"Düşən ulduzlar" - Turgut Özgüney

Tanrı bir dosta tələb, ehtiyac duymaz, çünki tanrılıq O’nun öz xeyirxahlığıdır. Halbuki biz dost ya da dostlara tələb, ehtiyac duyarıq, çünki xeyirxahlıq bizim çox uzagımızda, kənarımızda bir şeyi əhatə edər.
Bu baxış Aristotelə aiddir və görünüşə görə bu baxış bizi ərdəmli və ya fəzilətli olub olmadığımızı düşünməyə təşviq edir. Bəs biz
bu mövzuda nə düşünəcəyik? Gündəlik həyatımızla gələcək qayğılarımız arasında gedib gələn düşüncələrimizdə bu mövzuya yer varmı?
İlk olaraq qeyd etməyimiz gərəkdir ki, bu cür mövzular barədə düşünən insanlar xeyli nadirdir. Bu cür mövzular axtarıcı və həssas yaradılışa sahib olanların işidir. Sırf, təmiz xeyirxahlığın və ya xeyirxahlığın özü olduğu söylənən ərdəmin (müdriklyin) təsvirini vermək gərəkir. Ərdəmin müəyyənləşdirilməsi, təsvirinin verilməsi çox da rahat deyil. Kiniklər tərəfindən “insanların yer üzündə ya ərdəmli, ya da pis olduqları və bu iki xüsusiyyət xaricində insanlar arasında heç bir fərq olmadığı” fikri irəli yürüdülmüşdür.
Bu baxışa görə ərdəmli olmaq nə anlama gəlir? Ərdəmli olmaq insan ruhunun arınması, təmizlənməsi ilə mümkündür və bunun reallaşması üçün ilahi lütfün(himmət) şərt olduğu söylənir. Bir insanın özü özünə ərdəmli hala gəlməsi mümkündürmü? Bunun reallaşmasının bir o qədər də mümkün olmayacağı deyilə bilər. Fərd olsa-olsa sadəcə yaxşı bir fərd ola bilər. Yaxşı olmaq ərdəmli olmaq üçün yetərli bir səbəb deyil, sadəcə ərdəmli olmağa köməkçi ola bilən bir amildir, çünki yaxşılıq insana sahiblənmə və təsəlli duyğusu verə bilər. Buna “yaxşı yox” deyərdi Plotinus (ona yaxşılıq etdim, buna pul verdim kimi). Dolayısı ilə nəfs ego ilə qarışıqdır. Halbuki gərçək “yaxşı yox”  heç bir məqsədə xidmət və vasitəçilik etməz, sadəcə “yaxşı yox” olduğu üçün istənməli və arzu edilməlidir. Platon fəlsəfəsində buna uyğun gələn anlayış to Agathon-dur. Anlamı “ən yüksək yaxşı” və ya “yaxşının şəxsən, bilavasitə özüdür”. Bir insanın özündə ən yüksək yaxşıya çatmasıdır. Özünü şəxsən “yaxşı olaraq reallaşdırmasıdır”.
Bu məqsədə ancaq ağlın hərəkəti, fəaliyyəti ilə yiyələnilir. Bu hislərin transendensiyası, duyğuların aşmasıdır(duyğuların normallıqdan çıxıb, normal olmayan, görünməyən, xəyali, metafizik( meta- ötə, kənar), mənəvi ölçüləri qəbul etmək bacarığı). Duyğular bu mövzuda iş görə bilməz, çünki bütün duyğu və hissə qapılmalalar nəfs-egoda təzahür edir. Biz duyğularımız ilə ərdəmli və ya yaxşı halına gələ bilmərik. Ağlımızı ən yüksək səviyyədə istifadə etməklə ərdəmli bir hala gələ biləril, “gərçək yaxşı” olarıq.
Bu yol sıxıntılı, zəhmətli və qaranlıq bir yoldur: çöldə tək başına səfər etmək kimi. İradə və istək çox önəmlidir. (Heraklit)
İnsanın özünü çəkməsi və dözməsi gərəkdir. (Epiktetos)
Qədim mifologiyaya görə bizlər düşmüş ulduzlarıq. Bu düşmüşlükdən və yer üzündə sürünməkdən xilas ola bilmək üçün ərdəmli və gərçək xeyirxah olmaq məcburiyyətindəyik. Anlayışımızı və mədəniyyətimizi inkişaf etdirmək məcburiyyətindəyik. Əks halda həyat şkalasında davamlı olaraq dönüb duracağımız deyilə bilər. Əgər gərçəkdən bu belədirsə, ərdəmli və yaxşı olmaq bizim üçün qaçınılmazdır.
Qədim müdrikliyin bizə bir xəbərdarlığı vardır: “Bizlər bilmədiyimiz günahların kəffarətini ödəmək üçün yer üzünə sürgünə göndərilmiş nəfslərik, ulduzlarıq”. Vəziyyət belədirsə, bədən həbsxanasından qurtulmaq və nəfsimizin bir bədən içinə basdırılırkən keçirdiyi “zədə” və ya “həyəcan”dan qurtula bilməsi üçün ərdəmli olmaq məcburiyyətindəyik. Yer üzündə bir toplum içində yaşayışımızı davam etdirərkən, üstümüzə yağış kimi yağan problem və kədərdən xilas ola bilmək, xoşbəxt və huzurlu ola bilmək üçün anlayışımızı dəyişdirməli və ağla yüksəltməliyik. Buna görə xilas üçün yeganə yol ərdəmli olmaqdır.
Ərdəm – bizi dünyadakı müsbət və ya mənfi bütün dəyişmələrdən müstəqil edəcək yeganə, tək dəyərdir, çünki ərdəm insan ruhunun sarsılmaz təməl qanunudur.(Antisthenes)
Ərdəm ruhun öz özünə səssiz və sakit bir şəkildə sədaqətidir. (Pifaqor)


Tərcümə edən: Humay Kamallı

Yorumlar