Və kilometrlərlə yolda
yıxıla-dura, hər dəfəsində bir-birimizə dəstək olub, yıxılanı qaldıraraq
yeriyərkən, tək bir kəlimə kəsilmədi, amma ikimiz də bilirdik: Hər ikimiz də həyat
yoldaşımızı düşünürük. Təkrar-təkrar ulduzların sönüb, sabahın çəhrayılaşan
ışıqlarının tünd buludların arxasından yayılmaya başladığı səmaya baxırdım.
Amma zehnim qadınımın xəyalına bürünmüşdü; qəribə bir dəqiq-liklə xəyal
qururdum. Mənə cavab
verdiyini hiss edir, gülümsəməsini, dürüst və ürəkləndirici baxışlarını görürdüm. Gerçək ya da deyil, qadınımın görünüşü, yüksəlməyə başlayan günəşdən daha parlaq idi... Beynimə bir düşüncə ilişdi: Həyatımda ilk dəfə, dəfələrlə şairlər tərəfindən dilə gətirilən, müxtəlif fikir adamı tərəfindan son aydınlıq olaraq ortaya qoyulan həqiqəti gördüm. Həqiqət: İnsanın darıxa biləcəyi son və ən yüksək hədəf sevgidir. O anda, insan şeirinin, düşüncə və inancının izah etməsi lazım olan sirrin mənasını qavradım: İnsanın sevgiylə və sevgi içində qurtuluşu. Dünyada heç bir şeyi qalmayan bir insanın, qısa bir an üçün belə olsa, sevdiyi insanla bağlı olan düşüncələrlə nə qədər xoşbəxt ola biləcəyini anladım. Tam bir tənhalıq məsələsində, insan özünü müsbət davranışla dilə gətirə bilmədiyi, çəkdiyi əzablara doğru bir münasibətlə - qürurlu bir münasibətlə qatlanmaqdan başqa edəcək heç bir şeyi olmadığı zaman, sevdiyi insanla bağlı daxilində daşıdığı obrazlı sevgiylə qatılaşaraq qəlbini doyura bilərdi. Həyatımda ilk dəfə, “Mələklər, sonsuz bir ilahi xoşbəxtliklə bağlı düşüncədə yolunu itirdi” sözlərinin mənasını qavradım...
verdiyini hiss edir, gülümsəməsini, dürüst və ürəkləndirici baxışlarını görürdüm. Gerçək ya da deyil, qadınımın görünüşü, yüksəlməyə başlayan günəşdən daha parlaq idi... Beynimə bir düşüncə ilişdi: Həyatımda ilk dəfə, dəfələrlə şairlər tərəfindən dilə gətirilən, müxtəlif fikir adamı tərəfindan son aydınlıq olaraq ortaya qoyulan həqiqəti gördüm. Həqiqət: İnsanın darıxa biləcəyi son və ən yüksək hədəf sevgidir. O anda, insan şeirinin, düşüncə və inancının izah etməsi lazım olan sirrin mənasını qavradım: İnsanın sevgiylə və sevgi içində qurtuluşu. Dünyada heç bir şeyi qalmayan bir insanın, qısa bir an üçün belə olsa, sevdiyi insanla bağlı olan düşüncələrlə nə qədər xoşbəxt ola biləcəyini anladım. Tam bir tənhalıq məsələsində, insan özünü müsbət davranışla dilə gətirə bilmədiyi, çəkdiyi əzablara doğru bir münasibətlə - qürurlu bir münasibətlə qatlanmaqdan başqa edəcək heç bir şeyi olmadığı zaman, sevdiyi insanla bağlı daxilində daşıdığı obrazlı sevgiylə qatılaşaraq qəlbini doyura bilərdi. Həyatımda ilk dəfə, “Mələklər, sonsuz bir ilahi xoşbəxtliklə bağlı düşüncədə yolunu itirdi” sözlərinin mənasını qavradım...
...Bir insanın daxili gücünü yenidən
qazanmasını təmin etməyə istiqamətlənmiş bir cəhdin ilk öncə ona gələcəkdə bir
hədəf göstərməyi bacarması lazım idi. Nitsşenin bu sözləri, əsirlərlə bağlı hər
növ psixoterapik və qoruyucu psixi sağlamlığı üçün yol göstərici şifrə ola bilər:
“Yaşamaq üçün bir səbəbi olan insan hər zaman bütün necələrə qatlana bilər.”
