"Məna və istinad" - Hilary Putnam

"Məna" anlayışının extension / intension* qeyri-müəyyənliyinə sahib olduğu ənənəvi doktrinanın bəzi tipik nəticələri vardır. Bir terminin mənasının anlayış olduğu doktrinası, mənaların zehni ifadələr olduğu mənasına gəlir. Lakin Frege bu "psixologizmə" qarşı çıxdı. Mənaların ictimai mülkiyyət olduğunu hiss edərək- hansı ki eyni mənalar birdən çox adam tərəfindən və müxtəlif dövrlərdə 
insanlar tərəfindən "qavrana" bilər - o, anlayışları (və buradan "niyyətlər" və ya mənalar) zehni varlıqlar deyil, mücərrəd varlıqlar ilə eyniləşdirdi. Ancaq bu mücərrəd varlıqları "qavramaq" hələ də fərdi psixoloji aktdır. Bu filosofların heç biri, bir sözün başa düşülməsinin (niyyətini bilmək) sadəcə müəyyən bir psixoloji vəziyyətdə olma məsələsindən şübhə etmirdilər (birinin ağlındakı ədədləri bir amil olaraq necə hesablayacağının bilinməsi, sadəcə çox qarışıq bir psixoloji vəziyyətdə olmaqdan ibarətdir.)

(*Extensionanlayışın həcmidir, bir anlayışın öz içərisinə daxil etdiyi elementləri ifadə edir. Məsələn, “ağac” anlayışı öz içərisinə “şam”, “küknar”, “palıd” və s. elementləri daxil edir. İntension - isə anlayışın məzmunu, anlayışın içərisinə daxil etdiyi elementlərin ortaq xüsusiyyətlərini ifadə edir. Məsələn, “küknar”, “şam” və “palıd” ın daxil olduğu “ağac” anlayışın intensionu gövdəyə, yarpağa malik olması və s. dir. Extension artıqda intension azalır və yaxud da əksinə. Mətndə tərcüməçi tərəfindən bu ifadələr uyğun olaraq extension - genişlənmə və intension - niyyət kimi tərcümə edilmişdir. İntension anlayışın məzmunudur,  extension anlayışın həcmidir. – Red.)

 İkincisi, zamanla sıradan çıxmış "böyrəyi olan varlıq" və "ürəyi olan varlıq" iki termin nümunəsi, iki terminin eyni genişlənməyə sahib ola biləcəyini, amma yenə də niyyət baxımından fərqli olduğunu göstərir.
  Amma bunun tərsinin qeyri-mümkün olduğu açıqlandı: iki termin, genişlənməsi baxımından fərqlənə bilməz və eyni niyyətə malikdir. Maraqlıdır ki, bu mümkünsüzlüyə dair heç bir arqument təqdim olunmadı. Çox güman ki, bir terminə uyğun gələn anlayışın yalnız xəbərlərin birləşməsi olduğunu düşünən qədim və orta əsr filosoflarının ənənələrini əks etdirir və buna görə də bir terminə uyğun gələn anlayışın, terminin genişlənməsinə (extension) düşməsi üçün hər zaman zəruri və kifayət qədər şərt təmin etməlidir. Karnap kimi filosoflar üçün, doğrulanan məna nəzəriyyəsini qəbul edən bir terminə uyğun gələn anlayış (ideal vəziyyətdə, terminin "tam mənası" var idi),  genişlənmə meyarını təmin etmişdir (yalnız "zəruri və kifayət qədər şərt" mənasında deyil, müəyyən bir şeyin genişlənməyə düşüb-düşmədiyini tanımanın güclü mənasında). Beləliklə, məna nəzəriyyəsi iki mübahisəsiz fərziyyəyə söykəndi:
 (1) Bir terminin mənasını bilmək sadəcə müəyyən psixoloji vəziyyətdə olmaqdan ibarətdir  ("Psixoloji vəziyyət" mənasında, yaddaş və inanc vəziyyətlərinin "psixoloji vəziyyətlər" olduğu; əlbəttə, heç kim bir sözün mənasını bilməyin, davamlı şüur vəziyyəti olduğunu düşünmürdü).
 (2) Bir terminin mənası onun genişlənməsini (extension) müəyyənləşdirir (niyyətin (intension) eyni olması genişləmənin eyni olması deməkdir).
 Mübahisə edərəm ki, bu iki fərziyyə heç bir məna anlayışını, eləcə də hər hansı bir anlayışı yerinə yetirmir. Ənənəvi məna anlayışı yanlış nəzəriyyəyə əsaslanan bir anlayışdır.

Mənalar ağıldadır?
