"Simone de Bovuar : Azadlıq və Bağışlamaq" - Skye C. Cleary

Simone de Beauvoir-un İkinci Cins-i (Le Deuxième Sexe, 1949), Fransada böyük heyran kütləsinə təqdim olunmasından və müzakirə edilməsindən qısa bir zaman sonra, New York nəşriyyatı Alfred Knopf A.Ş-nin qurucu tərəfdaşı Blanche Knopf bundan xəbərdar oldu. Bu şayiə ilə həyacana qapıldı və ilk əvvəllər onun bir cinsəllik əl kitabı olduğu  təəssüratı ilə, cinsi davranışlar
mövzusunda mütəxəssis tövsiyəsi almaq istədi: təqaüdçü zologiya professoru və böcək mütəxəssisi olan Howard M. Parshley-den. Parshley, ona kitabın inanc və təlimə əsaslanan (doqmatik) feminist olmaqdan çox  aydın, məlumatlı və balanslı” olduğunu dedi və daha sonra kitabı İngiliscəyə tərcümə etmək istədi.
Bovuar İkinci Cinsi qadınlara seçki hüququnun verilməsindən sonra yazmışdır. Onun fəlsəfəsi nöqsana əsaslanmayan boşanmada, akademik cinsiyət işlərində, təhsilə güclü girişdə və doğuşa nəzarətdə, iş yerində cinsi ayrı-seçkiliyə və evlilik təcavüzünü qanunsuz hesab edən yeni bir feminizm “dalğasına” fərqində olmadan ilham mənbəyi oldu. Bu hərəkat, qadınlara, Bovuarın “növləri ovlayaraq yaşamaq” dedikləri şeyin öhdəsindən gəlməklərinə və öz qədərlərinin nəzarətini ələ keçirməklərinə kömək edən başqa haqqları verdi. Bovuar İkinci Cinsi tamamilə nəzəri olaraq yazmışdı. Yenə də Betty Friedan, Gloria Steinem və Kate Millett kimi aktivistlərə ilham verməkdən məmnun oldu. Jean-Louis Servan-Schreiber ilə 1975-də Fransız televiziyasına verdiyi reportajda Bovuar başlanğıcda kapitalizmi devirməyin cinsiyətlər arasındakı bərabərsizlikləri aradan qaldıracağını düşündüyünü demişdir. Ancaq daha sonra, qadınların vəziyyətinin, məsələn, SSRİ-də, Çexoslovakiyada və ya Komunist Partiyada, kapitalist cəmiyyətlərdə olduğundan daha yaxşı olmadığının fərqinə vardı və feminist mübarizəyə daha aktiv bir şəkildə qatılmağa qərar verdi.
Ekzistensializm, Bovuarın onu təsvir etdiyi şəkli ilə, yaşayan və praktik bir fəlsəfə idi. Eyni zamanda çoxlu nəzəriyyə də çıxardı – ancaq öz hədəfinin konkret problemlər ilə düşünmək və potensial həll yolları kəşf etmək olduğunu dedi. İnsanlıq halının polemlərini kəşf etmək azadlığı verən roman, səhnə əsəri, xatirə və şəxsi məktublar ilə yanaşı esselər nəşr etdirdi.
Məsələn, - Bovuarın Les Bouches Inutiles  (Kim Öləcək) adlı səhnə əsərindəki bir obraz olan – Jean-Pierre XVIII əsrin Flamanyanın (Flanders-Belçika, Fransa və Hollandiya torpaqlarındakı Flamanyalıların bölgəsi) idarə üsulundan nifrət edir. Əllərini təmiz saxlamaq baxımından prestijli bir hökumət vəzifəsini rədd edir. Ancaq hakimiyyətin blokada şəraitində, qadınları, uşaqları, yaşlıları və qəsəbədən sürgünə göndərməyi planlanladığını öyrənəndə, öz könül və fikir rahatlığından peşmanlıq duyur. “Nə axmaqca təkəbbür!” deyir sevdiyi qadına, “Mən bir qorxaq idim və səssiz qalaraq səni ölümə məhkum etdim”. Hökumətin siyasətini vətəndaşlarının təməl insan haqlarına hörmət göstərəcək şəkildə dəyişdirməsi üçün mübarizəyə başlayır və müvəffəq olur. Jean-Pierre-in idrakı, Bovuarın həyat şərtlərimizi yaratmaqda qərarlı və aktiv iştirakçılar olmaq məzmunundakı fəaliyyət çağrışının bir əks olunmasıdır – angaje olmaq.
