Tanrı var mı? Bu, bir çoxumuzun həyatının bəzi anlarında dönüb özündən
soruşduğu əsas suallardan biridir. Hər birimizin bu suala verdiyi cavab yalnız
necə davrandığımıza deyil, eyni zamanda dünyanı necə anlayıb, şərh etdiyimizə və
gələcəyə dair gözləntilərimizə də təsir edir. Əgər Tanrı varsa, insan varloşu
bir məqsədə sahib ola bilər və hətta sonsuz yaşamı ümid edə bilər. Əks təqdirdə
insanın
öz həyatına özünün hər hansı bir məna qazandırması lazım gəlir: xarici bir səbəbin onlara məna vermədiyi bu vəziyyətdə, ölüm də, ehtimal ki, bir son nöqtə olacaqdır.
öz həyatına özünün hər hansı bir məna qazandırması lazım gəlir: xarici bir səbəbin onlara məna vermədiyi bu vəziyyətdə, ölüm də, ehtimal ki, bir son nöqtə olacaqdır.
Filosoflar diqqətlərini dinə yönəltdikdə, ümumiyyətlə, Tanrının
varoluşunu dəstəkləyən və qarşı çıxan müxtəlif arqumentləri araşdırırlar. Onlar
faktları ölçüb biçərək arqumentlərin quruluşunu və nəticələrini yaxından tədqiq
edirlər. Bununla birlikdə filosoflar insanların Tanrı haqqında düşünmə
formalarının anlamlı olub olmadığını anlamaq məqsədilə, inanc və dini inanc
kimi anlayışları da araşdırırlar.
Din fəlsəfəsinin böyük bir hissəsi üçün başlanğıc nöqtəsi, Teizm olaraq
bilinən, Tanrının təbiəti kimi olduqca ümumi bir baxışdır. Bu baxışa görə;
vahid bir Tanrı vardır, O hər şeyə qadir və hər şeyi biləndir və ən uca
yardımsevərdir (mütləq yaxşı olandır). Müsəlmanlar, xristianlar və yəhudilərin
çoxu bu düşüncələrlə razıdır. Bu hissədə mənim edəcəyim isə xristianların Tanrı
ilə bağlı nöqteyi-nəzərinə diqqəti yönəltmək olacaq; ki buna rəğmən arqumentlərin
bir çoxu bərabər səviyyədə digər Teist dinlərə tətbiq oluna bilərkən, bəzi
arqumentlər də hər növ dinlə əlaqəli olacaq.
Ancaq Teistlər tərəfindən təsvir olunan bu Tanrı həqiqətən də var mı?
Onun var olduğunu sübut edə bilərik mi? Məntiqli bir insan ateizmin pəncərəsindən
baxıb belə bir Tanrının var olmadığına mı inanmalıdır? Ya da inancın kənara
qoyulduğu (ya da nə də olsa biriləri təsvir edər deyib bir küncdə oturulduğu)
aqnostisizm mi uyğun yanaşmadır? Tanrının varoluşunu sübut etməyə çalışan bir
çox fərqli arqument vardır. Bu hissədə, bu arqumentlərin ən əhəmiyyətlilərini ələ
alacağam.
Tanrının varoluşu ilə bağlı ən çox istifadə olunan arqument, bəzən
teoloji arqument olaraq da adlandırılan Dizayn Arqumentidir. Bu arqument, təbii
dünyada ətrafımıza baxdığımızda, qaçınılmaz olaraq, hər şeyin yerinə yetirdiyi
funksiyaya uyğun olduğunu görəcəyimizi ifadə edir: hər şeyin hazırlanmış
olduğuna dair faktları özündə daşıyır. Bu səbəbdən bu, bir Yaradıcının
varoluşunu bizə göstərməlidir. Məsələn, insan gözünü tədqiq edəcəyiksə, ən
kiçik hissələrinin hər birinin bir-birinə uyğun olduğunu, hər bir hissənin görmə
məqsədinə uyğun olaraq ağıllı şəkildə yerləşdirildiyini görərik.
