"COVİD-19 haqqında rasional düşünərkən" - Alex Brodbent

 Bu məqalə konseptual məsələlərə aydınlıq gətirmək və xərc-fayda təhlili aparmaqla, COVID-19-un cərəyanını rasional dərk etməyə kömək etmək məqsədi daşıyır. Bunun üçün aşağıda verilmiş rezume tələb olunur. Bununla birlikdə, bu məqalə COVID-19 və ya hər hansı digər xəstəliklə bağlı hər hansı bir faktiki məsələyə, habelə tibbi və ya digər texniki və ya peşə məsələlərinə dair nüfuzlu rəhbər kimi şərh edilməməlidir. Müəllifin rəsmi tibbi və ya epidemioloji
təhsili yoxdur.

 İstinad məlumatları
 Koronaviruslar hər yerdə mövcuddur (onları hara baxdığımız yerdə tapırıq) və dünyada 5-10% resperator (tənəffüs yolu ilə yoluxan xətəlik) infeksiyaya səbəb olur və epidemiyalar zamanı üçdə birinə qədər yüksəlir. Texniki terapiya ilə yanaşı koronavirusların xüsusi müalicəsi (yoluxmadan qoruyan vaksin və ya müalicə edən dərman) mövcud deyildir. Rəqəmlərdən göründüyü kimi, bu infeksiyalar həyat üçün təhlükə yaratmır. Hamımızda bu tip xətəliklər var idi. Bu, çox vaxt səhvən "qrip" adlandırılan qripin özündən başqa bir neçə virus infeksiyasından biridir. Ancaq bəzi ştamlar (mutasiyaya uğrayıb müəyyən qədər fərqlənən virus), daha ağır kəskin resperator sindromu (Çindən də gələn SARS) və Orta Şərq tənəffüs sindromu (MERS) kimi xəstəliklərdən daha təhlükəlidir, pnevmoniya və ciddi ağciyər xəstəliklərinə səbəb ola bilər. (1,2)
 2019-cu ilin dekabr ayında Çinin Hubei əyalətində 11 milyon əhalisi olan Wuhan şəhərində sətəlcəm xəstəliyi, Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci ilin fevral ayında COVID-19 olaraq təyin etdiyi yeni koronavirusun aşkarlanmasına səbəb oldu. İlk yoluxmuş insanlar heyvan ətinin və balıqların satıldığı bazarı ziyarət etmişdilər, iki yaxın qohumu olan COVID-19 zootonik mənşəli olması mütləq olan yarasalarda aşkarlanmışdı (bir çox koronaviruslar üçün ümumi və nəticədə əsasən bizə məlum olan budur ki, infeksion xəstəliklərin əksəriyyəti təsərrüfat və ev heyvanlarında yayılmışdır.). Bununla birlikdə, infeksiyanın insandan insana ötürülməsi mümkünlüyünü göstərən epidemiya yayıldı.
 Aşağıda ÜST (Ümumdünya Səhiyyə Təşkilatı)-ın bu vəziyyətlə bağlı son hesabatının xülasəsi verilmişdir.

Region
İsbat olunmuş xəstəlik halları
Yeni xəstələnmiş şəxslər
Ölüm halları
Yeni ölmüş şəxslər
Çin
80.904
45
3.123
23
Dünyanın qalan hissəsi
28.674
3.949
686
202
Ümumi rəqəm
109.578
3.994
3.809
225

