“İnsan ehtiraslarının yükü” (Of Human Bondage) kitabının baş qəhrəmanı
Filip Keri, kimin ki həyatını müəllif bədbəxt uşaqlıq illərindən tələbəlik illərinə
qədər təsvir edir, həyatın mənasının nədə olmasını aydınlaşdırmağa çalışır. O,
bu barədə öz dostu bohemiyalı şair Kronşoudan soruşanda, dostu məsləhət gördü
ki, fars xalçasına baxsın. Kronşounun ölümündən sonra o, bu söhbət barədə
xatırladı və qəflətən metaforanı çözə bildi.
Bu daxili monoloq romanın kulminasiya nöqtəsi olaraq, əslində Moemin özünün həyata baxşını əks etdirir.
xatırladı və qəflətən metaforanı çözə bildi.
Bu daxili monoloq romanın kulminasiya nöqtəsi olaraq, əslində Moemin özünün həyata baxşını əks etdirir.
“.....” Filip məyus halda özündən bizim niyə mövcud
olmağımızı soruşdu.
Hər şey elə mənasız gəlirdi ki. Bax, Kronşounu
götürək, o niyə yaşadı? O, öldü və onu unutdular, onun satılmamış şeir
kitabları bukinostlər tərəfindən yarıqiymətə satıldı; elə bil ki, onun həyatı
ona heç bir fayda vermədi, əlbətdə ki, inadkar yazara jurnal məqaləsi ilə
parrlamaqdan başqa. Filipdən lal fəryad qopdu:
-
Axı
bütün bunlar nəyə görədi?
Onsuz da əldə edilən sərf edilən zəhmətə uyğun gəlmir.
Gəncliyin parlaq ümidləri acı məyus olmalar dəyərinə ödənilirdi. Dərdlər, xəstəliklər
və bədbəxtliklər ağır yük kimi idilər. Bunlar nə demək idi? O, öz həyatı barədə
düşündü, həyata başladığı parlaq ümidləri barədə, axsaqlığının onu məhrum
etdiyi sevincləri barədə, dostluq nədir bilməməsi barədə, uşaqlıqda isə yalnız
olması barədə düşündü. Bütün ömrü boyu o, mümkün qədər dərrakəli davranmağa
çalışıb, ancaq yenə də uğursuz biri olurdu. Onun qədər imkanları olan digər
insanlar uğura nail olurdular; hərçənd ki, o, özündən daha da böyük uğursuzluğq
düçar olan insanlar da tanıyırdı. Deyəsən, hər şey təsadüfün nəticəsidir. Yağış
haqlı olan və günahkar olanı eyni dərəcədə isladır, və hər bir uğursuzluğa mütləq
bir səbəb tapılır.
Kronşounu yada salan Filip, şairin ona hədiyyə
verdiyi fars xalçası barədə düşündü, Kronşoun bu xalçanı ona hədiyyə verərkən
demişdir ki, həyatın mənası bu xalçadadır. Və birdən Filipə elə gəldi ki, o
bunu çözdü. Filip gülümsündü: Kronşonun sözləri, belə görsənir ki, növbəti
şaradalardan biri idi – sənə ipucu verilməyincəyə qədər bu şaradaların üstündə
baş sındırırsan, sonra isə anlaya bilmirsən ki, necə oldu ki, özün bunu dərhal
çözə bilmədin?
Cavab elə sadə idi ki. Həyatın əslində mənası
yoxdur. Dünyada, sonsuzluğa gedən nursaçanın peykində, hər şey planetin inkişaf
etdiyi müəyyən şərtlər əsasında yaranıb; eynən bu planetdə həyat da yaranıb ki,
başqa şərtlər gəlsə həyat bitə də bilər; insan – ancaq həyatın çoxsaylı növlərindən
biridir, o, heç də yaranışın tacı deyil, o, ətraf mühitin məhsuludur.
Filip bəşəriyyətin bütün tarixini öyrənmək istəyən
bir şərq hökmdarı barədə hekayəni xatırladı; müdrik hökmdara beş yüz cildlik
yazı gətirdi; dövlət işlərinə başı qarışan hökmdar müdriki geri yollayaq əmr
etdi ki, yazını daha yığcam məzmunda tərtib etsin. İyirmi ildən sonra qayıdan
müdrik özü ilə cəmi əlli cild gətirmişdir, lakin artıq hökmdar bu qədər qalın
kitabları oxumaq üçün çox yaşlı idi və müdriki yenə geri göndərdi. Daha iyirmi
il keçəndən sonra, artıq qocalmış, saçları ağarmış müdrik hökmdara cəmi bir
cild dünyanın müdrikliyini özündən əks etdirən və hökmdarın öyrənməyə susadığı
kitab gətirdi; lakin artıq hökmdar ölüm ayağında idi və onun hətda bu kitabı
oxumağa belə vaxtı qalmamışdır.
Bu zaman müdrik hökmdara bəşəriyyətin tarixini cəmi
1 sətrlə dedi: İnsan doğulur, əzab çəkir və ölür.
