"Mənanın mənaları" - John R. Searle (Con Sörl)

Hər kəs tərəfindən bilindiyi kimi “mənasına gəlmək”, “mənalı” və “məna” sözləri ingilis dilində müəmmalı sözlərdir. Aşağıdakı cümlələrdə bu ifadələrin hansı vəziyyətlərdə olduqlarını düşünək:
1.             Mənim üçün çox məna ifadə edirsən, Mabel.
2.             Respublikaçıların məğlubiy-yətindən sonra həyat çox mənasız hala gəldi.
3.             Tarixi hadisələrin mənası hadisələrin gerçəkləşdiyi zamanda çox nadir olaraq ortaya çıxır.
4.              Səni incidəcək mənada deməmişdim.
5.              Alman dilində “Es regnet” cümləsi “Yağış yağır” mənasına gəlir.
6.              Fridrix “Es regnet” dediyində bunu “Yağış yağır” mənasında  deyir.
İlk dörd cümlə haqqında deyə biləcəyim tək şey bu cümlələrdəki istifadə şəkillərinin lingvistik mənada nəzərdə tutulan “mənanı” anlamağımız üçün bir əsas təşkil etmədikləridir. Araşdırmamızın məqsədləri baxımından 5-ci və 6-cı cümlələrə diqqət yetirmək istəyirəm. Çünki bu iki cümlə bu bölümdə ən çox istifadə edəcəyim “məna” növlərinin nümunələrini təşkil edir.
Beşinci və altıncı cümələr arasındakı fərqliliyin növünü bir tərəfdən “cümlənin mənası” ilə “sözün mənası”, digər tərəfdən də “danışann nəzərdə tutduğu məna” və “nitqin mənası” arasındakı fərqlilik olaraq müəyyən olunması doğrudur və ənənəvidir. Cümlələr və sözlər dilin bir parçası olaraq mənalara sahibdirlər. Bir cümlənin mənası sözlərin mənası və sözlərin cümlə daxilində sintaksisə görə yerləşməsi ilə müəyyən olunur. Lakin danışan şəxsin cümləni “nitqə çevirməsi ilə nəzərdə tutduğu şey”  müəyyən sərhədlər daxilində, tamamilə özünün niyyətinə aid olan bir məsələdir. “Müəyyən sərhədlər daxilində” deməyə məcburam, çünki hər hansı bir şey deyərək, başqa hər hansı bir şey nəzərdə tutmağım mümkün deyil. “İki üstəgəl iki dörd edər” deyərək Şekspirin həm yaxşı bir şair, həm də yaxşı pyes ustası olduğunu nəzərdə tuta bilməzsiniz. Ən azından bir sıra düzəlişlər etmədən belə bir şey nəzərdə tuta bilməzsiniz. Cümlənin mənası tamamilə dil uyğunluqlarına aid bir məsələdir. Lakin cümlələr danışıq vasitələridir. Buna görə də dil “danışanın nəzərdə tutduğu məna”nı sərhədləsə belə “danışanın nəzərdə tutduğu məna” yenə də lingvistik mənanın ilk formasıdır. Çünki cümlələrin lingvistik mənası dili danışan şəxslərin cümlələri dilə gətirdiklərində bir şeyi nəzərdə tutmaları üçün istifadə etmələrinə imkan verəcək şəkildə fəaliyyət göstərir. “Danışanın nitqinin mənası” dilin funksiyalarını analiz edərkən mövcud olan məqsədlərimiz baxımından mənaya dair ilk anlayışdır.
Bu bölümün sonrakı hissələrində “məna nədir?” sualını cavabını araşdırarkən “danışanın nəzərdə tutduğu məna nədir?” sualına istiqamətlənəcəyəm. Bu bölümün əvvəlki hissəsindəki müzakirənin fonunda bu sual artıq bu şəkildə ifadə ediləcəkdir: “danışan şəxslərin öz ağızlarından çıxan saf səslərə və kağız üzərində yazdıqları işarələrə məna yükləmələri necə baş verməkdədir?”