 World Health Organisation. Coronavirus Disease 2019 (COVID-19) Situation Report – 49.; 2020. (4)
 Çində yeni halların sayı azdır və getdikcə azalmaqdadır; Epidemiyanın zirvəsi yanvar ayının sonu - fevralın əvvəlində baş verdi. Yuxarıdakı cədvəldən aydın olur ki, bu yazını yazarkən son 24 saat ərzində (təqribən 9 Mart 2020-ci il) bütün xəstəlik hallarının 14% -i və ölümlərin 29% -i qeydə alınmışdır. Son dəyişiklikləri edərkən yeni bir hesabat çıxdı; Dünənki hesabat Çindən kənarda yalnız 71 ölüm hadisəsini göstərdi. Beləliklə, mən yazarkən hadisələr sürətlə inkişaf edir. Ancaq bütün bu məlumatlar, əlbəttə ki, çox tez köhnəlir; bunu oxuduğunuz zaman şəkil yenidən kəskin şəkildə dəyişə bilər. Cəmiyyətdə infeksiyanın ötürülmə mexanizmi məlum deyil, lakin bunun asqırma, öskürək, bədənlə təmas və virusun 24-48 saat davam edəcəyi yerlərin səthləri ilə təmasda olması və hava yolu ilə ötürülməsi də mümkündür. COVID-19-un klinik kursu hələ lazımi səviyyədə öyrənilməmişdir və ölümlərin tezliyi kimi vacib faktları başa düşmək, aşağıda müzakirə olunan mövzulardan biri olan göstəricilərin konseptual anlaşılmasını tələb edir.
 Mövcud çaxnaşmanı nə izah edir və haqlıdırmı? Aşağıda panikanı iki amil, yəni əhalinin məlumatlı olmaması və epidemioloji əhəmiyyəti hər zaman aydın olmayan müxtəlif göstəricilərin əhəmiyyəti ilə izah etməyə çalışacağam. İkincisi, planlaşdırılan vətəndaş sağlamlığına edilən müdaxilələrin xərcləri və faydaları barədə rasional bir analiz qurmağa kömək edəcək bəzi mülahizələri açıqlayacağam. Təklif olunan fəaliyyət kursunu qiymətləndirmək üçün "baxış nöqtələrinin" siyahısı təklif olunur. Bu mülahizələrin hamısı məqbul deyil, ancaq ictimai səhiyyə xidmətlərinin hərəkəti və ya hərəkətsizliyi üçün hər hansı bir rasional əsaslandırma olmalıdır. Sonda, müxtəlif məhsulların panik şəkildə satın alınması problemi ilə əlaqədar bir çox ictimai səhiyyə fəaliyyətində nə üçün çətinlik yarandığını açıqlayacağam.

 Reaksiya üçün əsaslandırma: cəhalət və yatırımlar
 Hamımız gec-tez öləcəyimizə görə xəstəliyin insan həyatı üçün yaratdığı təhlükə təkcə xəstə insanın ölmə ehtimalından asılı deyil. Bu xəstəliyin insanı öldürmə sürətindən asılıdır və bu da öz növbəsində onun nə qədər yoluxucu olduğuna və son dərəcə xəstə insanların nə qədər yaşamasına bağlıdır. Sürət bir miqdarın digərinin vahidlərində dəyişməsinin ölçüsüdür (7). Sürətlər həm xəstəliyə həm rasional, həm də intuitiv reaksiyaları anlamaq üçün lazımdır. Vəba (holera), 19-cu əsrdə xarabalıqlarda yaşayanların yarısını öldürə bilər, vərəm (tuberkulyoz) isə demək olar ki, 100% -ni öldürürdü, lakin vəba daha qorxulu idi. Düz də edirdilər, çünki, o çox tez yayılır və illərlə deyil, bir neçə gün içində ölümə səbəb olur. Vərəmdən daha çox vəbadan ölmək ehtimalı var. Vərəm snayperdir, vəba pulemyotdur.
 Xəstəlik tez yayılarsa, səhiyyə sistemini alt-üst edə bilər. Bu, Çində baş verdi. İnfeksiya və insanların ölüm sürətini nəzərə almasanız, bu rəqəmlərin az mənası var. Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin hesablamalarına görə, onun tərəfindən təyin olunan halların 81% -i yüngül (sətəlcəm və ya yüngül olmaması), 14% -i ağır, 5% -i kritik olmuşdur.(8) Bu hal nə qədər dəhşətlidir?
Hər şeyin nə qədər tez baş verdiyini anlamaq daha vacibdir. Bir şəhərdə 80.000 insan bir neçə həftə ərzində COVID-19 virusuna yoluxmuşdur. Epidemiya, ehtimal ki, dekabrın 31-də xəstəliyin ilk bildirilən hadisəsindən 4-6 həftə sonra yanvarın sonu və ya fevralın əvvəlində zirvəyə qalxdı. Bu, artıq yüklənmiş yerli səhiyyə sistemi üçün həddindən artıq (kursiv AB) yük oldu.
  Əgər bu başqa yerdə baş versəydi, digər sağlamlıq sistemləri də həddindən artıq yüklənərdi; bəlkə də daha artığı, çünki səhiyyə resursları dünyada azalıb. Ən ağır xəstələnənlərin də əksəriyyəti öləcəkdi və bu, domino effekti ilə nəticələnəcək, bu da hətta səhiyyə sistemi tərəfindən xidmət edilənlər arasında olanlar belə daxil olmaqla ölüm hallarının artmasına səbəb olardı.
 Eyni hesabatda ölüm nisbətinin 2.3% olduğu qeyd edilir. Bu yaxınlarda bir xəstəxanada 1099 iştirakçı arasında aparılan bir retrospektiv tədqiqat 1,4% nəticəsini ortaya qoydu.(6) Uyğunsuzluqlar göstərir ki, ölüm yalnız xəstəliyin daxili xüsusiyyətlərindən deyil, həm də tibbi xidmətlərin düzgün qayğı göstərmək imkanlarından asılıdır. Bir xəstəlik həyatı nə qədər sürətlə aparırsa, sağlamlıq sistemlərinə də o qədər təzyiq göstərir və daha çox insanın həyatı təhlükə altında ola bilər. Bu, mövcud narahatlıq səviyyəsini qismən izah edir.
 Bəzən mövsümi qriplə müqayisə etmək üçün cəhdlər edilir. Bunları çox diqqətlə şərh etmək lazımdır. Mövsümi qrip 1 milyard insanı yoluxdurur və 9.3 milyon nəfəri öldürür (5). Bəs niyə insanlar COVID-19-dan bu qədər narahatdırlar? Cavab, COVID-19-un Wuhanda gücü ələ keçirməsi və səhiyyə sistemini iflic etməsi ilə bağlıdır. Mövsümi qripdən ölüm nisbəti 1% -dən az olduğu halda, 1918-20 illərdə İspan qripi pandemiyasından ölüm nisbəti bölgədə 2-3% idi və hələ bu mərhələdə COVID-19 üçün də qiymətləndirmə sahəsidir. Wuhandakı halların başqa yerlərdə təkrarlanacağı təqdirdə, COVID-19 virusu geniş yayılacaqdı və ölümlərin 2-3% -i, bundan əvvəl yaşanan Böyük Vətən Müharibəsindən daha çox insanın ölümünə səbəb olan İspan qripi kimi qlobal əhəmiyyət kəsb edərək ekstrapolyasiya edildi və ona şərait yaradırdı. Bu isə narahatlığı izah edir.

