"Tanrı və Karamazov qardaşlar" - Fərid Məmmədov

Karamazov Qardaşlar. Fyodor Dostoyevskinin fəlsəfi və ədəbi olaraq zirvə əsəri. Bu gün sizinlə birlikdə bu dəhanın iç dünyasına səyahət etməyə çalışacağıq. İnsan psixologiyasının bu qədər dərinliyinə enən bu şəxsin fikir aləmini ziyarət edəcəyik.Ancaq əsəri oxumayanlar üçün spoiler ola bilər
Əvvəlcə Dostoyevski haqqında danışmaq, onun hekayəsinə dalmaq daha faydalı olacaqdır. 1811 payızı Moskvada həyata gözlərini açan
 Fyodor, uşaqlığını sərxoş ata və xəstə anasının arasında keçirmişdir. Ağır maddi çətinliklərin də təsiriylə heç də asan olmayan bir uşaqlıq keçirdiyini demək yalnış olmaz. Daha sonrakə illərini içki və qumar masalarında keçirmişdir. Həyata olan yeganə bağı həyatının məhəbbəti olan Anna olmuş, ona düşüncədə belə xəyanət etmədiyini söyləmişdir. Həyatının digər dövrlərində də müxtəlif çətinliklərlə rastlaşan böyük psixoloqun hətta güllələnərək edamı qərara alınmış, daha sonra isə bu edam sürgünlə əvəz edilmişdir. Dostoyevskinin həyatında bir qırılma nöqtəsi olan bu hadisə onun gələcək əsərlərində də öz izini açıq şəkildə göstərəcəkdir.
Sürgündən qayıtdıqdan sonra rus və dünya ədəbiyyatına böyük əsərlər vermiş yazarın son və bəlkə də zirvə əsəri olan Karamazov Qardaşlar, dünya ədəbiyyatının əvəz edilməz romanlarından biridir.
Romanın təhlilinin nə qədər çətin olduğu məsələsində hər halda oxucular mənimlə razılaşar. Çünki roman varlıq, tanrı, həqiqət, sevgi, nifrət, insan və ailə münasibətləri kimi məsələlərdə çox vacib nöqtələrə toxunur.
Əsərin girişində yazılan bu sözlərlə analizə başlamağı daha uyğun görürəm.
  
  Sizə həqiqət olaraq deyirəm : ''Torpağa
     düşən bir buğda dənəsi yox olmazsa,
     yalnız bir buğda dənəsi olaraq qalar.
     Ama yox olarsa, bərəkətli məhsul
      doğurar.

Əsərimiz Fyodor Pavloviç Karamazovun 3 (bəlkə də 4) oğlunun hekayəsindən ibarətdir. Bunlar ilk evliliyindən dünyaya gələn Dimitri Fyodoroviç Karamazov, ikinci evliliyindən dünyaya gələn İvan Fyodoroviç Karamazov və Aleksey Fyodoroviç Karamazov və bəzi təxminlərə, söyləntilərə görə Fyodor Karamazovun qeyri - qanuni oğlu Pavel Fyodoroviç Smerdyakovdur.
Əsərimiz təməl olaraq ata və 3 (4) oğlunun münasibətlərinin üzərində qurulmuş, onların münasibətilə birlikdə şəxsi həyat fəlsəfələri və Tanrı tənqidinə, Tanrının varlığına münasibətə qədər böyük və dərin bir çərçəvəni əhatə edir.
Əsərimizin açıqlanmasını davam ettirmək üçün bu baş obrazların dünyasına və xüsusiyyətlərinə göz gəzdirmək lazımdır.

Fyodor Karamazov
Əsərimizə adını da verən Karamazov Qardaşların atası. Əsərimizin əxlaqsız, başıboş şəxsi. Fyodor gəncliyindən bəri həyatını hiylə və yalan üzərinə qurmuş, bütün əxlaqi dəyərlərə qarşı çıxmış, Tanrının varlığını öz düşüncəsində tənqidə tutmuşdur. Hər iki həyat yoldaşını itirdikdən sonra öz azğınlığını daha da artırmış, uşaqlarını həyətlərindəki qulluqçu Grigori və ailəsi böyütmüşdür. Böyük oğlu Dimitri ilə olan maddi sərvət və anasının mirası uğrunda olan şiddətli mübahisələr ata və oğlun münasibətlərinin soyumasına yol açmışdır. Ancaq ən təməlində sevgi münasibətlərində oğlu ilə olan şiddətli qarşıdurmalar və ziddiyətlər sonunda əsərə böyük ölçüdə təsir edəcək hadisələrə səbəb olmuşdur.