Aşağıdakı elmi-fantastika nümunələri üçün, haradasa Əkiz Dünya adlandıracağımız bir planetin olduğunu fərz edək. Əkiz Dünya, Dünyaya çox bənzəyir: əslində, Əkiz Dünyadaki insanlar hətta ingilis dilində danışırlar. Əslində, elmi-fantastika nümunələrimizdə müəyyən edəcəyimiz fərqlərdən əlavə, oxucu Əkiz Dünyanın eynilə Dünyaya bənzədiyini zənn edə bilər. Baxmayaraq ki, hekayələrim buna bağlı olmayacaq, amma əgər istəsə, Əkiz Dünya da eyni bənzəri olan Doppelganger-ə sahib olduğunu güman edə bilər.
 Təəccüblü deyil ki, Əkiz Dünyadaki bəzi insanlar (özlərini "Amerikalılar", "Kanadalılar", "İngilislər" və s. adlandıranları fərz edək ) ingilis dilində danışsalar da, Əkiz Dünyada danışılan İngilis ləhcələri ilə standard İngilis dili arasında bir neçə kiçik fərq var.
  Əkiz Dünyanın xüsusiyyətlərindən biri də mayenin H2O deyil "su" adlandırılmasıdır, amma bu maye çox uzun və mürəkkəb kimyəvi formulu olan fərqli bir mayedir. Bu kimyəvi formulu sadəcə XYZ olaraq qısaldacağam. Fərz edək ki, XYZ-normal temperaturda və təzyiqdə sudan ayrılmazdır. Həmçinin, Əkiz Dünyanın okeanlarının, göllərinin və dənizlərinin sudan deyil XYZ-dən ibarət olduğunu, Əkiz Dünyada su deyil XYZ yağışı yağdığını və s. fərz edək.
   Əgər Dünyadan olan bir kosmik gəmi Əkiz Dünyaya gələrsə, ilk fərziyyə "su"yun Dünyada və Əkiz Dünyada eyni məna daşıması olacaqdır. Bu fərziyyə, Əkiz Dünyadakı "su"yun XYZ olduğu aşkar edildikdə düzəldiləcək və Dünya kosmik gəmisi bir qədər aşağıdakı şəkildə məlumat verəcəkdir:
   "Əkiz Dünyada "su" sözü XYZ deməkdir".
   Simmetrik olaraq, əgər Əkiz Dünyadan bir kosmik gəmi Dünyaya gələrsə, ilk fərziyyə "su" sözünün Əkiz Dünyada və Dünyada eyni məna kəsb etməsi olacaq. Dünyadakı "su"yun H2O olduğu aşkar edildikdə, bu fərziyyə düzəldiləcək və Əkiz Dünya kosmik gəmisi belə məlumat verəcək:
   "Dünyada "su" sözü H2O mənasını verir".
   Qeyd edək ki, "su" termininin genişlənməsi (extension)  ilə bağlı problem yoxdur: sadəcə sözün iki mənası var (dediyimiz kimi) ; sadəcə suyun mənası, Əkiz Dünyada istifadə edildiyi mənada, "su" dediyimiz su deyil, eynilə Dünyada istifadə edildiyi mənada, Əkiz Dünyalıların "su" dediyi su deyil. Su mənasında "su" sözünün genişlənməsi, H2O molekulundan və ya bu kimi bir şeydən ibarət olan bütün boşluqların məcmusudur; su mənasında suyun genişlənməsi, XYZ molekullarından və ya bu kimi bir şeydən ibarət olan bütün boşluqların məcmusudur.
   İndi təxminən 1750-ci ilə geri dönək. İngilis dilli tipik Dünyalı suyun hidrogen və oksigendən ibarət olduğunu bilmirdi və eynilə, İngilis dilli tipik Əkiz Dünyalı suyun XYZ-dən ibarət olduğunu bilmirdi. Oskar 1 tipik İngilis dilli Dünyalı olsun və Oskar 2 onun Əkiz Dünyadakı bənzəri olsun. Oskarın (1) su haqqında bir inancı olmadığını fərz edə bilərsiniz, hansı ki həmçinin, Oskarın (2) "su" haqqında inancı yoxdur. İstəsəniz Oskar (1) və Oskarın (2) görünüşdə, duyğularda, düşüncələrdə, daxili monoloqda və s. tamamilə eyni olduğunu düşünə bilərsiniz. Yenə də, 1750-ci ildə də Dünyada "su" termininin genişlənməsi eynilə 1950-ci ildə olduğu kimi H2O şəklində idi; və 1750-ci ildə Əkiz Dünyada "su" termininin genişlənməsi 1950-ci ildə olduğu kimi XYZ idi. Eyni psixoloji vəziyyətdə olmalarına baxmayaraq, Oskar 1 və Oskar 2 "su" terminini fərqli şəkildə başa düşdü, və o dövrün elmi vəziyyətini nəzərə alsaq, elmi cəmiyyətlərin "su" terminini fərqli şəkildə başa düşdüklərini kəşf etmələri hardasa əlli il çəkərdi. Beləliklə, "su" termininin genişlənməsi (və əslində, bu terminin intuitiv preanalitik istifadədə  "mənası") danışanın psixoloji vəziyyətinin özbaşına funksiyası deyildir.
