İndi ruhun (der Seele) təliminə gəlirik. Buna eyni
zamanda müəyyən bir mənada fiziki təlim də deyə bilərik. Lakin təbiət və
azadlığı bir-birindən ayırmalıyıq. Azadlıq üçün qanunlar qoymaq təbiəti tərbiyə
edib inkişaf etdirməyə görə başqa bir şeydir. Bədənin təbiəti və ruhun təbiəti
bu baxımdan uyğun gəlir, mədəniyyət hər ikisinin də pozulmasının qarşısını
almağı hədəfləyir və incəsənət hər ikisinə də bir şeylər əlavə edir.
Dolayı olaraq müəyyən bir mənada ruhun tərbiyəsi də, eynən bədənin tərbiyəsi kimi, fiziki tərbiyə deyə bilərik.
Dolayı olaraq müəyyən bir mənada ruhun tərbiyəsi də, eynən bədənin tərbiyəsi kimi, fiziki tərbiyə deyə bilərik.
Bununla yanaşı ruhun bu fiziki tərbiyəsi1 əxlaqi
tərbiyədən ayırd edilməlidir, çünki o sadəcə təbiəti hədəfləyir, halbuki əxlaqi
tərbiyə azadlığı məqsədləyir. Bir insan fiziki baxımdan gedə biləcəyi son nöqtəyə
qədər tərbiyə edilə bilər, o yaxşı tərbiyə edilmiş bir ruha sahib ola bilər,
lakin əgər onun əxlaqi mədəniyyəti əksikdirsə, o pis bir insan olacaqdır.
Lakin fiziki mədəniyyət praktik mədəniyyətdən ayırd
edilməlidir, bu sonuncusu praqmatik yaxud əxlaqidir. Bu son vəziyyətdə hədəf, mədəniyyətdən
çox əxlaqdır.
Ruhun fiziki tərbiyəsi sərbəst və məktəb təhsili
olmaq üzrə iki yerə ayrıla bilər. Sərbəst təhsil - mədəniyyət sadə şəkildə desək
sadəcə bir əyləncədir, halbuki məktəb təhsili bir işdir. Sərbəst təhsil - mədəniyyət
uşağın hər zaman gözü qarşısında olması lazım olan bir təhsildir. Digər tərəfdən
məktəb təhsilinədə uşağa sərhədləmə-intizam altında baxılır. Vaxtımızı
oyunlarla keçirə bilərik ki, buna boş vaxt məşğuliyyəti deyirik və vaxtımızı məcburiyyət
doldura bilər ki, buna iş deyirik. Məktəb təhsili uşaq üçün iş yerindədir, sərbəst
mədəniyyət-təhsili isə oyun.2
Ən yaxşı metodun hansı olduğunu kəşf etmək üçün
müxtəlif insanlar tərəfindən müxtəlif təhsil planları hazırlanmışdır ki, ən çox
təqdirə dəyər işdir bu. Bunlardan birinə görə uşaqlara hər şeyin sanki
oyundaymışlar kimi öyrədilməsinin bir yolu tapılmalıdır. Göttingen dərgisindəki
bir məqaləsində Lichtenberg axır əvvəl iş həyatına daxil olacaqları üçün daha
erkən yaşlardan etibarən ciddi işə vərdiş etdirilmələri lazım olduğu halda,
uşaqlar üçün hər şeyi oyun (və ya oyuna bənzər) halına gətirmə axmaqlığını
satirikləşdirir (gülüncləşdirir). Bu tamamilə axmaq (gülünc) bir yanaşmadır.
Bir uşaq oyun oynamalıdır, onun oyun-əyləncə saatları olmalıdır, lakin eyni
zamanda əməyi də öyrənməlidir. Ruhu öyrədəcəyi-inkişaf etdirəcəyi üçün bacarığı
istifadə etmək əlbəttə yaxşı bir şeydir, lakin bu iki təlim-mədəniyyət növünün
hər birinin özünə xas saatları olmalıdır. Bundan başqa təbiətən ətalətə meylli
olması insan üçün böyük bir talehsizlikdir. Bir insan bu meylə nə qədər çox yol
verirsə, özünü məşquliyyətə istiqamətləndirməsi (zehnini işə yönəltməsi) də o qədər
çətin olacaqdır.
Bax məşğuliyyət özlüyündə xoş bir şey
deyildir, lakin gözlənilən məqsəd uğrunda (hər nə isə ona) cəhd edilir. Halbuki
digər tərəfdə oyunlarda başqa hər hansı məqsəd güdmədən məşğuliyyətin özlüyündə
özü xoşdur. Gəzməyə getdiyimizdə, gəzməkdən kənar başqa bir şey deyildir bizi gəzməyə
çıxaran və buna görə nə qədər gəzsək, o qədər xoşumuza gəlir. Amma müəyyən bir
yerə gedəcəyiksə, məqsədimiz orda tapacağımız dost və ya da başqa bir şey dir və
dolayı olaraq təbii ki ən kəsə yolu seçirik. Eyni şey kart oyunu üçündə keçərlidir.