 Reaksiya üçün əsaslandırma: xərc-fayda təhlili
 Pərdə arxasında hökumətlər ictimai səhiyyə tədbirlərinin xərcləri və faydalarını təhlil etməli olacaqlar. Bir həftə davam edən qlobal komendant saatı yayılmanın qarşısını ala bilər, eyni zamanda əhəmiyyətli iqtisadi xərclərə səbəb ola bilər. Xərclər və faydalar necə tarazlaşdırılmalıdır? Burada yeddi şeyi nəzərdən keçirək:
·      Səmərəlilik. Bu, özünü büruzə verir, lakin görülən tədbirlərin səmərəliliyi müəyyən edilməlidir. Bir araşdırma, bir kruiz gəmisinin karantininin gəminin enməsinə icazə verilməsindən daha çox infeksiya halları ilə nəticələndiyini göstərir. Əgər gəmi fevralın 3-də yerə çatsaydı, 79 nəfər yoluxmuş şəxs (göyərtədəki 3700 nəfərdən) sahilə çıxacaqdı. Bunun əvəzinə gəmi karantinə alındı və nəhayət fevralın 20-də yola salındı, təyyarədə karantinə ciddi riayət olunmasına baxmayaraq, 619 nəfər yoluxdu. Gəmidə yoluxma nisbəti episentrdə yerləşən Wuhan ilə müqayisədə dörd dəfə yüksək idi. Effektiv vətəndaş sağlamlığı tədbirləri bəzən əks təsir göstərə bilər və buna görə də yoluxucu xəstəliklərin epidemiologiyasında müvafiq mütəxəssislərlə məsləhətləşmək mütləqdir.
·      Reaksiyanın sürəti. Yuxarıda izah edildiyi kimi, infeksiya sürəti çox vacib olduğundan, əvvəllər görülən tədbirlər daha təsirli olacaqdır. Əgər COVID-19 qrip kimi 12 yox, 3 ay ərzində 1 milyard insanı (mövsümi qrip kimi) yoluxdurarsa, təsiri daha dağıdıcı olacaqdır. Hər hansı bir effektiv vətəndaşların sağlamlığı tədbirinin faydalarını qiymətləndirərkən bu nəzərə alınmalıdır. Məktəblər bağlanacaqsa, nə qədər tez olsa o qədər də effektiv olacaq; bu üsulla bağlanma müddəti daha qısa olacaq. Mən məktəblərin bağlanmasının tərəfdarı deyiləm, ancaq bunun bir amil olduğunu və ümumiyyətlə olub-olmadığını göstərirəm.
·      İnsan sağlamlığına, o cümlədən sağlamlığa iqtisadi təsir. Səyahət və ticarət məhdudiyyətləri iqtisadiyyata təsir göstərir. COVID-19-un qarşısını alaraq bir insanın rifah halını artıran, lakin ona iqtisadi zərər verən hər hansı bir müdaxilə rifahın hər iki tərəfi (kursiv A.B.) baxımından qiymətləndirilməlidir. İqtisadi böhranın sağlamlığa birbaşa təsir etdiyini başa düşmək xüsusilə vacibdir (və yalnız ümumi mənada rifaha deyil). Sərvət sağlamlıq üçün müəyyənedici bir amildir və qlobal iqtisadi böhranın özünün nəzərə alınması vecib olan ölüm dərəcəsi olacaqdır.
Bu çərçivədə vətənaşların sağlamlıq tədbirlərinin maliyyələşdirilməsi də vacibdir. Qısa iş saatları və ticarətdə məhdudiyyətlər nəticəsində bir çox insan çətinlik çəksə də, bütün fiziki işlərlə pul qazananlae evdə işləyə bilmədikləri üçün ən pis vəziyyətdə olurlar. Xərc və fayda təhlili, xüsusən də şəhər və kənd şərtlərini fərqləndirən müxtəlif yerli riskləri nəzərə alaraq analizi aparılmalıdır.
·      İqtisadi tənəzzülün faydaları. İqtisadi düşüş həm insanların rifahına, həm də əlaqəli sahələrə müsbət təsir göstərə bilər.
  Məsələn, Çində qanunsuz vəhşi heyvan bazarlarına qoyulan məhdudiyyətlər Afrikada brakonyerliyi azalda bilər. Bu, sosial rifaha səbəb olur, mütəşəkkil cinayətkarlığın həssas icmalara daxil olmasını və dövlət orqanlarının korrupsiyasını azaldır.
 Belə bir təsir ətraf mühitə də fayda gətirəcəkdir. Ekoloji faydanı özünüz (gözəlliyinizə, daxili dəyərinə və başqa nəyinəsə görə) və ya insanın rifahına indiki və gələcək gələcək töhfəsinə görə qiymətləndirməyinizdən asılı olmayaraq (yəni yalnız "sabitlik" və ya nəvələrinizin məmnunluğuna görə yox başqa hər hansı səbəblərə görə), mövzuya belə münasibətdə iqtisadi tənəzzül yaxşı bir xəbərdir: karbon tullantılarının azaldılması, tullantıların azaldılması və s.


