"Yunan düşüncəsinin qadın siması: Aspasia" - Şəbnəm Qarayeva

Platon, Aristofones, Xenofon ilə dövrün digər yazarların əsərlərində Aspasiadan söz açılmışdır,  həmçinin Platonun dialoqlarında da adı çəkilən qadın Aspasiadır. Miletli Aspasia Axioçun çox yaxşı təhsil almış qızı və Periklin çox yaxşı təhsil görmüş 2-ci arvadıydı. Miladdan öncə 401-ci ildə Afinada öldü.
  Gözəllik və zəka timsalı olan Aspasia Miletoslu bir hetairadır. Atasının Axioçus olmasından başqa məlumat tapılmayıb, ancaq aldığı yaxşı
səviyyədə təhsili göz önünə gətirdikdə onun zəngin,soylu ailədən gəldiyini deyə bilərik. Bəzi antik qaynaqlar Aspasiasın Karyalı bir müharibə əsiri olduğunu deyir, fəqət bunun doğru olmadığı qəbul edilir. Aspasia bəzi antik və müasir yazarlara görə, Afinaya gəldikdən sonra bəzi üst səviyyəyə xitab edən hetaira oldu. Aspasiasın Afinaya necə gəldiyi müəmma qalmaqla bərabər Miladdan öncə IV əsrə aid və üzərində Axioçus və Aspasianın adlarının olduğu bir məzar daşının tapılması, tarixçi Binçel, Aspasianın ailə keçmişini və Afina ilə olan bağlantılarını yenidən ortaya atmışdı. Binçelin qaydası Aspasia ilə Miladdan əvvəl 460-ci ildə Afinadan sürgün olunan və bu dövrü Miletdə keçirdiyi hesab olunan Skambonedaeli II Alkibiadesi bir-birinə bağlayır.
  Biçnel Alkibiadesin sürgün edilərək Miletə getdiyi və burada Axioçus adında birinin qızıyla evləndiyini hesab edir. Daha sonra Alkibiades yeni arvadı və onun bacısı Aspasia ilə Atinaya geri qayıdır. Binçel, eyni zamanda, bu evlilikdən doğan uşağın adını Axioçus, 2-cinin isə Aspasia olduğunu deyir. Həmçinin, Periklin Aspasia ilə tanış olmasının səbəbini Alkibiadesin ev xalqı ilə olan yaxın münasibətləri sayəsində olduğunu idda edir. Perkleslə olan Zevs və Hera və ya Omfale ilə Heranbesin münasibətinə bənzədilirdi. Aspasianın xarici və "hetaira" olması onu evli qadınları evlərinə bağlayan qanuni çətinliklərdən azad etmiş, ictimai fəaliyyətlərə qatılmasına imkan vermişdi. Plutarkos Aspasia İonyalı hetaira olan Toeqeliya ilə müqayisə etmiş və onu nümunə görüşdüyünü demişdi. Aspasianın ictimai dairələrdə fiziki görünüşündən çox gözəl danışıq qabiliyyəti və təlimatlılığıyla diqqət çəkmişdi. Plutarkos, həmçinin, Aspasianın Afinadakı evinin içərisində Sokratın və həmçinin,  bir çox yazıçının olduğu və diqqət çəkən intellektual mərkəz olduğunu deyir və Afinalı kişilərin Aspasianın bir hetaira olmasına rəğmən arvadlarının da onu dinləmək üçün evinə gətirdiklərini yazır. Aralarında sənətçilər, dövlət xadimlərinin də olduğu Anaxagoras, Arximades, Sofokles, Sokrates kimi bir çox filosof da buranın daimi üzvlərindəndi. Afinada bir qadın, xüsusilə, xarici bir qadın bu tərzdə sərbəat hərəkət etmə cəsarətini göstərirdi. Sokrates Platonun dialoqlarında Diotimadan başqa Aspasiaya da müəllimlik etməsindən yazır. Demokratik Afinada mütləq idarə olmadığına görə Perikles Aspasia və yoldaşları kimi öndə gedənlər belə hücumlara məruz qalmışdılar.