William Paley (1743-1805) kimi Dizayn Arqumenti dəstəkçilərinə görə, göz
və ona bənzər təbii nəsnələrin mürəkkəbliyi və məhsuldarlığı, bütün bu nəsnələrin
Tanrı tərəfindən planlaşdırıldığının isbatı olmalıdır. Başqa cür necə olardı
ki, hal-hazırda var olduqları kimi var olardılar? Beləliklə, onlara görə necə
ki bir saata baxdığımızda onun bir saatsaz tərəfindən düzəldildiyini söyləyə
biliriksə, eynilə buna bənzər formada, “göz”ə baxdıqda da onun bir növ İlahi
Saatsaz tərəfindən düzəldildiyini söyləyə bilərik. Belə ki Tanrı, sanki bilərək
və istəyərək, dünyaya öz varoluşunun dəlillərini buraxmışdır.
Bu, təsirdən yola çıxaraq səbəbi ortaya qoyan bir arqument: təsirə (saat
və ya gözə) baxaraq və onun tətdiqindən yola çıxaraq, onu var edən səbəbi (bir
saatsaz və ya bir İlahi Saatsaz) söyləməyə çalışmaqdır. Sözü gedən arqument
saat kimi hazırlanmış bir əşya ilə göz kimi təbii bir nəsnənin bir çox cəhətdən
bənzərliyə malik olduğu fikrinə əsaslanır. Bu növ bir arqument iki şeyin
bir-birinə olan oxşarlığına əsaslanan analoji bir arqumentdir. Analoji
arqumentlər, bəzi cəhətləri ilə bir-birinə bənzəyən iki obyektin, eyni şəkildə
digər cəhətləri ilə də bir-birinə bənzədiyi qaydasına söykənir.
Dizayn Arqumentini qəbul edənlərə görə, baxdığımız hər yerdə, xüsusilə də,
təbii aləmdə-ağaclarda, heyvanlarda, ulduzlarda və ya nəyə baxırıqsa
onda-Tanrının varlığının daha yüksək təsdiqlərini görə bilərik. Bu şeylər (təbiət
predmetləri) bir saatla müqayisədə daha ustacasına inşa edildikləri üçün, İlahi
Saatsaz da, buna paralel olaraq normal bir saatsazla müqayisədə daha çox ağıllı
olmalıdır. İlahi saatsaz o qədər güclü və ağıllıdır ki, onun teistlərin ənənəvi
anlayışındakı Tanrı olduğunu hesab etmək anlaşılmaz bir şey deyildir.
Ancaq, Dizayn Arqumentinə qarşı, bir qismi filosof David Hume’un
(1711-1776) ölümündən sonra nəşr olunan “Təbii
dinlər haqqında dialoqlar” [Dialogues
Concerning Natural Religion] adlı kitabında və onun digər bir kitabı olan “İnsanın anlama bacarığı haqqında bir
araşdırma”nın [Enquiry Concerning
Human Understanding] XI. hissəsində irəli sürülən çox güclü arqumentlər
vardır.
Dizayn Arqumentinə yönəldilən etirazlardan biri, onun yetərsiz bir
analogiyaya əsaslanmasıdır: o, təbii nəsnələr ilə insan əli ilə hazırlanmış
olduğunu bildiyimiz nəsnələr arasında nəzərə çarpan oxşarlıq olduğunu əsas
götürür. Lakin eyni nümunəni yenə istifadə etsək, insan gözünün həqiqi anlamı
ilə bir saata bənzədiyini söyləmək mümkün deyildir. Analoji arqumentlər müqayisə
edilən iki şey arasında güclü bir oxşarlıq olduğu fikrinə əsaslanır. Əgər sözü
gedən bənzərlik zəifdirsə, buna paralel olaraq müqayisələrindən törəyə biləcək
nəticələr də eyni ölçüdə zəifdir. Beləliklə, məsələn, bir qol saatı ilə bir cib
saatı, bir saatsaz tərəfindən düzəldildiyi hesab oluna biləcək qədər bir-biriləri
ilə nəzərə çarpan dərəcədə bənzərliklər daşıyarkən, hər nə qədər bir saat ilə
bir göz arasında bəzi oxşarlıqlar olsa da- hər ikisi də qriftdir və bəzi
funksiyaları yerinə yetirir- ikisi arasında yalnız müəmmalı bir bənzərlik
vardır və bu səbəbdən göz ilə saat arasındakı analogiyanı əsas götürən hər
çıxarış da buna paralel olaraq müəmmalı bir nəticədir.