Həyatın heç bir mənası yoxdur və insanın mövcudluğu
məqsədsizdir. Bəs o zaman insanın doğulub doğulmamasında, yaşayıb ya da ölməsində
nə fərq oldu? Həyat da ölüm kimi bütün dəyərini itirmişdir. Filip gəncliyindəki
kimi sevindi, fəmin vaxt o, qəlbindən tanrıya inamı ata bilmişdir: ona elə gəlirdi
ki, o, bütün məsuliyyət yükündən azad olub və ilk dəfə tamamilə azaddır. Onun
heçliyi onun gücünə çevirlirdi, və qəfil hiss etdi ki onu izləyən qəddar tale
ilə mübarizə apara bilər; çünki həyat mənasız olanda dünya artıq bu qədər qəddar
görsənmir. Fərqi yoxdu bu və ya digər bir insan nəsə törədib və ya heç nə edə
bilməyib. Uğursuzluq heç nəyi dəyişə bilmir, uğur isə sıfıra bərabərdir. İnsan
qısa müttədə yer üzünə daşmış böyük bəşəri su burulğanında sadəcə balaca qum dənəsidir;
lakin o, sirri çözə bilən kimi qüdrətli olur. Sirr isə budur – xaos elə heçnədir.
Fikirlər Filipin alovlanmış beynində sıxılırdılar və sevinc ehtirasları onun nəfəsini
kəsməyə başlayırdı. O oxumaq və oynamaq istəyirdi. Gör neçə aydı ki, o bu cür
xoşbəxt deyil.
Həyat – Filip ürəyində qışqırırdı – həyat, sənin
neştərin hardadı?
İki dəfə ikinin dprd etdiyi kimi, həyatın da mənasının
olmadığını ona sübut edən elə həmin xəyal oyunu da onu yeni ləşfə sürüklədi:
deyəsən, Filip başa düşdü niyə Kronşou ona fars xalçasını hədiyyə etmişdir.
Toxucu xalçaya naxışı hansısa məqsəd üçün vurmur, o bunu sadəcə özünün estetik
təlabatını ödəmək üçün edir, insan da öz həyatını eynən belə yaşaya bilər; əgər
insan hesab edirsə ki, öz hərəkətlərində sərbəstdir, qoy həyatına özünü dəyişə
bilməyəcəyi artıq hazır olmuş naxış kimi baxsın. Heç kim insanı məcbur etmir öz
həyatının naxışını toxumağa, buna heç ehtiyyac da yoxdur – o, hər şeyi özünün həzz
alması üçün edir. Həyatın müxtəlif hadisələrindən, işlərdən, hisslərdən, fikirlərdən
o, naxış toxuya bilər – bu ciddi düşünülmüş, mürəkkəb və ya gözəl bir rəsm
olacaq, və qoy, rəsmin seçilməsi guya onun özünədn asılı olması ancaq
illyuziyadır, ayın aldadıcı işığı altında kabusların təqib edilməsi qədər
fantaziyadır – iş bunda deyil; əgər ona belə gəlirsə, demək onun üçün elə bu həqiqətdir.
Heç nəyin mənasının olmamasının və heç nədə dəyər olmamasını bilərək, həyatın
sonsuz parçasına toxuyacağı müxtəlif sapları seçməsindən insan yenə də zövq ala
bilər: axı bu heç bir mənbəsi olmayan və heç bir dənizə tökülməyən sonsuz axan
çaydır. Cəmi 1 naxış var - ən sadə, mükəmməl və gözəl olanı: insan doğulur,
kişiləşir, evlənir, dünyaya uşaq törədir, bir parça çörək üçün əziyyət çəkir və
ölür; lakin digər, daha mənalı naxışlar da var ki, bu naxışlarda da xoşbəxtliyə
və ya uğura can atmağa yer yoxdur – onlarda bəlkə də, özlərinin hansısa səksəkəli
gözəlliyi gizlənib.
Bəzi həyatlar, onların sırasında Xeyuordun həyatı
da, naxışın tamamlanmasına hələ çox qalmış, kor təsadüfün nəticəsində
qırılırdılar; bu zaman tək təsəllə o olur ki- bunların heç birinin mənası
yoxdur; digər həyatlar isə, məsələn Kronşounun həyatı kimi, elə dolaşıq naxışa
çevrilirlər ki, burada baş açmcaq çox çətin olur – bu zaman baxış bucağını dəyişməli
və vərdişi fikirlərdən əl çəkməlisən ki,
belə həyatın nə dərəcədə özünü doğrultduğunu anlayasan.
Filip hesab edirdi ki, xoşbəxtlik axtarışından
imtina edərək, o, sonuncu illyuziya ilə də vidalaşmış olacaq. Ölçü vahidi xoşbəxtlik
olunca həyat dözülməz olur, lakin indi, digər meyyarla yanaşmağı seçəndən
sonra, onun sanki gücü də artmışdır. Xoşbəxtlik də dərd kimi elə az dəyər
daşıyırdı ki. Bunların hər ikisi digər xırda hadisələrlə birlikdə onun naxışına
sarılırdı.
Hansısa bir anlıq o, sanki öz varlığının təsadüflükləri
üzərinə qalxdı və hiss etdi ki, nə xoşbəxtlik, nə də dərd ona daha əvvəlki kimi
təsir edə bilməyəcək. Bundan sonra onunla baş verəcək hər bir şey onun həyatının
mürəkkəb naxışına yeni ilmə əlavə edəcək, son yetəndə isə o rəsmin yekunlaşmağa
yaxın olduğuna görə sevinəcək. Bu sənət əsəri olacaq, və bu barədə yalnız onun
xəbərinin olmasının və onun olməsi ilə də itəməsi bu əsəri daha az gözəl
etmirdi.
Filip xoşbəxt idi.
Tərcümə edən: Cavidan Hacıyev
Mənbə: İzbrannoe
Yorumlar
Yorum Gönder