Bəlkə də bu sual çox məsum görünə bilər, lakin məhz bu mövzu ətrafında fəlsəfi ənənədə böyük və sonu gəlməz bir müzakirə mövcuddur. Oxucunun problemin çox asan olduğunu, ya da mənim cavabımın müzakirəyə açıq olmadığını düşünməsini istəmirəm. Ancaq, hal-hazırda məqsədlərim baxımından ənənəvi müzakirələrin hamısının üzərindən tez adlayaraq birbaşa suala doğru cavab olduğunu ya da buna bənzər olduğunu düşündüyüm şeyə keçəcəyəm.
Mənanı anlamaq üçün açar mahiyyətinə malik olan şey budur: Məna yaradılmış niyyətliliyin bir formasıdır. Danışan şəxsin düşüncəsinin əsil və ya daxili niyyətliliyi sözlərə, cümlələrə, işarələrə, simvollara və s. köçürülmüşdür. Mənalı bir formada dilə gətirilərsə bu sözlər, cümlələr, işarələr, simvollar və s. danışan şəxsin düşüncələrindən yaradılmış niyyətliliyə sahibdirlər. Sadəcə uyğunluğa əsaslanan lingvistik məna daşımaqla yanaşı, “danışanın nəzərdə tutduğu mənanı” da daşıyırlar. Bir dilin sözlərinin və cümlələrinin uyğun niyyətliliyi danışan şəxs tərəfindən nitq yaradıcılığını icra etmək üçün istifadə edilir. Danışan şəxs bir nitq yaradıcılığı fəaliyyətini yerinə yetirirsə, bu simvollar üzərinə öz niyyətliliyini yükləyir. Lakin danışan şəxs bunu dəqiq şəkildə necə etməkdədir? Daha əvvəl niyyətliliyini nəzərdən keçirərək müzakirə etdiyimiz zaman yerinə yetirilmə şərtlərinin, izah etməyə çalışdığım mənada, niyyətliliyi anlamaq üçün açar roluna malik olduğunu görmüşdük. Qorxular, ümidlər, arzular, inanclar və niyyətlər kimi niyyətli fenomenlərin də yerinə yetirilmə şərtləri vardır. Dolayısı ilə danışan şəxs bir şey deyərək bir şey nəzərdə tutuduğu zaman, niyyətli bir fəaliyyət gerçəkləşdirir və onun bu səsləri yaratması sözləri dilə gətirdiyi zamankı niyyətinin yerinə yetirilmə şərtlərinin də bir parçasıdır. Danışan kişi mənalı bir şey dilə gətirdiyində bu səslərə və işarələrə də yerinə yetirilmə şərtlərini yükləməkdədir. Mənalı bir şey dilə gətirməklə onsuzda yerinə yetirilmə şərtləri üzərinə yerinə yetirilmə şərtləri yüklənməkdədir.