Bovuar bir ekzistensialist, hətta filosof olaraq kateqoriyalaşdırılmaqdan qaçınırdı. Ancaq gələcək nəsillər eyni fikirdə deyildi. O dövrdən bu günə qədər ən çox oxunan filosoflardan, ekzistensialist mütəfəkkirlərdən və feministlərdən biri halına gəldi – həmçinin 1954-də Mandarin romanı Prix Goncoutu qazanmasına rəğmən, böyük ölçüdə İkinci Cins səbəbindən.
Bovuar İkinci Cins-də, “Qadın nədir?” sualı ilə başlayır. Tapdığı cavab, zəhlətökən bir şəkildə qarışıqdır. Bir sınaq olaraq başlayan şey, təxminən 1000 səhifəlik bir tarixi və fəlsəfi analizə çevrildi və onu yazmaq tam olaraq  on dörd ay çəkdi. Bovuar 1940-cü illərdə Paris kafelərində öz fəlsəfəsini formalaşdırarkən, cinslər arasındakı bərabərsizliyin kəskin bir şəkildə fərqinə vardı. Kitabı təməldən dəstəkləyən Bovuarın ana temalarından biri, “var olmağın mahiyyətdən əvvəl gəldiyini” ifadə edən və dünyaya atılırıq (var olmaq) və sonra varlığımızı (mahiyyət) seçimlərimizlə yaradırıq mənasına gələn Satrean düsturudur. Seçim etməyimizin qarşısını alan basqıdır. Digər tərəfdən öz azadlığımızı buraxmağı seçsək Bovuar bunu “əxlaqi xəta” olaraq adlandırır. İkinci Cins, basqının və qadınların bunu qəbul etməsinin qadınların vəziyyətini necə formalaşdırdığını dərindən fəlsəfi bir tədqiqat halına gətirdi.
Vəziyyətin əhəmiyyəti, Bovuarı digər ekzistensialistlərdən ayıran ən əhəmiyyətli faktorlardan biridir. Beauvoir görə azadıq, amma hər zaman seçim azadlığına sahib olmadığımız kontekstlərə giririk. Bu, Jean-Paul Sarre-ın radikal azadlıq haqındakı vurğularından çox fərqlidir, onun zənniycə, öz dilemmalarımıza istiqamətlənmiş öz vəziyyətimizi günahlandırmağa istiqamətlənmiş hər hansı bir fəaliyyət, azadlıqdan qaçmaqdır – bir növ pis niyyətdir. Varlıq və Heçlikdə Sartre, aşılmaz bir qayalıq – bir Heidegger termini istifadə etmək surəti ilə “sivilizasiyadan uzaq bir mövcudluq” – xəyal edir və ancaq bir tək şəxsin ona dırmaşmasının mümkün olduğunu xəyal etməsi ilə aşıla bilməz olduğunu irəli sürür. Bu fikir haqqında çox da gizli olmayan bir tənqiddə, Bovuar, Ethics of Ambiguity-də (Qeyri-müəyyənlik Etikasında) “Bir qapı açılmağı rədd edirsə, açmamağı qəbul edək və orda azadıq” iddiasında oldu. “Ancaq bunu edərək, şəxs sadəcə mücərrəd bir azadlıq anlayışını qorumaqdan məsul olur. (Azadlığın) bütün tərkibi və bütün həqiqəti boşaldılmış olur”. Halbuki Sartre üçün, “müvəffəqiyyət, azadlıq üçün əhəmiyyətli deyildir”. Bovuarın izah etmək istədiyi şey isə hərəkət etmək ehtimalı olmadan – öz vəziyyətimizlə sərhədli olduğumuz təqdirdə - azadlığı təsirsiz edərik. Bir qayalığa dırmanaraq çıxa bilmək üçün azad ola bilərik, amma bunu etmək gücümüz olmadıqca heç bir şey ifadə etmir.


