Martin Haydegger həm həyatı, həm də fəlsəfəsinə
qarşı həddindən artıq və qütbləmiş reaksiyalar oyandırır. XX əsrin ən böyün
düşüncə xadimi olaraq göstərilən Haydegger müqəddəs Avqustinlə müqayisədə xəstəliyin
yerləşməkdə olduğu müasir fəlsəfənin və müasir həyatın önəmli təhlilçisi olaraq
görülməklə yanaşı, eyni zamanda filosof ünvanına sahib olmuş ən böyük şarlatan
və axmaq bir nasist olaraq da adlandırılır.
Fəlsəfəsinə qarşı göstərilən şiddətli reaksiya analitik fəlsəfənin hökmranlığına və xüsusilə də fəlsəfənin elmin xidmətçisi olduğu düşüncəsinə açıq şəkildə qarşı çıxmasından qaynaqlanır. Şəxsi həyatına edilən hücumların bu qədər şiddətli olması Almaniyada 1930 və 40-cı illər ərzində baş verən dağıdıcı hadisələrlə əlaqəsindən qaynaqlanır.
Fəlsəfəsinə qarşı göstərilən şiddətli reaksiya analitik fəlsəfənin hökmranlığına və xüsusilə də fəlsəfənin elmin xidmətçisi olduğu düşüncəsinə açıq şəkildə qarşı çıxmasından qaynaqlanır. Şəxsi həyatına edilən hücumların bu qədər şiddətli olması Almaniyada 1930 və 40-cı illər ərzində baş verən dağıdıcı hadisələrlə əlaqəsindən qaynaqlanır.
Martin
Haydegger 26 sentyabr 1889-cu ildə Cənubi Almaniyada Baden-Vürtembergin Qara meşə bölgəsindəki sakit bir Svabia qəsəbəsi olan
Messkirchdə kasıb bir Katolik ailənin övladı olaraq dünyaya gəlmişdi. Anası
Johanna və atası Fridrix də burda doğulmuş və boya başa çatmışdı. Fridrix usta
bir çəkkəkçi və Müdəqqəs Martin kilsəsinin xidmətçisi (qəbirqazanı) idi. Gənc
Martin 1903-cü ildə kilsə təqaüdünə laiq görüldükdən sonra Konstanz şəhərində
yerləşən internat məktəbinə daxil olmuş və daha sonra ordan da yerli
universitet şəhərçiyi olan Freiburgda orta məktəbi oxumuşdu. Martin son dərəcə
dindar olan bir çevrə içərisində rahib olmaq üçün tərbiyyə edilirdi, ancaq
sonra həm modern (Brentano), həm də antik fəlsəfə ilə (Aristotel) tanış oldu və
həyatı dəyişməyə başladı. 1909-cu ilə yezuit rahibinin yavəri olmaq üçün orta məktəbdən
ayrıldı, ancaq bir neçə həftə sonra ürək problemləri səbəb göstərilərək vəzifəsindən
uzaqlaşdırıldı. Sonrakı həyatı ərzində heç bir ürək problemi yaşamadığını nəzərə
alsaq, Yezuit təriqətinin daha sonralar ola biləcək fikir ayrılıqlarını əvvəlcədən
görüb görmədiyi maraqlıdır. Freiburg Universitetinə fəlsəfə və teologiya təhsili
almaq üçün daxil olduqdan sonra yaşadığı böhran nəticəsində rahib olmaq üçün
aldığı təhsili sona çatdırmaq qərarına gəldi və 1911-ci ildə araşdırmalarını fəlsəfə,
əxlaq və təbiət elmlərinə istiqamətləndirdi. 1915-ci ildə hərbi xidmətə
çağrıldı, lakin müharibə üçün yarasız hesab edildiyi üçün poçt xidmətinə və
metereoloji vəzifələrə təyin olunmuşdu. 1918-ci ildə ordudan təxris oldunduqdan
sonra fenomenologiyanın qurucusu olan Edmund Husserlin köməkçisi olmaq üçün
Freiburga qayıtdı. İlk olaraq tələbə və müəllim, daha sonraları iş yoldaşı və
ortaq olsalar da, əsasında bir-birindən çox fərqli olan xarakterləri və
yanaşmaları qaçınılmaz olaraq qarşıdurmaya və münasibətlərinin pozulmasına gətirib
çıxardı. 1917-ci ildə Haydegger bir protestant olan, Jörg və Hermann adlı iki
övladının anası olacaq Elfride Petri ilə evləndi. İkilinin evlilikləri 1920-ci
illərdə Haydeggerin ən məşhur tələbələrindən olan Hanna Arendt ilə olan münasibətindən
sağ çıxmağı bacardı.