 Sosial və ya ətraf mühitin faydaları ictimai səhiyyə tədbirlərinin iqtisadi xərcləri ilə əvəz edilə bilərmi? İnsanların rifahı ilə əlaqəli olduqları yerdə düşünmək ağlabatan görünür. Xaricə səyahət qadağası turizmə zərbə vura bilər və yerli iqtisadiyyata ziyan vura bilər, lakin kərgədanların nəslinin kəsilməsinin qarşısını alırsa, bir az kompensasiya ola bilər.
 İnsanlara faydası olmayan yerdə vəziyyət daha mürəkkəbdir: qeyd olunan kompensasiya çərçivəsində kərgədanın məhv olma təhlükəsinin azaldığını da göstərə bilərikmi? Ətraf mühitin özünəməxsus dəyəri olduğunu düşünürsünüzsə, düşünürəm ki, bu barədə fikirləşmək vacibdir: insan olmayan ətraf mühitin faydaları insanların sağlamlığını qorumaq üçün məhdudlaşdıran tədbirləri həyata keçirən iqtisadi ziyandan daha yüksək olmalıdır. İqtisadiyyatın məhv olması ilə nəticələnən insan iztirablarına COVID-19-un verdiyi əzablara daha az diqqət yetirməlisiniz.
Əks təqdirdə, mənzərəli gölün və ya qüdrətli ayının dəyərinin yalnız bizim, cari və ya gələcək nəsillər üçün faydalı olacağını düşünürsünüz. Buna baxmayaraq, COVID-19 virusu ilə mübarizə tədbirlərinin nəticəsi olaraq nəzərdən keçirməyə hazır olduğunuz iqtisadi böhranın dərəcəsini təhlil edərkən bir seçim etməlisiniz. Narahat olsa da, insanlara münasibətdə insan əli olmayan insan səadətinin böyük çəkisini qəbul etməyə məcbur olduğumuz və ya sonuncusunu rədd etdiyimiz bu əlverişsiz hallardan biridir.
·      İtirənlərin və qaliblərin müəyyən edilməsi, hüquqlarının müqayisəsi. Yaşlı insanlar və ağciyər xəstəliyi olan insanların COVID-19 virusuna eləcə də digər ciddi xəstəliklərə yoluxma riski yüksəkdir. Bu qrupların qorunması bütün cəmiyyətin xeyiri ilə üst-üstə düşməlidir. Məsələn, məktəblərin bağlanması şübhəsiz ki, yoluxma hallarını azaldacaq; lakin bu, əsas hüquqlarına sahib olan uşaqların təhsilinə zərər verə bilər və bununla da evdə onlarla vaxt keçirən nənə və babalarına mümkün fayda gətirir. Bu cür kompromislər ümumiyyətlə dövlət xidmətləri üçün ödəniş hallarında vergitutma halında olduğu kimi məqbul sayılır, ancaq müəyyən bir çərçivə daxilində. Hər hansı bir konkret tədbir barədə şərh vermirəm; məktəb bağlanması həqiqətən uşaqlara əhəmiyyətli fayda gətirə biləcək bir nümunədir. Mən sadəcə xərclər və fayda təhlilini tərtib etməyə çalışıram ki, bu tədbirlər nəticəsində ən çox təcrübəsi olanlar həmişə ən çox fayda götürən olmaya bilər və onların müvafiq hüquq və mənafeləri ölçülməlidir.
·      Həyatın miqdarca qiymətləndirilməsi. Nə qədər həssas olsalar da, səhiyyə xidmətləri ölənlərdən neçəsinin xəstə və yaşlı olduğunu düşünməlidir. Onların həyatı mahiyyətcə az əhəmiyyət daşıdıqları üçün deyil, həyatlarının bitməsinə az qaldıqları üçün. Güman edə bilərik ki, bu həftə koronavirus onlardan birini öldürməsəydi, gələn həftə və ya həmin gün başqa bir xəstəlikdən öləcəkdilər. Bu cür xəyali hadisələr filosofların səbəb-nəticə əlaəqsi barədə düşüncələrini əks etdirən araşdırma mövzusudur, bu vəziyyətdə qiymətləndiriləbilən bir dəyəri var. Həyat - binar dəyişən deyil, bir miqdardır və xəstəlik həm fərdlər, həm də bütün əhalinin populyasiyasını azaldır. Bu azalmanın miqdarı daha tez dünyasını dəyişəcək şəxslər, başqa sözlə xəstələr və qocalar üçün daha aşağıdır. Əhali üçün xəstəliyin qiyməti bu xəstəliyin götürdüyü həyat miqdarıdırsa, deməli o yalnız zamanla ölçülə bilər, çünki bütün həyat zamandır.