Bovuarın İkinci Cinsdə ortaya çıxan ən inqilabçı fikri, “Qadın doğulmur, qadın olunur”dur. Yazdığı dövrdən bu günə qədər mənası müzakirə edilmişdir. Başa düşülə bilməsinə istiqamətlənmiş bir yol, cinsiyyət (sex) bilojik olmasına rəğmən, ictimai cinsiyyətin (gender) sosial və mədəni olaraq yaranmasıdır. Bir qadın bədəninin bilojik gerçəkliyi, cəmiyyətdəki rolunun bir ana və ev qadını olması ya da kişinin rolunun, çörək qazanan olması mənasına gəlməməlidir. Bovuar – həyatın bilojik tərəflərini xüsusi vurğulayan və insanları anatomiyasına qısnayan- bunun kimi qüsurlu məntiqin qadınları öz rollarında, “ikinci cins” olaraq göstərmək üçün istifadə edildiyini iddia etmişdir.
Hamımız bilogiyada köklənirik, amma bu bizim gələcəklərimizi  mənalı bir şəkildə sərhədləmir - Bovuarın “insan cəmiyyəti daxilindəki heç bir şey təbii deyildir” ifadəsi səbəbilə.
Bədənimizin - Bovuarın  öz “faktiki gerçəkliyimiz” olaraq adlandırdığı - gerçəklərini inkar edə bilmərik, ancaq öz bilogiyamızın bizim üçün müəyyən bir qədəri müəyyənləşdirdiyi fərziyəsi xalis ön mühakimədir. bir uşağa hamilə qalmaq, dişi heyvanın təbii bir fəaliyyətidir, uşaq yetişdirmək öhdəliyi isə deyil. Bu daha çox bir müqavilədir, seçilən ya da rədd edilən bir öhdədir. Cinsiyyətlərin özlərini ortay qoyduğu fərqliliklər, bir növ “müəmmalı mahiyyət”dən daha çox öz vəziyyətimizlə əlaqəlidir. Hər nə qədər Bovuar qadınların susduqları üçün günahkar olduqlarını dediyində, qurban- günahlandırmalarına təhlükəli bir şəkildə yaxınlaşsa da qadınların razı olmasının, özlərinə qoyulan ənənələri, rolları və məhdudiyyətləri müzakirə etmək üçün bir problem həlli strategiyası olduğunu qəbul edir.
Bovuarın vəziyyət haqqındakı incəlikli vurğusunun kulminasiyaya çatdığı yer buradır. Bəli, azadlıq, amma bu daimi olaraq içində olduğumuz vəziyyətdəki azadlıqdır. Açıq bir gələcəyi seçmək ehtimalını ortadan qaldıran vəziyyətlərdə, azadlığımız pozulur. Cəhalət və  ya təzyiqçi  vəziyyətlərdə  sıxılmış olanlar öz azadlıqlarından məhrum edilirlər. Fərdlər buna qarşı üsyan edə bilərlər, ancaq məcburedici sosial normalar ümumilikdə yüksək bir dəyərə səbəb olur. Bax bu səbəbdən İkinci Cins, kollektiv dəyişiklik üçün təcili bir fəaliyyət çağrışı ilə sona çatır - qadınlar üçün basqıya meydan oxumaq, azadlıqlarını mənimsəmək və öz seçdiyi layihələr və kariyeraları izləyərək orijinal bir şəkildə yaşamaq. Ilk addım iqtisadi azadlıqdır, amma eyni zamanda, cinsiyyətlər arasındakı əlaqələrin zəfər və məğlubiyyətlər əvəzinə qardaşlıq, dostluq və sevgidən biri halına gəlməsi üçün də əxlaqi, sosial və mədəni dəyişikliklərə ehtiyacımız var. 1976-da Susan J. Brison ilə apardığı reportajda Bovuar belə deyir: “Əslində, bu hakimiyyət düşüncəsinin kişi kainatın tamamilə yox edilməsi lazım olan xüsusiyyətlərindən biri olduğuna əminəm, qarşılıqlı, əməkdaşlıq və b. axtarışa keçməliyik.
