1826-cı ildə, 20 yaşında John Stuart Mill onu az
qala intihara aparan bir depressiyaya düşdü. O, maksimum şəkildə problemlərdən
uzaq bir şəkildə böyüdülmüşdü, ona görə də onun bu iztirabları müəyyən qədər
ironik xarakter daşımaqda idi. Bu filosofun belə bir rasional fəlsəfənin
yaratdığı ümidsizlikdən necə qurtula bilməsi bizə iztirab haqqında vacib bir dərs
verə bilər.
Jeremy Benthamın ideyalarından təsirlənən James Mill, oğlunu utilitarizmə uyğun və mümkün qədər çox insan üçün ən yaxşısını hədəfləyən biri kimi tərbiyə etmiş, ona dərs vermişdir. Kifayət qədər riyazi təfəkkürə sahib olduğundan, musiqiyə də dərslərində kiçik bir yer ayırmışdı — buna "beyin inkişafı üçün Motsartı dinləməyin” erkən bir nümunəsi kimi baxmaq olar. Bundan başqa, konkret inkişafa fayda verməyən hər şey dərslərdən çıxarıldı. J. S. Mill 15 yaşında Cambridge-ə müraciət edəndə o, hüquq, tarix, fəlsəfə, iqtisadiyyat, elm və riyaziyyat sahəsində o qədər ixtisaslaşmışdı ki, professorlar ona əlavə öyrədə biləcək bir şey olmadığını söyləyərək onu qəbul etməmişdilər.
Jeremy Benthamın ideyalarından təsirlənən James Mill, oğlunu utilitarizmə uyğun və mümkün qədər çox insan üçün ən yaxşısını hədəfləyən biri kimi tərbiyə etmiş, ona dərs vermişdir. Kifayət qədər riyazi təfəkkürə sahib olduğundan, musiqiyə də dərslərində kiçik bir yer ayırmışdı — buna "beyin inkişafı üçün Motsartı dinləməyin” erkən bir nümunəsi kimi baxmaq olar. Bundan başqa, konkret inkişafa fayda verməyən hər şey dərslərdən çıxarıldı. J. S. Mill 15 yaşında Cambridge-ə müraciət edəndə o, hüquq, tarix, fəlsəfə, iqtisadiyyat, elm və riyaziyyat sahəsində o qədər ixtisaslaşmışdı ki, professorlar ona əlavə öyrədə biləcək bir şey olmadığını söyləyərək onu qəbul etməmişdilər.
Gənc Mill sosial islahatlar üçün nə qədər səy göstərsə
də, bu onun ürəyincə deyildi. O, intihara meyillilik ruhu ilə dolu olan bir
utilitar maşına dönüşmüşdü. Yaxşı hesablama bacarığı olan ümüdsiz filosof
problemi aşkarlamaqda gecikmədi: "Problemi özümdə axtarmaq fikri ağlıma gəldi.
Həyatdakı bütün hədəflərinə çatdığınını düşün. Təsəvvür et ki, qurumlarda və
düşüncələrdə baş verməsini istədiyin bütün dəyişikliklər bu anda baş verir. Bu
sənə böyük zövq və xoşbəxtlik gətirərmiydi?
Və buna daxili bir səs aydın cavab verdi: ”Xeyr!”
Bu cavab ürəyimə dərin sıxıntı çökdürdü, bütün həyatımı
üzərində saxlayan təməl yerlə bir oldu."
Tariximizin çox böyük hissəsində əzabları sirr olaraq
görmüşük və onu həll etmək üçün də mürəkkəb bir simvolik çərçivəyə salmışıq,
çox vaxt bu çərçivədən həyatı bir sınaq meydanı olaraq görmüşük. 18-ci əsrdə əzabın
sirri olan əzab və səfalət utilitar islahatçıların nəzərində Allahın
kamilliyinin tamamilə inkarına çevrilən bir “pislik probleminə” çevrildi. Mill
atası haqqında belə qeyd edirdi: "o,
pisliklərlə dolu bir dünyanın qüsursuz yaxşılıq və tamlığa sahib bir yaradıcısı
olduğu düşüncəsinə inanmağı doğru hesab etmirdi".
