"Bu gün oxunan 10 çağdaş filosof" - Eno Agolli

Zehin fəlsəfəsindən dilə, məntiqi düşüncədən feminizmə, dünyanın ən parlaq zəkalarının bir neçəsi ilə tanış olaq.
Fəlsəfənin, Platon və Aristotelin şanlı qızıl çağından, ya da heç olmasa Kant və Hegeldən bəri öldüyünə dair məşhur bir yanlış fikir var. Ancaq bu şanlı intellektual müəssisə bu gün canlıdır və dəqiqliyi, dərinliyi və zənginliyi ilə heyran edici işlər ortaya qoyur. Bu məqalədə, modal epistemologiya qədər
qaranlıq olan sahələrdən tutmuş, feminizm və etika kimi ümumi sahələrə qədər, bu gün insan zəkasının ən yaxşı nailiyyətlərinin 10 liderindən bəhs edəcəyik.

Martha Nussbaum (1947)
Mürəkkəb elmlərindəkindən də daha çox kişilərin üstünlük təşkil etdiyi bir sahədə, Martha Nussbaum buna iki şəkildə nail ola bilir. Əslən Nyu York-dan olan Nussbaum, hazırda Çikaqo Universitetinin professorudur, qadın hüquqlarının ehtiraslı və cəsarətli bir müdafiəçisidir və feminizmlə bağlı fikirləri mükəmməl, cəsur və həmişə səmərəli şəkildə mübahisəlidir. Fərqli bir düşüncə məktəbinin başqa bir feminist filosofu Judith Butler ilə açıq qarşıdurması, 90-cı illərin sonlarında tarix yaratdı və nəticədə feminizmi yeni zirvələrə qaldırdı. Bundan əlavə, heyvan haqları, duyğular və homoseksual hüquqları mövzusunda əhəmiyyətli işlər görərək ortaya qoyduğu işin böyüklüyü, onu etika və siyasi elmlərdə ən çalışqan və məhsuldar filosoflardan birinə çevirir.

Cornel West (1952)
West, Amerikada irqçilik və sinif mövzusuna əks mövqeyi ilə "neopragmatizm" məktəbini quraraq sosial fəlsəfədə mühim bir rol oynamaqdadır. West, 1980-ci ildə Princeton Universitetindən elmlər doktoru elmi dərəcəsini almış ilk qara dərili amerikalı oldu. İrqçilik və sosial problemləri vurğulamaq üçün əxlaqi nüfuzdan istifadə etdiyi Race Matters (1994) və sosial-siyasi Democracy Matters (2004) daxil, olduqca səs küyə səbəb olacaq bir neçə mətn qələmə almışdır. West, eyni zamanda, CNN və Colbert Show kimi bir neçə talk show proqramına çıxan və Saturday Night Live-da təqlidi edilmiş xalq içindən olan filosoflar sırasındadır. Hazırda New York-da Birləşmiş İlahiyyat Fakültəsində Fəlsəfə və Xiristianlıq Təcrübəsi professorudur.

Slavoj Žižek (1949)
Psixoanaltik fəlsəfə və mədəni tənqidə özünəməxsus yanaşması ilə bilinən Žižek, anti-kapitalist və neoliberal tənqidində siyasi sağ, ya da solu ayırmır. Žižek-in karyera həyatı əsasən, “Həqiqət” olaraq adlandırdığı şəxsi təcrübəyə əsaslanan bir düşüncə məktəbi açmaq istiqamətinə hədəflənmişdir və işləri intelektual bir baş əsər olan İdeologiyanın Uca(Ulu) Obyektindən (1989), əks işi Bir Azğının İdeologiya Rəhbərinə (2012) alçaqca keçid edir. Aşağı mədəni səviyyəli kinayələri araşdırmaq və onları fəlsəfi dilə qazandırmaq istəyindən dolayı geniş miqyaslı bir mədəni rəğbət əldə etmişdir. Žižek, “məhşur filosof”, “Mədəni Teoriyanın Elvis-i” və “Qərbdəki ən təhlükəli filosof” olaraq anılmaqdadır. Hazırda Nyu York Universitetində müəllimlik edir.

Gayatri Spivak (1942)
Hindistanın yarımadasından çıxan müzakirəsiz ən güclü müasir filosof, Spivak, karyerasını post-müstəmləkə nəzəriyyəsinə həsr etmişdir. Məhşur "İkinci siniflər danışa bilərmi?" ilə normal sosial və hakim güc strukturlarının təsiri altında yaşayan əhali haqqında araşdırması ikinci sinif anlayışını ortaya çıxarmışdır. Eyni zamanda Jak Derrida-nın Deconstructionism-in əsasını qoyan mətni Qramatologiya Haqqındakı təsirli bir giriş təqdim etdiyi tərcüməsi ilə də məşhurdur. Ədəbiyyat və mədəniyyət nəzəriyyəsinə verdiyi töhfələrə görə İncəsənət və Fəlsəfə üzrə Kioto və Hindistanın Padma Bhushan mükafatını almışdır. Spivak müəllimlik etdiyi Kolumbiya Universitetində Müqayisəli Ədəbiyyat və Cəmiyyət İnstitutunun qurucu üzvüdür.
Judith Butler (1956)
Butler, Gender Problem: Feminism and the Subversion of Identity and Bodies That Matter: On the Discursive Limits of Sex traktatlarının dərc olunmasından bəri feminizmə və gender fəlsəfəsinə yeni baxış bucaqları gətirmişdir. Geniş sosial quruluşa əsaslanan bir nəzəriyyə hazırladığından məşhur nüfuz sahibi biri olmuşdur. İşlərində filosof Mişel Fuko-dan təsirlənmişdir. Heteroseksuallıqdan hər hansı bir yayınmanı senzura etmək məqsədi ilə cinsiyyət dilinin güc arzusundan məcburiyyətə atılmış olduğu arqumentlərində Fuko-dan sitatlara yer vermişdir. Bir yəhudi olan Butler, LGBTQ mövzularının səsi olmaqla bərabər İsrail siyasətinin də vokal tənqidçisidir.  Bu da fəlsəfə sahəsindəki üstün naliyyətlərə görə verilən Theodor Adorno mükafatına seçilməsinə bəzi İsrail liderlərinin əks mövqeyinin səbəbidir.