Bovuarın azadlığı dəyişdirən vəziyyətlərə aid fikirlərinin, feminizmin kənarında, cəzalandırılma, bağışlama və intiqam mövzulu müzakirələrə qədər daha geniş nəticələri vardır. 1946-da nəşr olunan Les temps modernes-də - Sartre, Bovuar, Maurice Merleau-Ponty, Raymond Aron və digərlərinin redaktorluq etdiyi bir fransız dərgisi- yayımlanan, İkinci dünya Müharibəsinin ardından müharibə davaları arasında yazılan, Bovuarın “Gözə Göz” (An Eye for an Eye), adlı əsəri, günahkarların vəziyyətini və intiqam arzusunu nəzərdən keçirir.
Bovuarın məsləhət gördüyü ədalət, digər insanlarla qarşılıqlı bir əlaqəmizin olduğunu və bu əlaqə pozulduğunda, ekvivalentliliyi öz vəziyyətimiz lehinə düzəltmək üçün  bunun bədəlini ödəməsini” istəməyimizi qəbul etməyi nəzərdə tutur. İzdihamlı bir yerdə olduğunuzu və biri tərəfindən itələndiyinizi xəyal edin. Siz bir digəri üçün, bir maneə, bir nəsnə, bir varlıq imiş kimi hiss etdirir. Sizə toqquşub itələyən şəxs və sizin aranızdakı qarşılıqlı əlaqənin pozulduğuna aid bir təsdiq tələb edirsiniz. Bir üzür, vəziyyəti sürətlə yumşalda bilən, siz və digəri arasındakı hörməti geri yükləyə bilər. Bir üzür olmasa, ədalət istəmək anormal olmaz. Bəlkə də günahı edən az çox nəzakətli bir rəftar göstərərsiniz, bəlkə də ona ən sərt görünüşünüzlə vurursunuz ya da qarşılığında bəlkə də onları itələyərsiniz. Təzminat istəyiniz sadəcə şəxsi bir səviyyədə qalmaz- bu, hamımızın aramızdakı hörmət səviyyəsini qorumaq cəhdidir. Bovuar “özü üçün tələb etdiyi hörməti, hər insan öz sevdiklərinə və nəhayət hərkəsə istiqamətlənmiş tələb edir” deyə yazır.
Hər nə qədər insan itələnməyə əməlli-başlı əsəbləşsə də, ümumilikdə itələyən insan tamamilə pis deyildir. Bir qəza ya da bəlkə də diqqətsizlik olması da ehtimaldır. Pis insanlar başqalarına qorxunc şeylər edəcəkdirlər.. Bovuara görə, “bir insan dostlarına, insan olaraq onların mövcudluqlarını inkar edərək işgəncə, alçaltma, köləlik, suiqəsd yolu ilə nəsnələr kimi davrandığı anda nifrət ediləsi  bir şey ortaya çıxır”.  Başqaları üçün nəsnələr olduğumuz düzdür, ancaq eyni zamnada mahiyyətik də- və başqa birinin varlığının daxili ölçüsünü qəbul etməmək vəhşicədir. Sartre üçün, bir-birimizi hər zaman bir nəsnəyə qısıtlamağa ya da özümüzü digəri üçün bir nəsnəyə qısıtlamağa  çalışırıq və sonsuza qədər bir-birimizin azadlığını oğurlamağı yoxlamaq, sadomazoxist münasibətlər vasitəsilə bizi tələyə salır. Bovuara görə bu bir mərhəmətsizlikdir və başqalarının mahiyyətini inkar etmək, insanlığa qarşı “tək günahdır”.
Je suis partout-nun redaktoru faşist jurnalist Robert brasillach, Fransanın faşist işğalı dövründə, Bovuarın şəxsən tanıdığı Fransız Yahudilərinin saxta adlarını və yerlərini yayımladığında, Bovuarın tək günahını işlədi. Bovuar Brasillach-ın məhkəməsi dövründə mətbuat qalereyasında oturdu və “yazar olaraq həmrəylik” çağrışında olan, O-nu ölüm cəzasından qurtaracaq bir imza ərizəsi gəzdirdiyində Bovuar imzalamağı rədd etdi.