   Amma etiraz edilə bilər ki, "su" termininin 1750 və 1950-ci illərdə (hər iki Dünyada) eyni genişlənməyə (extension) sahib olduğunu niyə qəbul etməliyik? Fərz edək ki, bir stəkan suya işarə edib "bu mayenin su adlandığını" deyirəm. Su ilə bağlı "hərtərəfli tərifim" haqqında bəzi empirik fərziyyələr vardır: işarə etdiyim maye kütləsi, mənim və dilçi cəmiyyətimdəki digər danışanların çoxunun "su" olaraq adlandırdığı digər şeylərlə müəyyən bir əlaqə var (deyək ki, x y ilə eyni mayedir, və ya x y ilə eynidir). Əgər bu fərziyyə yanlışdırsa, məsələn, mən (mənə məlum deyil) bir stəkan suya deyil, bir stəkan arağa işarə edirəmsə, o zaman mən böyük tərifimin qəbul olunacağını düşünmürəm. Beləliklə, hər tərəfli tərif ,"ləğv edilə bilən" vacib və kifayət şərt olaraq adlandırıla bilən şeyləri ifadə edir: su olması üçün lazımlı və kifayət şərt, şüşə içərisindəki əşyalarla eyni (m) əlaqəni daşımaqdadır; lakin, bu yalnız empirik fərziyyənin yerinə yetirildiyi təqdirdə zəruridir və kifayətdir. Əgər tətmin olmazsa, o zaman lazım olsa, "ehtiyat" şərtlərindən biri aktiv hala gəlir.


    Əsas məqam, eyni (m) əlaqənin nəzəri bir əlaqə olmasıdır: bir şeyin bununla eyni maye olub-olmaması qeyri-müəyyən bir elmi araşdırma tələb edə bilər. Beləliklə, 1750-ci ildə bir ingilis dilində danışanın XYZ-i "su" olaraq adlandırmış ola bilməsi, ancaq varislərinin 1800 və ya 1850-ci illərdə XYZ suyu olaraq adlandırmayacağı, aradaki ortalama danışan üçün suyun mənasının dəyişdiyi mənasına gəlmir. 1750-ci ildə və ya 1850-ci ildə və ya 1950-ci ildə, məsələn Miçigan Gölündəki mayeyə "su" örnəyi olaraq işarə edilmiş ola bilər. Dəyişən şey, 1750-ci ildə yanlışlıqla XYZ-in Miçigan gölündəki maye ilə əlaqəsi olduğunu düşünərkən, 1800 və ya 1850-ci illərdə bunun belə olmadığını biləcəkdik.
    İndi elmi-fantastik hekayəmizi dəyişdirək. Molibden qabların və tavaların alüminium qablardan ayırd edilə bilmədiyini və tavaların bir mütəxəssis tərəfindən qorunduğunu fərz edəcəyəm. İndi molibdenin Əkiz Dünyada alüminiumun Dünyada olduğu qədər məşhur olduğunu və alüminiumun Əkiz Dünyada molibdenin Dünyada olduğu qədər nadir olduğunu fərz edək. Son olaraq, "alüminium" və "molibden" sözlərinin Əkiz Dünyada işlədilməsini fərz edəcəyik: "alüminium" molibdenin və "molibden" isə alüminiumun adıdır. Dünyadan bir kosmik gəmi Əkiz Dünyaya getsəydi, Dünyadan gələn qonaqlar, xüsusilə, Əkiz Dünyalı olduqlarını dedikdə, "alüminium" qab və tavaların alüminiumdan hazırlanmadığından şübhələnməzlər. Ancaq bu iki hal arasında ciddi bir fərq var. Dünyadan olan bir metallurq, asanlıqla "alüminium"un molibden olduğunu söyləyə bilər, eynilə, Əkiz Dünyalı bir metallurq alüminiumun "molibden" olduğunu eyni dərəcədə asanlıqla söyləyə bilər. (Əvvəlki cümlədəki sitatlar Əkiz Dünyalıların istifadələrini göstərir.) Halbuki 1750-ci ildə Dünyada və ya Əkiz Dünyada heç kim suyu "su"dan ayırd edə bilməzdi, alüminiumun "alüminium"la qarışdırılması, dilçi icmaların yalnız bir hissəsini əhatə edir.