Dimitri Karamazov.
Fyodor Karamazovun ilk evliliyindən dünyaya gələn böyük oğlu Dimitri olduqca sərt, dəli - dolu bir gəncdir. Hadisələrin baş tutduğu şəhərə atası ilə miras məsələlərini həll etmək üçün gəlmiş, Katerina İvanovna ilə nişanlı olmasına baxmayaraq onunla eyni qadını (Agrafena Aleksandrovna Svetlova - Gruşenka ) sevdiklərindən atasına olan nifrəti daha da artmışdır.

İvan Karamazov
Ailənin ortancıl, yüksək səviyyədə entellektual, savadlı, bir o qədər də soyuqqanlı üzvü. Fəlsəfi görüş olaraq Nihilizm yanlısı olan İvan, əsərdə Fyodor Karamazova ən çox oxşayan oğlu olaraq qələmə alınmışdır. Xüsusən Böyük İnqvizisiyaçı adlı hekayəsi ilə diqqətləri cəlb edən bu gənc Katerina İvanovna'yı sevmişdir. Romanda dinsizliyi təmsil edir.

Aleksey Karamazov
Hekayəmizin ən saf obrazı olan Alyoşa ailənin ən kiçik oğludur. Hər kəsə sevgi ilə yanaşan, yaxşılığı hər şeydən üstün tutan bu gənc Staretz Zosimanı özünə ideal olaraq bilmiş, onun yolundan davam etməyə çalışmışdır, ta ki Zosima həyatını itirənə qədər. Əsərdə dini, inancı və saflığı təmsil edir.
Smerdayokvdan da bir iki kəlimə etməmək yaxşı olmaz deyə düşünürəm. Qanunsuz münasibətin meyvəsi olan bu gənc, psixolojik problemlərlə üz üzə qalmış, sara krizləri ilə mübarizə etməyə məcbur olmuşdur. Dini inanclara qarşı çıxmış, öz məqsədi üçün əsərin gedişinə təsir edən böyük bir hadisəyə səbəbiyyət vermişdir.

Hekayəmiz ailənin Zosimanın manastırında toplanması ilə başlayır. Burada Zosimanın Dimitriyə münasibəti əsərin sonunu əvvəldən açıqlamağa başlamışdır. Eyni qadınları sevmələri Fyodor və Dimitri arasında olan münasibətləri daha da gərginləşdirmişdir. Bu sevgi üçbucağına  Katerina və İvanın da qoşulması ailənin qədərini böyük ölçüdə dəyişmişdir. Dimitri Gruşenkaya sahib olmaq üçün əvvəlcədən bəhs etdiyim hadisə olan atasını öldürməyi ağlına yerləşdirmişdir. Əsərin qırılma nöqtələrindən olan o gecə, Dimitri fikrindən dönmüş, cinayət yerinə yetirildiyindən günahkar mövqeyinə gətirilmişdir.
Paralel olaraq Dmitri Aleksey İlyuşa arasında olan münasibətlər ailənin psixolojik durumunun açılmasında önəmli hadisələrə səbəbiyyət vermişdir. Zəifliyə, kasıblığa üsyan bayrağı qaldırmış İlyuşa Alekseyə həqiqəti dərk etməkdə yol göstərmişdir. İlyuşanın ölümü isə Dostoyevskinin fəlsəfi olaraq zirvə məqamlarından birinə təşkil etməkdədir.
Əsərimizin sonu bu böyük məhəbbət və xəyanət zəncirinin ədalət önünə çıxarılması ilə nəhayətlənmişdir. Məhkəmə bizə ailənin iç üzünü açmış, ancaq günahsız olmasına qarşın Dimitrinin sürgünə göndərilməsi qərara alınmışdır.
Sonunda qardaşların qədəri bizə Dostoyevskinin fəlsəfəsini açmışdır. İnsanlara şiddət göstərən Dimitri sürgünə göndərilmiş, nihilist düşüncələri ilə Tanrını inkar edən İvan isə ağır krizlərlə həyatının son baharına yaxınlaşmışdır. Smerdayokun intiharı və Fyodor Pavloviç cinayəti ailədən ancaq inancı, saflığı təmsil edən Alekseyin ayaqda qalmasına səbəb olmuşdur.
Dahi yazar bizə sevginin və inancın insanı həqiqətə və xoşbəxtliyə aparan yeganə və vacib yol olduğunu göstərmişdir.



Müəllif: Fərid Məmmədov

Yorumlar

Yorum Gönder