Eauoi-un düşündüyü cəza, pisliyə qaşı lazımlı bir pislikdir. Insan dindardırsa, bu problemlə qarşı-qarşıya qalmır. Tanrı yekun hakimdir və “tək başına cəzalandırma haqqı vardır”.  Gəl gör ki, digərləri, insani dəyərləri necə qoruyacaqları problemi ilə qarşı-qarşıyadır. Bovuar Brasillach-ın vəziyyətini məqbul ölçüdə yaxşı başa düşdüyünü zənn edirdi. Onun ölməyini istəmirdi. Ancaq, “qaz otaqları qədər ölüm saçan kəlimələr vardır” dedi. O, yekun ədaləti təmin edəcək bir Tanrıya inanmırdı və soyqırım müdafiəçisini bağışlaya bilmədi.
Charles de Gaulle, Brasillach-ı bağışlamağı rədd etdi və (Brasillach) güllələmə qrupu tərəfindən edam edildi. Bunu uyğun bir cəza olduğu düşünülə bilər, ancaq Beauvoir üçün bu həqiqi bir intiqam deyildi: zərər çəkdirən insan, müştərək bir vəziyyətdə olma təcrübəsindən qaçdı və “ölərək dünyadan qaçdı, cəzasını vecinə almır”. Bununla bərabər, bu cəza bir son çarə olmasına rəğmən, Bovuar hər fəaliyyətin bir nəticəsi olduğunu, həyat və ölümün mənalı olduğunu və “onları həyatı bahasına təsdiqləmənin şok edici bir şey olmadığı” fikrini gücləndirməyi əhəmiyyətli hesab etmişdir.
Lakin, eynilə insanları öldürdüyü üçün bir təbii fəlakətdən nifrət etməyin axmaq olması kimi, insanlığımızı qəsdli olaraq pozmayan günahkarlardan nifrət etmək də axmaqlıqdır. 
Bovuar  müharibədəki əsgərlərin sadəcə əmrlərə görə hərəkət etdikləri üçün deyil, lakin hər iki tərəfdə də əsgərlərin oxşar vəziyyətlərdə olduqları üçün nifrət edilməyi layiq olmadıqlarını, irəli sürür. Vəziyyətlərin qarşılıqlı əsasında.


Məşhur günahlar obyektiv mənada qorxunc görünə bilər. Yenə də Bovuar günahkarın mahiyyət təcrübəsini nəzərə aldığımızda fərqli bir hekayə məsləhət görür. Bəlkə də günahkar bir xəta etdiyi ya da talehsiz bir instiktə aciz qalmışdır. Bəlkə də o zaman qədər ən yaxşı olanı etdiyini düşünürdü ya da bəlkə də heç düşünməmişdir. Mühakimə etmək üçün tələsməməliyik:
Başqasını mühakimə etmək bir çox təkəbbür və çox az xəyal gücü tələb edir. İnsan bir başqasının qarşılaşa biləcəyi cazibələri necə ölçə bilər? Bir davranışa həqiqi şəklini verən şərtlərin ağırlığını necə başa düşə bilərik? Birinin böyüməsini, kompleklərini, müvəffəqiyyətsizliklərini və  bütün keçmişini- dünyadakı bütün əlaqələrini- hesaba almaq məcburiyyətində qalırıq.