Haydeggerin fəlsəfi səyahəti
XVII əsrdən etibarən üstün (dominant) olan fəlsəfi
baxış Dekartın “bədəndən müstəqil olan
bir ağıl xəyal etmək” fəlsəfəsi idi. Bu ikili yanaşmadan uzaqlaşmağın ilk
addımını XIX əsrdə fəlsəfənin nəzərini təcrübələrimizin subyektlərindən təcrübə
etdiyimiz şeylərə yönəldən Edmund Husserl atmışdır. Husserl bir riyaziyyatcı
idi və birbaşa təcrübə fenomeni ilə məşğul olan məntiqi əsaslar yaratmaq ilə
maraqlanırdı. Haydegger isə daha da irəli getdi və Kartezian fəlsəfənin boyunduruqlarından
qəti olaraq xilas oldu: Haydegger qavramaq bacarığını və dilin istifadəsinin
bizim anadangəlmə qabiliyyətimizə və dünya ilə olan fiziki əlaqəmizə əsaslandığını
görmüşdü. İki filosofun elmi təqlid etməyə çalışan fəlsəfi yanaşmaya qarşı birbaşa
meydan oxumasını təmsil edən araşdırmaları olduqca özünəməxsus (orjinal) və çürətkardır.
Haydegger fəlsəfə üçün dini tədqiqatlarından əl çəkmişdi və bir klassik olaraq
fəlsəfənin qədim və orjinal qayğılarına dönməsini arzu edirdi. Haydeggerin
yanaşma tərzi elmi istiqamətli mühitlərdən daha çox ədəbi əsaslı akademik
mühitlər tərəfindən maraqla qarşılanırdı. Nəticə olaraq Kant(1724-1804)-dan bəri
“analiti filosoflar”(elmə meylli və əksəriyyəti anglo-sakson və ingiliscə
danışan) ilə qitə filosofları(geri qalan
bütün filosoflar üçün uyğun olan etiket)
olaraq adlandırılan qruplar arasında bir müddətdir yaranmaqda olan
uçurum dramatik bir şəkildə genişləndi.
Haydegger 1914-cü ildəki doktorluq
dissertasiyasında məntiqin psixologiya ilə olan əlaqəsini tədqiq etmişdi.
Universitetə müəllim kimi qəbul edilməsi üçün lazım olan yüksək doktorluq
dissertasiyasını Duns Skot adlı orta əsrlər aliminin fəaliyyəti haqqında yazmış
və doktorluq mühazirələrində isə zamanın sırf müddətin ölçülməsindən çox daha
artıq bir şey olduğu fikrini irəli sürmüşdü.(Bunların hamısı gələcəkdə baş verəcək
olan hadisələrin xəbərçisi idi. Lakin Haydegger 1927-ci ilə qədər başqa heç bir
iş yayımlamadı) 1922-ci ildə Frankfurta 80 km məsafədə yerləşən Magburg Universitetinə
fəlsəfədən dərs demək üçün müəllim kimi təyin edildi. Orda öz müəllimi (mentor)
Edmund Husserldən uzaqda son dərəcə özünəməxsus tərzini tapdı və demək olar ki,
10 ildən çox bir müddət ərzində oxuduqları, düşündükləri və dediyi dərslərlə
şahəsərinin təməllərini hazırlamışdı. Keçmiş tələbələri Hans Georg Gadamer və
Hannah Arendt də daxil olmaqla bunları tayı bərabəri olmayan mükəmməllikdə dərslər
olaraq xatırladılar. Haydegger hər dərsdə xüsusi olaraq və diqqətlə hazırlanmış
qeydlərinə əsaslanaraq dərsləri tədris etdiyindən bu tələbələr çox nadir bir təcrübə
olan bir dahinin əsərinin formalaşmasına şahid olurdular.