Gu Su (1955)
Çin filosofu Gu Su liberal fəlsəfəni Çin mədəniyyətinə tanıtdırmaqda vəzifə sahibidir. Həm Şərq, həm də Qərb təhsilinin (Nanjing və Duke) alıcısı olmaqla həm Tayvanda, həm də materik Çində yayımlanan Liberalizmin Əsas İdeyalarını yazmışdır. Kitabda Çin siyasi sistemində liberal qanunların faydalarını müdafiə edir. 2010-cu ildə Çinli filosof dostu Yu Keping ilə antologiya: Demokratizasiya: Çin modeli və Siyasi İnkişaf Kursu mövzuları üzərində işləmişdir. Gu Su, NanoEthics jurnalının redaksiya heyətinin üzvü və hazırda Fudan Universitetinin Sosial Elmlərin İnkişafı İnstitutunun baş elmi işçisidir.

Thomas Nagel (1937)
ABŞ-da çalışan başqa bir böyük filosof Tomas Nagel Belqrad, Yuqoslaviyada (indiki Serbiya) anadan olmuşdur. Hal-hazırda 1980-ci ildən bəri tərk etmədiyi intellektual evi olan Nyu York Universitetində fəlsəfə və hüquq fənlərini tədris edir. Onun məhşur "Yarasa olmaq nədir?" nəşri, ruhi vəziyyətin, bu və ya digər şəkildə, sadəcə beyin, fiziki vəziyyətlər olduğu iddiası ilə - mübarizə edərək filosofların insan zehnini araşdırdığı yeni yollar açdı. Nagel də görkəmli bir ictimai ziyalı olmuşdur, buna baxmayaraq, onun ən diqqətəlayiq işi 70-ci illərin əvvəllərində Vyetnamda Amerikanın müharibə siyasətinə sərt bir tənqid başlatdığı "War and Massacre" adlı başqa bir essesi idi.

John McDowell (1942)
McDowell, ən azından baş yaradıcısı Ludwig Wittgenstein-a qədər olan anti-filosofların nadir, lakin şərəfli ənənəsindəndir. Filosofların bu xətti əslində fəlsəfi problemlərin həlli yollarını yox, parçalanmalar əmələ gətirmək arxasınca qaçmaqdır; yəni problemlərin ilk növbədə problem olduğunu inkar edirlər. Cənubi Afrikada anadan olmuş və hazırda Pitssburgh Universitetinin professoru olan John McDowell, Kantdan Wittgenstein və Hegeldən Sellarsadək qaynaqlanan fövqəladə fəlsəfi repertuarını nümayiş etdirmişdir. Anti-fəlsəfə ilə yanaşı, həqiqəti kobudca izah edən nəzəriyyələr üçün əsl məsələ olan şeyin həqiqətlər deyil əslində üzərində işlədikləri şey olduğu yanaşması “praqmatizmə”də gəlir.

Saul Kripke (1940)
Eni zamanda bir neçə sahədə çalışan filosoflardan biridə Saul Kripke-dir. Hələ də Princeton Universitetində təqaüdçü professor olaraq araşdırmalarına davam eden Kripke, tədqiqat sahəsi dil fəlsəfəsi, məntiq, riyaziyyat fəlsəfəsi, metafizika və epistemologiya haqqında olan Amerikalı filosofdur.
Aparılan son bir sorğuda son 200 ilin ən nüfuzlu filosoflarının ilk onluğuna daxil olan Kripke məşhurluğunu, bəzi həqiqi ifadələrin mütləq belə olduğu, yəni mümkün olmadıqlarını iddia etdiyi, riyaziyyat kimi yalnız kreslo mülahizələri ilə kəşf edilə bilməsələr də, yalan olduğu düşüncələrini irəli sürdüyü kitabı Naming and Necessity” ilə qazanmışdır. Ona görə bu ifadələrin empirik kəşfə ehtiyacı vardır. Kripke-nin qeyri-adi L.Wittgenstein haqqındakı şərhləri fəlsəfi leksikonda “Kripkestein” olaraq bilinir.

David Chalmers (1966)
“Ənənəvi olmayan” filosofların başqa bir nümunəsi Chalmers də, Nyu York Universitetinin ulduz filosoflar heyətinə daxildir, eyni zamanda Avstraliya Milli Universitetində dərs deyir. Mətbuat tərəfindən ilin ən yaxşı kitablarından biri olaraq elan edilən The Conscious Mind, Chalmers-ın Rene Descartes və 16-cı əsrə qədər gedib çıxan və uzun zamandır ölü olan dualizm dünyagörüşünü canlandırdığı, ən böyük əsəridir. Bunu "naturalizm dualizmi" adlandıraraq onun fəlsəfəsi ağılın xüsusiyyətlərinin fiziki dünyanın qalan xüsusiyyətlərindən xeyli fərqli olduğunu iddia edir.

Tərcümə edən: Ramilə Heydərova

Yorumlar