Müasir fransız klassiklərinin öndə gedərlərindən,
ekzistensial məcralı yazar, sağlığında "Qərbin vicdanı" adlandırılan,
demək olar ki, bütün yaradıcılığını "həqiqətə xidmət və əzilən insanların
səsi" olmağa həsr etmiş (red. - Nobel nitqinə istina-dən), məhz məqalənin də
məxsus olduğu "Yad" (fr. L'Étranger) əsərinə görə 1957-ci il Nobel
mükafatı laureatı Albert Kamyu (Albert Camus) bu əsəri
bitirdikdən sonra gələcək (ikinci) həyat yoldaşı olacaq Francine Faure-yə məktub yazır.
bitirdikdən sonra gələcək (ikinci) həyat yoldaşı olacaq Francine Faure-yə məktub yazır.
Bu xüsusi bir məktubdur. Təkcə əsərin qələmə
alındığı zamanı deyil, ondan əvvəl, Kamyunun içərisində yer aldığı bütün iki
ili göz önünə gətirir. "Yad"da insanı ən çox əhatə edən amillərdən
biri olan "əzab" (sıxıntı) hissini yazarın birbaşa özünün necə
yaşamasını, qarşılığında gözlənilən oxucu münasibətləriylə (reaksiya) bağlı
izahlar verir.
30 aprel 1942
Gecəyarı sənə yazıram. Romanımı az öncə bitirdim və
yatmağı düşünməyəcək qədər gərginəm. Şübhəsiz çalışmağım hələ bitməyib. Yenidən
əl gəzdirəcəyim, əlavələr ediləsi, təkrar yazmağım lazım olası şeylər var. Fəqət
ümumi olaraq bitirmiş və son cümləni yazmışam. (...) Əlyazmalar önümdədir;
olduqca ciddi cəhd və iradə nəticəsində ərsəyə gəldiyi qənaətindəyəm; romanı
var etmək, əsl mənasından uzaqlaşmamaq üçün bir çox fərqli düşüncə, fərqli
arzuları qurban etmək məcburiyyətində qaldım. Ara-sıra bəzi cümlələr, bir çox
duyğular, hadisələr ildırım kimi şüurumda canlanırdı. Ərsəyə gətirdiyim işdən
ötrü həyəcanlandırıcı bir qürur hissi yaşayıram. Lakin bəzi anlar olurdu ki,
sanki bacarıqsızlıqdan irəli gələn tör-töküntüdən savayı yazılar içərisində heç
nə yoxdur düşüncəsinə qapılırdım. Bu düşüncənin üzərinə yetərincə şığıdım. İndi
bu kağızları dolabıma qaldıracaq, yeni sınaqlar üzərində çalışmağa
başlayacağam. On beş gün ərzində bütün bu duyğulardan ayrılıb yenidən roman üzərində
işləyərəm. Bu məsələdə də çox gecikmək istəmirəm, çünki, əslində, iki ildən bəridir
ki, əsəri içərimdə daşıyıram. Hazırda mövcud olduğum vəziyyətdən
anladığım qədərilə, əsər artıq içərimdə tamamlanıb dayanmışdır. İki aydır ki,
günlərimin böyük bir qismini əsər üzərində işləyərək keçirmişəm. Qəribədir,
amma, qəzet almaq üçün çölə çıxır, bu zaman cümləni yarıda qoyur, geri dönərkənsə
heç bir çətinlik olmadan mükəmməl bir axıcılıqla davam edərək cümləni
tamamlayırdım. Əvvəllər heç bir şeyi belə bir kəskinlik, bu qədər
asanlıqla yazmamışdım. Bu aralar yaxşı yata bilmirəm, hətta, yuxusuzluqdan əziyyət
çəkirəm. Oyandığımda isə həmin andaca ağlımda bunun kimi diqtə edərək yazıb
bitirəcəyim əsərlərin olması fikri yaranır. Artıq işlərim və kainatla (dünya) əlaqədar
olan hər şeyi daha açıq sorğuladığımdan, bunları yazıya tökmək istəyirəm.
Bu gecə tükənmiş haldayam. Bu aralar Parisdə
çalışmağımın məni çox yorub-yormadığını öz-özümə sual edirəm. Əslində bu halın
yaranmasının əsas səbəbkarı məhz bu romandır, çünki mənə asan olacaqmış kimi
görünən, amma, məni tükəndirəcək bir həcmdə çalışmağa vadar edən bir iş oldu.
Vəziyyətin ən gülünc tərəfi işimdən məmnun
olub-olmadığımı müəyyənləşdirə bilməməyimdir. Yenə də, məni məndən qopara biləcək
tək şey bu iş idi. Hesab edirəm ki, gördüyüm işə büsbütün qapılaraq həyatıma məna
verdiyinə görə, Parisin bütün digər şeylərini bağışlamağıma səbəb var. Bununla
belə, çalışmağımın yaşatdığı həzz belə heç kimin yox edə bilməyəcəyi bir məna
daşıyırdı özlüyündə və məni yoran da elə bu oldu. Həmçinin bu yazıların
oxucusunun da ən az mənim qədər yorulacağını düşünərkən, içərisində yaranacaq
daimi sıxıntının onda mövcud olan mənəvi cəsarəti qırıb-qırmayacağına əmin
deyiləm. Lakin məsələ bu deyil. Mən bu sıxıntının olmasını istədim və var etmək
üçün özümü mərkəzə qoydum. Əzabın varlığından xəbərdaram. Sənin xoşuna gələcəkmi,
bilmirəm.(...)
Bunlardan başqa ciddi dəyişikliklər yoxdur.(...)
İlk bahar axşamları buralarda yağışlı keçir. Əsərimdən bir cümlə ağlıma gəldi:
"Orada, orada da axşam melanxolik bir durğunluq idi..." Əlcəzair və
ya Orandakı axşamlar üçün necə də darıxıram, dəniz sahilində olmağı necə də istəyirəm.
Bir neçə müddətlik yenidən gedə və göyüzünə qovuşa bilmək üçün hələ bir yaz və
bir qış önümüzdə dayanır. Bütün bunlar, sanki, çox uzaqdadır və oraya yenidən
qovuşacağıma da inamım qalmayıb. Bəlkə də bütün bunlara görə yazını bitirməyimin
ardından sevinclə sıçrayaraq yerimdən qalxmağı bacarmadım...
Albert Kamyu
Çərşənbə. Məktub iyrənc və oxunmayacaq haldadır.
Yenə də göndərirəm. Dünən doğru-düzgün yaza bilməyəcək qədər gərgin idim.
Tərcümə edən: Eyvaz Usubov
Mənbə: Koltukname
Orjinal məqalənin linki:
Yorumlar
Yorum Gönder