Şahəsəri olan “Varlıq
və Zaman” 1927-ci ildə yayımlanmış və elə həmin an da çox böyük maraq
oyandırmışdı. O, bu vaxta qədər artəıq fenomenologistlər arasında kulta
çevrilmişdi, amma indi beynəlxalq bir şöhrət əldə etmişdi. 1928-ci ildə təqaüdə
ayrılan Husserlin yerinə keçməsi üçün Freiburga dəvət edilmişdi. Haydegger
fenomenologiya hərəkatının başlıca simasına çevrilmişdi və sona qədər də elə
qaldı.
Varlıq və Zaman qısa xülasəni pozur. Məzmun
etibarilə dolu, diqqətlə düşünülmüş və fəlsəfəyə fərqli tövhələr vermiş əsərlərdən
biridir. Heç vaxt tam formada sona çatdırılmamışdı və sadəcə ilk bölümləri yayımlanmışdı.
Yenə də bərabər sayda olan dəstəkçiləri və əleyhdarları ilə böyük bir təsir
yaratmışdı və hələ də yaratmağa davam edir.
Varlıq və Zaman əsərində Haydegger ən əsas problemlərdən
birinə cavab axtarmaqdadır. Varlıq nədir? Bir insan, müstəqil bir zehindən ayrı hiss edən
varlıq, dünya ilə bir olmuş və onunla əlaqədə olan - sən ya da mən olmağın mənası
nədir? Haydegger bu cür bir varlığı Dasein
adlandırır. Dasein “olmaq orada” deyə
tərcümə edilə bilər, amma əsasən tərsinə çevrilərək “orada olmaq” şəklində istifadə edilir. Alman dilinin gündəlik
istifadəsində “varlıq” mənasını verir.
Kitabı tərcümə edən ilk ingilis tərcüməçilər Alman dilində olan sözü orjinal şəkildə
saxlamışdılar və bu səbəblə də Dasein fenomenologiyada adi ingiliscə bir terminə
çevrilmişdi. (Haydeggeri ilk oxuduğunuz zaman Dasein ifadəsini sizə daha çox
tanış olan və çox istiafdə etdiyiniz “insanlıq”
ya da “insan” olaraq nəzərdən keçirməyiniz kömək ola bilər.)
Haydeggerin dünyası Dekartın dünyasından çox daha fərqlidir
- gündəlik təcrübənin dünyasıdır. Haydegger Varlıq və Zaman əsəri ilə fəlsəfəsinin
ən böyük tabusu olan intellektin gündəlik bacarıqlardan üstün olması fikrini yıxmağı hədəfləmişdi. Haydegger dünyadakı şeylər
ilə olan əlaqəmizi əl altında istifadə
edilən (Zuhanden) və əl altında mövcud
olan (Vorhanden) olaraq iki fərqli kategoriyaya ayrılır. Haydegger əl altında istifadə edilən (Zuhanden)
varlığı məşhur bir nümunə olan çəkicdən istifadə edən ustanı təsvir etmişdir.
Burada çəkic təcrid olunmuş bir obyekt olaraq deyil, amma bir şeyi vurmaq üçün
istifadə olunan, ustanın əlində tutduğu, istifadə etdiyi və bunu edərkən də
haqqında heç düşünmədiyi bir obyekt olaraq görünür. Çəkic qırıldığında isə onun parçaları əl altında mövcud olan (Vorhanden)
olaraq qəbul edilir. Yeni yaranmış parçalar yığını tez bir zamanda fərqinə
varılan, hər hansı bir istifadəyə sahib olmayan və hansı bir məqsədlə istifadə
olunması üçün şüurlu şəkildə düşünülməsinə gərək olan obyektlər yığınına
çevrilir. Bu fikirlərin hər biri oz zəmanəsində bir xeyli irəli olsalar da,
artıq fəlsəfi tənqiddə, süni intellektdə və praktiki psixologiyada çox asan
rast gəlinir.
Varlıq və Zamanın uğurunu izləyən 1930-cu illərə Haydegger çox az
iş yayımlamışdı. Fəlsəfi baxışları Daseinin mərkəzliyinə daha az əhəmiyyət verəcək
şəkildə dəyişdi. Haydeggerçi alimlər - böyüməkdə olan bir qrup - bu dəyişikliyi
die Kehre (dönüş) olaraq ifadə edilər
və bəziləri bu dəyişiklikləri erkən və gec dönəm Vitgenşteynə bənzədirlər.