Brasillach dəfələrlə, qəsdli olaraq və öz etdiklərinin ölümlü nəticələrinin tamamilə fərqində olaraq bir çox adı yayımladı. Yenə də, günahın bir azğınlıq olduğu vəziyyətlərdə, Bovuar bağışlama lehinə yanlışa uğramağı məsləhət görür. Çünkü bütün zərər çəkdirənlər digərini bir şeyə qəsdən qısıtlamazlar: Şüurlu olaraq başqa bir şəxsiyyətə bürünməzlər. Bir insan, fəaliyyətlərində nəyin yalnış olduğunu, qurbanların gözü ilə yəni bir işıqda görənə qədər anlaya bilər. Bu kimi vəziyyətlərdə cəza əvəzinə reabilitasiya yönələ bilərik. Bovuar belə yazır:
İnsan, uşaqları, cahilləri, pis məlumatlandırılmış olanları yenidən tərbiyələndirər, onları cəzalandırmaz. Nə bir xəstəni nə də vicdanın yox edildiyi dəli insanları cəzalandırmaz. Və normal bir yetkinin belə, üzərində çox sayda fizioloji və sosiloji faktorun ağırlığı altında, seçmədiyi vəziyyətlərdə hər zaman xətakarlıq etdiyini hər kəs bilir.
Anlamaq, qəbul etməkdir və əgər vəziyyəti, hücum edənin subyektiv təcrübəsini anlayırıqsa o vəziyyətdə günahlar adətən özlərini qorxunc edən şeylərin əksəriyyətini itirir. Daha müzakirəli ifadələrin birində, Bovuar “insan əgər yetərincə yaxşı tanıyırsa, Hitlerin davranışını belə açıqlaya bilər” deyəcək qədər irəli gedir. Yenə də, Bovuar üçün, bir vəziyyəti izah etmək onu bağışlamaq mənasına gəlmir. “Təbii ki, insan acınacaqlı halda, pərişan, dağınıq, palçığa batmış, ancaq eyni zamanda azad bir varlıqdır. Ən təcili cazibələri rədd edə bilər”.
Bovuarın azadlıq və gerçəklik arasındakı gərginliyin qəbulu burda təkrar özünü ortaya çıxarır: Fəaliyyətlərimizdən azad və məsuliyyətli olduğumuz düzdür, ancaq eyni zamanda statuslara ilişib qalırıq. Bovuar üçün, Sartre-da olduğu kimi, fəaliyyətlərimizin toplusuyuq, ancaq biz bundan daha artığıyıq da. Biz eyni zaman da gələcəyimiz və niyyətlərimizik. Keçmiş fəaliyyətlərimizdən qaça bilmərik, amma onlara kölə olmamalıyıq - və insanları keçmişlərinin köləsi halına gətirməməliyik- çünkü insanlar hər zaman yeni fəaliyyətlərlə özlərini məhkumluqdan qurtara bilər:
İnsan böyük bir insanı, həyatının bir anına əsaslanaraq məhkum edə bilərmi? Bu daha da mərhəmətsiz olardı, çünkü insanın ona istiqamətlənmiş üzünə vurduğu ayıb çoxdan keçmişdə qaldı. (O fəaliyyət) artıq bir azadlığın ifadəsi olaraq deyil, heç olmazsa insanın özünə rəğmən haqsız tərəfinin arxasında buraxdığı izləri bərpa etməyə bənzər bir şey olaraq var olur. O günahı edən insandan başqa biri olduğuna görə hələ də ondan nifrət edə bilərikmi? Bəs cəza vasitəsilə iş görməyin nə xeyiri var?
Yekun olaraq, Bovuar, “bütün cəzalar qismən uğursuzluqdur” deyir, çünkü dünyadakı ədaləti yenidən təsis etmək üçün, insana öz günahlarının əvəzini həqiqətən çıxmaq üçün, günahı edənin günahın dəhşətini təcrübə etməsi lazımdır. Bu sadəcə cərməsini ödəmək deyil, eyni zamanda zərər çəkənin vəziyyətini də ifadə edir.  Düşərgədəkiləri sərbəst buraxdıqlarında və öz gözətçilərini qətl etdiklərində, uğurlu bir intiqamın ərəfəsinə gəldilər, çünkü “qurbanlar və işgəncə verənlər yer dəyişdirdilər” deyir.