 Bu nümunə əvvəlki nümunə ilə eyni nöqtəni göstərir. Əgər Oskar (1) və Oskar (2) müvafiq olaraq standart Dünya İngilis dilində və Əkiz Dünya İngilis dilində danışanlardılarsa və hər ikisi də nə kimyəvi, nə də metallurgiya baxımından inkişaf etmiş deyilsə, "alüminium" sözünü istifadə etdikdə psixoloji vəziyyətlərində heç bir fərq olmaya bilər; buna baxmayaraq,  "alüminium”un genişlənməsinin (extension)  Oskar (1)in dialektində alüminium, Oskar (2)nin dialektində isə molibden olduğunu söyləməliyik.(Həmçinin onu da deməliyik ki, Oskar (1) və Oskar (2) "alüminium" sözüylə fərqli şeyləri ifadə edirlər; Dünyada "alüminium" Əkiz Dünyada olduğundan fərqli bir mənaya sahibdir və s.)  Bir daha danışanın psixoloji vəziyyətinin sözün genişlənməsini ( və ya preanalitik danışmağın mənasını) müəyyən etmədiyini görürük.
  Bu nümunəni daha da müzakirə etməzdən əvvəl elmi-fantastika olmayan bir nümunə təqdim edim.  Mənim kimi olduğunuzu və bir fıstıq ağacına qaraağac deyə bilməyəcəyinizi fərz edək. Hələ də dialektimdəki qaraağac genişlənməsinin başqalarının dialektindəki qaraağac genişlənməsi ilə eyni olduğunu deyirik, başqa sözlə, hər ikimizin dialektində də bütün qaraağac ağaclarının və bütün fıstıq ağaclarının genişlənməsi "fıstıq" genişlənməsidir.  Beləliklə, mənim dialektimdəki qaraağac sizin dialektinizdəki "fıstıq"dan fərqli genişlənməyə sahibdir (olmalı olduğu kimi). Genişlənmələrdəki bu fərqin düşüncələrimizdəki bəzi fərqliliklərdən qaynaqlandığına həqiqətən inanmaq olarmı? Qaraağac ağacı anlayışım, fıstıq ağacı anlayışımla tamamilə eynidir (etiraf etdiyim üçün utancımdan qızarıram). Kimsə cəsarətlə "qaraağac"ın genişlənməsi ilə "fıstıq" genişlənməsinin dialektimdəki genişlənməsi ilə arasındakı fərqin psixoloji vəziyyətimdəki bir fərqlə izah oldunduğunu təsdiqləməyə çalışarsa, onda biz həmişə bir "Əkiz Dünya" nümunəsi yaradaraq onu təkzib edə bilərik- sadəcə "qaraağac" və "fıstıq" sözləri Əkiz Dünyada istifadə olunmalıdır (əvvəlki nümunədəki "alüminium" və "molibden"in olduğu kimi). Üstəlik, fərz edək ki, Əkiz Dünyada, mənimlə "eyni" molekul olmaq üçün olan Doppelgangerim var. Əgər bir dualistsinizsə, həmçinin, Doppelgangerimin mənim düşündüyüm şifahi düşüncələri düşündüyünü, eyni duyğu məlumatlarına və eyni meyllərə və s. sahib olduğunu fərz edin. Onun psixoloji vəziyyətinin mənimkindən bir az fərqli olduğunu düşünmək absurddur: yenə də o, qaraağac dediyində fıstığı "nəzərdə tutur" və mən "qaraağac" dediyimdə qaraağacı "nəzərdə tuturam". Piroqu istədiyiniz kimi kəsin, "mənalar" sadəcə başda deyil!
             
Sosiolinqvistik hipotez
Son iki nümunə, təəccüblü bir şəkildə, dil ilə bağlı heç vaxt vurğulanmamış kimi görünən bir həqiqətə əsaslanır: linqvistik əmək bölgüsü var. Heç kim qaraağac və alüminium metalını tanımağın yolunu bilməsəydi, "qaraağac" və "alüminium" kimi sözləri çətin ki istifadə edə bilərdik: fərq vacibdir, lakin hərkəs fərqləndirməni bacarmalıdır deyə bir şey də yoxdur.
Nümunəni dəyişək; qızıl düşün. Qızıl bir çox səbəbdən önəmlidir: qiymətli bir metaldır; pullu metaldır; simvolik əhəmiyyətə malikdir (çox insan üçün taxdıqları "qızıl" toy üzüyünün həqiqətən qızıldan ibarət olması və sadəcə qızıl kimi görünməməsi önəmlidir); və s. Cəmiyyətimizi bir "fabrik" kimi düşünün: bu "fabrikdə" bəzi insanlar qızıl toy üzükləri taxmaq "işinə" sahibdirlər;  digər insanlar qızıl toy üzükləri satmaq "işinə" sahibdir; hələ də digər insanlar bir şeyin həqiqətən qızıl olub-olmadığını söyləmək işinə sahibdir. Qızıl üzük taxan (və ya qızıl qol düyməsi və s.) və ya "qızıl standartını" müzakirə edən və s. hər kəsin qızıl alması və satması heç gərəkli və ya səmərəli deyil. Qızıl alan və satan hərkəsin, bu saxtakarlıq formasının nadir olduğu (saxta qızıl satışı) və şübhə olduqda asanlıqla bir mütəxəssislə məsləhətləşə biləcəyi bir cəmiyyətdə, bir şeyin həqiqətən qızıl olub-olmadığını deyə bilməsi də gərəkli və ya səmərəli deyil. Və qızıl almaq və ya taxmaq üçün vəsilə olan hər kəsin bir şeyin qızıl olub-olmamasını hər hansı bir etibarlılıqla deyə bilməsi əlbəttə gərəkli və ya səmərəli deyil.