Fürsət tapılar-tapılmaz, varoluşlarının qorxuducu necə'lərinə qatlanmalarını təmin
edəcək bir gücə yetmək üçün, yaşamlarında bu insanlara bir səbəb - bir məqsəd
göstərmək lüzum olur. Yaşamında heç bir məna, məqsəd, hədəf görə bilməyən və bu
səbəbləri davam etdirməyi mənasız hesab edən insanın vay halına! Məğlub olması
özünü çox gözlətməyəcəkdir. Bu tərzdə olan biri hər cür mübahisəni rədd etmək
üçün verdiyi tipik qarşılıq belə olurdu: “Artıq həyatdan gözlədiyim heç bir şey
qalmayıb.” Buna, axı, necə bir cavab vermək olar?
Həqiqətən ehtiyac duyulan şey
yaşam yanğısındakı təməl bir dəyişiklikdi. Həyatdan nə gözlədiyimizin önəmli
olmadığını, ən önəmli olanı həyatın bizdən nə gözləməsini öyrənməyimiz və daha
çoxu da ümidsiz insanlara öyrətməyimiz lazım gəlirdi. Həyatın mənası haqqında
axtarışlar etməyi buraxmaq, əvəzində özümüzü həyat tərəfindən hər gün, hər saat
sorğulanan kimsələr olaraq düşünməyimiz vacib idi. Cavabımızın danışmaq və ya
meditasiya deyil, doğru fəaliyyət və doğru həyat tərzindən formalaşması zəruri
olurdu. Ən yüksək mənada; həyat - problemlərə doğru həll yolları tapmaq və hər
bir fərd üçün tərəddüdsüz olaraq üzərinə götürdüyü vəzifələri yerinə yetirməkdə
məsuliyyətli olduğunu xatırlatmağın vacib olması mənasına gəlir.
XX əsr Qərb elmində Ziqmund Froyd və Alfred Adler kimi psixoanalitiklərdən sonra Vyana məktəbinin üçüncü nümayəndəsi və Loqoterapiyanın qurcusu olaraq tanınan Viktor Frankl, İkinci Dünya Müharibəsi illərində Nasist hərbi düşərgələrində əsir olmuş, burada mənəvi və fiziki mübarizələr edərək, həm öz həyatını, həm də ətrafdakı insanlar üçün yaşam istəyi yaratmaq haqqında düşüncələr formalaşdırmışdır. Yunanca "logos" - "anlam" kəliməsini əsas götürərək, qurduğu yeni müalicəvi psixoterapik yöntəmin əsası olaraq, insanın həyatda qala bilməsi üçün yaşamda bir anlam, hədəf, səbəb tapması lazımlı olduğunu vurğulayır. Bu eyni zamanda fərdin öz fikirlərini sərbəst seçə bilmə azadlığı olaraq qalmayıb, həmçinin onu müdafiə edə bilmək, öz azadlığını apatiya (hissizləşmə, vecsizlik) deyil, empatiya (ətrafa qarşı anlayışlı münasibət) şəklində məsuliyyətlə kökləməlidir. Bunun üçün psixoloq təklif verir: Qərbdəki "Azadlıq heykəli"nə "Məsuliyyət heykəli" də əlavə edilsin.