Haydegger hər zaman düşüncələrindəki davamlılığı vurğulamışdır. Həddindən artıq
nizamlı idi: bütün dərslərini, mühazirələrini, yazılarının, kitablarının,
seminarlarının və yazışmalarının qeydlərini diqqətlə saxlamış və səliqəli bir şəkildə
qeyd etmişdir. Nəhayət toplanmış bütün bu əsərləri 50 cildi dolduracaqdı. Daha
sonrakı illərdə tədqiqatlarını Qara meşədə yerləşən kiçik bir evdə texnologiyadan
uzaqda, ənənəvi svabia geyimlərini geyinərək aparmışdı.
Heydeggerin qaranlıq dövrü
1930-cu illər Haydeggerin həyatının qaranlıq dövrləri
idi və bu illər hələ də etibarına qalıcı və dərin kölgə salmaqdadır. Müasir
dünyanın bir çox tərəfini bəyənmirdi və 1928-ci ildə köhnə tələbələrindən olan
Herbert Markuzeyə yazdığı bir yazıda “Nasional
sosializmdən həyatın mənəvi baxımdan tamamilə yenilənməsini, sosial gərginlikdə
bir vasitəçi rolu oynamasını və Daseini kommunizmin meydana gətirdiyi təhlükələrdən
qoruyacaq bir xilaskar olmağı gözlədiyindən bəhs edirdi”. 1933-cü ildə Freiburg
Universitetinə rektor olaraq təyin edilməsində təsiri olması gözləntisi ilə Nasional
Sosialist Partiyasına üzv olmuşdu. Bununla birlikdə nasistlərə qarşı olan iki
dekanın vəzifədən azad edilməsini rədd etmiş və 1934-cü ildə vəzifəsindən
istefa vermişdi, amma yenə də Nasist rejiminin tətbiq etdiyi təhsil islahatını açıq
şəkildə dəstəkləyirdi. Sonralar çox pis seçim etdiyinin fərqinə vardığında xətalarının
nəticələrini düzəltməyə çalışdı. 1944-cü ilin payızında Nasist yerarxiyasının
gözündən o qədər düşmüşdü ki, rüsvayçı
bir şəkildə Reyn çayı sahilində anti-tank xəndəkləri qazmaq üçün “Volkstrum”-a (“Xalq fırtınası”, Nasist
daxili təhlükəsizlik qüvvələrinin bir növü) göndərilmişdi. Müharibədən sonra Nasistlərdən
Təmizləmə Komitəsi tərəfindən tədris fəaliyyəti qadağan edildi. 1951-ci ildə bu
qadağa ləğv edildi və Haydegger Freiburgda fəxri professor olaraq təyin olundu
və elə orda da qaldı.
Aralarında akademiklərin də olduğu bir çox insan
1930-40-cı illərin Almaniyasında iyrənc bir şəkildə davranmışdı və Haydeggerin
səviyyəsi heç şübhəsiz ki, bəzi iş yoldaşlarının düşdüyü səviyyə qədər düşməmişdi.
Amma çoxunun bağışlanılmaz olaraq gördüyü şey 1945-ci ildən sornakı dövrdə
Hitler, Nasizm və Holokost məsələləri haqqında səssizliyi idi. 1966-cı ildə Der
Spiegelə ancaq ölümündən sonra yayımlanması şərti ilə bir müsahibə vermişdi (həmin
müsahibə 1976 cı ildə yayımlandı) ki, Corc Steinerin qeyd etdiyi kimi “nəzakətlilik və hiləgərlik baxımından olduqca
usta” bir reportaj idi. Haydegger 26
may 1976-cı ildə Freiburgda vəfat etdi və
məktəbə gedərkən qarşısından hər gün keçdiyi ailəsinin Messkirchdəki məzarına dəfn
edildi. Məzarının üzərində yalnız bir ulduz həkk olunub. Bu ulduz 1947-ci ildə
yazdığı bir ifadəyə uyğun olaraq yerləşdirilmişdir. “Düşünmək, özünüzü bir gün dünyanın səmasında tək bir ulduz olaraq
duracaq tək bir düşüncə ilə sərhədləməkdir”. Amma fəlsəfi səmada bir çox
ulduz vardır.
Ser Alistair MacFarlane, Kral Cəmiyyətinin keçmiş
vitse-prezidenti və təqaüdə çıxmış universitet prorektorudur.
Tərcümə edən: Bahmanyar Club
Mənbə: Philosophynow
Yorumlar
Yorum Gönder