Yuxarıda göstərilənlər yalnız dünyəvi əmək bölgüsünün (geniş mənada) nümunələridir. Lakin onlar bir linqvistik əmək bölgüsü təşkil edirlər: hər hansı bir səbəbdən qızılın önəmli olduğu hər kəs "qızıl" sözünə sahib olmalıdır; ancaq bir şeyin qızıl olub-olmadığını başa düşmək metoduna sahib olmaq məcburiyyətində deyil. O, xüsusi alt sinif danışanlarına etibar edə bilər. Ümumiyyətlə düşünülən ümumi bir adla əlaqəli olmaq- genişlənmədə nümayəndəlik üçün gərəkli və kifayət şərtlər, genişlənmədə bir şeyin olub-olmadığını anlamağın yolları və s.- kollektiv bir qurum olaraq qəbul edilən dil cəmiyyətində hamısı mövcuddur; lakin bu kollektiv qurum qızılın mənasının müxtəlif hissələrini bilmək və işlətmək əməyini bölür.
 Əlbəttə ki, bu linqvistik əmək bölgüsü qeyri-linqvistik əmək bölgüsünə söykənir və bunu gərəkdirir. Sadəcə bəzi metalların qızıl olub-olmadığını necə anlayacığını bilən insanlar varsa və ya lüğətlərində "qızıl" sözünü istifadə etmək üçün heç bir səbəbləri yoxdursa, o zaman "qızıl" sözü 1750-ci ildə danışanların alt sinfinə görə "su" sözü olacaq və digər danışanlar heç bir şəkildə bunu əldə edə bilməzlər. Bəzi sözlər dilçilikdə hər hansı bir əmək bölgüsü göstərmir: məsələn, "stul". Ancaq cəmiyyətdə əmək bölgüsünün artması və elmin inkişaf etməsilə birlikdə, getdikcə, daha çox söz bu cür əmək bölgüsünü göstərməyə başlayır. Məsələn "su", kimyanın inkişaf etməsindən əvvəl əmək bölgüsünü heç göstərmirdi. Bu gün hər danışan üçün suyu tanıya bilməsi açıq şəkildə lazımlıdır (normal şərtlər altında və etibarlı bir şəkildə) və böyük ehtimalla, yetişkin danışanların çoxu "suyun H2O olduğunu" lazımlı və kifayət şərt bilir, ancaq sadəcə bir neçə yetişkin danışan suyu suya oxşayan səthi mayelərdən ayıra bilər. Şübhəli bir vəziyyət olduqda, digər danışanlar bu "mütəxəssis" danışanların qərarına etibar edəcəklər. Belə ki, bu mütəxəssis danışanların sahib olduğu tanıma yolu, onların vasitəsiylə, qurumun bütün üzvü tərəfindən olmasa da, kollektiv linqvistik qurum tərəfindən də əldə edilə bilər və bu yolla, su haqqındakı ən çox araşdırma həqiqəti, bu sözü əldə edən hardasa bütün danışanlar tərəfindən bilinməməklə birlikdə, sözün sosial mənasının bir parçası ola bilər.
 Mənə elə gəlir ki, dilçilik əməyinin bölünməsi fenomeni sosiolinqvistikanın araşdırması üçün çox vacib olacaqdır. Bununla əlaqədar olaraq aşağıdakı fərziyyəni irəli sürmək istərdim:
  Dil Əməyi Bölünməsinin Universallığı haqqında Hipotez: hər bir dil icması əvvəldə təsvir olunan linqvistik əmək bölgüsünün növünü nümunə göstərir; yəni əlaqəli meyarları yalnız şərtləri əldə edən danışanların alt bölməsinə məlum olan ən azı bəzi şərtlərə sahibdir və digər danışanların istifadəsi, müvafiq alt bölmələrdəki danışların və onların arasında qurulmuş əməkdaşlıqdan asılıdır.
Bu fenomenin, fərziyyələrin uğursuz olması barədə yuxarıda verilmiş bəzi nümunələri necə izah etdiyini görmək asandır (1 və 2). Bir termin linqvistik əmək bölünməsinə məruz qaldıqda, onu əldə edən orta danışan,  onun genişlənməsini (extension) düzəldən heç bir şey əldə etmir.
