İnsan təlimə
ehtiyac duyan tək varlıqdır. Çünki təlimdən biz əxlaqi tərbiyə ilə birlikdə
baxıb böyütməyi (uşağın baxılıb doyuzdurulması), ümumi təlim və tərbiyəni başa
düşməliyik. Buna görə insan bir-birinin ardınca körpəlik (baxım və qidalanmağa
möhtac olma), uşaqlıq (təlim və tərbiyəyə möhtac olma) və tələbəlik (təhsil və
doğru yola möhtac olma) mərhələlərindən ke-çir. Heyvanlar
dəyişməz bir plana
görə yəni özlərinə ziyan vurmayacaq şəkildə, sahib olan kimi güclərini - bacarıqlarını istifadə edirlər. Həqiqətən də köçəri qaranquş balalarının hələ təzə yumurtadan çıxarkən və gözləri görmədiyi halda yuvalarını kirləndirməməyə diqqət etmələri heyranlıq doğurur. Buna görə heyvanlar baxım və nəzarətə ehtiyac duymurlar, onların ehtiyacı olan şey qida, istilik, bələdçilik yaxud bir növ qorumadır. Düzdür, heyvanların çoxunun qida ehtiyacı olur, lakin ehtiyacları olan şey baxım və nəzarət deyildir. Çünki bizim baxım və nəzarət dedikdə nəzərdə tutduğumuz, güclərini özlərinə ziyan yetirəcək bir şəkildə istifadə etməklərinə mane olmaq üçün valideyinlərin uşaqlarına göstərməli olduqları şəfqətli qayğı və diqqətdir. Məsələn bir heyvan eynən uşaqlar kimi, dünyaya gələn kimi fəryad fəğan etsə idi, səsin ətrafa toplayacağı canavarların və digər vəhşi heyvanların ovu olardı.
görə yəni özlərinə ziyan vurmayacaq şəkildə, sahib olan kimi güclərini - bacarıqlarını istifadə edirlər. Həqiqətən də köçəri qaranquş balalarının hələ təzə yumurtadan çıxarkən və gözləri görmədiyi halda yuvalarını kirləndirməməyə diqqət etmələri heyranlıq doğurur. Buna görə heyvanlar baxım və nəzarətə ehtiyac duymurlar, onların ehtiyacı olan şey qida, istilik, bələdçilik yaxud bir növ qorumadır. Düzdür, heyvanların çoxunun qida ehtiyacı olur, lakin ehtiyacları olan şey baxım və nəzarət deyildir. Çünki bizim baxım və nəzarət dedikdə nəzərdə tutduğumuz, güclərini özlərinə ziyan yetirəcək bir şəkildə istifadə etməklərinə mane olmaq üçün valideyinlərin uşaqlarına göstərməli olduqları şəfqətli qayğı və diqqətdir. Məsələn bir heyvan eynən uşaqlar kimi, dünyaya gələn kimi fəryad fəğan etsə idi, səsin ətrafa toplayacağı canavarların və digər vəhşi heyvanların ovu olardı.
Təlim və
tərbiyə (Disziplin) heyvan təbiətini insan təbiətinə tərəf dəyişir. Heyvanlar
edə biləcəkləri hər şeyi instinktləri ilə edirlər. Bundan başqa bir az ağıl
onlara hər şeyi daha əvvəldən təqdim etmişdir. Lakin insan özünə aid ağıla ehtiyac
duyur. O, intinktə sahib olmadığından, özü üçün davranış planı inkişaf etdirmək
məcburiyyətindədir. Halbuki bunun hamısını bir dəfədə reallaşdırmayacağı, lakin
dünyaya inkişaf etməmiş olaraq gəlməsi ilə bunu onun üçün başqalarının etməsini
tələb edir.
İnsanın
bütün təbii bacarıqları insanın özündən öz cəhdi ilə yavaş-yavaş inkişaf
etdirilməlidir. Bir nəsil sonrakını öyrədir. Bu
təlim prosesinin ilk təməlləri istər kobud və şəkilləndirilməmiş, istərsə
də tam olaraq inkişaf etmiş insan vəziyyətində görünə bilər. Əgər sonuncunun ən
əvvəldə gəldiyini fərz etsək, insan hər halda daha sonra pisləşib vəhşiliyə
geri qayıtması lazım olardı.
Heyvani
instinktləri ilə insanı insanlıqdan, özü üçün təyin və təqdir edilmiş hədəfdən
üz çevirməkdən saxlayan şey təlim və tərbiyədir. Məsələn, təlim və tərbiyə onun
təhlükəyə düşüncəsiz və vəhşicə cürətini cilovlayar. Dolayı olaraq tərbiyənin
sadəcə mənfi tərəfi vardır, etdiyi şey insanın təbii itaətsizliyini cilovlamaq
və tarazlamaqdır. Təlimin müsbət tərəfi tədrisdir.
