Fəlsəfənin əsas bölmələlərindən biri olan sosial fəlsəfənin mərkəzində
insan problemi durur. Hansı ki, insan yarandı və fəlsəfə kəşf olundu. O fəlsəfə
ki, mənalı mənasız, olan, olamayan hər bir fikri və ideyanı fəlsəfə
adlandırdılar. İnsan yaranarkən öz fikirlərini, ya çox anlamlı sayıb fəlsəfə
statusu verdi, ya da heç vaxt fəlsəfə sözünün anlamını bilmədi, hansı ki, bəlkə
bu cümləyə uyğun gəlməyən “axmaq” mənası var?
- "Yoxdur!”
- "Yoxdur!”
Bu qədər baş yorucu bir söz yaratdıq, hələ içindəkiləri
demirəm. Sonda buna “elm” dedik. Tədqiq
etməkdən və axtarmaqdan bezmədik? “Fəlsəfəni insan yaratdı” fikrini inkar edirəm.
Fəlsəfənin insana ehtiyacı yox idi. Bu vacib kəşfi edə bilməyən alimlərin “uğur
bu gün gəlmədi”, - düşüncəsiylə ertələməsidir. Fəlsəfə birdən yaranmadı, insanla
dünən yaranmadı və onu gözləmədi. Əvvəldən vardı və o, yaranarkən özü də
yaradılış gözlədi. Bəs bu yaradılanlar niyə onu tədqiq etməyi öz öhdələrinə
götürdülər? Bunu Fəlsəfə istəmədi. Problemmi yox idi, ya aksiyon lazım idi? Ola
bilsin ki, bununla özlərini insanlara yox, özlərinə sübut etmək istəyirdilər.
Bu gün“fəlsəfə” termini ilə adlandırılan, elə insanın da, dünyanın da var
olması, olması ilə “nəyi qazandığını və ya itirdiyini?”, ya da heç nə etməyən, elə
nihilist yanaşan bu məhfumun məqsədinin nə oluduğu, ya da heç məqsədinin
olmadığını dərk edərək və ya etməyərək, öyrəndiyimiz elm sizdən “məni öyrənin”
deməmişdi. Onsuzda, deyə bilməz. Diddikcə qan çıxartdıq. Təbii, o yara bir yerə
qədər kiçik olur. Daha sonra buna “elm” deyildikdə, “elm deyil” dedilər. Bunu
da insanlar etdilər. Bilmirəm, ”məqsəd nədir?” ”Sökmək ya tikmək?”. Tarixdən bu
günə qədər müharibələrdə dağıdılan saraylar yenidən bərpa olunub. Niyə? ”Olmalıdır”- deyə cavab yoxdur. Ümümən olmalıydıqmı ki, bu da
olsun? Bu olmaq üçün yaradıldıq, ya sökülsün deyə tikdik? Deməli, biz yarananda
ilk təməl sökülmüşdü,”daha yaxsışı” gəldi, -deyə. İnsan öncə yarandı. O bir qədər
kiçik qutuya(Yer)daxil oldu. Hansı ki, bu qutuda qalmış siçana bənzəyirdi. Vurnuxdu və sonda gücsüz və çarəsiz
olduğunu anladı. Tək qalmışdı. Xəyalən bir qüvvə-varlıq yaratdı və onunla dost
olub inandı. Qutudan daha böyüyünə daxil oldu. Bu uğurdan sonra insanlar artdı.
İnsan xəyalında canlandırdığı varlığın insanlar yanında aciz olduğunu anladı. Bununla
da daha güclüsünü yaratdı və ona ibadət etdi. Ona olan inam zamanla daha da dərinləşdi
və bu daha ağıllı şəkildə oldu. O qutudan çıxıb daha böyük ərazidə (müəyyən mənada
qutuda) yayıldı. Bu da zamanla oldu. Hansı ki, insanın yaratdığı varlığı ifadə
edən kitablar, məkanlar yarandı. Hamsını insan düşündü və yaratdı. Əslində o
düşündüyünü düşünməzdən əvvəl,
düşünülmüş bir varlığı yaratdığını unutdu, ya da heç anlamadı. Öz
yaradıcısını öz məqsədləri və mənafeyinə görə istifadə etdi. Yaradılarkən, “kim
bilir?” bəlkə də, bu qədər bərbad yaradılacağını düşünmürdü və Nitşenin də
dediyi kimi “Tanrı öldü və onu insanlar öldürdü”. Demək, öldürmək üçün 2 yol
var : maddi və mənəvi. Maddinin yenidən, sözün əsl mənasında, dirilmə və yaşama
şansı çoxdur. Məsələn, bayaq misal çəkdiyim sarayın yenidən tikilməsi və bərpası
ehtimalı, insanların ölümdən sonra reankarnasiya ehtimalı və s. Mənəvinin isə 1
canı var və o, maddi kimi “pişik canlı”deyil. Hər 2 ölüm sonrasında bərpa olsa
belə, eyni olmaz. Onu ölümə yaxınlaşdıran, yaradanının ona verdiyi və məcbur
olduğu hər şey təbii ki, yox olar. Yenidən başlamaq həmişə asan deyil.