 Bəzilərimizdə digərlərindən daha çox həyat qalıb. Beləliklə, ictimai sağlamlıq üçün COVID-19 virusunun dəyəri nə qədər adam öldürdüyündə deyil, həm də kimləri öldürdüyünə də bağlıdır. Bu, əlbəttə ki, bir xəstəliyin dəyərinin və ya ictimai sağlamlıq tədbirlərinin faydalarının qiymətləndirilməsində yeganə amil deyil, ancaq həyatın məhdud miqdarda verildiyini nəzərə alsaq, virusdan qorunma tədbirlərinin təklif etdiyi üstünlükləri xəstəliyin dəyəri ilə qiymətləndirərkən kəmiyyət effekti nəzərə alınmalıdır.
·      Egalitarizmin mülahizələri. Profilaktik tədbirlər insanlara bir çox mənada fayda və zərər verə bilər, halbuki daha az təminatlı olanlar daha çox əziyyət çəkirlər. Bu digər xəstəliklər üçün də doğrudur, COVID-19-un onlardan çox fərqlənməyəcəyini güman etmək olar. Şəhərlər kənd yerlərindən daha zəngin olduğu üçün, ictimai sağlamlıq tədbirləri şəhərə xeyir verəcəkdir, çünki şəhərlərdə yoluxma riski daha yüksəkdir. Ofis işçiləri və fabrik işçiləri fərqli yoluxma riski ilə üzləşə bi lər, lakin səyahət məhdudiyyətləri fabrik işçilərinə daha az təsir göstərəcək, çünki bir çox ofis işçisi evdən işləyə bilər, əksər fabrik işçiləri üçün isə bu mümkün deyil. Varlılar çətin anları daha yaxşı atladırlar, çünki onların dar gün üçün yığdıqları pul, kredit və ya dəstək şəbəkələrinə çıxışı var.
 Nemətlərin ədalətli şəkildə paylanmasını təmin etməyə çalışa bilərik və egalitarizmin bu forması ictimai sağlamlıq baxımından çox cəlbedicidir. Ancaq kimsə bərabərsizliyin özünün səhv olduğunu düşünürsə, o zaman bu rəyi xərcləri və faydaları təhlil edərək əsaslandırmalıdır. Bərabərsizliyi artıran hər hansı bir ölçü bu cəhətdən mənfi olaraq qiymətləndirilirsə, ölçüdə yaranan bərabərsizliyin mövqeyini və effektivliyini ölçmək lazımdır. Mənə elə gəlir ki, bu cür mülahizələr ali səviyyədə intuisiyaya çox ziddir. Ölüm qrupunun ümumi əhalinin daha çox və ya daha az nümayəndəsi olmasından asılı olmayaraq daha çox ölümlə nəticələnən versiyanı seçdiyimiz vəziyyəti təsəvvür edə bilmirəm. Ancaq bərabərsizliyi kökündən yanlış hesab edənlər COVID-19 virusunun qlobal iqtisadiyyatdan sosial baxımdan daha ədalətli ola biləcəyini nəzərə almalıdırlar.
 Xülasə edərək, mən rasional qərara gəlmək üçün təklif olunan ictimai sağlamlıq tədbirini qiymətləndirmək üçün yeddi "nöqteyi nəzər" təklif etdim:
1.      Səmərəlilik.
2.      Reaksiyanın sürəti.
3.      İnsan sağlamlığına, o cümlədən sağlamlığa iqtisadi təsir.
4.      İqtisadi tənəzzülün faydaları.
5.      İtirənlərin və qaliblərin müəyyən edilməsi, hüquqlarının müqayisəsi.
6.      Həyatın miqdarca qiymətləndirilməsi.
7.      Egalitarizmin mülahizələri.
 Bu müddəalar bir fəlsəfi kontekstdə tərtib edilmişdir və bəziləri açıq bir siyasi kontekstdə istifadə olunarsa, qəzəbə səbəb ola bilər. Lakin, pərdə arxasında bu amillər qeyri-müəyyənlik qarşısında təcili tədbirlər barədə rasional qərar qəbul etməyə kömək etməlidir. Epidemiologiya fəlsəfəsi insan sağlamlığı ilə əlaqəli olduğu qədər, biologiya fəlsəfəsi ilə də insanın mənşəyinə bir o qədər əlaqəlidir:  işıqlandırır, amma hər zaman istəyimizə uyğun olmur.