Yenə də, Bovuar insana xüsusi intiqam üçün son dərəcə istəksizdir. Şübhəsiz, “göz gözə, dişə diş”, O-nun “bir sehir qoxusu” olaraq adlandırdığı şeyi dəvət edir. “Bilinməyən  qaranlıq simmetriya tanrısını qane etməyə çalışır. Lakin, hər şeydən əhəmiyyətlisi, dərin bir insani ehtiyaca uyğun gəlir”. Bununla birlikdə, prinsip, intiqam alan insanı, sırf intiqam və ədalətsizliyin dibsiz bir bataqlığı içərsində eşələnməyə xidmət edir. Sosial ədalət cazibədar ola bilər, ancaq lazımlı bir zaman olmadan, bir özbaşnalığa enmək riskini daşıyır: İntiqam axtarışındakılar, özlərini iqtidara asanlıqla qapdıra bilər, hətta edirlər və səhv insanlar cəzalandırılır.
Məhkəmələr bu cür məsələləri nəzərdən keçirməyi planlasa da, Bovuar onların da son dərəcə qüsurlu olduğunu vurğulamaqdadır. Çox zaman, mücərrəd prosesləri izləyən laqeyid hakimlərin, edilən haqsızlıqlar üçün heç bir məqbul təzminat təmin etməyən, indiyə qədər günah olmaqdan çıxarılan kefinə görə verdiyi cəzalar bu məhkəmələr dram və tamaşa üçün manevrdır. Məhkəmə salonundakı obyektivliyin ideal olduğunu düşünməyimizə rəğmən, Bovuarın əks yanaşmaları bunlardır:
Rəsmi məhkəmələr Kantçı mirasının ən pis tərəfi olan bir obyektivliyin arxasına sığınmaq istədiklərini iddia edirlər. Onlar sadəcə şəxsi olmayan bir haqqın ifadəsi olmaq və universal bir qanun çərçivəsində müəyyən bir iddianın alt hissəsindən başqa bir şey olmayacaq olan hökümlər təqdim etmək istəyirlər. Amma şübhəli, öz təkliyində var olur və öz maddi varlığı, mücərrəd bir sinvolun aldadıcı xarici görünüşünü asan bir şəkildə qəbul etmir.
Lakin bu, bizim sahib olduğumuz sistemdir. Bovuarın yanaşması ilə əlaqəli təməl problemlərdən biri, bir şübhəlinin digərinə qəsdən bir nəsnə olaraq davranıb davranmadığını və ya başqa bir motivasiyasının olub olmadığını ya da yalan deyib demədiyini başa düşmək üçün konkret bir metodun olmamasıdır. Məhkəmələrin məqsədi, bu cür şeylərə diqqətə yetirməkdir, ancaq bunu təsirli bir şəkildə edib etmədikləri başqa bir sualdır. Həmçinin bağışlayıcı münsibətlərdən də yararlana bilər.
Halbuki, Bovuarın düşüncəsinin mənası, müsbət təlimin, reabilitasiyanın və insanlara özlərini bağışlatmaq üçün etibar etməyimizin, intiqamdan daha yaxşı metod olduğudur. Bağışlamaq, unutmaq ya da insanların vəhşilikləri ilə qaçmasına icazə vermək mənasına gəlmir. Daha çox, fərdlərin bir-birlərinin vəziyyətlərinə hörmət etməsinə daha yaxşı uyğunlaşmaq və insanlığın şərəfini qorumaq mənasına gəlir. İstər cinsiyyətlər arasındakı gərginlik, istərsə də zərərçəkən və zərər vuran arasındakı qarşılıqlılıq və əməkdaşlıq, qardaşlıq və dostluğa istiqamətlənmiş daha xalis bir yol təmin edir. Beauvoir-un dediyi kimi, hamımız “heçlik tərəfindən məğlub edildik və köhnəldik”. Hamımız dünyada bir arada öz başına buraxılmış və azadlıqlar dayanmadan bir-biri ilə və vəhşi mövcudluqla vuruşarkən  özümüzü qeyri-müəyyən vəziyyətlərdə tapırıq, amma həyatlarımız da bir kamerdəki daşlar kimi bir-birinə bağlıdır. Bu cür insanlıq halını, Bovuar belə yazır:
Vəziyyətimizin nə olduğunu sadəcə müəyyən etməklə qalmayıb, onun qeyri-müəyyənliyin tam ortasında seçmək məcburiyyətindəyik”.

Tərcümə edən: Ramilə Heydərova


Yorumlar