"Mişel Fuko: iqtidar və bilik" - Dr. Asad Zaman

Biz bilik və güc arasındakı mürəkkəb, lakin gizli əlaqəni dərk etmədən ətrafımızdakı dünyanı başa düşə bilmərik. XX əsrin ən nüfuzlu filosoflarından biri Mişel Fuko bu münasibət haqqında köklü fərqli bir anlayış hazırlamışdı. Gücü qəddar gücdə görmək əvəzinə, biliyi formalaşdırmaq bacarığında görürdü. Fukonu anlamaq üçün, adi insanlar tərəfindən idarə olunmayan Həqiqətin,
qənaətbəxş və ənənəvi, zaman və tarix xaricində mövcud olan obyektiv, faktiki mahiyyətindən imtina etməyimiz lazımdır. Bunun əvəzinə Həqiqəti, siyasət və hakimiyyət tərəfindən yaradılan və formalaşan sosial bir məhsul olaraq görməliyik. Fukonun dediyi kimi: "Mənim işim bir vaxtlar divarları olan yerə pəncərələr düzəltməkdir." Fukonun anlayışını qavramaq, dünyanı görməyin tamamilə yeni yollarına pəncərələr açır.
Fikirlərində sadə ikili anlayışın əvəzinə, doğru və ya səhv olması kimi, Fuko bizə əhəmiyyətli ölçüdə fərqli bir perspektiv təklif edir: "Fikirlərin xaricə istiqamətlənmiş əsaslılığının, onları ifadə edən kitablarda yox, lakin bu əsaslılığı ortaya çıxaran vəziyyətlərdə, fikirlərdə davamlı səyə istiqamətlənmiş və ya zidd olaraq necə ortaya çıxdığına baxmalıyıq.” İqtidar/Bilik anlayışı bunun konkret və spesifik nümunələrlə necə istifadə edildiyini izah etməklə ən yaxşı şəkildə başa düşülür.
Pakistanda yaxşı idarəetməyə necə nail ola biləcəyimizi düşünək. Pravoslav və ənənəvi bilik anlayışından istifadə edərək, “yaxşı idarəetmənin” arzuolunan olduğunu və müzakirənin bu cəhətdəki mövcud çatışmazlıqlar və idarəetmənin yaxşılaşdırılması üçün edə biləcəyimiz tədbirlərlə məhdudlaşacağını qəbul etməliyik. Halbuki, Fukonun İqtidar-Bilik əlaqəsi haqqında mesajını mənimsəmiş kimsə bu suala fərqli yanaşacaqdır. Sualın yaratdığı çərçivəyə qapılmaq əvəzinə, bu sualın niyə müzakirə olunduğunu soruşaraq vəziyyəti tərsinə çevirə bilərik. Fuko, bizi fikrin necə ortaya çıxması istiqamətində tarixi arxivləri araşdıraraq, "bilik arxeologiyasını" öyrənməyə dəvət edir. Bunu etməklə, sualın Afrika-Sahara Çölü Cənubunda: Böhrandan Davamlı Böyüməyə adlı 1989-cu il Dünya Bankının (DB) hesabatında, qlobal diskussiyalarda geniş yer tutduğunu görürük. Məruzə, mövcud inkişaf paradiqmasında əsas bir qüsurun aşkar edildiyini elan edir və "yalnız daha az hökumət deyil, daha yaxşı hökumət" ehtiyacının olduğunu söyləyir. Neoliberal düşüncənin bir neçə prinsipinə zidd olan bu ehtiyacın niyə yarandığını anlamaq üçün tarixə baxmalıyıq. Sərbəst bazar düşüncəsində olan prinsiplər, hökumətlərin təbiətində korrupsiyalaşmış və səmərəsiz olması ilə, özəlləşdirmənin həmişə yaxşı bir üsul olduğu fikridir. Yaxşı idarəetmənin mümkün olduğu və hətta buna olan ehtiyac, əgər yaxşı idarəetmə mümkündürsə, yaxşı idarə olunan, məhsuldar və səmərəli ictimai təşəbbüslərin mümkünlüyü ilə ziddiyətdədir. Eynilə, sərbəst bazar düşüncəsi, özəl sahibkarlığın sürətli böyümənin açarı olduğunu və hökumətin bu sahədən çəkilməsinin, edə biləcəyi ən yaxşı yol olduğunu iddia edir. Ancaq indi inkişaf üçün yaxşı idarəetmənin tələb olunduğunu söyləyirik. Bu qəbul edildikdən sonra, sərbəst bazarların öz-özünə yetərli olmadığını və hökumətlərin inkişafda mühüm rol oynadığını başa düşməyə yol açır.