 Əlavə mülahizələr: panik alış-veriş etmək və qarşısının alınması paradoksu
 Maskalar, lateks əlcəklər və digər faydalı əşyalar narahat insanlar və qurumlar tərəfindən alınır. Bu, digər tibbi məqsədlər üçün lazım ola biləcək dərman vasitlərinin (medikomentlərin) qlobal qıtlığına səbəb olur. Bir çox ictimai sağlamlıq tədbirləri fərdi əməkdaşlığı tələb edir və onların bir çoxunun ümumi həyata keçirilməsinə mane olan ümumi bir şey var: ortalama insan əməkdaşlıqdan itirə biləcəyi şey qazanacağından daha çoxdur ...
 Jeffrey Rose bunu qarşısının alınması paradoksu adlandırdı: "Cəmiyyətə fayda verən preventiv tədbir, iştirak edən ayrıca bir fərdə çox az şey verir." (10) 1940-cı illərdə 600 uşağın həyatını xilas etmək üçün difteriya əleyhinə vaksinasiyaya ehtiyacları var idi. Buna dəyərdi, difteriya aradan qaldırıldı, ancaq insanları peyvənd etdirməyə həvəsləndirmək bir problem idi (və qalır).
 Bənzər bir problem "panik alış-veriş"-lərə aiddir, yalnız tərs qaydada. Təchizat almaqdan imtina etmək bir şəxs olaraq sizə çox az kömək edir; əslində, hətta sizə zərər verə bilər, xüsusən də başqaları sizin nümunənizə əməl etmirsə. Ancaq qlobal faydaları çox daha böyükdür.
 Hər gün özümüzü və xüsusən də uşaqlarımızı kütlənin qarşısına qoyuruq. Bu cür davranışı qınamaq çətindir: insanlar həyatı fərqli təsəvvür etməyə çalışdılar, amma heç biri bacarmır. Bununla belə, demokratik proseslər və müharibələr kimi ictimai səhiyyə də bəzən bu mövqelərin bir qədər zəifləməsini tələb edir. Mesajımız sadəcə maskaların işləməməsinə aid olmamalıdır; xüsusən də mediada maska taxan çox sayda həkimin təsvir etdildiyi zaman bu etibar doğurmur. Ancaq bu onsuz da moral verən bir şey olmamalıdır: hamımız daim eqoist davranırıq. Bu birbaşa ictimai rifah hissinə, "müharibə ruhuna" və ya bu kimi bir şeyə müraciət etməlidir. Təbliğat maşınları rəqabəti təşviq edə bildikləri kimi, şəfqət və əməkdaşlığı da təşviq edə bilər. Bəlkə də, əməkdaşlığın mədəniləşdirilməsi və mərhəmət hazırki dövrdə o qədər də gözə çarpan deyil, bu COVİD-19 virusunun belə sürətlə yayılmasının müsbət tərəfi olardı.