 Dünyada iki növ alət olduğunu vurğulayaraq bu müzakirəni ümumiləşdirə bilərik: bir adamın istifadə edə biləcəyi çəkic və ya tornavida (red. vitaçan) kimi alətlər var; və bir sıra şəxslərin kooperativ fəaliyyətini tələb edən gəmi kimi alətlər var. Birinci növ alətin modelində sözlər çox düşünülmüşdür.



 İndeksallıq və Dəyişməzlik
Elmi-fantastik nümunələrimizdən birincisi - 1750-ci ildə Dünyadakı və Əkiz Dünyadakı "su" - linqvistik əmək bölünməsini əhatə etmir, ya da ən azından "alüminium" və "qaraağac" nümunələri kimi əhatə etmir.  1750-ci ildə nə Dünyada, nə də Əkiz Dünyada "su" mövzusunda "mütəxəssis" yox idi (hər halda bizim hekayəmizdə). Nümunə, istinad nəzəriyyəsi və həmçinin indi müzakirə edəcəyimiz zəruri həqiqət nəzəriyyəsi üçün əsas önəmə sahib olan şeyləri əhatə edir.
 D(1) və D(2) mənim mövcud olduğum və bu şüşənin mövcud olduğu və bu şüşəyə işarə edərək "Bu sudur" deyərək bir məna izahı verdiyim iki mümkün dünya olsun. Tutaq ki,  D (1)də şüşə H2O ilə, D (2)də isə şüşə XYZ ilə doludur. Həmçinin, D (1)in faktiki dünya olduğunu və XYZ-in D (2) dünyasında tipik olaraq "su" adlandırılan şey olduğunu fərz edək (beləliklə, D (1)dəki və D(2)dəki İngilis dilində danışanlar arasındakı əlaqə, Dünyadakı və Əkiz Dünyadakı İngilis dilində danışanlar arasındakı əlaqə ilə tamamilə eynidir). Belə ki, birinin "suyun" mənasına dair sahib olabiləcəyi iki nəzəriyyə vardır:
  (1) "Suyun" dünyada nisbi, amma məna baxımından sabit olduğunu düşünülə bilər (yəni sözün sabit bir nisbi mənası vardır). Bu nəzəriyyədə, "su" D (1) və D (2)də eyni məna daşıyır; sadəcə D (1)də su H2O və D (2)də su XYZ-dir.
 (2) Suyun bütün dünyalarda H2O olduğunu fərz etmək olar (D(2)də "su" deyilən şey su deyil), lakin D(1) və D(2)də "su" eyni mənanı vermir.
  Əgər Əkiz Dünya faktı haqqında daha əvvəl deyilənlər doğrudursa, onda (2) həqiqətən dəqiq nəzəriyyədir. "Bu (maye) sudur" dediyimdə, "bu" yəni "bu" deməkdir, yəni demək istədiyim, "suyun" əsl dünyada "bu" olaraq adlandırılan maye ilə müəyyən bir bərabərlik əlaqəsi (yuxarıda "eyni(maye)" dediyimiz əlaqə) daşıyan şey olmasıdır.
   İki nəzəriyyə arasındakı fərqi "əhatə" fərqi olaraq aşağıdakı şəkildə simvolikləşdirə bilərik. Nəzəriyyə (1) üzrə aşağıdakılar doğrudur:
   (1’) (Hər Dünya üçün D) (D-də hər x üçün) (x sudur= x D-də "bu" olaraq adlandırılan ifadəylə eyni(maye)dir)

Nəzəriyyə (2)də:
(2’) (Hər Dünya üçün D) (D-də hər x üçün) (x sudur= x faktiki dünya D (1)də "bu" olaraq adlandırılan ifadəylə eyni(maye)dir)

Mən buna "əhatə" fərqi deyirəm, çünki (1’)də "bu" olaraq adlandırılan ifadə " Hər Dünya üçün D" əhatəsindədir- "D-də" seçmə ifadə açıq-aşkar göstərilərkən- (2’)də "bu" olaraq adlandırılan ifadə "faktiki dünyada "bu" olaraq adlandırılan ifadə ilə eynidir" və bununla da məcburi dəyişkən "D"dən asılı olmayan müstəqil bir istinad var.
 Əgər (bu cümlədə) təyin edici, təyin etdiyi hər mümkün ola biləcək dünyada eyni fərddən bəhs edərsə, Kripke bu təyin edicini "sabit" adlandırır (verilən cümlədə). Bu sabitlik anlayışını maddə adlarına görə genişlədərsək, "su" termininin sabit olduğunu deyərək Kripkenin və mənim nəzəriyyəmi ifadə edə bilərik.
 "Su" termininin sabitliyi "hərtərəfli tərifi" verdiyim vaxtdan irəli gəlir: "bu (maye) sudur", (1’)i yox, (2’)ni nəzərdə tututam.