Həqiqətəndə ağlı başında insanların saatlarca oturub kartları qarışdırması qəribə
və başa düşülməzdir. Görünür ki, insanlar üçün uşaqlığı tərk etmək o qədər də
asan deyildir. Bəs bunun uşaqların top oyunundan fərqli nəyi var ki? Düzdür
böyüklər taxta atlara minməyi istəməz, lakin onların başqa taxta atları vardır.3
Uşaqların işləməyi öyrənməsi həyati əhəmiyyət kəsb
edir. İnsan işləmək məcburiyyətində olan tək heyvandır. O qidalanması (məişəti)
üçün lazımlı hər hansı bir şeyin dadını çıxarmazdan əvvəl uzun bir şagirdlik
(hazırlanma) mərhələsindən keçməlidir. Göyün bizə, işləmək məcburiyyətində
qalmayıb bütün ehtiyaclarımızı verərək (əgər olsa idi) böyük alicənablıq göstərmiş
olub olmayacağı sualı qətiyyən mənfi cavablandırılmalıdır, çünki insan məşğuliyyətə
ehtiyac duyur, bu müəyyən ölçüdə bir sərhədləmə (azadlıq məhdudlaşdırması) tələb
edən bir məşğuliyyət olsa belə. Əgər Adəm və Həvva Cənnətdə qalmış olsa idilər orda birlikdə
oturub sakit mahnılar ifa edərək Təbiətin gözəlliyini heyran heyran seyr etməkdən
başqa bir şey etməzlərdi deməl də bir o qədər yanlış yanaşmadır. əgər belə olsa
idi, orda əzab içində can sıxıntısından qıvrılardılar, necə ki, başqa insanlar
da eyni vəziyyətdə isə.
İnsanlar vaxtlarını bu şəkildə doldurmalıdırlar ki,
gözlərinin qarşısından heç itirmədikləri məqsəd fikri ilə dolu olaraq özlərinin fərqində olmasınlar və ən yaxşı
dincəlmə işi təqib edən dincəlmədir. oxşar qaydada bir uşaq işləməyə vərdiş
etdirilməlidir və məşğuliyyət meyli məktəbdəki qədər yaxşı və mükəmməl şəkildə
başqa harda inkişaf etdirilə bilər? Məktəb bir məcburi (zwangmiiflige, məcburedici)
mədəniyyət yeridir. Hər şeyi bir oyun olaraq görməyi öyrənmək uşaq üçün çox
pisdir. Düzdür, onun oyun-əyləncə saatı olmalıdır, lakin işləmək üçün də zaman
olmalıdır. Uşaq bu sərhədləmənin faydasını o dəqiqə başa düşməsə belə həyatın
daha sonrakı mərhələlərində bunun qiymətini idrak edəcəkdir. “Bunun faydası nədir?”,
“Bu nə işə yarayacaq?” tipində suallarına həmişə cavab veriləcək olsa idi uşaq
sadəcə pis sual soruşma vərdişləri qazandırılmış4 olardı. Təhsil məcburi
olmalıdır, lakin belədir deyə kölə (kölələrə məxsus) olması lazım deyil.
Ruhi-əxlaqi duyğuların azad təhsili-mədəniyyəti
müzakirə mövzusu olduqda bu təhsilin davamlı olduğunu ağlımızdan çıxarmamalıyıq.
Təsilin bu bölməsi həqiqətən üstün duyğularla məşqul olur. Daha aşağı duyğular
onlarla birlikdə tərbiyə olunmalıdır, lakin digəri heç bir halda göz ardı edilmədən,
məsələn zəkalılıq (der Witz) anlayış gücü (Verstand) məqsədi ilə (inkişaf
etdirilməlidir)- təqib etməyimiz lazım olan ən təməl qanun heç bir ağlı-ruhi
duyğuların öz başına deyil, lakin hər zaman başqaları ilə münasibəti daxilində
tərbiyə edilməsidir, məsələn xəyal gücü5 anlayışın xeyrinə.
Yüksək duyğulardan fərqli olaraq aşağı duyğuların
özbaşına qiyməti yoxdur, məsələn yaxşı bir yaddaşa sahib, lakin mühakimə gücündən
məhrum bir insan. Mühakimə gücündən azad zəkalılıq öz başına axmaqlıqdan kənar
heç bir şey hasil etmir. Anlayış ümuminin bilgisidir. Mühakimə gücü ümuminin
xüsusi tətbiqidir. Ağıl (Vernunft) ümumi ilə xüsusi arasındakı əlaqəni-münasibəti
başa düşmək gücü və ya bacarığıdır. Bu sərbəst təhsil-mədəniyyət uşaqlıq
dövründən gəncin hər cür təlimdən azad qaldığı dövrə qədər davam edir. Məsələn gənc ümumi bir qanunu sitat gətirdikdə
ona bu qanunun örtülü olaraq mövcud olduğu, tarixdən və ya bir hekayədən
götürülmüş nümunələr, şairlərdən (qanunun) dilə gətrildiyi keçidlər sitat gətrilə
bilər və beləcə onu həm mühakimə gücünü həm də yaddaşını və s istifadə etməyə təşviq
edə bilərik.
1: Diese physische Bildung des Geistes.
2: iş və oyun, bunların hər ikisi də lazımlıdır,
lakin işi oyun oyunu iş halına gətirməyə çalışaraq bu ikisini bir-birinə
qarışdırılmamalıdır.
3: Burada “Stocke reiten” və “reiten doch auf
andern Steckenpferden” ilə edilən kəlimə oyununu tərcümə etmək imkansızdır.
4: yəni, pis sual vermə vərdişini öyrətməkdən-qazandırmaqdan
başqa bir şey edilməzdi.
Tərcümə edən: Ramilə Heydərova
Mənbə: İmmanuel Kant, “On Pedagogy”, 1803
Yorumlar
Yorum Gönder