"Əxlaq öyrədilə bilərmi? - Peter Singer

Etika mövzusunda ixtisaslaşmış fəlsəfə professorlarının, bir sıra əxlaqi məsələdə digər sahələrdə ixtisaslaşmış olan fəlsəfə professorlarından və ya fəlsəfə ilə əlaqəsi olmayan professorlardan daha əxlaqlı davranmadıqları müəyyən edilmişdir. Lakin bu vəziyyət əxlaqi əsaslandırmanın (ethical reasoning) insanları daha əxlaqlı bir formada hərəkət etdirmək baxımından aciz olduğu mənasına gəlməməlidir.

Fəlsəfə dərsi almaq – spesifik olaraq praktiki etika sahəsində - tələbələrin daha əxlaqlı davranmasına səbəb ola bilərmi?
Praktik etika müəllimləri bu suala cavab vermək mövzusunda aşkar bir marağa sahibdirlər. Cavab eyni zamanda praktik etika mövzusunda dərs almağı düşünən tələbələr üçün də vacib olmalıdır. Lakin sualın eyni zamanda daha geniş bir fəlsəfi əhəmiyyəti var ona görə cavab qədim və təməl bir sualı – “əxlaq mühakimələrimizi yaratmaqda və nə edəcəyimizi qərarlaşdırmaqda ağlın oynadığı rol" sualını – aydınlaşdıra bilər.
Phaedrus-da Platon iki at tərəfindən çəkilən bir at arabası metaforasından istifadə edir. Biri rasional və əxlaqi impulslarımızı digəri isə irrasional ehtiraslarımız və arzularımızı təmsil edir. Arabaçının vəzifəsi atların bir komanda olaraq bərabər çalışmasını təmin etməkdir. Platon ruhun ehtiraslarımızın və ağlımızın bir birləşməsi olduğunu düşünürdü, lakin harmoniyanın ağlın ucalığında olması lazım olduğunu aydın bir formada ifadə edirdi.
XVIII əsrdə David Hume, ağıl və ehtiraslar arasındakı mübarizənin bu portretinin aldadıcı olduğunu iddia etdi. O, ağlın özü tərəfindən iradəni təsirləndirə biləcəyini düşünmürdü. Ağıl, onun üçün “məşhur deyişilə” ehtirasların köləsidir.
Hume “ehtiras” anlayışını bu gün başa düşdüyümüz formasından daha geniş bir mənada istifadə edirdi.
Ehtiras” deyə adlandırdığı şeylər arasında eyni duyğuları paylaşmaq və ya canıyananlıq və uzun müddətli şəxsi maraqlarımıza dair əlaqə vardı. Hume, digər fəlsəfəçilərin “ağıl və hisslər arasındakı qarşıdurma” olaraq gördüklərinin əslində ehtiyatlı ehtiraslar və bizim daha çox vəhşi və ya ehtiyatsız ehtiraslarımız arasındakı qarşıdurma olduğunu düşünürdü.
Hume-un ağıl anlayışına oxşar bir yanaşma müasir psixologiyada təsirlidir. “Xoşbəxtlik Fərziyyəsi” (The Happines Hypothesis) və “Fəzilətli Ağıl” (The Righteous Mind) kiablarının yazarı Jonathan Haidt, Hume-ə yaxın bir yanaşma göstərmək və etika haqqında, sosial intuisiya dediyi yanaşmaya misal gətirmək üçün Platonu xatırladan bir metafora istifadə etmişdir. “Fəzilətli Ağıl” (The Righteous Mind) kitabının ilk səyfəsində, “Ağıl bir filin üstündəki minici kimi ayrıdır və minicinin vəzifəsi filə xidmət etməkdir” deyə yazmışdır. Haidt-in metaforasındakı minici, idarə etdiyimiz zehni funksiyalar (şüurlu fikir yürütmək) və fil isə zehni funksiyaların qalan yüzdə doxsan doqquzluq hissəsidir (hisslərimiz və intuisiyalarımız).
Haidt-in tədqiqatı, onun, əxlaqi fikir yürütməyi geniş ölçüdə bir-birini izləyən avtomatik və hissi reaksiyalar olaraq görməsinə vadar etdi. Nəticədə bunu yazdı: “Bax buna görə əxlaqi davranmağı təşviq edən birbaşa yanaşmalara qarşı şübhəçi bir mövqe tutdum – xüsusilə məktəblərdəki birbaşa təhsilə -. Tələbələrimizin başına əxlaqi bilikləri eləcə qoyub sinifdən çıxdıqdan sonra onlardan bu bilikləri tətbiq etməklərini gözləyirik.”