   Kripkenin ardından, "bu (maye) sudur" açıqlayıcı tərifini verdiyimdə, işarəedici "bu"nun sabit olduğunu deyə bilərik.
   Kripkenin ilk olaraq müşahidə etdiyi şey, "su" sözünün (və digər təbii növ terminlər də) məna nəzəriyyəsinin (və yaxud "istifadə edilməsi" və ya hərnəysə), zəruri həqiqət nəzəriyyəsi üçün təəccüblü nəticələrə səbəb olmasıdır.
Bunu izah etmək üçün dünyalar arası bir münasibət anlayışını təqdim edim. İki terminli bir əlaqə olan R, onun genişlənməsinin eyni mümkün dünyada deyil, bir sıra müntəzəm fərdi cütü olduğu başa düşüldüyü zaman çarpaz dünya adlandırılacaqdır. Məsələn, çarpaz dünya əlaqəsi ilə eyni dərəcədə olan əlaqəni başa düşmək asandır: bunu sadəcə belə başa düşün ki, məsələn, əgər x D(1) dünyasındakı 5 metr uzunluğunda bir şəxsdirsə və ya y D (2) dünyasındakı 5 metr uzunluğunda bir şəxsdirsə, onda müntəzəm cüt olan x,y eyni dərəcədə olan genişlənməyə aiddir. Bənzər şəkildə, çarpaz dünya ilə eyni maye münasibətini, D (1) dünyasındakı bir mayenin, D (2)dəki bir mayenin sahib olduğu eyni mühüm fiziki xüsusiyyətlərə sahib olan bir mayenin, ikinci maye ilə eyni maye olması şəklində başa düşə bilərik.
 Onda irəli sürdüyümüz nəzəriyyə, ixtiyari olaraq mümkün olan bir dünyada x ifadəsinin, əslində dünyada "su" dediyimiz şeylərlə ancaq eyni (maye) əlaqəni (çarpaz dünya əlaqəsi kimi şərh olunur) daşıyarsa, su olduğunu deyərək ümumiləşdirilə bilər.
  İndi, fərz edək ki, suyun vacib fiziki xüsusiyyətlərinin nə olduğunu hələ kəşf etməmişəm (faktiki dünyada)- yəni suyun H2O olduğunu hələ bilmirəm. Mən suyun mikro quruluşunu bilməyən, amma suyun tanınması yollarında uğurlu ola bilərəm (əlbəttə ki, elmi inkişafımızın sonrakı mərhələsinə qədər aşkarlaya bilməyəcəyim az sayda səhv edə bilərəm). "Suyun" səthi xüsusiyyətlərinə sahib, amma fərqli mikro quruluşa sahib bir mayenin həqiqətən su olmadığı ilə razılaşarsam, suyu tanıma üsullarım, su olmağın analitik bir xüsusiyyəti olaraq qəbul edilə bilməz. Əksinə, operativ tərif, hərtərəfli tərifdə olduğu kimi, həqiqi dünyadakı şeyləri standart şəkildə işarələmək üçün bir üsuldur, məsələn, x-in hər hansı bir dünyada su olması üçün, x-in operativ tərifi təmin edən yerli qurumların normal üzvləri ilə eyni əlaqədə olmalıdır. Əkiz Dünyadakı "su", operativ tərifi təmin etsə belə su deyildir, çünki  operativ tərifi təmin edən digər yerli şeylərlə eyni əlaqədə deyildir və operativ tərifi təmin edən digər yerli şeylərdən fərqli mikro quruluşa sahib olan yerli şeylər də su deyildir, çünki yerli "suyun" nümunələri ilə eyni deyildir.
 İndi suyun mikro quruluşunu kəşf etdiyimi fərz edək- su H2O-dur. Bu nöqtədə, Əkiz Dünyada daha əvvəl su haqqında yanlış fikirdə olduğum şeylərin həqiqətən su olmadığını deyə bilərəm. Eyni şəkildə, əsl kainatdakı başqa bir planeti deyil, su üçün "əməliyyat sınağını" keçən XYZ kimyəvi formulu ilə əlaqəli bir şeylərin olduğu başqa bir mümkün kainatı təsvir edərsək, bunu deməliyik ki, bu şeylər su deyil, sadəcə XYZ-dir.  "Suyun XYZ olduğu" mümkün bir dünyanı xəyal etməyəcəksiniz, sadəcə XYZ göllərinin olduğu, insanların XYZ içdiyi (su yox), və ya başqa bir şey olan mümkün dünyanı təsvir edəcəksiniz. Əslində, bir dəfə suyun təbiətini kəşf etdikdən sonra, suyun bu təbiətə sahib olmadığı bir şey mümkün dünya hesab edilmir. Suyun H2O olduğunu bir dəfə kəşf etdikdən sonra (faktiki dünyada), suyun H2O olmadığı bir şey mümkün dünya hesab edilməz. Digər tərəfdən, bizi suyun H2O olmadığına inandıracaq təcrübələrin olmasını mükəmməl bir şəkildə təsəvvür edə bilərik (və buna inanmaq onu rasional hala gətirər). Bu mənada, suyun H2O olmadığı düşünülə bilər. Düşünülə bilər, amma bu mümkün deyil! Ağlabatanlıq bir sübut deyil.
