“Dünyanın ən balaca
şimpanzesi” Sarah, 60-cı ad günündən bir az əvvəl iyun 2019-cu ildə öldü. Həyatının
böyük əksəriyyətini elm adamlarına Homo sapiens-in yaşayan ən yaxın
qohumlarının düşüncələrinə aid məlumatları təmin edən bir araşdırma təcrübəsi
olaraq keçirdi. Sarah-ın ölümü olduqca təməl bir sualı düşünməyimiz üçün fürsət
verir: insan olmayan heyvanların nə düşündüyünü həqiqətən bilə bilərikmi?
Fəlsəfəçi keçmişimdən faydalanaraq cavabın xeyr olduğunu iddia edirəm. Heyvanların düşüncələrini başa düşmək bacarığımızın təməl sərhədləri var.
Fəlsəfəçi keçmişimdən faydalanaraq cavabın xeyr olduğunu iddia edirəm. Heyvanların düşüncələrini başa düşmək bacarığımızın təməl sərhədləri var.
Heyvanların
düşüncələri
Heyvanların düşünə bildiyinə aid çox az şübhə var.
Davranışları əksi düşünülməyəcək qədər detallıdır. Amma heyvanların tam olaraq
nə düşündüyünü bilmək son dərəcə çətindir. Bizim insan dilimiz onların düşüncələrini
ifadə etməyə uyğun deyilmiş kimi görünür.
Sarah bu tapmacanı nümunələndirmişdir. Məşhur bir tədqiqatda
müəyyən bir davranış sırasını tamamlamaq üçün xətasız bir formada düzgün
parçanı seçmişdi. Bananlara çatmaqda çətinlik çəkən bir insan göstəriləndə,
açar yerinə çubuğu seçmişdir. Qəfəsdə qalmış biri göstəriləndə isə çubuq yerinə
açarı seçmişdir.
Bu da tədqiqatdakı tədqiqatçıları, Sarah-nın məqsədli,
inanclı və bilik dolu bir “zehin nəzəriyyəsi” olduğu nəticəsini çıxarmağa yönəltmişdir.
Ancaq digər tədqiqatçılar o dəqiqə etiraz etmişdilər. Sarah-ın baxış bucağını
öz insan anlayışlarımız ilə düzgün bir şəkildə başa düşə biləcəyimizə aid şübhələri
olmuşdu. Keçən on illər ərzindən onlarca yüzlərcə başqa tədqiqat aparılmış olsa
da şimpanzelərin zehni anlayışlarının düzgün bir şəkildə necə müəyyən edilə biləcəyinə
aid fikir ayrılıqları hələ də davam edir.
Heyvanların düşüncələrinin müəyyən edilməsinin çətinliyi
dil istifadə edə bilməməklərindən qaynaqlanır. Sarah-a inkişaf etməmiş bir dil
öyrədildiyində nə düşünə bilər sualı bəsit bir formada sözlərinin nə mənaya gələ biləcəyi sualına çevrildi.
Sözlər və Mənaları
Sözlərə məna yükləmək probleminin 20-ci əsr fəlsəfəsinə
istiqamət verən bir vəsvəsə olduğu görülmüşdür. Bir çox fəlsəfəçi ilə yanaşı həmin
əsrin ikinci yarısının ən təsirli fəlsəfəçisi W.V.O. Quinidə məşğul etmişdir.
Harvard professoru olan
Quin, xarici bir dildən tərcümə etmək üçün nələr lazım olduğunu xəyal etməsi
ilə məşhurdur – o, bu layihəsinə radikal tərcümə adını vermişdir. Bunun
nəticəsində Quin, hər zaman bir-biri ilə bərabər dərəcədə yaxşı olan tərcümələr
olacağı nəticəsinə gəlmişdir. Bu səbəbdən dildəki sözlərin mənasını əsla tam
olaraq müəyyənləşdirə bilmərik.
Quin xarici dili bütün
insan dillərindən tamamilə əlaqəsiz olaraq xəyal etmişdi, amma mən burada
nümunə olaraq Almancanı istifadə edəcəm. Xarici dildə danışan insanın bu
cümləni qurduğunu düşünün: “Schnee ist
weiss.” Dostları cümləni doğru qəbul edərək gülümsəyir və başlarını
tərpədirlər. Bu təəssüf ki, cümlənin mənası mövzusunda bir şey demir. Düzgün
olan bir çox şey var və cümlə bunların hər hansı birini nəzərdə tutmuş ola
bilər.
Amma xarici dildə
danışanların təsdiqlədiyi (“Schnee ist
kalt”, “Milch ist weiss”, vb.) və
rədd etdiyi (“Schnee ist nich weiss”,
“Schnee ist rot”, vb.) başqa cümlələr
də olduğunu və bunların oxşar vəziyyətə görə dəyişdiyini (məsələn ancaq qar
yağarkən “Schnee!” dediklərini) fərz
edək. İndi əlinizdə daha çox sübut olduğundan və eyni söz fərqli cümlələrdə
ortaya çıxdığından təxmininiz daha sərhədli olacaqdır. “Schnee ist weiss”ın nə mənaya gəldiyinə aid biliyə əsaslanan bir
təxmin irəli sürə bilərsiniz.