Haidt, Fəzilətli Ağıl-da (The Righteous Mind) Kaliforniya Universitetindən Erich Schwitzgebel və Stetson Universitetindən Joshua Rust tərəfindən aparılan tədqiqatlara əsaslanmaqdadır. Schwitzgebel və Rust, etika sahəsində ixtisaslaşmış professorların bir sıra əxlaqi məsələdə fəlsəfə daxilindəki digər sahələrdə ixtisaslaşmış olan və ya  fəlsəfə ilə əlaqəsi olmayan professorlardan daha əxlaqlı davranmadıqlarını göstərirlər. Əgər etika sahəsində ixtisaslaşmış professorlar belə digər fənlərdəki əməkdaşlarından daha əxlaqlı deyillərsə, bu vəziyyət əxlaqi fikir yürütməyin insanları daha əxlaqlı davranmasına müvəffəq olmadığı inancını təsdiqləmirmi?
Bəlkə də elədir. Ancaq sübutlara rəğmən tamamilə razı olmuş deyiləm. Praktiki etika dərslərimin ən azından bəzi tələbələrimin həyatlarını olduqca köklü surətdə dəyişdirdiyinə dair bir çox diqqətəlayiq sübuta sahibəm. Bəziləri vegeteryanlığa ya da veganlığa istiqamətlənmiş oldular, bir qismi kasıb ölkələrə kömək etmək üçün pul yardımı toplamağa çalışdı və bir neçəsi də dünyanı daha yaxşı bir yer halına gətirə bilmək üçün karyera planlarını dəyişdirdi.
İki il əvvəl  Schwitzgebel, ət yeməyin əxlaqlılığı haqqında dərslərin, tələbələrin yemək vərdişlərini dəyişdirib dəyişdirməyəcəyinə aid bir test həyata keçirməyi – daha əvvəl edilmiş olanlardan daha çox sıx olan – məsləhət gördü. Kansas Universitetindən Brad Cokelet ilə birlikdə Kaliforniya Universitetindəki 1143 tələbəni əhatə edən bir tədqiqat apardıq. Tələbələrin yarısına, daha sonra bu haqda qrup müzakirəsi təşkil etməklə vegeteryanlığı müdafiə edən fəlsəfi  məqalə oxumaq vəzifəsi verildi, digər yarısı isə nəzarətedici qrup idi. Oxşar materiallar əldə etdilər və kasıb insanlara kömək etmək üçün ianə toplamaq haqqında müzakirələr etdilər.
Hər iki qrupdakı tələbələrin bu dərslərdən əvvəl və sonra nələr aldıqlarını müəyyən etmək üçün universitetin yemək kartlarından əldə etdiyimiz məlumatları istifadə etdik. 476 tələbədən təxminən 6000-ə yaxın yemək almaq məlumatları əldə etdik.  Bu həm ət yeməyin əxlaqlılığına aid oxuyan və müzakirələr aparan tələbələr, həm də bunları etməyən digər tələbələr arasında aparıldı. Lakin əldə etdiyimiz məlumatları gizli saxladıq ki, tələbələrin yemek almaqlarını təyin edə bilməyək.
“Ət etikası” qrupundakı tələbələr arasında ət almaq nəticələri 52%-dən 45%-ə düşdü və bu azalma ət almaq dərslərindən sonrakı bir neçə həftədə davam etdi. Digər qrupda – ianə toplamaq qrupu - ət almaqlarında bir dəyişiklik olmadı (və bu tələbələrin xeyriyə qurumlarına pul verib vermədiklərini bilməyimizin bir yolu yox idi).
Bu mərhələdə nəticələrimiz bir ilk hazırlıq təşkil etməkdədir və hələ əməkdaşlarımız tərəfindən təhlil edilməmişdir. Video – tələbələrin məntiqlərindən çox hisslərinə müraciət edən videolar – izləməyin əhəmiyyəti haqqında daha çox məlumatın arxasınca gedirik. Yenədə, məlumatlarımıza görə bu tədqiqat, tələbə davranışlarına aid bakalavr səviyyəsi fəlsəfənin təsiri haqqına aid düzgün bir formada nəzarət edilmiş və laboratoriya şəraiti yerinə həqiqi dünyada edilən ilk tədqiqatdır. Ət  yeməkdəki azalma kəskin deyillakin statistik olaraq əhəmiyyətli və müəyyən kontekslərdə əxlaqi fikir yürütməyə aid dərslərin davranışları dəyişdirə biləcəyini önə sürür.


Tərcümə edən: Ramilə Heydərova

Yorumlar