  Kripke, epistemik olaraq zəruri olduğu kimi, rasional olaraq görünməyən (belə olduğunu fərz edək) ifadələrə istinad edir. Bütün mümkün dünyalarda zəruri olan ifadələri, sadəcə lazım olduğu kimi (və ya bəzən "metafizik olaraq lazım olduğu" kimi) ifadə edir. Bu terminologiyada, vurğulanan nöqtə sadəcə bu şəkildə yenidən ifadə edilə bilər: bir ifadə (metafizik olaraq) gərəkli və epistemik olaraq şərti ola bilər. İnsan intuisiyasının metafizik zərurətə imtiyazlı girişi yoxdur. Bu məqalədə, bizim marağımız zəruri həqiqət nəzəriyyəsi deyil, məna nəzəriyyəsidir. "İndi", "bu", "burada" kimi sözlər uzun müddətdir indeksli və ya işarə-əksetdirici olaraq tanınmışdır- yəni kontekstdən kontekstə və ya işarədən işarəyə dəyişən bir genişlənməyə (extension)  sahibdir. Bu sözlər üçün heç kim "niyyət (intension) genişlənməni müəyyənləşdirir" ənənəvi nəzəriyyəsini irəli sürməmişdir. Əkiz Dünya nümunəmizi götürək: əgər Əkiz Dünyada bir Doppelgangerim varsa, mən "başım ağrıyır" deyə düşünəndə, o da "başım ağrıyır" deyə düşünür. Lakin onun şifahi düşüncəsindəki müəyyən bir "mən" simvolunun genişlənməsi onun özüdür (dəqiq olmaq lazımdırsa, onun vahid sinfi), mənim şifahi düşüncəmdəki "mən" simvolunun genişlənməsi isə mənə aiddir (və ya dəqiq olmaq lazımdırsa, mənim vahid sinfim). Eyni söz olan "mən"  iki fərqli dialektdə iki fərqli genişlənməyə sahibdir; amma mənim özümdə sahib olduğum mənanın, Doppelgangerimin özündə sahib olduğu mənadan hər hansı bir şəkildə fərqli olduğunu göstərmir.
   İndi, indeksliliyin obyektiv şəkildə indeksli sözlər və morfemlərdən kənara çıxdığını iddia etdik (məsələn, feilin zamanları). Nəzəriyyəmizi "su" gözdən qaçmış bir indeksik komponentə malikdir kimi sözlərlə ümumiləşdirə bilərik: "su" buradakı su ilə müəyyən bir bənzərlik əlaqəsi daşıyan şeylərdir. Su başqa bir zamanda, başqa bir yerdə, hətta başqa bir mümkün dünyada su ola bilmək üçün, bizim "su" ilə eyni (maye) əlaqəni daşımaq məcburiyyətindədir. Beləliklə, nəzəriyyə (1) sözlərin danışanların sözləri ilə əlaqəli mənalara bənzəyən "niyyətləri" olmasıdır; və (2) niyyət genişlənməni müəyyənləşdirir- "su" kimi təbii növ sözlər üçün keçərli ola bilməz və eyni səbəbdən, "mən" kimi bariz indeksik sözlərə aid ola bilməz.
 Bununla birlikdə aydındır ki, Kripkenin doktrinası təbii növdəki sözlərin sabit göstəricilər olmasıdır və onların indeksli olmalarına dair doktrinamız eyni nöqtəni təyin etməyin iki yoludur.
 Artıq bir terminin genişlənməsinin danışanın beynində sahib oduğu bir anlayış tərəfindən sabitlənmədiyini gördük və bu da, həm genişlənmənin, ümumi olaraq, sosial olaraq müəyyənləşdiyi - burada "həqiqi" əməyin olduğu qədər linqvistik əməyin də bölünməsi vardır - və həm də genişlənmənin, qismən, indeksli olaraq müəyyən olduğu üçün doğrudur. Terminlərimizin genişlənməsi, paradiqma rolunu oynayan konkret şeylərin həqiqi mahiyyətindən asılıdır və bu həqiqi mahiyyət, ümumiyyətlə, danışan üçün tam olaraq məlum deyil. Ənənəvi semantik nəzəriyyə, istinadın müəyyənləşdirilməsinə iki töhfə verir: cəmiyyətin və real dünyanın töhfəsi; daha yaxşı semantik nəzəriyyə hər ikisini əhatə etməlidir.


Tərcümə edən: Günay Ələkbərli


Yorumlar