Tərcümə edən : Rövşən Nəzərov 
Mənbə:  Sygma


Mənbələr:
1. World Health Organisation. WHO Coronavirus. WHO website. https://www.who.int/health-topics/coronavirus. Published 2020. Accessed March 8, 2020.

2. UpToDate. Coronavirus disease 2019 (COVID-19). UpToDate.com. https://www. uptodate.com/contents/coronavirus-disease-2019-covid-19. Published 2020.

3. Broadbent A. Philosophy of Medicine. New York: Oxford University Press; 2019. https://global.oup.com/academic/product/philosophy-of-medicine-9780190612139. (p.4)

4. World Health Organisation. Coronavirus Disease 2019 (COVID-19) Situation Report — 49.; 2020. https://www.who.int/docs/default-source/coronaviruse/situation-reports/20200309-sitrep-49-covid-19.pdf?sfvrsn=70dabe61_2.

5. Lockerd Maragakis L. Coronavirus Disease 2019 vs. the Flu. Johns Hopkins Medicine. https://www.hopkinsmedicine.org/health/conditions-and-diseases/coronavirus/coronavirus-disease-2019-vs-the-flu. Published 2020. Accessed March 10, 2020.

6. Guan W-J, Ni Z-Y, Hu Y, et al. Clinical Characteristics of Coronavirus Disease 2019 in China. N Engl J Med. 2020:1-13. doi:10.1056/NEJMoa2002032

7. Morabia A. History of Epidemiologic Methods and Concepts. Basel: Birkhauser Verlag; 2004. (p.9, p.17)

8. Wu Z, McGoogan JM. Characteristics of and Important Lessons From the Coronavirus Disease 2019 (COVID-19) Outbreak in China: Summary of a Report of 72 314 Cases From the Chinese Center for Disease Control and Prevention. JAMA. February 2020. doi:10.1001/jama.2020.2648

9. Rocklöv J, Sjödin H, Wilder-Smith A. COVID-19 outbreak on the Diamond Princess cruise ship: estimating the epidemic potential and effectiveness of public health countermeasures. J Travel Med. February 2020. doi:10.1093/jtm/taaa030

10. Rose G. The Strategy of Preventive Medicine. Oxford: Oxford University Press; 1992. (p.12)


Yorumlar