Varlıqlar mümkün və zəruri olmasından aslı olmayaraq daim ölürlər. İnsanlar
yatanda-yuxuda, oyananda-həyatda, doğuluşları zamanı və s. daim ölürlər. 1 uşaq
doğularkən 2 insanı öldürür. Bəlkə də, daha çox.. O, valideynlərinin yaratdığı
ideal uşaq obrazını öldürür, daha sonra özü də ölür. Valideyn rola başlayır.
Çox bahalı mağazadan zövqsüz geyim alıb sənə nifrət edən, paltarına görə isə
hörmət edən və sevən insanlar arasında geyinib narahat gəzmək, məcburiyyətdən
30 il hər gün işə 7:00 getmək, ad gününə gələn tanımadığın qohumlarını
saatlarca gülərək qarşılamaq və ağız ağrısıyla yola salmaq və s. buna misal ola
bilər. İnsanı “kim olduğu”o qədər narahat etdi ki, o fəlsəfəni tədqiqə başladı,
ancaq fəlsəfə “Magic shop” olub, daha çox sual yaratdı.
Yaradanın yaratdığı, nazil etdiyini bütün maddi və
mənəvi hər şeyi o qədər xoşbəxtliklə qarşılayırıq ki, hətta ona “ən yaxşısı”
adlandırıb aksioloji dəyərləndiririk. Ətrafımızdakı bizi yaradanları da sevirik
və onlara yaramağa çalışırıq. Öldürdüyümüz birinin olduğunu görəndə biz “biz”
olmağa çalışırıq. Bu, bəlkə də, dünyanın ən çətin işidir. Aktyor belə oynadığı
obrazın bir müddətə bitəcəyini bilir. Biz isə oxuduğumuz əsərlərdəki
personajları yaratdığımız kimi bir maska alırıq və bu maska bizi “biz” edir.
Onlara sübut etmək üçün onlar kimi qaçırıq, bacardığımız qədər tez hərəkətlər
edirik, tələsirik yolun “hara?” və “kimə?” getdiyin bilmədən.Vacib olan tələsməkdir,
sakit yol getmək, onlara ayaq uydurmamaq boz kütlə arasında qırmızı kimi görünməkdir.
Bu xəstəlikdir. Ola bilmədiyimiz “mənlər, sənlər....” toplaşır qalır, onları
qoruyuruq. Bu, eynilə, illərdir bir dəfə də olsun qazana bilməyən lotereya
oyunçusu tipidir. Qoruduğumuzu gələcək nəsilə - yaratdıqlarımıza ötürürük.
Onlar da bizim kimi davam edir. Bu halqa davam edir..
Biz necə də yaradıcıyıq! ”Harda? kim? nə?
kim ilə? kim üçün? nə üçün? niyə? nə ilə? nə zaman?” suallarıyla insan olduq və
yaradaraq öldürməyi öyrəndik. Əksərən, “Yaratmaq öldürməkdən çətindir”, -
deyilir. Birinin hisslərini, ona məcbur verilən öyrəşdiyi şəxsiyyətini, bir
tarixi abidənin daşlarını yıxmaq, qüsursuz, mükəmməl və qüdrətli Tanrını öldürmək
elə də asan deyil.
Motivasiyasız, həyatdan küsmüş, həvəssiz
şəxslər əgər ”heç nə bacarmıram “deyirsizsə, sizin bacardığınızı sizə çatdırmaq
istədim : “siz insan olmağı bacarmısız. ”Biz” bu missiyanı “daha yaxşısı” gələnə
qədər etməyi bacardıq. Aktyorların oynadığı rollar içində keyfiyyətcə mənfi rol
daha çətindir. Sosial fəlsəfənin mərkəzi problemini deist yönümlü olaraq şərh
etməyə çalışdığıma inanıram.
Müəllif: Şəbnəm Qarayeva
Bakı Dövlət Universiteti, fəlsəfə ixtisası, IV kurs
Yorumlar
Yorum Gönder