"Həvəskar və peşəkar fəlsəfə haqqında" - Michael Huemer

 Mən elitistəm. Akademik olduqdan bir müddət sonra akademik olmayanlar tərəfindən yazılmış (qeyri-bədii) yazıların çoxunun işə yaramayan olduğunu düşünməyə başladım. Jurnalistikanın çoxu və məşhur kitablar, məsələn, mən görə intelektual gərəksiz qidalardır. Etibarsız, tənbəlcə yazılmış, ciddiyə alınmaması lazım olan şeylər. İndi, belə düşünə bilərsiniz: “Akademiya böyük bir
 intelektual karteldən ibarətdir. Sən də öz intelektual kartelinin düşüncə üzərindəki hakimiyyətini qormumağa çalışırsan!”. Bəlkə də elədir. Yəni, dediklərimin bir açıqlaması o şəkildə ola bilər. Digər bir açıqlaması isə bəlkə də insanların həqiqətən də akademik təhsil alaraq bir şeylər öyrənmiş olmasıdır. Diqqətəlayiq işlər görmək üçün bilməyiniz lazım olan şeylər var. Mənə bu işlərin bariz bir şəkildə necə göründüyünü danışıram sizə.
Bir çox insan təbiət elmlərində ixtisaslaşmağa etibar edir.  Heç kim akademik təhsil almadan kimya sahəsində bir kitab yazmağa çalışmaz və yaxud belə biri tərəfindən yazılmış kitabı oxumaz.
Lakin fəlsəfə və siyasət mövzusu olduqda insanlar elmə qarşı göstərdiklərindən daha fərqli bir münasibət göstərirlər. Heç kimin bu mövzularda fikir sahibi olması üçün ixtisaslaşmağa ehtiyacı yoxdur. İnsanlar bir sualın fəlsəfi olmasının başqa birinin nə düşündüyünə diqqət etmədən hansı fikir xoşlarına gəlirsə, onu müdafiə edə biləcəkləri mənasına gəldiyini düşünür. Bir məşhur, keşiş və ya siyasətçi tərəfindən yazılmış fəlsəfə ya da siyasət kitabı kommersiya cəhətdən satıla bilərdi.
Amma məncə elə deyil. Məncə belə bir kitabın intelektual dəyərinin olması o qədər çətindir ki, üzünü açmağa belə cəhd etmərəm.
Burda çox filosofun dediyi şeyləri qəbul etməyiniz lazımdır demirəm. Bir mövzuda başqalarına bir şeylər öyrətməyə cəhd etməmişdən əvvəl o mövzuda digər filosofların nələr dediyini başa düşməyiniz lazımdır deyirəm. Bu sahədə də, digər sahələr kimi, əgər qəbul edilmiş fikirləri bilmirsinizsə, faydalı bir şey etməyiniz faktiki olaraq mümkünsüzdür.
Niyə belədir? İnsanlar 2000 ildən daha uzun müddətdir ki, fəlsəfə ilə məşqul olur. Çox amma çox insan, çox uzun müddət boyunca düşünmüş və bir çox kitab yazmışdır. Bu insanlardan öyrənəcək bir şeyinizin olmaması üçün ya dünyada yaşamış hərkəsin tamamilə axmaq olması ya da sizin dünyanın gördüyü ən böyük dahi olmağınız lazımdır. Əgər ikincisidirsə, xahiş edirik bizə ölümsüzlüyün açarlarını mümkün qədər tez deyin.
Əgər fəlsəfi “mütəxəssislərin” fəlsəfi həqiqətə çatmaq mövzusunda çox etibarlı olmadığını deyəcəksinizsə, bunun, sizin (və ya başqa bir mütəxəssis olmayan şəxsin) etibarlı olduğunuz mənasına gəlmədiyinin fərqinə varın. Peşəkar fəlsəfəçilərin mütəxəssisliyinə sahib olmayan biri böyük ehtimalla həqiqətə çata bilmək mövzusunda daha da pis bir vəziyyətdədir.
Bəzən, fəlsəfə təhsili olmayan şəxslər fəlsəfə haqqında kitablar və esselər yazırlar. Bu kitablar və esselər ümumilikdə çox pis olur. (Obyektivistlər, üzr istəyirəm!) Bu arada, mənim tövsüyəmə gəlirik: əgər fəlsəfə haqqında yazmaq və yazdığınızın həqiqətən yaxşı olmağını istəyirsinizsə, illərlə fəlsəfə ilə məşqul olun. Populyar fəlsəfə deyil, peşəkar fəlsəfə.
