təşkil etməsinə inamdır, amma insan bunu qəbul etməli, həm də həyatın təklif etdiyi şeyləri eyni zamanda üsyan etməlidir.
Bu inanclar üçün fəlsəfi təməl bunlardır, lakin insanların bu halları fərdi olaraq həll etmələrinin 3 yolu var:
·   Din və  ya spiritizm kimi məna çərçivəsinə bürünmək və ya yaratmaq;
·   Mənasızlığı qəbul edib və bu bilgilərə rəğmən yaşamağa davam etmək;
·  Həyat tamamilə mənasız olduğundan ya da cansıxıcı və ya çox ağrılı olduğundan intihar etmək;
Kamyunun absurdizmini intellektual bütövlüyü tərk etmədən praktiki olduğu üçün ən təmin edici cavab olaraq görürəm. Eyni zamanda qəbul etməyi və üsyanı öyrədir.
İntihar etmək həyatın təklif edə biləcəyi gözəlliklərə arxa çevirir. Bu zəif mövqedir və tez-tez Absurdizmə bənzəyir, amma belə deyil.
Absurdizm bizə ya həqiqi mənanın mümkünsüzlüyündən praktiki həll təqdim edən bir inanc quruluşu qurmağa və ya qəbul etməyə imkan verərkən, əslində istifadə edilən sistemin də mənasız olduğunu heç vaxt rədd etməmişdir.
Beləliklə, təslim olan bir insan bir şeyə inandığını söyləsə də, təslim olmayan insan süni olduğunu əvvəldən bildiyi bənzər quruluşu qəbul edir.
Buradakı maneə; Bir inanc quruluşunu qəbul etməyin səhv olduğunu bilərək (çünki bunu etməmək çox ağrılıdır) bunu yalnız praktiki məqsədlər üçün etmək arasında qırılma nöqtəsidir. Çoxları biri ya da digəri olaraq başlayır, sonra köç edir və ya məcbur olduqda digəri olur.
Bu seçimlər arasında harada dayanacağını (və ya bəlkə də kənarda) bilmək özünü dərk etməyin çox mühüm hissəsidir.


Tərcümə edən: Kamran Əliyev 
Mənbə: Limenya

Yorumlar