Buradan ümumi bir dərs
çıxarıla bilər: bir dilin cümlələrini ancaq sözlərini digər bir dilə tərcümə
edə bildiyimiz ölçüdə o dilə tərcümə edə bilirik.
Amma indi strukturu
təməl mənada digər bütün dillərdən fərqli olan bir dil düşünün. Bunu necə
tərcümə edə bilərik? Əgər cümlələri tərcümə etmək üçün sözləri tərcümə etmək
lazımdırsa, amma o dilin “sözləri” bizim sözlərimizə uyğun gəlmirsə,
cümlələrini də özümüzünkülərə uyğunlaşdıra bilmərik. Cümlələrin nə mənaya gəldiyini
bilə bilmərik.
Bilinməyən dil bilikləri
Heyvanların düşüncələri
bilinməyən bir dilin cümlələri kimidir. Bizim dilimizin sözlərdən yaranmasından
tamamilə fərqli bir tərzdə hissələrdən yaranır. Bu səbəbdən heyvanların
düşüncələrində bizim sözlərimizə uyğun gələn ünsürlər yoxdur, yəni onların düşüncələrini
cümlələrimizə tərcümə etməyin dəqiq bir yolu yoxdur.
Bu arqument bir bənzətmə
ilə daha da gücləndirilə bilər.
Mona Lisa-nın düzgün
tərcüməsi necə olar? Əgər cavabınız, Mona Lisa bir tablo olduğu və tabloların
cümlələrə tərcümə edilə bilməyəcəyi üçün bunun pis soruşulmuş sual
olduğudursa... əslində mən də tam olaraq bunu deyirəm. Tablolar kətan
üzərindəki rənglərdən yaranır, sözlərdən deyil. Dolayı olaraq əgər Quine
tərcümə üçün sözlərin sözlərə tərcümə
edilməsi lazımdır mövzusunda haqlıdırsa, tabloların cümlələrə tərcümə
edilməsini gözləməməyimiz lazımdır.
Yaxşı, Mona Lisa
həqiqətən tərcüməyə qarşı davamlıdır? “Bu
tablo hiyləgərcə gülümsəyən bir qadın olan Lisa del Giocondo-nu təsvir edir”
kimi kobud bir təsvir verməyi yoxlaya bilərik. Burdakı problem hiyləgərcə
gülümsəmənin bir çox yolunun olması və Mona Lisa-nın bunlardan sadəcə biri
olmasıdır. Onun gülümsəməsini əldə etmək üçün daha çox detala ehtiyacımız var.
Bu səbəbdən tablonu
rəngli piksellərdən yaranan minlərcə hissələrə bölərək “1-ci mövqe qırmızı, 2-ci mövqe mavi, ....” kimi bir mikro təsvir yaratmağa çalışa bilərik. Amma bu yanaşma
tərcümə yolu ilə yenidən yaratmaq göstərişlərini qarmaşıq bir hala gətirir.
Bunun müqabilində New
York Times-ın bu günkü nömrəsinin ilk səhifəsini yenidən yaradacaq təlimatlar
verə bilərəm: “Əvvəlcə T düyməsinə bas,
sonra H düyməsinə, sonra E düyməsinə, ... ”. Amma bu təlimatlar səhifənin
məzmunundan çox fərqli bir şey deyəcəkdir. Bunlar hansı düymələrə basılacağını
göstərir. Gəlir bərabərsizliyini, Trump-ın son tweet-lərini ya da bağçaya gedən
uşağınızı Manhattan-ın elit məktəblərinə necə göndərə biləcəyinizi göstərmək
xüsusiyyətində olmayacaqdır. Eyni şəkildə Mona Lisa, gülümsəyən bir qadını
təsvir edir, bir qrup rəngli pikseli deyil. Yəni mikro təsvir, tərcümə
olunmayacaqdır.
Bu vəziyyətdə mənim məsləhətim heyvanların düşüncələrini
Mona Lisa-nı təsvir edər kimi kateqoriyalaşdırmaq olacaqdır. Fərziyə etmək
mümkündür, amma qəti danışmaq mümkün deyil.
Mona Lisa bənzətməsi həqiqi mənada başa düşülməməlidir.
Burdakı düşüncə heyvanların “rəsmlərlə
düşündüyü” deyil, bəsitcə insani cümlələrlə düşünmədikləridir. Nə də olsa,
Sarah kimi inkişaf etməmiş dilləri tədqiqat apararaq öyrənməyə müvəffəq olan
heyvanlar belə üç yaşındakı insanların rahatlıqla öyrəndiyi o zəngin, təkrarlamalı
söz sırasını əsla qavramırlar.
Sarah və digər heyvanların düşünə bilməsinə aid bir
çox sübuta rəğmən qəribə bir şəkildə tam olaraq nə düşündüklərini deyə bilməyəcək
vəziyyətdəyik. Onların düşüncələri bizim dilimizdən çox fərqli bir
strukturdadır.
Tərcümə edən: Ramilə Heydərova
Mənbə: The Conversation
Yorumlar
Yorum Gönder