 Bu mənanın əsas xüsusiyyətidir və bu xüsusiyyəti daha ətraflı şəkildə izah edəcəyəm. Məsələn, fərz edək ki, Alman dilində danışan bir şəxs, Fridrix, niyyətli bir şəkildə “Es regnet” deyir və bunu nəzərdə tutur. Bunu edərkən, bir neçə yerinə yetirilmə şərtinə sahib qarışıq bir fəaliyyət göstərmiş olacaq. İlk olaraq o, bu cümləni nitqə çevirməyə cəhd göstərdi və nitqə çevirdiyi bu söz onun qarışıq niyyətinin bu qisminin də yerinə yetirilmə şərtidir. Lakin ikinci olaraq bu cümləni nitqə çevirməklə qalmayıb cümləni də nəzərdə tutduğu üçün, yəni yağışın yağmaqda olduğunu da nəzərdə tutduğu üçün nitqə çevrilən bu sözlər öz yerinə yetirilmə şərtlərini də qazanmış olurlar. Dilə gətirilmiş bu sözlər ancaq və ancaq yağış yağırsa yerinə yetirilmiş olacaqdır. Dilə gətirilən sözlərin yerinə yetirilmə şərti doğruluq şərtidir. Dilə gətirilən sözlər dünyanın vəziyyətinin Fridrixin bu sözləri dilə gətirdiyi sırada niyyətli bir şəkildə yaratmış olduğu dünya rəsminə uyğun olub olmamasına bağlı olaraq doğru ya da yalnış olacaqdır. Dolayısı ilə, onun niyyəti ən azından iki qismdən ibarət olacaqdır:  Sözləri dilə gətirmə niyyəti  və dilə gətirdiyi sözlərin müəyyən yerinə yetirilmə şərtlərinə sahib olması şəklindəki niyyət. Ancaq, madam ki, sözün dilə gətirilməsi onun niyyətinin ilk qisminin yerinə yetirilmə şərtini təşkil edir, Fridrixin bütün mənalı niyyəti, yerinə yetirilmə şərtləri üzərinə yerinə yetirilmə şərtləri qoymaqdır. Üstəlik dinləyən şəxsə öz məramını izah etmək niyyəti güdürsə, danışmaq prosesində olduğu müddətdə niyyətinin üçüncü bir hissəsi də ortaya çıxacaqdır, yəni dinləyən şəxsin o “yağış yağır” ifadəsini istifadə edərkən onu anlaması şəklindəki niyyət. Lakin bu üçüncü niyyət, yəni əlaqəyə yönəlmiş niyyət ilk iki niyətin dinləyən şəxs tərəfindən qəbul edilməsini gərəkli edən niyyətdir. Öz məramını izah etmək niyyətinin yerinə yetirilmə şərti budur: Dinləyən şəxs Fridrixin cümləni niyyətliliyə uyğun şəkildə dilə gətirdiyini və eyni zamanda cümlənin də danışan şəxsin ona yüklədiyi yerinə yetirilmə şərtlərini daşıdığını qəbul etməli idi.
Mənanın ortaya çıxarılaraq müzakirə edilməsi bu bölüm üçün xüsusi önəmə malikdir. Vəziyyəti tam olaraq izah etmək üçün problemi addım addım başqa bir örnəklə birlikdə nəzərdən keçirmək istəyirəm. Fərz edək ki, Almanca öyrənirəm. Yenə fərz edək ki, hamamda olarakən və ya yağışlı günlərdə gəzərkən davamlı olaraq “es regnet, es regnet, es regnet” deyərək praktika ilə məşğul oluram. Həqiqətən yağışın yağmaqda olduğu mənasında bunu istifadə etmirəm. Bu halda bir şeyi dilə gətirərək onu mənası nəzərdə tutmaqla bir şeyi dilə gətirərərək onun mənasını nəzərdə tutmamaq arasındakı fərq nədir? Daha əvvəl verdiyimiz devizimizə baxsaq, burada da yerinə yetirilmə şərtlərinə baxmalıyıq. Bu iki niyyətin yəni dilə gətirmənin və mənanı nəzərdə tutmağın öz yerinə yetirilmə şərtlərinin çox fərqli olduğunu fərz edirik. Bir şeyi onun mənasını nəzərdə tutmadan dilə gətirdiyimizdə niyyətimin yerinə yetirilmə şərti budur: Niyyətim müəyyən bir növ dilə gətirmənin, nitqin, yəni Almanca tələffüz qaydalarına uyğun olan bir nitqin səbəbi olmalıdır. Lakin dilə gətirdiyim şeyin mənasını əməldə nəzərdə tutduğumda niyyətimin yerinə yetirilmə şərtləri nələrdir?