İndi, əgər mənim iddiama qarşı çıxırsınızsa, sağlamfikirliliyin nə olduğunu düşünün. İnsanlar dörd il bakalavr təhsilindən sonra altı ildən çox müddətdə aspirantura təhsili alır. Nə etdiklərini düşünürsünüz, boş-boş oturduqlarınımı? Əgər bir şeyi altı il boyunca çalışsanız, onun haqqında əhəmiyyətli bir şey öyrənməyəcəyinizi düşünürsünüzmü? Onda sondakı fikirlərinizin başlanğıcdakılardan daha yaxşı olmazmı? Əgər belə düşünürsünüzsə, o altı ildə öyrəndiklərinizi bir neçə dəqiqədə başqasına izah edə biləcəyinizi düşünürsünüzmü?
Ümüd edirəm yuxardakı suallara xeyir cavabı vermisiniz. Əgər elədirsə, bəlkə niyə fəlsəfəçi olmayanların yazdıqlarının ümumilikdə yaxşı olmadığını başa düşə bilərsiniz.
Sual: Özbaşınıza fəlsəfə ilə məşqul olsanız necə olar, universitetdə çalışmaq qədər yaxşı deymi bu?
Cavab: Xeyir, deyil. Problem burdadır, intelektual olaraq irəliləmək üçün etməyiniz lazım olanlardan bəziləri çətin şeylərdir və çox da əyləncəli deyillərdir. Professorlar sizə bunları müxtəlif cür etdirirlər. Özlərini akademiyadan kənar təhsil vermiş insanlar demək olar ki, heç vaxt etmir bu işləri. Dəqiq akademiklik üçün vacib olan yorucu yazı işlərini etmək vərdişini demək olarki heç etmirlər. Akademik olmayan yazarlar yaxşı bir akademikin edəcəyi qədər tədqiqatı heç vaxt edə bilməz və işlərini sənədləşdirərək dəstəkləmək zəhmətinə girməzlər.
Onlarca saatlarını tamamilə tərs düşdükləri insanların əsərlərini oxuyub onlara haqsızlıq etmədiklərindən əmin olmağa çalışaraq xərcləməzlər ya da irəli sürdükləri arqumentlərin o insanlar tərəfindən təkzib olunub olunmadığını görmək üçün. Çünki bunların heç biri əyləncəli deyildir.
Ve buna görə yazdıqları intelektual baxımdan yaxşı olmur. Jurnalistikanın böyük hissəsi və məşhur qeyri-bədii ana axın kitablar intelektual baxımdan məsuliyyətsiz və dəyərsizdirlər. Problemin səbəbi yazarların axmaq olması və ya həkk olmuş fikirlərlə ziddiyyəti deyildir. Əksəriyyətən problem onların tənbəl olmasıdır. Sadəcə asan olan şeyləri edirlər ki, bu tam olaraq oxuyucuların ehtiyacı olmayan şeydir.
Akademiklər də tənbəllik etmirlər demirəm. İnsanlar işin içindən sıyrılıb çıxa biləcəklərini düşündüklərindən tənbəlləşirlər. Məsələn kitab araşdırmalarına baxın (tənbəllik nümunələri araşdırılan kitablar, araşdırmalrın özləri deyil): ilk kitab mənbəsində sadəcə 16 mənbə verilib (bu çox az bir saydır). Yazar ciddi araşdırma etmək üçün çox tənbəl olduğundan bu kitabın dəyərsiz olduğu başa düşülə bilər.
Yenə də akademiklər arada bir tənbəllik edərkən akademik olmayanlar demək olarki hər zaman tənbəlldirlər. İnsan təbiəti bu şəkildədir. Öz fikirlərimiz haqqında bol-bol danışmaq istəyirik lakin əvvəlcə oturub digər insanların tonlarca və tonlarca fikrini oxumaq istəmirik.
Nümunə olaraq bu blog. Tamamilə tənbəlcə yazılmış və demək olar ki, heç istinad vermir. Böyük ehtimalla bu blogu boş verib akademik məqalələr oxumağa geri qayıtmalısınız.

Tərcümə edən: Ramilə Heydərova

Yorumlar