Sərbəst bazar düşüncəsi məbədinin mühafizəçisini, bu vəhşi atı liderliyində qəbul etməsinə, Dünya Bankının hansı çarəsizliyi səbəb oldu? Tarixi arxivlərə daha dərindən nəzər saldıqda, bütün dünyada DB və BVF (Beynəlxalq Valyuta Fondu) tərəfindən tətbiq olunan Struktur Düzəliş Proqramlarının (SAPs)aztanınan olduğu nəticəsinə gəlirik. Onların uğursuzluğunun bir çox şahidlərindən biri kimi, DB-nin baş məsləhətçisi William Easterly, DB-ni "lovğalanan, sirli xarici yardım bürokratiyası ilə, cığırından çıxmış iqtisadiyyatdan xəbərsiz” olaraq xarakterizə etmişdir. Bütün dünyada, SAP-lar tərəfindən yaradılan böyük və mühüm minlərlə faciə arasında, David Graeber Madaqaskarın kiçik adasında yaşadığı təcrübədən bəhs edir. Yaranan çətinlik, hökumətin  təsirli və zəruri anti-Malyariya proqramını bağlaması ilə,10 min vətəndaşın ölümünə səbəb oldu. Həm Dünya Bankının daxilində, həm də xaricində bir çox tədqiqatçı dövlətin sosial rifaha xərclənməsinin azaldılmasını tələb etməklə SAP-ların bütün dünyada yoxsulluğun əsas səbəbi olduğunu sübut edən fakt yaradır.
DB-nın SAP-ların uğursuzluğunda günahlandıracaq başqa bir amil tapması zəruri oldu. Beləliklə, 1989-cu il hesabatında istifadəyə verildikdən sonra müxtəlif qlobal təşkilatların hesabatlarının virtual uçqunu, idarəetmə, demokratiya, təsisatlar və digər ideal formalar üzərində dayanmağa başladı. Rəsmi süjet xətti o oldu ki, SAP-lar yaxşı işlənmiş siyasətlərdir, əgər hökumətlər daha az korrupsiyaya uğramış və siyasətləri həyata keçirmək üçün təşkilati güclü bir quruluşu sahib olsa idi. Bu kampaniya DB-nin günahını DB siyasətini həyata keçirmək məcburiyyətində qalan hökumətlərə yönəltməkdə çox uğurlu oldu. Heç kim bu layihələrə onsuzda ehtiyac olmadığını, SAP-ların yalnız mükəmməl demokratiya və səmərəli qurumları olan utopik bir dünyada işə yarayacağını, DB-nin bunun fərqinə varması üçün niyə bir neçə il lazım olduğuna dair bir sual vermədi. Bunun əvəzinə, bütün dünyada inkişaf etməkdə olan iqtisadiyyatlar günahlarını qəbul etdilər və idarəetməni yaxşılaşdırmaq, korrupsiyanı aradan qaldırmaq üçün layihə axtarışları konfranslarını təşkil etməyə  başladılar.
1997-ci ildə Şərqi Asiya böhranı bu uğurlu strategiyanın bir anlıq təkrarlanmasını gördü. Böhran açıq şəkildə və birbaşa tətbiq olunan maliyyə liberallaşdırması ilə baş vermiş olsa da, böhrandan sonrakı günah Şərqi Asiya iqtisadiyyatlarına xas olan bir çox digər zəif cəhətləri də “keçmiş kapitalizm” şəklində korrupsiyaya çevirdi.
İdarəetmənin bu təhlili, idarəetməni rədd etmək deyil Fuko metodunu göstərmək məqsədi daşıyır. İdarəetmənin "dar" və "geniş" şərhlərini ayırd etməliyik. Heç kim dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına və yaxşı institutların qurulmasına yönəlmiş dar varianta etiraz edə bilməzdi. Daha geniş şərh, demokratiyanın ideal formalarından, insan haqlarından, sosial inkişafdan və inkişaf üçün ilkin şərt olaraq qarşılanmalı olan mümkün olmayan məqsədlər yaratmaq üçün istifadə edir. Bu ümidsizlik tövsiyəsini qulaqardına vurmağımız və xüsusi şərtlərimizə uyğun real hədəflər üzərində dayanaraq öz gündəliyimizi və prioritetlərimizi təyin etməyimizi məsləhət görərdik.



Tərcümə edən: Ramilə Heydərova

Yorumlar