Bu tənqidə qarşı bir teist gözün yalnız şans əsəri ortaya çıdığı fikrindən
daha çox, onun uca bir varlıq tərəfindən yaradıldığı iddiasını yenə də qorumağa
davam edə bilər.
Halbuki ilahi bir saatsazın varlığı, heyvanların və bitkilərin yerinə
yetirdikləri funksiyalara necə bu qədər yaxşı uyğunlaşa bildiyinin tək mümkün
açıqlaması deyildir. Xüsusilə də, Çarlz Darvinin (1809-1882) “Növlərin mənşəyi” [The origin of species, 1859] adlı kitabında açıqladığı təbii seçmə
ilə təkamül nəzəriyyəsi, bu faktla bağlı ümumi qəbul edilən alternativ bir
açıqlama irəli sürür. Darvin, ən uyğun olanın həyatda qaldığı bir müddətdə, ətrafına
ən çox uyğunluq göstərən heyvanlarla bitkilərin niyə yaşadığını və özəlliklərini
özündən sonrakılara necə ötürdüyünü göstərmişdir. Ardınca gələn elm adamları isə,
miras alınan genlər üzərindən təkamül mexanizmini açıqlamağa nail olmuşdurlar.
Bu müddət, heyvan və bitki aləmlərindəki belə bir fövqəladə ekoloji
uyğunlaşmanın, Tanrı anlayışı ilə qarşılamağa ehtiyac duymadan, necə meydana
çıxdığını açıqlayar.
Şübhəsiz, Darvinin təkamül nəzəriyyəsi
heç bir yöndən Tanrının varlığının əksinə bir şeyi sübut etməz; hətta bir çox
xristian, təkamül nəzəriyyəsini, bitkilərin, heyvanlarının və insanın mövcud
mövqelərinə necə gəldiklərinin ən yaxşı açıqlaması olaraq qəbul edər: onlar, təkamül
mexanizminin Tanrı tərəfindən yaradıldığına inanarlar. Yenə də Darvinin nəzəriyyəsi
Dizayn arqumentinin gücünü, onunla eyni nəticələrə Tanrını hər hansı bir şeyin
səbəbi olaraq göstərmədən gələ bildiyi üçün zəiflədər. Bioloji uyğunlaşma
mexanizmi üzərinə belə bir nəzəriyyənin var olması, Dizayn Arqumentinin
Tanrının var olduğunun mütləq bir sübutu olmasının önünə keçər.
İndiyə qədər nəzərdən keçirilən bütün etirazlara qarşı Dizayn
arqumentini hələ də inandırıcı qəbul etsəniz belə, bu arqumentin bənzərsiz, hər
şeyə qadir, hər şeyi bilən, mütləq yaxşı olan bir Tanrının varlığını isbat etmədiyinin
fərqinə varmağınız lazımdır. Yaxından bir araşdırma arqumentin bir çox cəhətdən
məhdud olduğunu göstərir.