Nizamsızlıq
əslində qanun-qayda tanımamaqdır. İnsan təlim-tərbiyə ilə insanlığın
qanunlarına tabe edilir və sərhədlənməyi (həddi-hüdudu) hiss edəcək bir mövqeyə
gətrilir. Bunla yanaşı bu çox kiçik yaşlarda həll edilməlidir. Uşaqlar məsələn əvvəlcə
məktəbə bir şeylər öyrənmək üçün deyil, lakin daha çox, sakitcə oturub onlara
deyilənləri lazım olduğu kimi etməyə vərdiş etdirmək üçün göndərilməlidir. Və
bunun məqsədi sonrakı həyatlarında ağıllarına gələn və ya diqqətlərini çəkəcək
şeyi dərhal tətbiq mövqeyinə keçməyi istəməmələrini təmin etməkdir.
Azadlıq
sevgisi təbii olaraq insanda o qədər güclüdür ki, bir dəfə azadlığa vərdiş edəndə,
artıq hər şeyi onun uğruna fəda edəcəkdir. Sırf bu səbəbdən ötrü təlim-tərbiyənin disiplin hissəsi çox kiçik mərhələlərdə
nəzərə alınmalıdır, çünki bu edilmədiyi zaman, həyatda daha sonra şəxsiyyətini
dəyişdirmək asan olmayacaqdır. Disiplini olmayan (yəni öz-özünü sərhədləmə
bacarığı inkişaf etməmiş) insanlar
keçici hər arzunu hər həvəsin arxasınca getməyə meyllidirlər. Bunu vəhşi
qövmlər arasında da görürük, onlar hər nə qədər bir müddət Avropalılar kimi iş
yaxud vəzifələrini icra etsələrdə, heç bir vaxt Avropalılara, Avropalıların tərz
və rəftarlarına vərdiş edə bilmirlər. Onlardakı, Rousseau və digərlərinin təsəvvür etdikləri kimi, alicənab azadlıq
duyğusu deyil, lakin bir növ vəhşilik-beləki heyvanlıq, hələ inkişaf etməmiş
insani təbiətdir. Dolayı olaraq insanlar özlərini kiçik yaşlardan ağlın
buyuruqlarına boyun əyməyə vərdiş etdirməlidir. Çünki bir insanın gəncliyində sərhədsiz
maneəsiz öz iradəsinin arxasınca getməyinə icazə verilərsə, bütün həyatı
boyunca müəyyən bir qaydasızlıq-qanunsuzluq onun yaxasını buraxmayacaqdır. Və gəncliyində
həddindən artıq birana şəfqəti ilə qorunub nəzarət edilməsi belə bir insanın
xeyrinə deyildir, çünki daha sonra iş həyatına addım atdıqda hər tərəfdən məhdudlaşdırma
və müxalifətlə daha çox qarşılaşacaq və daimi olaraq pis davranılacaqdır.
Daha
sonra idarəçi olacaqları üçün gəncliklərində maneə və məhdudlama ilə
qarşılaşdırılmamaqları yuxarı sinifdən olanların təhsillərində çox tez tez edilən
bir xətadır. Təbii azadlıq sevgisi səbəbi ilə insanın təbii kobudluğunu əhilləşdirməsi
lazımdır, heyvanlarda bunu instinktləri lazımsız hala gətirir.
İnsan
baxım-nəzarət və təlimə ehtiyac hiss edir. Təlim tərbiyə (disiplin) və təhsili əhatə
edir. Bunlara bildiyimiz kimi heyvanların ehtiyacı yoxdur, çünki quşlar istisna
onların heç biri yaşlılardan bir şey öyrənmirlər. Quşlar oxumağı öyrənirlər və
ana quşun bütün gücü ilə, eyni ilə məktəbdəki uşaqlar kimi, analarının ətrafına
toplanıb incə qırtlaqlarından eyni səsləri çıxarmağa çalışan balaların
oxumağını seyr etmək təsir edici bir mənzərədir. Quşların instinktləri ilə
oxumadıqlarına, lakin bunu analarından öyrəndiklərinə özümüzü inandırmaq üçün
bir təcrübə aparmaq zəhmətinə dəyər. Bir sarıbülbül yumurtalarının yarısını
götürüb yerinə sərçə yumurtalarını qoyduğumuzda ya da əksini etdiyimizi fərz edək.
əgər daha sonra bala quşları çöldəki sərçələri eşitməyəcəkləri bir otağa qoysaq, balalar sarıbülbülün oxumağını öyrənəcəklər
və beləcə sarıbülbül kimi oxuyan sərçələrimiz olacaqdır. Həqiqətən də hər bir
quş növünün nəsillər boyunca dəyişməyən mühafizə edilən özünə məxsus bir
oxumağın olması heyran edicidir və nəsildən nəsilə ötrülərək mühafizə edilən bu
oxuma şəkili də dünyadakı əslinə ən sadiq şeydir.
İnsan
ancaq təlimlə insan ola bilər.Təlimin özündən çıxardığı (formalaşdırdığı) hər nədirsə
o sadəcə odur. İnsanın ancaq insan tərəfindən - yəni özləridə təlim keçmiş
insanlar tərəfindən təlim keçilməsi diqqət çəkicidir.
Tərcümə edən: Ramilə Heydərova
Mənbə: İmmanuel Kant, “On
Pedagogy” (1801)
Yorumlar
Yorum Gönder