Utilitarist biri üçün əzabın yaradıcısına ibadət
etmək fikri təkcə absurd deyildi, həm də əxlaqa zidd idi. Bu fikir əslində bizi
çarə tapmalı olduğumuz şeylərə boyun əyməyə məcbur edir. Təbii nizama səcdə etmək
bizi əxlaqi canavara çevirə bilər. Mill açıq şəkildə deyir: "Həqiqət budur
ki, insanların həbs və ya ölümə məhkum edilməsinə səbəb olan demək olar ki, hər
şeyə dünyada baş verən gündəlik proseslərdə rast gəlmək olar".
Millin “İnsanlıq
Dini” adlandırdığı şey köhnə Tanrı ideyasını bir kənara ataraq dünyada baş
verənlərə görə məsuliyyət daşımağı öyrədir. Etməli olduğumuz tək şey isə
Allahın heç vaxt olmadığı kimi yaxşı memar olmaqdır.
Dünyanı yenidən dizayn etməyin asan məsələ olmadığı
aydın idi. Mill bizim iztiraba səbəbiyyətimizin təbiətə nisbətən az olduğunu
iddia edirdi. O düşünürdü ki, anarxiya və terror məhv etmə və ölüm baxımından vəba
və ya qasırğa ilə rəqabətə girə bilməz. Ancaq 20-ci əsrdən sonra bu fikri
müdafiə etmək çətindir. Belə ki, 1755 Lissabon zəlzələsini Auschwitz ilə nə dərəcədə
müqayisə etmək olar? Hirosima ilə müqayisədə qrip nədir ki? Potensial qlobal
istiləşmə və nüvə müharibəsi fəlakətləri qiyamətin yalnız Allahın imtiyazında
olmadığını göstərir.
Lakin problem təkcə İnsanlıq dininin fəlakətləri ilə
məhdudlaşmır. Utilitar prinsiplərə sadiq olduğumuz üçün maddi yaxşılaşdırma təmin
etsək də, artan xoşbəxtliyimiz həmişə mənalı olmur. Millin çap edə bilmədiyi
“Xeyr!” Cavabı “tərk edənlər” deyə adlandırdığım insanlarda da aydın bir şəkildə
görünür. Getdikcə sayları artan bu insanlar, aralarındakı ideoloji fərqlərdən
asılı olmayaraq bəzən də vurucu bir şəkildə sistemi tərk etmək istəyirlər.
Basdırılmayan bu "Xeyr!" cavabı bəzən ən komfortlu yaşayışlara belə,
dərman və təsəllilərlə susdurulmuş narahatlıq gətirən qayğı şəkilində dadana
bilər. Əgər bir-birimizi yalnız mənfəət üçün görsək, Jean-Paul Sartre-nin
Facebook və Twitterdən çox əvvəl söylədikləri ilə qarşılaşarıq: "Cəhənnəm
başqalarıdır".
Tanrını əvəzləmə
cəhdimizdəki problem: işçilər, inşaatçılar, baxıcı, sənətçilər, müəllimlər, tələbələr
və vətəndaşlar kimi risk və həssaslıqlara açıq olan rolları üstələnməyimiz gərəkdiyi
halda, bizi problemlər və düzəldicilər, satıcılar və müştərilər, həkimlər və xəstələr,
nümayişçilər və izləyicilər, idarə edənlər və idarə edilənlər, tanrılar və
canavarlar kimi bir-birindən ayırmasıdır. Pislik problemin utilitar mənzərəsi
yarı-yarıya doğrudur. Nəticə olaraq iztirab məqsəd və inanclarımıza üstün gəlir.
Əksini iddia etmək daşürəklikik olardı. Bununla birlikdə, pislik probleminin
Tanrı və təbiətin yaxşılığnını tamamilə kənara atması fikri səhvdir. Əgər təməl
əzab meyarını inkar etsək, daha çox əziyyət çəkərik.