  Periklesin düşmənləri Aspasianı qızları başdan çıxarma və tanrısızlıqda günahlandırırdılar. Plutarkos və Aristofanes kimi antik dövrün yazarları Aspasianı Afina ilə Sisamlılar arasındakı döyüşdən günahkar saymışlardı. Plutarkosa görə, Perikles Aspasianı razı salmaq üçün Sisama hücum etmişdi. "Aharniyalılar" adlı komediyasında "İndilik bəla ciddi deyildi və bundan ziyan görən bizdik,amma indi bəzi gənc sərxoşlar Megaroya gedib fahişə Simetanı aradan götürdü, bundan o dəqiqə təsirlənən Megaralılar, qarşılıq olaraq, Aspasianın evindən 2 fahişə aradan götürdü, nəhayət, 3 fahişə üçün bütün Yunanıstanı alovlar bürüdü.Sonra Perikles Olimpiya qədər əsəbiylə şimşək endirdi, ildırımı nəzarətsiz buraxdı.Yunanıstanı alt-üst və mahnı kimi bu qərarı çıxartdı: "Megaralılar şəhərimizdən, həm bazarlarımızdan, həm dənizdən, həm də  torpaqdan sürgün edilməlidir" deyərək, Aristofanes Aspasianı önəmsəyən Periklesi tənqid etmişdi.
  Sokratın, Antistenesin yazdığı Aspasia dialoqunda "cinslər arasındakı sevgi üzərində pozucu təsirə qarşı bir xəbərdarlıq" deyən Anistenesin Aspasia haqqındakı düşüncəsi komediya yazarlarının düşüncəsiylə üst-üstə düşürdü. Əvvəlki sokratiklərdə isə Aspasia tamamilə başqa göstərilmişdi. Ümumiyyətlə, filosofların Aspasia haqqındakı düşüncələri komediya yazarlarınınkına görə daha müsbət olmuşdu. Korneman 1952-ci ildə Aspasia haqqında bunları demişdi. Aspasia mənəvi olduğu qədər əxlaq baxımdan da qeyri-adi  bir qadın olduğunun dünyaya  izah olunması üçün onun namusunun qurtulmasına gərək yoxdur. Onun bədbəxtliyi Atina dövlətinin ən yüksək,təhlükəyə ən açıq bir yerində olması,özüylə savaşan"Olimplilər" kimi pis söhbətlərin, xüsusilə, qadınlar dünyasının və komediya şairlərinin lağ oxlarının hədəf nöqtəsi olmasıdır.
Aisçines ən yaxşı fəlsəfə müəllimi olmaqla ucaldığı, öz adını daşıyan bir diaqloq təqdim edər.
  Ksenofon "Sokratesdən xatirələr" adlı ondan hörmətlə söz açır. Platon Menexenos dialoqu ilə ona bir "Epitaf" yazır. Həmçinin, qaynaqlar Sokrates ilə Aspasianın çox tez-tez fəlsəfi söhbərlər etdiyini bildirir. Şmidt: "Sokrates, xüsusilə, Aspasia ilə düşüncə alveri etməsi sayəsində bu gün bizim də onu hesab etdiyimiz kimi böyük filosof olmasına çatdı"-deyə yazmışdı. Həmçinin Fəlsəfə elmində "Sokratik metod" olaraq bildiyimiz metodun həqiqətdə "Aspasianın metodu" olduğu və onun şagirdi olan Sokratesin gənclik illərində ondan öyrəndiyi deyilir.
  Aspasia Periklesin ölümündən sonra dostu Lyusikles ilə evləndi. Lyusikles 1 il sonra müharibədə öldü. Bu müddət ərzində Aspasianın qonaq otağı hələ də açıq idi və o "üst səviyyədə dialektik və ritorik müəllim" olaraq axtarılan biri idi. Aspasia, xüsusilə, Sokrates tərəfindən məsləhət görülən biri idi. Həqiqətən də Aspasianın o dövrü siyasi çaxnaşmaların və bir çox düşməni arasında həm Perikleslə birlikdəykən həm də onun ölümündən sonra yaşaya bilməsi və möhtərəmliyi qoruması nə qədər yetgin və önəmli biri şəxsiyyət olduğunu və hetairalılığına rəğmən filosofluq tərəfinin daha çox olduğunu rahatlıqla deyə bilərik.


Tərcümə edən: Şəbnəm Qarayeva

Yorumlar