Fərz edək bi həqqətən bir az Almanca öyrənə bilmişəm və birisi mənə “Bu gün hava necədir?” mənasına gəldiyini biliyim “Wie ist das Wetter heuter?” şəklində bir sual ünvanlayır və mən də cavab olaraq “es regnet”  deyirəm. Hər şeydən öncə Almanca bir cümləni nitqə çevirdiyim (dilə gətirdiyim) zamankı niyyətin eynisini daşıyıram. Lakin eyni zamanda bir məna nəzərdə tutmaq niyyəti də daşıyıram. Məna nəzərdə tutmaq niyyəti nədir?  Məna nəzərdə tutmaq niyyətin “Es regnet” cümləsini dilə gətirdiyim zaman əməli olaraq yağışın yağması olduğunu qeyd etməyə təbii bir meylimiz vardır. Lakin bu çox da doğru bir şey deyildir. Çünki şəxsin bir şey dilə gətirərək, dilə gətirdiyi şeyin mənasını nəzərdə tutması və yenə də bunda səmimi olmaması mükündür. Yalan demiş olması imkan daxilindədir. Bu səbəbdən də məna nəzərdə tutmaq niyyətimin gərək yalan dediyim, gərəksə də səmimi olduğum məqamlarda eyni olmasının mümkün olduğu vəziyyətdə bir şey deyərək onun mənasını necə nəzərdə tutacağımı ortaya qoyacaq şəkildə bir məna nəzərdə tutmaq niyyəti açıqlamasına ehtiyacımız var.



 Niyyətliliklə əlaqədar açıqlamamızda niyyətli vəziyyətlərin yerinə yetirilmə şərtləri olduğunu görmüşdük. Məna nəzərdə tutma niyyəti isə elə bir niyyətdir ki, şəxsin dilə gətirdiyi sözlər əlavə olaraq yerinə yetirilmə şərtlərinə də malik olmalıdır. Ancaq, madam ki, sözün dilə gətirilməsi, bu dilə gətirilməyə yol açan niyyətin yerinə yetirilmə şərtinin bilavasitə olaraq özünü təşkil etməkdədir, bu vəziyyətdə izah etmək niyyəti yerinə yetirilmə şərtinin, yəni sözün dilə gətirilməsinin bilavasitə özünün yerinə yetirilmə şərtlərinə sahib olmasını gərəkli edən niyyətlə birdir və yenə bu vəziyyətdə yerinə yetirilmə şərti də doğruluq şərti halına gəlir. “Es regnet” dediyimdə və mənasını nəzərdə tutduğumda niyyət etdiyim şey dilə gətirdiyim “Es regnet” ifadəsinin doğruluq şərtlərinə sahib olacağı şəklindədir. Dolayısı ilə bu ifadəni dilə gətirərək mənasını nəzərdə tutduğumda özümü ifadənin doğruluq şərtləri ilə bağlamış oluram. Yalan deyib demədiyimi məhz bu amil müəyyən edir. Yalan deyən şəxs də doğru deyən şəxs də doğru olanı demək məsələsində iddiaçı olurlar. Lakin aralarındakı fərq yalan danışan şəxsin öz sözünə sadiq qalmamasıdır. Bu səbəbdən də məna nəzərdə tutmaq niyyəti bu niyyətlə eyni şeydir demək üçün əsasımız yaranmış olur: “Es regnet” dediyimdə bu nitqi yaratmaq niyətimin yerinə yetirilmə şərtlərinə əlavə olaraq nitqimin bilvasitə özü, eyni anda yerinə yetirilmə şərtlərini də daşımaqdadır. Bir şey deyərək onun mənasını nəzərdə tutduğumda özümü dediyim şeyin doğruluğu ilə əlaqələndirmiş oluram. Səmimi olub olmadığım bu şəkildə ortaya çıxır.

Tərcümə edən: Bahmanyar Club
Mənbə: Searle, John R. "Mind, Language and Society, Philosophy in the Real World", BB, 1998 // Meanings of "Meaning" (p. 159-164)

Yorumlar