"Hər şeyi insanın əlindən
almaq olar, təkcə bir şeydən savayı: insan azadlıqlarının sonuncusu - hər hansı
bir şəraitdə insanın öz yolunu, öz münasibətini seçə bilməsi"
Frankl azadlığın insanın özünün əldə
etməsinə israr edir, burada təxminən bir əsr öncə yaşamış digər həyat filosofu
Fridrix Nitsşenin də iradə azadlığı (volya) və "Həyata hər anında HƏ demək"
fikirlərinin də təsiri duyulur. (Ayrıca Franklın "Həyata HƏ demək"
adlı əsəri də mövcuddur). Psixoloq yaşamda anlam yaratmaq üçün 3 yol təklif
edir:
1. Hər hansı bir əsər (yaradıcılıq
nümunəsi) ərsəyə gətirərək; (Örnək olaraq özünün düşərgəyə yeni gələrkən
yazmağa başladığı kitabının əlindən alınması və yenidən həmin kitabı yazmaq
haqda düşüncəsinin onu həyata tutundurmasını söyləyir)
2. Bir insanı sevərək və bu düşüncədə həyati
tutqu taparaq;
3. Əzabdan qaçmamaq, əksinə, onun
üzərinə yeriyərək vəziyyəti geri çevirmək, ondan həyati məna yaratmaq. Örnək
olaraq yenə də Nitsşenin məşhur "Nə səni öldürmürsə, gücləndirər"
sitatını xatırlayır. Amma "əzabda məna tapmaq" deyərkən, mütləq
mazoxistcə (bilərəkdən özünə əzab vermək) əzab çəkməyi inkar edir, sadəcə, əzab
qaçınılmazdır, bu baş verdikdə ondan qorxmamalısan, ona qalib gəlməlisən.
Mövzuya "Varoluşsal nevroz" deyə ad verir. (1)
Maraqlı məqamlardan biri də odur ki, müəllif sələfi
Froyda bəzən tənqidi də yanaşır, psixi durumların formalaşmasında fərdi təkcə
seksual istəkləri basdırılmış olaraq götürmür, seksual enerjini yönləndirməyə də
təkliflər verir; bu istəyi sırf həzz mənbəyi olaraq deyil, partnyorla sevgi əsasında
münasibət qurmağa çağırır. "Qərb dəyərləri" haqqında qərəzli münasibət
bəsləyənlər üçün də ciddi bir cavab ola bilər. Həmçinin nəinki Froydu, hətta
Franklın özünü belə təqlid etməməyi, hər kəsin özünün öz həkimi olması, psixi
durumunu (ruh sağlığı) öz üzərlərində müşahidə və təhlillər apararaq özlərini dəyişdirməyi
və yeniləməyi vurğulayır. (2)
"Nə zaman ki bir vəziyyəti dəyişmək
çətinliyi yaranarsa, onda özümüzü dəyişdirməyə çalışmalıyıq"
Ümumilikdə, Franklın təqdim
etdiyimiz əsəri yaxşıdan daha yaxşı həyat formalaşdırmaq, avtoritar düşüncələrə
qarşı mübarizə, fərdi məsuliyyətli azadlıq, empatiya və digər psixi problemlərin
hər kəsin özünün həll edə biləcəyi gücdə olması fikirlərinin aşılanması
baxımından mühüm təsir gücünə malikdir. Frankl təkcə daxiləyönəlikli fərd
deyil, ətrafla daimi əlaqədə olmaq, bunun sayəsində həm özünü, həm ətrafı incələmək,
dəyişmək lazımdır deyə düşünür.
"Baş verən hadisə və ona
verdiyimiz cavab arasıda bir boşluq yerləşir. Həmin boşluqda cavabımızı seçmək
gücümüz var. Cavabımızda böyüməyimiz və azadlığımız dayanır."
"Hər şeyin keçici olduğu
doğrudur: hər şey və hər kəs, uşaq ya da uşağa həyat verən böyük eşqimiz, ya da
böyük düşüncələrimiz, hamısı keçicidir. Amma kənar yandan hər şey qalıcıdır,
sonsuzdur. Daha da əhəmiyyətlisi, qalıcı olar. Bu mövzuda bir şey etməyimiz
lazım deyil. Bir şeyi yaratdıqdan sonra, işi qalıcılıq öz boynuna götürər. Amma
seçdiyimiz şeyin, keçmişin parçası olaraq seçdiyimiz, sonsuzluğa salmaq üçün
seçdiyimiz şeyin məsuliyyətini almaq lazımdır! Sonsuzluq dəftəri itirilməz; bu,
bir təsəlli və ümiddir. Amma düzəldilə bilməz: bu isə bir xəbərdarlıq və
xatırladıcıdır."
Anlam, Sevgi və Güclü olmaq diləyilə!
Müəllif: Eyvaz Usubov
Orjinal məqalənin linki:
Yorumlar
Yorum Gönder