Bu məhdudiyyətlərdən ilki Dizayn Arqumentinin təktanrıçılığı (yalnız tək
bir Tanrının olduğu baxışını) dəstəkləmək məsələsində tamamilə uğursuz
olmasıdır. Əgər dünya və içindəki hər şeyin şübhəyə yer qoymayacaq bir şəkildə
layihə məhsulu olduğunu qəbul etsək belə, bütün bunların tək bir Tanrı tərəfindən
hazırlandığına inanmağınız üçün heç bir səbəb yoxdur. Niyə kiçik bir tanrı
qrupunun birlikdə çalışaraq hazırladığı bir şey olmasın ki? Nə də olsa ən böyük
ölçüdəki, mürəkkəb insan istehsalı göydələnlər, piramidalar, kosmos roketləri və
buna bənzər şeylər tək-tək fərdlərin əmələ gətirdiyi qruplar tərəfindən inşa
edildi; bu səbəbdən burada yatan analogiyanı məntiqi nəticəsinə çatdırsaq, bizi
aparacağı yer dünyanın da bir qrup tanrının birlikdə hazırladığı bir şey
olduğuna inanmaq olacaqdır.
İkincisi, bu arqument Memarın (ya da Memarların) zəruri olaraq hər şeyə
qadir olduğu nəticəsini çıxarmaz. Bununla yanaşı kainatın bir çox “dizayn xətası”na
sahib olduğunu söyləmək ağlabatan bir iddiadır: məsələn, insan gözü miyopa və
irəli yaşlarda kataraktaya meyillidir; bu halda, hər şeyə qadir bir Yaradıcının
mümkün dünyaların ən yaxşısını yaratmaq istədiyini söyləmək həqiqətən də çətindir.
Belə bir müşahidə bəzi insanlarda, kainatın Memarının hər şeyə qadir olduğu
fikri bir kənara, nisbi gücsüz bir Tanrı və ya tanrıların, hətta böyük
ehtimalla gənc bir tanrının öz gücünü sınadığı fikrini oyandıra bilər. Bəlki də
Memar, kainatı yaratdıqdan dərhal sonra ölmüş və kainatın öz ahəngində işləməsinə
izn vermiş ola bilər. Dizayn arqumenti, ən az teistlərin təsvir etdiyi Tanrının
varlığı üçün olduğu qədər, nəzərdən keçirilən nəticələr üçün də dəlil təqdim edər.
Bu səbəbdən dolayı Dizayn arqumenti tək başına hər hansı başqa bir Tanrı və ya
tanrıların yerinə, teistlərin Tanrısının var olduğunu sübut etməz.
Ən sonunda, Memarın hər şeyi bilən və mütləq yaxşı olduğu düşüncəsi, bir
çoxları tərəfindən dünyadakı pislik dolayısıyla etibarsız bir nəticə olaraq
görülür. Dünyadakı bu pislik; insanın acımasızlığı, cinayət və işgəncədən təbii
fəlakət ilə xəstəliklərdən qaynaqlanan acıya qədər uzanır. əgər Dizayn
arqumentinin görməmizi istədiyi şəkildə Tanrının əlinin hər şeyə toxunduğunu
görməyimiz gözlənilərsə, bir çox insan gördüklərində yardımsevər bir Tanrının
olduğunu qəbul etməkdə çətinlik çəkəcəkdir. Hər şeyi bilən Tanrı, şübhəsiz,
pisliyin var olduğunu bilir, hər şeyə qadir olan Tanrı onun ortaya çımasına əngəl
olar və mütləq yaxşı olan Tanrı bu pisliyin var olmasını istəməz. Teistlərin
Tanrısına inanmaqda qarşımıza çıxan bu ciddi çətinlik, filosoflar tərəfindən
mübahisə mövzusu olmuşdur. Bu çətinlik, Pislik Problemi olaraq bilinir.
Yuxarıda irəli sürdüyümüz müzakirədən də aydın olacağı üzrə Dizayn Arqumenti
bizə, ən yaxşı ehtimalla, dünyanın və hər şeyin bir şey ya da biri tərəfindən
hazırlandığı, olduqca məhdud, nəticəsini verə bilər. Bunun ötəsinə keçə bilmək
bu arqumentdən məntiqi olaraq çıxarıla biləcək olanı aşmaqla mümkündür.
Tərcümə edən: Könül Bəndiyeva
Mənbə: Nigel Warburton, "Fəlsəfəyə giriş"
Yorumlar
Yorum Gönder