“Cogito” fəlsəfə tematikalı intellektual turnir - 07.12.2019

7 dekabr 2019-cu il tarixində Sabunçu Gənclər Evinin və Bəhmənyar fəlsəfə klubunun birgə təşkilatçılığı ilə gənclər arasında fəlsəfə tematikalı “Cogito” intellektual turniri təşkil edildi. Azərbaycanda fəlsəfə tematikalı ilk turnir olmaq səciyyəsi daşıyan “Cogito” turniri “Nə ? Harada? Nə zaman?” formatında fəlsəfə və ona yaxın digər sahələrə aid sualların yer aldığı 36 sual ətrafında
keçirilirdi. Suallar intellektual
oyunlarda geniş təcrübəyə malik olan və Bəhmənyar Klubunun dəyərli üzvlərindən olan Cavidan Hacıyev tərəfindən hazırlanmışdı.
Turnirdə açılış nitqi ilə çıxış edən Bəhmənyar Klubun tələbə sədri Fərhad Seyfullazadə Bəhmənyar Klubun yaranması, fəaliyyət prinsipləri və son dönəmlərdəki layihələri ilə bağlı geniş məlumat verdi. Ümumilikdə “Cogito” intellektual turnirində 14 komandadan olmaqla 70-ə yaxın yeniyetmə və gənc iştirak edirdi. Komandalara arasında abituriyentlər, yeniyetmələr və universitet tələbələri xüsusilə fərqlənirdi. Turnirin sualları hər yaşda gənclərin maraq dairəsinə uyğun şəkildə hazırlanmışdı. 



Sual müəllifi olan Cavidan Hacıyev qeyd edir ki, “Sualların çətinlik dərəcəsi ilk öncə bizi qorxudurdu, düşünürdük ki, çox çətin olacaq. Nəticədə fəlsəfə ilə bağlı çox insanın bilik səviyyəsi o qədər də yaxşı deyil. Lakin hətta azyaşlı komandaların belə suallar tapması bizi ümidləndirdi. Fəlsəfəyə bu dərəcədə marağın olması müsbət haldır”. Sabunçu Gənclər Evinin direktoru olan Samir Mehralıyev də bu cür tədbirlərin gələcəkdə də təşkil edilməsinin və gənclər, yeniyetmələr arasında davamlı olaraq keçirilməsinin lazım olduğunu qeyd etdi. O, Sabunçu Gənclər Evinin bu cür layihələrə və tədbirlərin keçirilməsinə hər cür köməklik etməyə hazır olduğunu qeyd etdi.


Turnirin yekununda GM komandası 16 düzgün cavab verməklə qalib adına laiq görüldü. “Übermench” komandası 15 xalla ikinci və “Fahtermucker” komandası isə 13 xalla 3-cü yeri qazandı. Turnirin qalibləri Bəhmənyar Klubu və Sabunçu Gənclər Evinin birgə hazırladıqları sertifikatlarla təltif olundular və hədiyyə olaraq Bəhmənyar Klubun tərcümə etdiyi “Ekzistensializmin tarixi” kitabları verildi. Turnirdə yeniyetməlrədən təşkil olunmuş “Bazardüzü zirvəsi”, Bakı Dövlət Universiteinin fəlsəfə tələbələrindən ibarət “Welt geist”, “Radikal” komandaları fərqlənən digər komanlara arasında idi. Sonda iştirakçı komandalar turnirin keçirilməsindən və təşkilatçılığından razı qaldıqlarını, Bəhmənyar Klubu və Sabunçu Gənclər Evinə öz təşəkkürlərini ifadə etdilər. Bəhmənyar Klubu olaraq da iştirakçı komandalara gələcəkdəki bu formatdakı tədbirlərin davalı olacağını, Sabunçu Gənclər Evi ilə birgə təşkilatçılıq çərçivəsində turnir və təlimlərin təşkil olunacağı ilə bağlı məlumat verildi.
Qeyd edək ki, Bəhmənyar Klubu Sabunçu Gənclər Evi ilə birgə əməkdaşlığı çərçivəsində hər həftə sonu gənclər və yeniyetmələr üçün fəlsəfə və digər mövzular ətrafında mühazirə, müzakirə və seminarlar təşkil edir.






Yorumlar