İnsan
olmağın təməlində möhtəşəm bir sirr vardır: müqavimət və tabeçilik paradoksu.
Paradoksun hər hansı bir tərəfində əlçəkmək həqiqi pislik problemidir. Həyatda ən
yaxşı şeylər sirr haqqında bizə məlumat verir. Məsələn, incəsənət bizə faciələrimizi
xatırlatmaqla bizi sevindirir. Yumor bizi alçaldılmağımızı göstərməklə qəh-qəhələrə
boğur. Bağışlamaq bizə münasibətlərimizi pozmadan mühakimə etməyə və mühakimə
olunmağa imkan verir. Azadlıq bizi həyata açaraq yaşayışımızı mənalı edir.
Bütün bu sirrlər zaman içərisində inama mane olmasa da, bütün enerjimizi ona
tabe də etmirlər. Maddi inkişaf üçün çox vaxt yararsız olsalar da, inanc mənalı
bir həyat üçün çox faydalıdır.
Başqa bir
ironiyaya baxaq: Mill-i utilitar depresiyadan çıxardan şey də izdirab idi. Bir
tarixçinin atasını uşaqlıqda itirdiyini oxuyan Mill, ağlamağa başladı və bu
ağlamaq onu xoşbəxt etdi: “Ümidsizliyim
yox oldu. Mən bir kötük və ya qaya deyiləm" Daha sonra daxili aləminin
ekosistemini qidalandıran Romantik poeziya ilə tanış oldu. Ədəbiyyat əsərlərinə
emosionallıq əlavə edərək iztirab paradoksundan qaynaqlanan yeni bir dəyər
anlayış göstərdi.
Ən əsası, Mill evli bir qadına aşiq oldu. Harriet
Taylor-un əri öldükdə Mill kinayə ilə dedi: "Bu pislikdən mənə özüm üçün ən yaxşısını əldə etmək şansı verildi."
Atasının heyran olduğu intellektual həvəslə yanaşı,
son həyat yoldaşı Millin tərbiyəsi əsnasında əldə edə bilmədiyi şeirin təcəssümü
idi: “Mücərrəd və sırf elmi olan hər şeyi
mənim içimdə idi. İnsan ünsürləri bundan yarandı”.
Mill, sevgi və ədəbiyyat kimi yüksək həzz
formalarından istifadə edərək iztirab paradoksunu həll etməyə çalışır. Müəyyən
baxımdan bu doğrudur. Bununla birlikdə, bu məmnuniyyət utilitarlıqdan çıxır,
daha çox macəra, gözəllik və hətta şöhrətlə əlaqələnir. Siyasi filosof Maykl
Sandel “What’s the Right Thing to Do?”
(Doğru şey nədir? ) adlı əsərində belə qeyd edirdi: “Mill, utilitarizmi kobud həzz və əzab hesabına düşürməkdən,
utilitarizmin özünün azad bir insani heysiyyət və şəxsiyyət əxlaqı idealına baş
vuraraq xilas etmişdir”.
İnsanlıq dini ilə diqqətli olmalıyıq, çünki həyatımızı
ona bağlamaq onların içini boşaldır. Ancaq Millin prosesə şeiri daxil etmək istəyindən
öyrənəcəyimiz çox şey var. Millin təhsilinə daxil edilməyən şairlərdən biri
Corc Herbertin 1633-cü ildə qısa izah etdiyi paradoksa nəzər salaq:
Şikayət edəcəyəm, hər halda tərifləyəcəyəm
Heyfslənib və təsdiqlənəcəyəm
Acı şirin günlərimə
Mən yas tutacağam və sevinəcəyəm
Utilitarizmin yanlışlığını göstərən və bizə əzabların
qapısını açan vasitələr olmadan ən xoşbəxt həyat belə acınacaqlıdır.
Tərcümə edən: Mədinə İbrahimova
Mənbə: Aeon
Yorumlar
Yorum Gönder